Aydın Dadaşov
32
xaricdən gətirdikləri əşyaların, spirtli içkilərin və hətta
narkotika alveri ilə 20-ci sahə deyilən məkanda özlərinin
yazılmamış qanunları ilə yaşayanların həyatından bəhs et-
məsi, siyasi motivdən və əlbəttə ki, naturalizmdən qaçmaq
naminə musiqili janrın qabardılmasını tələb edirdi ki, bəs-
təkar Emin Sabitoğlunun musiqisi və aktrisa İrina Perlova-
nın şeirləri bu məsələnin uğurlu həllinə imkan verdi.
Gəmidə aşpaz kimi çalışan, həyat tərzinə görə ameri-
kalı ləqəbi qazanan Svetanın vurularaq həyatının dözül-
məz girdabından uzaqlaşması, uduzaraq geriyə qayıtsa da,
əvvəlki kimi yaşaya bilməməsi dramaturji modeli qismən
də olsa qura bilsə də tamaşada musiqi və şeirlərin önə keç-
məsi istər-istəməz əyləncə funksiyasını önə çəkdi. Nəticə-
də, pyesdə olduğu kimi tamaşada da əbədi deyil, dövri ha-
disələr sosial problemin həllinə yönəlmədiyindən perso-
najlar ekzotik səciyyə daşıdı.
***
F.M.Dostoyevskinin yüz əlli illik yubileyi ərəfəsində,
1972-ci ildə, bütün dövrlərin ən yaxşı psixoloji detektivi
sayılan “Cinayət və cəza” romanını səhnələşdirib quruluş
verən Cənnət Səlimova əslində fərqli bir tamaşa yaradır.
Stanislav Radzinskinin səhnələşdirməsindən uzaq olan,
Raskolnikovla Sonya Marmeladovanın sevgi xəttini önə
çəkir. Çünki zəif mənəviyyatı, az istedadı olsa da, düşü-
nüb tapdığı, insanın insan tərəfindən istismarına bəraət ve-
rən nəzəriyyəsini həyata tətbiq edən Raskolnikovu son
nəticədə bacısından, anasından, dostundan daha çox Son-
ya Marmeladovanın sevgisi xilas edir. Beləliklə, Cənnət
Səlimovanın məqsədi tamaşanın dramaturji yükünü Ra-
dion Raskolnikovu oynayan Lev Viqdorovla birgə Sonya
rolundakı İrina Perlovanın üzərinə qoymaq olur. Məlaikə
Rejissorluğun üslub problemləri
33
Sonya Marmeladovanın çirkaba bulaşmayan təmizliyini,
sevgisi yolunda özünü fəda etmək bacarığını verə bilən
İrina Perlovanın oyun tərzi məhz bu məqamı üzə çıxara
bilirdi.
Tamaşanın quruluşçu rəssamı, eskizlərdən əlavə ma-
ketlər qurması ilə tanınan Q.P.Belovun tərtib etdiyi, mistik
çalarlı dekor XIX əsr Peterburq mühitinin, binaların ara-
sındakı, həbsxanaların gəzinti meydançalarını xatırladan
qapalı məkanı, ölümün törədildiyi məqamda qırmızı işıq-
lardan istifadə səhnədə baş verən hadisələrin əsas daşıyıcı-
sı olan aktyor oyununun qabardılmasına şərait yaratdı.
Aleksandr Yakovleviç Tairovun: “Aktyorun bədəni üçöl-
çülüdür deyə səhnə mühitinin yaranmasında kubatura va-
cibdir. Bu kubaturanın modeli isə əlbəttə ki, yalnız maket-
də həllini tapır”
25
qənaəti də Q.P.Belovun tərtibatının tət-
biqi əmsalının tamaşanın yozumunda yüksək olduğunu,
rejissor-pedaqoq Dmitri Aleksidzenin: “Əgər rejissor
müəlliflə aktyor arasında vasitəçidirsə, rəssam aktyorla ta-
maşaçı arasındakı asma körpüyə bənzəyir”
26
qənaətinin
yerinə yetirildiyini təsdiqləyir.
Xəsis, əclaf, ziyankar qarını baltalayıb öldürməklə
əldə etdiyi pullar hesabına xeyirxah işlər görmək istəyən,
yoxsulluğun qarşısını almaq, dağılmış ailələri bərpa et-
mək, Sonyanı qurtarmaq istəyən Raskolnikovun dəhşətli
səhvinin tamaşa boyu çözülməsi psixologizmi önə çəkir.
Psixoloji detektiv janrındakı nəsrin çətin mətnini monoloq
kimi tamaşaçıya çatdırmaqla bədii qiraət ustalığı ilə yanaşı
rolun zəngin mənəvi sarsıntıların psixoloji çalarlarını da
vermək tələb olunurdu ki, bu işdə tərəf müqabili Sonya
25
А.Я.Таиров. Записки режиссора: статьи, беседы, речи, письма. М., 1970. с.160.
26
О.И.Джангишерашвили. Курс ведет Димитрий Алексидзе. Т., 1978. с. 39.
Aydın Dadaşov
34
Marmeladova rolundakı İrina Perlovanın imkanlarından
geniş istifadə olundu.
1986-cı ildə çıxan “Teatr” jurnalının 5-ci sayındakı
“İrina Perlova” məqaləsində: “Sonyanın ilk gəlişi ilə bağlı
sözsüz səhnə gözəl düşünülmüş və oynanılmışdı. Hücrə-
dəki çarpayıda ölüm ayağındakı Marmeladovu uşaqları
əhatəyə alıblar, Katerina İvanovna hönkürüb ağlayır, keşiş
zəbur duası oxuyur, əyin-başları tökülmüş avaralar gözə
dəyirlər. Birdən ən yüksək meydançadan dolama “peter-
burq” pillələrində qırmızı donlu, lələkli şlyapalı, əli çətirli
bir varlıq görünür. Qəflətən dayanaraq bir neçə dəqiqə
aşağıya, atasına baxır və birdən səhnədə nə varsa hamısı
dəyişir, dərdin təsirindən o, qaçmır, sanki pillələri uçub
gələrək əsən hələ ki, uşaq əlləri ilə can verənin çiyinlərini
qucaqlamaqla səssiz, göz yaşısız hıçqırtıda donub qalır”
27
yazan həmyerlimiz L.Derevenskayanın müşahidəsi rejis-
sor Cənnət Səlimovanın yozumunun, aktrisa İrina Perlova-
nın ifasının dəqiqliyini reportaj metodunda verə bilir. Son-
ya Marmeladova Raskolnikovu haqq yoluna gətirə bilmə-
sə də sosializmin tələb etdiyi mübarizə yolunu deyil, dini
motivi önə çəkə bilir. O dövrün Bakısına xas liberal mühit
hesabına nəhəng xaçı belə səhnəyə gətirməklə personajla-
rın daxili aləminin açılmasını real münasibətlər sistemində
həyata keçirən rejissor yozumunun gücü nümayiş edildi.
12 aprel 1972-ci ildə çıxan “Baku” qəzetindəki “Ci-
nayət və cəza” məqaləsində səhnədəki hadisələrin dina-
mikliyini, dolğunluğunu, əsas fikrə yönəlməyən epizodla-
rın, “boşluqların” azlığını göstərən Mark Peyzelin:
“M.F.Dostoyevskinin fikrinə görə Raskolnikov öz günahı-
nı çəkdiyi əzablarla yumalı idi. Tamaşadakı ölümlə ruhən
27
Л.С.Деревенская. Ирина Перлова. ж. Театр. 1986. №5. с.104.
Dostları ilə paylaş: |