Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə16/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   12   13   14   15   16   17   18   19   ...   71

Aydın  Dadaşov 
 
 
50 
Səlimovanın tamaşasında  pyesin ideyasının daha dəqiq 
təzahürü bəyənildi.     
Tamaşanın  əvvəlində  səhnəyə  çıxan personajların 
“müharibə” kəlməsini  əvvəl müdhiş bir xəbər, sonra isə 
adi söz kimi səsləndirməsi əcaibliyə öyrəşmənin mənzərə-
si finalda isə  səhnəyə  çıxan hər bir personajın “Tək mən 
nə edə bilərdim?” cümləsini təkrarlaması ilə uğurlu bədii 
çərçivə qapanır. Və  “Ədəbiyyat insanın qeyri – mükəm-
məlliyinə qarşı yönələn bir aksiyadır”
43
 deyən  Bertold 
Brextin “Kuraj ana və  uşaqları” pyesinin “Müharibə  hər 
kəsin günahıdır” ideyası bu səhnə yozumunda parlaq bədii 
ifadəsini tapır. Beləliklə Bertold Brextin: “Həyatda adam-
lar çox da hərəkət etmirlər, vəziyyət dəyişməyincə onlar 
dayanır və ya bir yerdə otururlar. Teatrda da, aktyorlar 
yerlərini həyatdakından tez yox, bəlkə  də gec dəyişməli-
dirlər. Səhnə yozumunun təzahürü  ən  əhəmiyyətsiz təsa-
düflərdən belə  təmizlənməli olduğundan burada hər  şey 
xüsusi məntiqlə düşünülməlidir. Əks halda hərəkətlər hə-
qiqi inflyasiyaya uğradığından, nə varsa əhəmiyyətini iti-
rər”
44
 tövsiyyələrini dəqiq yerinə yetirən  Cənnət Səlimo-
va bütün statik mizanları maneələri dəf etmək yolu ilə hə-
yata keçirməklə tamaşanın obrazlı  həllinə xidmət etdirə 
bildi. 
6 yanvar 1976-ci ilin “Ədəbiyyat və incəsənət” qəze-
tindəki “Brextin xəbərdarlıq təbili” məqaləsinin müəllifi
Brext dramaturgiyası ilə tanışlığının  1962-ci ildə Lenin-
qradda baxdığı “Sıçuanlı xeyirxah adam” tamaşası ilə bağ-
landığını xatırlayan (Puşkin adına teatrın bu məşhur tama-
şasının quruluşçu rejissoru Cənnət Səlimovanın sənət 
                                                 
43
 Бертольд Брехт. О литературе. М., 1988. с. 84. 
44
 Бертольд Брехт. Театр. М., 1965. с. 533. 


Rejissorluğun üslub problemləri 
 
 
51 
müəllimi Rafael Rafaeloviç Susloviç idi. A.D.)  Sirusa: 
“Əgər “Kuraj ana və uşaqları” pyesində Katrin obrazı ol-
masaydı tamaşaçı ümidsizlikdən, bədbinlikdən boğulardı. 
Katrin obrazı ilə yazıçı deyir ki, həmişə, ən ağır günlərdə 
belə kim isə özünü qurban verərək xəbərdarlıq təbilini səs-
ləndirməlidir”
45
 deyən Cənnət Səlimova ali məqsədi dəqiq 
tutduğunu təsdiqləyir. 
Tamaşanın finalında ölmüş  qızının  dəfninə lazım 
olan pulu ödəyib furqonunu irəliyə, yeni cəbhələrə doğru 
dartmaq əzmində olan ana tamaşanı bitirdikdən sonra səh-
nəyə çıxan personajlar arasındakı Ketrinin davamlı olaraq 
təbili döyəcləməsi insanları ayıq – sayıq olmağa çağırması 
ilə Cənnət Səlimova ali məqsədi ideyaya son akkordlarda 
tabe etdirir. Ümumiyyətlə Cənnət Səlimovanın tamaşaları-
nın sonunda aktyorların səhnəyə çıxmaları bədii həllini ali 
məqsədin, ideyanın təzahürü, bəzən hətta təntənəsi 
kontekstində  tapır. 
                            
*** 
Vsevold Emilyeviç Meyerxoldun tələbəsi olmuş 
Aleksey Arbuzovun “Üç hissəli dialoqlar” adlandırdığı 
“Mənim zavallı Maratım” pyesinin 1975–ci ildə  Cənnət 
Səlimovanın səhnə yozumunda əsərin  ən çətin 
məqamlarda belə  əbədi dəyərlərin qorunması ilə bağlı 
mənəvi problemlərinə meydan verdi. Pyesin dövrün 
 
xronikal ardıcıllığını  əks etdirən 1942 – ci ilin yazında 
blokada zamanı düşmən bombalarından dağılmış  şaxtalı 
qışda qızınmaq üçün nəinki mebellərin, hətta divardakı 
çərçivəli fotoşəkillərin, Turgenevin əsərlərindən başqa 
bütün kitabxananın  belə sobada yandırıldığı  mənzildə, 
                                                 
45
 Sirus. Brextin xəbərdarlıq təbili. 31-01-1976.  


Aydın  Dadaşov 
 
 
52 
uşaq sadəliyi ilə ciddiliyi özündə birləşdirən on altı yaşlı 
Lidya Vasiliyevnanın - Likanın (İ.A.Perlova) 
həmyaşıdları; ağıllı, güclü, həyat eşqi coşub-daşan  Marat 
Yevsteqneyevlə (V.Q.Paseçnı) ünsiyyəti maraqlı  səhnə 
həllini tapırdı. Səhnədə üç tarixi mərhələnin hadisələri 
cəmisi bir otaqda cərəyan etsə  də, quruluşçu rəssam 
Q.P.Belovun pəncərələrdən görünən Leninqrad mən-
zərəsində evlərlə birgə şəhərin emblemi olan Niva çayın-
dakı gəmini belə diqqət  mərkəzinə gətirməsi epizodların 
qapalı  məkan kontekstindən kənarda açılışına xidmət et-
məklə ümumiləşdirməyə imkan yaradırdı.  
31 oktyabr 1975–ci ilin “Baku” qəzetində Lyüdmila 
Krasovskayanın “Yollar, hansını ki, seçirlər” məqaləsin-
dəki: “Aktyorlar Likanın ad günü səhnəsini maraqlı coş-
qunluq, titrəkliklə oynadılar. qiymətli qatı süd bankasının 
üzərində sehrbazlıq, bir-birindən yarızarafat asılılığın 
arxasında ilkin hissiyyatın dərin, kövrək mövzusu açıq-ay-
dın  səslənir”
46
 müşahidəsi Cənnət Səlimovanın peşəkar 
üslubu məhəbbətin yaranma prosesini belə üzə  çıxarmaq 
imkanını səciyyələndirir. Artıq münasibətləri formalaşmış  
Lika ilə Maratın gəlib çıxan, soyuqdan donmuş, zəif, ira-
dəsiz Leonidin qarşılaşdırılması  əsərin strukturunun sona 
qədər aparılmasına şərait yaradır. Bu yeniyetmələrin daxili 
dünyasının formalaşması, illər boyu xatırlanması, yaşam 
tərzinin dəyərləndirilməsi, gələcəyin proqramlaşdırılması 
özünün səhnə həllini tapır.  
Düşmən təyyarələrinin daim bombaladığı evlərin  
damlarında növbə  çəkən xəyalpərvər  Maratla tədqiqatçı 
həkim olmağı arzulayıb indi sanitar kimi yaralılara xidmət 
edən Likanın, körpü tikmək istəyi ürəyində qalan yaralı 
                                                 
46
 Л.А. Красовская. Дороги, которые выбирают. г. Баку. 31-10-1975.  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə