Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə20/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   16   17   18   19   20   21   22   23   ...   71

Aydın  Dadaşov 
 
 
62 
1904-cü ildə A.P. Çexovun “İvanov” pyesinə quruluş 
verən K.S.Stanislavskinin: “Çexovun fikirlərinin səhnə tə-
cəssümü qabarıq olmalıdır. Pyesin leytmotivi həmişə səs-
lənməlidir. Ancaq təəssüf ki, Çexovun istəyini səhnədə tə-
cəssüm etdirmək, pyesin zahiri həyatının məişət tərəflərini 
göstərməkdən çətindir. Məhz bu səbəbdən çox zaman 
teatrlarda pyesin əsas qayəsi kölgədə qalır, adi cəhətlər isə 
hədsiz qabardılmaqla önə keçirilir. Ağırlıq mərkəzinin be-
lə  dəyişdirilməsinin günahı çox vaxt yalnız rejissorlarda 
deyil, aktyorların özlərində də olur. Məsələn İvanovu oy-
nayan aktyorlar adətən onu əsəb xəstəsi kimi təqdim et-
məklə ona qarşı tamaşaçı  mərhəməti oyadırlar. Halbuki 
Çexov onu ictimai həyatda mübariz, güclü adam kimi ya-
ratmışdır. Ancaq İvanov da, tab gətirmir – rus həyatının 
dözülməz şəraitinə qarşı ağır mübarizədə məhv olur. Pye-
sin fasiləsizliyi baş qəhrəmanın xəstəliyində deyil kökün-
dən dəyişdirilməsi gərək olan həyat şəraitinin dözülməzli-
yindədir”
55
 fikirlərinin Cənnət Səlimovanın səhnə həllində 
də təsdiqlənməsi yozumunu səciyyələndirir. 
                                 
*** 
Yunan mifologiyasının Esxil, Sofokl, Evripid faciələ-
rinin intibah dövründə də təzahür etmiş personajlarını can-
landıran macar dramaturqu Laslo Dyurkonun “Elektra  
sevgim mənim” tamaşasına 1978-ci ildə Cənnət Səlimova-
nın verdiyi quruluş pyesin “azad xalq mütləqiyyət üçün 
təhlükə yaradır” ideyasının gerçəkləşdirilməsində Appol-
lonun iradəsi, bacısı Elektranın qətiyyəti sayəsində atası-
nın intiqamını cəmiyyətin yeniləşməsi kontekstində qalan 
qəhrəman demokratiyanın simvoluna çevrilir. Tamaşada 
                                                 
55
 К.С.Станиславский. Моя жизнь в искусстве. М., 1962. s.326. 


Rejissorluğun üslub problemləri 
 
 
63 
bacı – qardaşın, Elektra ilə Orestin mübarizə yolunda zo-
rakılıq və yaxud demokratik metodlar arasında seçim et-
mələri mövzu – problem əlaqələrini nizamlayır. Qədim 
mifdə olduğu kimi qardaşı Orestlə anası Klitemenestridən 
və onun aşnası Eqistdən ataları Aqamemnonun qisasını 
alan Elektra ilə Orest tamaşanın mərkəzi fiquruna çevrilir-
lər.  “Səməd Vurğun adına Rus Dram Teatrı” kitabında:“ 
“Elektra  sevgim mənim”in bütün çətin ziddiyyətlərin  həl-
lində vacib olan mürəkkəb mətni; açıq, hətta “hay-küylü” 
ehtirasları, fikri, əhvalı belə üslub-janr baxımından sadə 
yolla çatdırır”
56
 yazan  Valentin Boquslavski nəhayət ki
Cənnət Səlimovanın peşəkar üslubunu dəyərləndirir.  
9 mart 1979 – cu ilin “Bakı” qəzetində “Elektranın 
taleyi və ölümü” məqaləsindəki: “Antik teatrdakı kimi təs-
vir olunanın illüstrativ məqamlarını minimuma gətirən 
Cənnət Səlimova zahiri şərtiliklərlə baş verənlərin daxili 
mahiyyətini üzə  çıxarır. Və fikri ehtiraslar süzgəcindən 
keçirməklə insan taleyinin inamın, inamsızlığın, həyatın 
itkilərinin, qazanclarının bu günkü fəlsəfi varlığı barədə 
ciddi və  çətin söhbət aparır”
57
  yazan Svetlana Barinova 
tamaşanın rejissor yozumunu dəqiq dəyərləndirir. Həmin 
məqalədə Elektra rolundakı  İrina Perlovanın oyun tərzi 
barədə: “Aktrisaya yeganə qeyd odur ki, obrazın zahiri 
təsvirində daha ifadəli plastika tapılsın və xüsusən Orestlə 
anlaşmada qadınıq artırılsın” qeydi isə müəmmalı səslənir. 
Çünki İrina Perlova peşə cəbbəxanasında qadınlıq imkan-
larından yetərincə bəhrələnməyi bacaran sənətkardır. 
1980-cı ildə  çıxan “Teatr” jurnalının 9-cu sayındakı 
“Qocalmaq və yeniləşmək” məqaləsində: “Cənnət Səlimo-
                                                 
56
 В.М.Богуславский. Русский драматический им. С. Вургуна. B. 1971. s. 115.  
57
 С.М.Баринова. Судьба и смерть Электры. г. Баку. 09-03- 1979. 


Aydın  Dadaşov 
 
 
64 
vanın quruluşunda Dyurkonun pyesinin faciəvi pafosu ona 
görə güclü təzahürünü tapır ki, rejissor və Elektranı 
oynayan aktrisa İrina Perlova atasının intiqamını almaq 
borcunu unutmağı bacarmayan, istəməyən qəhrəmanın fa-
ciəvi çarpışmasını  dərin psixologizmlə zinətləndirdilər”
58
 
yazan teatrşünas Leonid Velixov rejissorun peşəkar üslu-
bundakı  əsas məqamın səciyyələndirilməsində  məhz bu 
aktrisanın müstəsna rolunu qeyd edir.  
Orest rolunda V.Q.Paseçnı, Eqist rolunda Lev Qru-
ber, Klitemnestra rolunda isə R.S.Ginzburq bəraət prinsi-
pini yüksək səviyyədə canlandırırdı. Belə ki, mifologiya-
dan gələn sehrkar Medeyanın davamı olan bu personajı 
oynayan R.Ginzburqun ifasında sevgilisinə görə  oğluna 
nifrətin təqdimatı yüksək təzahürünü tapırdı. Rəssam El-
çin Məmmədovun tərtibatında mavi göylərlə qızılı günəşin 
fonundakı personajların təsvirinin önə çəkilməsinə xidmət 
edirdi. Beləliklə dünyanın düzənində hər kəsin məsuliyyə-
ti,  əksliklərin qarşıdurmasında
 
 “azad xalq mütləqiyyət 
üçün təhlükə yaradır” ideyasında önə çəkən  “Elektra  sev-
gim mənim” tamaşası uğurlu səhnə yozumunu tapdı. Ma-
car rejissoru Yanço Mikoloşun ekranlaşdırdığı bu filmdə 
də məhz bu ideya önə çəkilir. 
 
                                  *** 
Aleksey Arbuzovun “Amansız oyunlar” pyesi əsasın-
da Cənnət Səlimovanın 1979 – cu ildə quruluş verdiyi ta-
maşa ötən  əsrin 70–ci illərində Moskvanın mərkəzində 
institutu atıb rəssamlıqla məşğul olan iyirmi yaşlı Kay 
Leonidovun (B.D.Lukinski) üç otaqlı  mənzilində baş 
verən bu hadisələr gənclik problemlərini əks etdirir. Anası 
                                                 
58
 Л.Ю.Велехов. Стареть и обновляться. ж. Театр. с. 38.  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə