Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə9/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   5   6   7   8   9   10   11   12   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
29 
şı barışmaz mövqedə durduğunu göstərən bu tamaşada ha-
disələr 1945-ci ilin mayında  əldə edilən sülh sazişindən 
sonra kiçik alman şəhərciyində cərəyan edir. 
 Qanlı  cəbhələrdən keçərək, çay kənarında məskun-
laşan  əsgərlərin nəhayət ki, sakitliyə tapındıqları,  əmin–
amanlığa öyrəşdikləri məqamda serjant Pyotr Borodinin 
(V.Q.Paseçnı) icazəli gəzintidən bir saat gec qayıtması 
hərbi nizamnamənin pozuntusu kimi ciddi təşviş yaradır. 
Pyotr Borodinin bu amansız müharibədə valideynlərini, ev 
– eşiyini itirmiş alman qızı İnqa (İ.A.Perlova) ilə, bülbül-
lərin cəh-cəh vurduğu bir yaz gecəsində rastlaşması, məh-
rumiyyətlərə baxmayaraq hər iki gəncin qəlbində közərən 
məhəbbətin alovlanmasına səbəb olur.  Və söhbət əsnasın-
da Pyotr Borodin İnqaya yer üzündə baş verən bəlaların  
faşizm ilə bağlılığını anlada bilir. Əlbəttə ki, əsərin yazıl-
dığı və tamaşaya qoyulduğu o dövrdə sovetlərin də, elə öl-
kə daxilində  də az fəsadlar törətmədiyi bəlli olsa da, hər 
halda ötən əsrin qlobal problemi sayılan faşizmlə müqayi-
sədə şükürlü idi.  
Hərbi nizamnaməni pozan Pyotr Borodinin gecikmə 
səbəbini araşdıran General Lukyanovun (B.G.Çukmasov) 
İnqaya insani münasibəti üzə çıxsa da, məhəbbət mövzu-
sunu tükətməklə cinayət məcəlləsi ilə bağlı müddəalar önə 
çəkilir. Yeri gəlmişkən Boris Georgieviç Çukmasovun oy-
nadığı general Lukyanov, bu aktyorun teatrdakı çoxsaylı 
tamaşalarında ifa etdiyi  Stalinin təkrarı idi.  
 Komendantın köməkçisi Fedorovskinin İnqanı təhqir 
etməsinə dözməyən Pyotr Borodinin qızın müdafiəsinə 
qalxması ilə  işin hərbi tribunala verilməsi ziddiyyəti me-
xaniki surətdə qızışdırır. Mənəviyyatsız, dar düşüncəli Fe-
dorovskinin israrına baxmayaraq səriştəli vəkil, mayor Ti-
mofeyevlə, qarnizonun dünyagörmüş rəisi, general Lukya-


Aydın  Dadaşov 
 
 
30 
novun serjant Pyotr Borodini müdafiəyə qalxmaları pislə 
yaxşını birbaşa qarşılaşdırmaqla ziddiyyəti mexaniki şə-
kildə nizamlayır. Hətta komendaturaya gətirilən alman 
musiqiçilərinin, fransız professorunun və onun qızı Zizi-
nin gəlişi süjet daxilində qalmaqla əsas hadisənin gedişinə 
təsir göstərə bilmir. Finalda general Lukyanovun imzala-
dığı  əmrlə ordudan tərxis olunan serjant Pyotr Borodinin 
hərbi tribunaldan yaxa qurtarması ilə başa çatan bu tamaşa 
yubileyin tələbini yerinə yetirsə də, pyesdən gələn qüsur-
lardan xilas ola bilmədi.  
İş burasındadır ki, Valentin İvanoviç Yejovun cəbhə 
dostu   Qriqori Naumoviç Çuxrayla yazdığı  “Əsgər haq-
qında ballada” (1959) ssenarisi əsasında çəkilən filmdə də, 
prototipi olan Alyoşa Skvortsovun (Vladimir İvaşov) düş-
mən tankını qorxudan vurması faktı da, insani baxımdan 
anlaşılan olsa da, müəlliflər sovet ordusunu ləkələməkdə 
ittiham olunurdular. (Nikita Sergeyeviç Xruşovun müdaxi-
ləsindən sonra 1960-cı ildə 13-cü Kann festivalına göndə-
rilən film “Yüksək humanizm və  ən ali bədii keyfiyyət” 
mükafatı qazandıqdan sonra partiya sıralarına bərpa olu-
nan rejissor Qriqori Naumoviç Çuxray Lenin mükafatına 
da layiq görülmüşdü) Lakin qorxunc düşmən tankının qa-
bağına salıb qovduğu rabitəçi əsgər qorxu hissi keçirərək 
göz yaşına qərq olsa da, çıxılmaz vəziyyətdə özünü ələ 
alaraq  əlinə keçən iri çaplı silahla, sanki təsadüfən, dörd 
silahlı texnikadan ikisini məhv edərək digərlərini geriyə 
dönməyə vadar etməsi kimi fəal hadisə Pyotr Borodinin 
başına gələnlərdə gözə dəymir. Lakin tamaşada Pyotr Bo-
rodini hərbi tribunala göndərmək  əvəzinə evlərinə yola 
salmaqla nizamnaməni pozan general Lukyanov sadəlövh 
əsgər Alyoşa Skvortsovun anasını görmək, evlərinin damı-
nı təmin etmək üçün icazə istəməsini anlasa da, əmri qa-


Rejissorluğun üslub problemləri 
 
 
31 
nun çərçivəsində yerinə yetirən filmdəki generalın təkrarı-
dır. Və ordunun irəliləməsi fonunda arxa cəbhəyə üz tutan 
Alyoşa Skvortsovun yük vaqonunda rastlaşdığı Şura (Jan-
na Proxorenko) ilə sevgisi, qızın qarovulçu əsgər tərəfin-
dən təhqir edilməsinə dözməməsi də elə Pyotr Borodinin 
İnqa ilə münasibətini təkrarlayır. Bununla belə azadlıq 
ideyası uğrunda vətəni, dünyanı faşizmdən xilas etmək yo-
lunda canından keçməklə  əbədi missiyanı yerinə yetirən 
lirik qəhrəman Alyoşa Skvortsovdan fərqli olaraq Pyotr 
Borodin gözönü hadisələrin yoxluğu ucbatından bu işin 
öhdəsindən gələ bilmir. Görünür 1990-cı ilin “Sovetski 
ekran” jurnalında Viktor Matizenin sualını cavablandıran 
Qriqori Naumoviç Çuxrayın: “Xruşov mülayimləşməsin-
dən sonra Brejnev sazaqları  gəldi.  Əgər mülayimləşmə 
dövründə  vətənin dirçəlişinə ümid məni qızdırırdısa, bu 
şəraitdə azad nəfəs almaq olurdusa, sonradan vəziyyət də-
yişdiyindən nədən söyləməyi bacarmadım” qənaəti susma-
ğı bacarmayan dostunun müəllif kimi məğlubiyyətinin sə-
bəblərindən biri idi. Ancaq Moskvada ssenari təhsili alar-
kən bizə  dərs deyən  Valentin İvanoviç Yejov elə “sus-
muşdu” ki, yubileyi ərəfəsində çıxacaq kitab material ka-
sadlığı çəkirdi. 
                                 
*** 
  Səməd Vurğun adına Rus Dram Teatrının direktoru, 
ixtisasca jurnalist olub “Molodyoj Azerbaydjana”, “Ba-
kinski raboçi” qəzetlərində də çalışmış İrina Petrovna No-
vinskayanın, dənizçi olmuş  həyat yoldaşı,  İsaak Afanasi-
yeviç Milkinlə birgə yazdığı “Amerikalı Sveta” pyesinə 
1970-ci ildə Cənnət Səlimovanın verdiyi quruluş sanki bir 
müddət ciddi əsərlərdən uzaqlaşmaq istəyi təəssüratı ya-
ratdı. Tamaşada baş verən hadisələrin  şəhərimizin əsasən 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə