Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə17/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
53 
Leonidin üç müxtəlif mərhələdə qarşılaşdırılması dövrün 
mənəvi mənzərəsini də yaradır. Hər iki gəncin cəbhəyə 
yollanması hadisəlilik prinsipini növbəti mərhələyə çıxarır.  
Qələbədən sonrakı növbəti mərhələdə döyüşlərdə 
qızıl ulduz qazanmış güclü, ağıllı Maratın ictimai həyatda 
da fəal mövqe tutması fonunda, döyüşdə bir əlini itirmiş  
yazıq Leonidikin zəif  şeirlər yazmağı davam etirdiyini 
boynuna alması personajları yeni müstəvidə  təqdim edir. 
Likanın sevgisini dilə gətirə bilməyən qalib Maratı deyil,  
ailəyə ehtiyacını bacarıqla izhar edən məğlub Leonidə ya-
zığı  gəldiyindən onu ər kimi seçməsi rəhmdilliyi önə  çə-
kən xristianlığın təzahürünə çevrilir. Beləliklə artıq 1946 – 
cı ildə  əlini itirməklə arzularından  əl çəkmiş,  şeirlərini 
yazmaqla kifayətlənən Leonidin, tədqiqatçı ola bilməsə də 
sadə həkim kimi çalışan Lika ilə yeknəsək həyatı sevgisiz 
yaşam tərzinin dözülməzliyinin təsdiqinə çevrilir. Özünün 
sağ qalmasına qürrələnən  Leonidikdən fərqli olaraq mü-
haribənin dağıntılarını aradan qaldırıb körpülər salan 
Marat yeni dövrün qurucusuna çevrilir. Nəhayət ki, uzun 
ayrılıqdan sonra 1959-cu ildə gəlib çıxan Marat tərəfindən 
bu üçlüyün həyatının dəyişdirilməsi hadisələri yeniləşdirir. 
Lika ilə Maratın münasibətinin daha dərin olduğunu 
duyan Leonidin onlara sərbəstlik verməklə evdən getməsi  
məhəbbətin qələbəsinin təsdiqi kimi verilir. 
10 aprel 1976-ci ilin “Ədəbiyyat və incəsənət” qəze-
tində pyesin məzmununun  sadalandığı “Mənim zavallı 
Maratım” məqaləsində: “Tamaşanın quruluşçu rejissoru 
C.Səlimova hadisələrin mənəvi və psixoloji ruhunu düz-
gün duyur” yazan teatrşünas Mahmud Allahverdiyev: 
“Marat Likanın Leoniklə ailə qurmasına razı olur. Lakin 
həm tamaşada, həm də aktyor ifasında mühüm əhəmiyyətə 
malik bu psixoloji məzmun kifayət qədər açılmamışdır. 


Aydın  Dadaşov 
 
 
54 
Qəribədir ki, Paseçnı da, müxtəlif vəziyyətlərdə eyni boya 
ilə kifayətlənir. Marat Lika ilə ailə qurduğu zaman və ayrı-
lıq səhnəsində aktyor psixoloji gərginliyi artırmır. Buna 
görə də obrazın emosional təsiri zəifləyir. Müəllif fikrinə 
görə, əsas obraz Maratdır. Lakin dinamikanı və gərginliyi 
Leonidik (Y.Q.Mitrofanov) çiynində daşıyır. Aktyor ağır, 
çətin sınaqlardan keçən Leonidikin daxili əzab və iztirab-
larını bədiiliklə canlandırır, ara-sıra fəci boyalardan məha-
rətlə istifadə edir. Lakin Leonidik həyatı, insanları  dərin-
dən duymaqda çətinlik çəkir. Hadisələrin sonunda bu hə-
qiqəti anladığı üçün qəlbində təbəddülat yaranır; o zahirən 
təmkinli, həlim görünsə də, daxilən narahatdır, əzab çəkir, 
sarsılır, ailə  həyatını  dəyişmək, yaradıcılıq işlərinə yeni-
dən başlamaq istəyir. Belə də edir. Həm də Lika ilə Maratı 
birləşdirir”
47
 cümlələri ilə bir aktyorun ifasını dəyərləndir-
sə də, digərinin (əsas personajın) zəifliyi ucbatından  per-
sonajlararası münasibətin pozulduğunu göstərir.  
Bütövlükdə isə  bəşəriyyət üçün təhlükəli faşizmlə 
mübarizədə ölümdən xilas olanların yaşam haqqını göstə-
rən, dramaturji qanunlarla yazılmış pyesin bədii dəyərləri-
nə baxmayaraq qadının ər dəyişdirməsi ilə bağlı süjet xət-
ti, görünür milli mentalitetdən uzaq olduğundan tamaşa da 
uzun müddət repertuarda qala bilmədi.           
                                  
***
 
Viktor Rozovun mübahisələrə səbəb olan “Rosa stan-
siyasının atlıları” pyesinə Cənnət Səlimovanın 1976-cı il-
də verdiyi quruluş da diqqəti cəlb edir. Məlumdur ki, sen-
zuranın bəyənmədiyi bu pyesin adını müəllif “Axşamdan 
günortaya qədər” adı ilə  əvəz etmişdi. Nikita Xuruşovun 
                                                 
47
 M.Г.Allahverdiyev. Mənim zavallı Maratım. Ədəbiyyat və incəsənət . 10-04-1976.  


Rejissorluğun üslub problemləri 
 
 
55 
“ilıqlaşma” dövrünü əvəzləyən Leonid Brejnevin “buzlaş-
ma” mərhələsində “Rosa stansiyasının atlıları” pyesinin 
“imkanlılar kasıbların, yəni atlılar  piyadaların belinə çıxa 
bilməzlər”  ideyasının gerçəkləşməsi olduqca aktual idi. 
Əsas ona görə ki, sovetlər ölkəsində sinifsiz cəmiyyətdən 
söhbət getdiyi halda  təbəqələşmənin təzahürü göz önündə 
idi. Pyesin, tamaşanın da gücü məhrumiyyətlərə baxmaya-
raq cəmiyyətdəki sosial aşınmanın nəticəsində  təhlükəyə 
məruz qalan mənəvi dəyərlərin qorunması yollarını göstər-
mək bacarığında idi.  
İstedadlı, məşhur yazıçı Andrey Konstantinoviç Jar-
kovun (S.İ.Yakuşev) ailəsində baş verənlər ölkənin psixo-
loji mənzərəsini canlandıra bilməklə mövcud problemin 
dar çərçivəyə  tətbiq olunmasına imkan yaradır. Andrey 
Konstantinoviç Jarkovun oğlu Kimi (Lev Qruber) sevsə də 
ayrıldığı  Braziliyaya köçən arvadından olan yeniyetmə 
Alberti (İ.İKoşeleviç) ölkədən kənara buraxmaq istəmə-
məsi, paralel olaraq yazıçının qızı Katyanın səkkiz ilin ay-
rılığından sonra elmlər namizədi kimi geriyə qayıdan bəd-
güman sevgilisi Lev İvanoviçlə yeni həyat başlayacağına 
ümid bəsləməsi hadisələrin mərkəzində dayanır. Kimin 
oğlu ölkədən gedərsə  mənəvi bağların itiriləcəyini düşü-
nüb əzab çəkdiyi halda Albertin harada olursa olsun keç-
mişlə  əlaqənin itirilməyəcəyinin üzə  çıxması qloballaşan 
dünyada da mənəviyyatın vacib rolunu vurğulayır. 
Finalda Lyova Qruzdyevin timsalında yalnız bu gün-
lə yaşamaqla mənəvi dəyərlərin üzərindən xətt çəkən vəzi-
fəli, imkanlı “atlılar”ın təzyiqinə dözməyən Kimin oğlu 
Albertin xaricə getməsi ilə razılaşması, atası Andrey 
Konstantinoviç Jarkovun yazdığı romanın  əlyazmasını 
yandırması mövcud quruluşa qarşı üsyan kimi səslənir.  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə