Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə6/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   2   3   4   5   6   7   8   9   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
19 
prinsipinin qayıdacağından xəbər verir. Və finalda Krupe-
yevə zəng edərək hər kəsi cəzalandırmaq  istəyən Aleksey 
Lyaminin “Özünün taleyi haqqında düşün! Özünün!..”
12
 
kəlmələri həyəcan təbilinə çevrilir. 
20 aprel 1968-ci ildə  çıxan “Molodyoj Azərbaydja-
na” qəzetində: “Belə adam var- Lyamin” məqaləsini yazan 
teatrşünas Adilə  Əliyevanın bu personaj barədə yazdığı: 
“O özünün iştirakının son nəticədə xeyirə ya şərə xidmət 
etdiyi barədə fikirləşmir. Çaşqın gözləri, sərt, qısa tamam-
lanmamış jestləri qeyri - müəyyənlik ifadə edən görüntü-
sü, bütöv fikri itirən qırıq-qırıq danışığı ilə qarşımızda 
canlanan Lyamini tamaşada K.Q.Adamov  canlandırır.  Bu 
dəqiqələrdə o, xahişləri ilə onu çıxılmaz vəziyyətə qoyan-
lardan və etiraz edə bilməyən özünə görə əzab çəkir. Doğ-
rudan da belə xasiyyətdə olmaq əzabdır. İstəmədən müla-
yim olmaq xoş deyil. Lyamin özü də nədən belə mülayim 
olduğunu tapa bilmir. Bu utancaqlıqdan irəli gəlmir. Ada-
movun Lyamini özünün ətrafdakılardan ağıllı olduğunu 
bilir“
13
 fikirləri aktyorun oynadığı  personajla biofizik əla-
qələri bu xırda insani zəifliklərin rola istilik,  həyat ger-
çəkliyi əlavə etməsini səciyyələndirir.  
Pyesdə olduğu kimi tamaşada da atasının imkanların-
dan istifadə etməyən Lyaminin təəssüfü belə onun prinsi-
piallığının üzərinə kölgə sala bilmir. Lyaminin sadə, insa-
ni davranışı ilə  yaşadığı  düşkün mühitin  boşluğunu, ət-
rafda baş verənlərə  laqeydliyi verə bilməsi səhnə yozu-
munu gücləndirir ki, bu da ilkin növbədə quruluşçu rejis-
sor Cənnət Səlimovanın xidmətidir. Mülayim, qayğıkeş 
                                                 
12
 А.М.Володин. Пьсы, сценарии, рассказы. М., 203. с 175.  
13
 А.Д.Сафарова.  Есть  такой  человек – Лямин.  г.  Молодежь  Азербай-
джана. 20-04-1968. 


Aydın  Dadaşov 
 
 
20 
Lyaminin ətrafdakı insanları da özünün mənəvi səviyyəsi-
nə çatdırmaq istəyi səmərəli nəticə verməsə də, rəhbər ki-
mi tabeçiliyindəkilərə, hətta  ətrafındakılara azadlıq ver-
məklə o qapalı mühitdə istər – istəməz üzə çıxan demok-
ratiyanın simvoluna çevrilir. 
“Səməd Vurğun adına Rus Dram Teatrı” kitabında 
“Əlavə etmək gərəkdir ki, hərdən dərinliyə mane olan gü-
rultulu caz musiqisi tamaşanı dördayaq çapdırmaqla tama-
şaçının ciddi düşüncələrinin inkişafına mane olur” qüsuru-
nu tutan Valentin Boquslavski: “Bütövlükdə bu tamaşa 
sanki ilk məğlubiyyətinin  əvəzini çıxan gənc rejissor 
C.Səlimovanın uğurudur”
14
 yazmaqla “Tarielkinin ölümü” 
tamaşasına mənfi münasibətini dəyişmədən yeni sənət qə-
ləbəsini qəbul etməyə bilmədi. 
 Yeri  gəlmişkən o zaman Bakıda qonaq olan Oleq 
Yefremov ötən  əsrin 60-cı illərinin  ənənəsinə uyğun ola-
raq “Təyinat” tamaşasına Cənnət Səlimovanın  verdiyi qu-
ruluşda özünün sevimli aktrisası Nina Doroşina (Nyuta) 
ilə üç dəfə Lyamin rolunda səhnəyə çıxmaqla həmkarının 
yozumunu dəyərləndirdiyini isbatlamışdı. “Sovremennik” 
teatrında tezliklə bağlanan “Təyinat” tamaşasının Bakıda 
səhnə həyatını davam etdirməsi isə Oleq Yefremovu hey-
rətləndirmişdi.  
Sergey Kolosovun 1980–ci ildə quruluş verdiyi And-
rey Mironovun, İrina Kupçenkonun, Aleksandr Kolyagi-
nin baş rollarda oynadıqları film də pyesdə, tamaşalarda 
olduğu kimi mənəviyyat problemini önə  çəkməklə yeni-
                                                 
14
 В.М.Богуславский.  Русский  драматический  имени  С.  Вургуна. B., 
1971. s. 115.  


Rejissorluğun üslub problemləri 
 
 
21 
dənqurmaya və son nəticədə demokratiyaya gedən yolu 
yaxınlaşdıran bir əsərin tirajını artırdı. 
6 aprel 1986-cı ilin “Sovetskaya kultura” qəzetindəki 
“Yeni təyinat” məqaləsində bu pyes barədə Mark Zaxaro-
vun yazdığı: “İstedadlılar, ağıllılar, ixtisaslılar rəhbər vəzi-
fələri tutun. Yerinizi  sizin əməyinizdən utanmadan istifa-
də edən simasız hoqqabazlara güzəştə getməyin. Guya 
rəhbərliyə yaramayan xasiyyətinizi bəhanə edib kənara çə-
kilməyin”
15
 kimi  çağırış  əsərin yeni cəmiyyət quruculu-
ğundakı rolunu da göstərməklə mövzunun əbədiliyini təs-
diqləyir.  
                                       
*** 
V.İ.Leninin anadan olmasının 100 illiyi ərəfəsində 
Səməd Vurğun adına Rus Dram Teatrında yubilyarı  səh-
nədə canlandıran “Kreml saatı”, “Şərqin səhəri” repertuara 
qayıtsa da, "Altı iyul” əsəri tamaşaya qoyulsa da,  Anton 
Pavloviç Çexovun “Kənd həyatından səhnələr” də adlan-
dırdığı “Vanya dayı” pyesini  rəhbərin çox bəyəndiyini 
N.K.Krupskayanın xatirəsinə  əsaslanaraq sübuta yetirən 
Cənnət Səlimova, 1969-cu ildə bu tamaşasına quruluş ver-
məklə özünün sənət iddiasını ortaya qoydu. Bu sənət id-
diası tarixən müxtəlif teatrlarda səhnəyə qoyulmuş bu əsə-
rə yaradıcı müdaxilə hesabına özünün bədii ifadəsini tapdı. 
“Rejissor Stanislavskinin əsas səhnə yeniliklərindən 
biri də  əşyalarından istifadə idi. Bu əşyalar tamaşaçının 
diqqətini çəkməklə yanaşı aktyora da, əhval - ruhiyyə ya-
ratmağa kömək etsə  də, köhnə teatra məxsus bəla idi. 
Çünki  əşyalar aktyoru zaman, məkan parametrlərindən 
çıxara bilirdi” – yazan V.l.Nemiroviç Dançenko “Vanya 
                                                 
15
 М.А.Захаров. Новое назначение. г. Советская культура. 06-04-1986. 


Aydın  Dadaşov 
 
 
22 
dayı”da teatr ədəbiyyatının dəfələrlə  atəşə tutduğu ağca-
qanadlardan, sisəylərdən söz açaraq: “Hətta Çexov özü 
yarızarafat, yarıciddi deyərdi: “Növbəti pyesdə  mən re-
markada göstərəcəyəm ki, adamlara danışmağa maneçilik 
törədən ağcaqanadların, sverçokların və digər həşəratların 
olmadığı ölkədə cərəyan edir””
16
 müşahidəsi C.Ə.Səlimo-
va üçün ibrətamiz ola bilməzdi. Çünki onun  A.P.Çexovun 
bu pyesinə  əlavələri  əşyalar aləminə aid olmayıb,  əsərin 
strukturuna özünün peşəkar üslubuna uyğun yaradıcı mü-
daxilədən ibarət idi.  
Vaxtilə V.E.Meyerxolddan ayrılıb Bakıya üz tutan 
S.A.Mayorovla birgə  şəhərimizə  gələrək uzun illər Rus 
Dram Teatrında quruluşçu rəssam kimi çalışmış, digər 
klassiklər kimi Anton Pavloviç Çexovun da yaradıcılığına 
dərindən bələd olan qocaman sənətkar Sergey Mitrofano-
viç Yefimenkonun həllini verdiyi səhnə tərtibatı tamaşanın 
ilkin  uğurunu təmin etdi.   
“Çexovun pyesləri, xüsusən də “Vanya dayı” və “Üç 
bacı” “fəaliyyət birliyi” çatışmayan dramaturji əsərlərin də  
səhnəlik olduğunu göstərdilər. Belə ki, “Vanya dayı”nın 
bütün baş personajları  çətinliklərlə, həlli çətin ziddiyyət-
lərlə dolu  gündəlik həyatla yaşayırlar. Sonyanın Astrova, 
Voynitsknin Yelena Andreyevnaya  çarəsiz sevgisi, Yele-
na Andreyevna ailə borcu hissinin davamsızlığı, Serebrya-
kovun ümidsiz qocalığı.  Həkim Astrovun fiziki və ideya-
ca tənəzzülü, kənddəki işıq ucu görünməyən işi göz önün-
dədir. Onların hamısı heç nəyin dəyişməyəcəyini dərk 
edərək  əzab çəkirlər. Pyesin dörd aktı  ərzində bu ziddiy-
yətlər tədricən daha aydın üzə çıxsa da öz həllini tapmır. 
Personajlar öz əzabları ilə qalırlar, Serebryakovların və 
                                                 
16
 В.И.Немирович. Данченко.   Рождение театра  с. 146. М., 1989  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə