Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə10/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   6   7   8   9   10   11   12   13   ...   71

Aydın  Dadaşov 
 
 
32 
xaricdən gətirdikləri  əşyaların, spirtli içkilərin və  hətta 
narkotika alveri ilə 20-ci sahə deyilən məkanda özlərinin 
yazılmamış qanunları ilə yaşayanların həyatından bəhs et-
məsi, siyasi motivdən və əlbəttə ki, naturalizmdən qaçmaq 
naminə musiqili janrın qabardılmasını tələb edirdi ki, bəs-
təkar Emin Sabitoğlunun musiqisi və aktrisa İrina Perlova-
nın şeirləri bu məsələnin uğurlu həllinə imkan verdi. 
Gəmidə aşpaz kimi çalışan, həyat tərzinə görə ameri-
kalı  ləqəbi qazanan Svetanın vurularaq həyatının dözül-
məz girdabından uzaqlaşması, uduzaraq geriyə qayıtsa da, 
əvvəlki kimi yaşaya bilməməsi dramaturji modeli qismən 
də olsa qura bilsə də tamaşada musiqi və şeirlərin önə keç-
məsi  istər-istəməz əyləncə funksiyasını önə çəkdi. Nəticə-
də, pyesdə olduğu kimi tamaşada da əbədi deyil, dövri ha-
disələr sosial problemin həllinə yönəlmədiyindən perso-
najlar ekzotik səciyyə daşıdı.       
                                  
*** 
F.M.Dostoyevskinin yüz əlli illik yubileyi ərəfəsində
1972-ci ildə, bütün dövrlərin  ən yaxşı psixoloji detektivi 
sayılan “Cinayət və cəza” romanını səhnələşdirib quruluş 
verən Cənnət Səlimova  əslində  fərqli bir tamaşa yaradır. 
Stanislav Radzinskinin səhnələşdirməsindən uzaq olan, 
Raskolnikovla Sonya Marmeladovanın sevgi xəttini önə 
çəkir. Çünki zəif mənəviyyatı, az istedadı olsa da, düşü-
nüb tapdığı, insanın insan tərəfindən istismarına bəraət ve-
rən nəzəriyyəsini həyata tətbiq edən Raskolnikovu  son 
nəticədə bacısından,  anasından, dostundan daha çox Son-
ya Marmeladovanın sevgisi xilas edir. Beləliklə, Cənnət 
Səlimovanın məqsədi tamaşanın dramaturji yükünü Ra-
dion Raskolnikovu oynayan Lev Viqdorovla birgə Sonya 
rolundakı  İrina Perlovanın üzərinə qoymaq olur. Məlaikə 


Rejissorluğun üslub problemləri 
 
 
33 
Sonya Marmeladovanın çirkaba bulaşmayan təmizliyini, 
sevgisi yolunda özünü fəda etmək bacarığını verə bilən 
İrina Perlovanın oyun tərzi məhz bu məqamı üzə    çıxara 
bilirdi.  
Tamaşanın quruluşçu rəssamı, eskizlərdən əlavə ma-
ketlər qurması ilə tanınan Q.P.Belovun tərtib etdiyi, mistik 
çalarlı dekor XIX əsr Peterburq mühitinin, binaların ara-
sındakı, həbsxanaların gəzinti meydançalarını xatırladan 
qapalı məkanı, ölümün törədildiyi məqamda qırmızı işıq-
lardan istifadə səhnədə baş verən hadisələrin əsas daşıyıcı-
sı olan aktyor oyununun qabardılmasına  şərait yaratdı. 
Aleksandr Yakovleviç Tairovun: “Aktyorun bədəni üçöl-
çülüdür deyə  səhnə mühitinin yaranmasında kubatura va-
cibdir. Bu kubaturanın modeli isə əlbəttə ki, yalnız maket-
də həllini tapır”
25
 qənaəti də Q.P.Belovun tərtibatının tət-
biqi  əmsalının tamaşanın yozumunda yüksək olduğunu
rejissor-pedaqoq Dmitri Aleksidzenin: “Əgər rejissor 
müəlliflə aktyor arasında vasitəçidirsə, rəssam aktyorla ta-
maşaçı arasındakı asma körpüyə  bənzəyir”
26
 qənaətinin 
yerinə yetirildiyini təsdiqləyir.  
Xəsis,  əclaf, ziyankar qarını baltalayıb öldürməklə 
əldə etdiyi pullar hesabına xeyirxah işlər görmək istəyən, 
yoxsulluğun qarşısını almaq, dağılmış ailələri bərpa et-
mək, Sonyanı  qurtarmaq istəyən Raskolnikovun dəhşətli 
səhvinin tamaşa boyu çözülməsi psixologizmi önə  çəkir. 
Psixoloji detektiv janrındakı nəsrin çətin mətnini monoloq 
kimi tamaşaçıya çatdırmaqla bədii qiraət ustalığı ilə yanaşı 
rolun zəngin mənəvi sarsıntıların psixoloji çalarlarını da 
vermək tələb olunurdu ki, bu işdə  tərəf müqabili Sonya 
                                                 
25
 А.Я.Таиров. Записки режиссора: статьи, беседы, речи, письма. М., 1970. с.160.  
26
 О.И.Джангишерашвили. Курс ведет Димитрий Алексидзе. Т.,  1978. с. 39. 


Aydın  Dadaşov 
 
 
34 
Marmeladova rolundakı  İrina Perlovanın imkanlarından 
geniş istifadə olundu. 
 1986-cı ildə  çıxan “Teatr” jurnalının 5-ci sayındakı 
“İrina Perlova” məqaləsində: “Sonyanın ilk gəlişi ilə bağlı 
sözsüz səhnə gözəl düşünülmüş  və oynanılmışdı. Hücrə-
dəki çarpayıda ölüm ayağındakı Marmeladovu uşaqları 
əhatəyə alıblar, Katerina İvanovna hönkürüb ağlayır, keşiş 
zəbur duası oxuyur, əyin-başları tökülmüş avaralar gözə 
dəyirlər. Birdən ən yüksək meydançadan dolama   “peter-
burq” pillələrində qırmızı donlu, lələkli şlyapalı, əli çətirli 
bir varlıq görünür. Qəflətən dayanaraq bir neçə  dəqiqə 
aşağıya, atasına baxır və birdən səhnədə  nə varsa hamısı 
dəyişir, dərdin təsirindən o, qaçmır, sanki pillələri uçub 
gələrək əsən hələ ki, uşaq əlləri ilə can verənin çiyinlərini 
qucaqlamaqla səssiz, göz yaşısız hıçqırtıda donub qalır”
27
 
yazan həmyerlimiz L.Derevenskayanın müşahidəsi rejis-
sor Cənnət Səlimovanın yozumunun, aktrisa İrina Perlova-
nın ifasının dəqiqliyini reportaj metodunda verə bilir. Son-
ya Marmeladova Raskolnikovu haqq yoluna gətirə bilmə-
sə də sosializmin tələb etdiyi mübarizə yolunu deyil, dini 
motivi önə çəkə bilir. O dövrün Bakısına xas liberal mühit 
hesabına nəhəng xaçı belə səhnəyə gətirməklə personajla-
rın daxili aləminin açılmasını real münasibətlər sistemində 
həyata keçirən rejissor yozumunun gücü nümayiş edildi. 
12 aprel 1972-ci ildə çıxan “Baku” qəzetindəki “Ci-
nayət və  cəza” məqaləsində  səhnədəki hadisələrin dina-
mikliyini, dolğunluğunu, əsas fikrə yönəlməyən epizodla-
rın, “boşluqların” azlığını göstərən Mark Peyzelin: 
“M.F.Dostoyevskinin fikrinə görə Raskolnikov öz günahı-
nı çəkdiyi əzablarla yumalı idi. Tamaşadakı ölümlə ruhən 
                                                 
27
 Л.С.Деревенская. Ирина Перлова. ж. Театр. 1986. №5. с.104. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə