Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə8/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   4   5   6   7   8   9   10   11   ...   71

Aydın  Dadaşov 
 
 
26 
caq səbr elə, Vanya dayı, səbr elə... Biz dincələcəyik... biz 
dincələcəyik! Biz dincələcəyik.”
19
  fikirləri bu mükəmməl 
tamaşada da, həqiqəti göylərdə axtarmağa,  ruhi yaşantını 
orada davam etməyə çağırmaqla  ədalətli tanrının özü ilə 
bağlı əbədiyyətə keçid edir. 
20 may 1969-cu ildə çıxan “Baku” qəzetindəki “İste-
dadın etirafı” məqaləsində yağışdan,  şimşəkdən tutmuş, 
cırcırama səsinə qədər detalları önə çəkməklə Bədaye teat-
rının  ənənəsini qoruyan tamaşada mühitin gerçəkliyinin 
aktyor oyunu hesabına yarandığını bildirən Solmaz Sədir-
xanovanın: “Görünür ki, rejissor aktyorlardan ən əsası hə-
yat uyğunluğu, saxtakarlıqdan, dəbdəbədən, ritorikadan 
qaçmağı    əldə etmək istəyir. Deyəsən, bu cəhdlərin  ən 
əyani nəticəsi aktyor L.Qruberin yaratdığı Astrov obrazın-
da alınır. Doğrudan da, onun danışığında, jestlərində, da-
xili aləmində süni gümrahlıq, qızışma, intonasiyasında, 
hərəkətində heç bir gündənçıxma yoxdur”
20
 qənaətinə qar-
şı tutarlı  dəlillə  çıxan paytaxt teatrşünası V.E.Frolovun 
münasibəti başqadır.     
17 avqust 1969-cu ilin “Moskovskaya pravda” qəze-
tindəki “Həyat həqiqəti sənəti” məqaləsində paytaxtın 
“Mossovet” teatrında keçirilən festivalda baxdığı “Vanya 
dayı” tamaşasının  əsas personajının ifaçısında: “Adamov 
öz qəhrəmanını zərif lirik, təmiz, güman ki, daha çox xe-
yirxah  əyalət adamı kimi təsəvvür edir”
21
 qüsurunu  tutan 
V.Frolov əksəriyyəti zadəgan olan A.P. Çexov surətləri in-
qilabdan sonra hakimiyyətə  gələnlər (müəllifin  əsərlərin-
dəki muzdurlar)  tərəfindən bir sinif kimi ləğv olunmaqla 
                                                 
19
 А.П. Чехов. Сочинения. М., 1986. т. 12. с. 114-115.
 
20
 С.T.Садырханова. Призвание таланта. г. Баку. 20-05-1969. 
21
 В.Е.Фролов.  Искусство  жизненной  правды.  г.  Московская  правда. 
17-08-1969.  


Rejissorluğun üslub problemləri 
 
 
27 
əsərlərdə mənfi status qazanan sosrealizm dövründə elitar 
təfəkkürlü aktyor da tapmaq çətin məsələ idi. Halbuki di-
gər tərəfdən də, özünün savadı ilə seçilən Konstantin Ada-
mov, immiqrasiyada Mixail Çexov kimi aktyorla birgə ça-
lışmış Akim Tamirovun da, doğmaca bacısı oğlu idi. 
28 avqust 1969-cu ildə  çıxan “Sovetskaya kultura” 
qəzetindəki “Aktyora inanılanda” məqaləsində Cənnət Sə-
limovanın yozumundakı “Vanya dayı” barədə: “O ki, qal-
dı Yelenanın “tamaşanın” ruhuna və “mərkəzi hadisəsinə” 
çevrilməsi, aktrisa gerçəkdən tərif qazansa da, bu açıq-
aydın  şişirtmədir.  İdeya-fikir çalarlarının səslənməsinə 
sədaqətin pozulmasının, “Vanya dayı mövzusunun” qapa-
dılmasının günahı onda deyil”
22
 yazan  E.Xodunovanın 
iradına etiraz etməyə  dəyər. Belə ki, pyesdə mövqeyinin 
daşıyıcısına çevrildiyi müəllif mətnini də finaldakı mono-
loqunda dilə gətirən Yelenanın tamaşanın ruhuna, mərkəzi 
hadisəsinə çevrilməsini yolverilməz hesab etmək olmaz. 
Bütövlükdə isə bu müəllifin əsərlərinin səhnə yozumunun 
çətinliyi K.S.Stanislavskinin: “Ümumiyyətlə, Çexovun 
pyeslərində oynamağa, təmsil etməyə səy edənlər yanılır-
lar. Onun pyeslərində yaratmaq, yəni yaşamaq, mövcud 
olmaq lazımdır, qəlbin dərinliklərində gizlənmiş ruhun şah 
damarını tutub getmək lazımdır. Burada Çexovun müxtəlif 
və çox zaman qeyri-şüuru təsir üsulları çox qüvvətlidir. 
Yer var ki, o impersionist, başqa yerdə simvolistdir, lazım 
gələndə realistdir. Bəzən isə az qalır naturalist olsun”
23
 fi-
kirlərində də təsdiqlənir. 
1899-cu ildə qoyduğu tamaşa üzərində  işləyərkən 
Çexovla ünsiyyətdən sonra: “İstedadsız heç kəsə lazım ol-
                                                 
22
 Е.А.Ходунова. Когда верят актерам. г. Советская культура. 28-08-1969.  
23
 К.С.Станиславский. Моя жизнь в искусстве. М., 1962. s.262. 


Aydın  Dadaşov 
 
 
28 
mayan haqsız olaraq şişirdilmiş,  xanım Voynitskayanın 
hər oxuduğu elmi kitablar yazan, professor bütün Peter-
burqun qibləgahına çevrilməklə kef çəkir. Ümumi məftun-
luğa qapılaraq bir müddət ona hörmət bəsləyən Vanya da-
yı da, onu böyük adam sayaraq, bu məşhur adamın şöhrə-
tini qaldırmaq naminə onun malikanəsində sədaqətlə çalı-
şır. Lakin sabun qovuğunu andıran Serebryakovun yüksək 
mövqeyə layiq olmadığı, Vanya dayı və Astrov kimi diri-
baş və istedadlı adamların isə öz ömürlərini geniş, bərbad 
Rusiyanın ayı mağaralarını andıran künc-bucaqlarında çü-
rütdükləri üzə çıxır. Ona görə də ürəyindən keçir ki, ömrü 
tənhalıqda, gözdən iraq yerlərdə zay olan əsl iş adamlarını, 
zəhmətkeşləri dövlət başına çağrılaraq istedadsız, lakin 
şöhrətli Serebryakovların tutduqları mövqeləri  əldə etsin-
lər”
24
 yazan  K.S.Stanislavski  müəllifin demokratik ruhlu 
mövqeyini şərh edir. 
Pyeslərini yazıldığı kimi “sadə, bəsit” göstərməyi 
tövsiyə edən A.P. Çexova tabe olmaqla ilkin ədəbi mənbə-
ni olduğu kimi səhnəyə gətirən “Vanya dayı” tamaşasında 
aktyorların lazımi  əhval-ruhiyyəsini qorumaq naminə 
Cənnət Səlimovanın qrim otaqlarının qapısına: “Xahiş 
olunur narahat etməyin!” cümləsini yazıb yapışdırması 
teatrda indi də xatırlanır.  
                                  
*** 
Valentin İvanoviç Yejovun poetik adı dramaturji ha-
disələrdə doğrulmayan “Bülbüllü gecə” pyesi əsasında  
Cənnət Səlimovanın 1970-ci ildə verdiyi quruluş faşizm 
üzərində qələbənin 25 illiyinə teatrın layiqli töhfəsi oldu. 
Sovet əsgərinin humanist dəyərlərə söykəndiyini, şərə qar-
                                                 
24
 К.С.Станиславский. Моя жизнь в искусстве. М., 1962.  s.272. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə