Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə23/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   19   20   21   22   23   24   25   26   ...   71

Aydın  Dadaşov 
 
 
72 
Mirzə  Şərifzadə ilə  Mərziyyə Davudovanın baş rollarda 
oynadıqları tamaşaya baxdığını, 1924-cü ildə “Kommu-
nist” qəzetinin klubunda susub duran müəllifin baxışları 
altında müzakirə edilən əsərdə: “Aydının ailəsinin dağıldı-
ğına, arvadının alçaldılıb təhqir edilməsinə görə kapita-
lizm quruluşu günahkar sayılsın. Quruluşun qurbanına 
çevrilən Gültəkinə bəraət verilsin” deyən “məhkəmə səd-
ri”ni xatırlayıb mətnin, Dövlətlə Aydın arasındakı sosial 
ziddiyyəti qabardan istehsalatla, tətillə bağlı səhnənin ixti-
sarına göz yumaraq: “Onu demək gərəkdir ki, məhdud 
aktyor ansamblında bir ifaçı belə qabağa çıxmır. Və bu da, 
ruhuna və ifadə vasitələrinə görə müasir tamaşa yaradan 
quruluşçunun xidmətidir”
64
 qənaəti ilə məmnunluğunu bil-
dirən professor Abbas Zamanovun fikri müqayisədə daha 
tutarlı səslənir. 
Tamaşada Susanna (T.E.Qalakçiyeva), Balaxan 
(V.İ.Myasnikov), Novruz bəy (A.F. Kornilov), Mirzə Ca-
vad (O.P.Qamazov), Dövlət bəyin arvadı (İ.Yampolskaya) 
kimi personajların oynunun yaratdığı  vəhdət özünü doğ-
ruldur. Bu tamaşanı o zaman respublikaya rəhbərlik edən 
Heydər Əliyev də çox bəyənir... Həmin ərəfədə, aktyorlar-
la münasibəti alınmadığından Mehdi Məmmədovun özü-
nün teatrdan baş götürüb getməsi ilə Cənnət Səlimova baş 
rejissor olur.  
 
*** 
Ölkənin  əsas teatrlarında tamaşaya qoyulmuş, haq-
qında çoxsaylı  məqalələr yazılmış  və  hətta ekranlaşdırıl-
mış “Mükafat” və “Əks-əlaqə” pyeslərinin müəllifi Alek-
sandr Gelmanın “Biz aşağıda imza atanlar” pyesinə Cən-
                                                 
64
 А.Ф. Заманов. Новое  прочтение  “Айдын”а. г. Бакинский  рабочий.  26-01- 1980. 


Rejissorluğun üslub problemləri 
 
 
73 
nət Səlimovanın 1980-ci ildəki səhnə yozumunda da, ti-
kinti idarəsinin xırda məmuru Lenya Şandinin öz rəisi, 
əhalinin mənafeyini qoruyan Yeqorovun müdafiəsinə 
qalxması  əsas dramaturji hadisəni ilkin  mənbədə olduğu 
kimi əsasən qatarda  yaradır. Yevgeniya Sarkisyanın tərti-
batında fırlanan karusel, qatar təkərlərinin taqqıltısı, arabir 
eşidilən fit səsi təəssüratı gücləndirir. 
 Şəxsi sədaqət prinsipini əsas götürərək korrupsiyaya 
qurşanan Qrijilyukun kənddə çörək zavodunun tikintisini 
həyata keçirən, vicdanlı, təmiz işləyən Yeqorovu vəzifə-
sindən kənarlaşdırmaq istəməsi xeyir-şər qarşıdurmasını 
yaradır. Dramaturji strukturda  nə Qrijilyukun, nə də Ye-
qorovun özləri görünməsə  də, onların mənafeyini qoru-
yanların psixoloji münasibətlər sistemi bir çox mətləbləri 
üzə çıxarır. Sobalarda çörəyin bişirilməsi mümkün olsa da 
obyektin qəbul aktına imza atmayıb gedən vilayət icra ha-
kimiyyətinin komissiyasının obyektivliyi ilə tanınan sədri 
Devyatovu (S.Yakuşev), üzvlərdən özündən müştəbeh, işi-
nə barmaqarası baxan, şorgöz, içkiyə meyilli, başqasının 
hesabına yeyib- içməyi sevən, “oturduğu yeri batırma-
maq” prinsipi ilə yaşayan fizioloji varlıq Semyonovla 
(V.İ.Myasnikov), öz mövqeyi olmayıb, buyruq quluna 
çevrilən Nuykinanı (Q.B.Koltunova) gecə qatarında haqla-
yan Yeqorovun işi yoluna qoymaq naminə vaqon bələdçisi 
ilə yaradıcı avantüraları fabulaya işləyən süjet yaradır.  
Bütövlükdə dövlət büdcəsinə əl uzadanalara qarşı yö-
nələn bu əsərdə  vaxtilə  qoca müəlliminin “Vətəni sev-
mək, ağcaqayınları öpmək deyil, ən şərəfli adamlara arxa 
durmaq, çətin məqamda kömək etmək deməkdir” fikirləri-
ni özünün ideoloji platformasına çevirən Lenya Şandinin 
arvadı Alla İvanovnanın və iş yoldaşı, özünə, sözünə fikir 
verən, oxumuş, tərbiyəli lakin vətəndaşlığı  sıfra bərabər 


Aydın  Dadaşov 
 
 
74 
olan Malisovun da bir kupedə peyda olmaları dramaturji 
strukturdakı personajları  səfərbər edir. Alla İvanovnanın 
akta imza atdırmaq naminə dəridən, qaqbıqdan çıxan əri-
nin özünü alçaltmasına və hətta ona girişən komissiya üz-
vü  Semyonovun hərəkətinə göz yummasına dözə bilmə-
məsi şəxsi motivi önə çəkir.  
3 yanvar 1981-ci ilin “Baku” qəzetində Mark Peyzel 
“Hər kəsin qəlbinə” məqaləsində İrina Perlovanın oynadı-
ğı Alla İvanovna haqqında: “Doğrudan da Şindina missi-
yasını sevdiyi əri ilə birlikdə  həyata keçirməsini aktrisa 
inamla göstərir. Ancaq təəssüf ki, onun mahiyyətcə meş-
şan olduğu üzə çıxmır. Dünyagörüşü cəhətdən əri Lenya ilə 
əks mövqedə olan Malisovlar, Nukinalar, Qrijinyuklar tərə-
fində dayanır”
65
 qənaətini yazır. Gecə qatarında vilayət mər-
kəzinə qayıdan dövlət komissiyasının tikintisi tam  başa çat-
mayan çörək zavodunun qəbulu barədə akta imza atmağa 
vadar etmək istəməsi dramaturji maneələrlə həyata keçirilir. 
Sağlam niyyətli Lenya Şandenin özünü korrupsiyadan 
kənarda saxlaya bilən vicdanlı Devyatovu son məqamda
qatar Moskvaya çatdıqda imza atmağa razı salması xeyirin 
şər üzərində qələbəsini səciyyələndirir.  
Tamaşada Şindinin rolunu ifa edən iki aktyordan İosif 
Koşeleviç inkişaf dinamikasını sadədən mürəkkəbə doğru 
aparmaqla personajını  şəxsi motivlə yaşayan romantikdən 
ictimai xislətli qəhrəmana çevirə bilsə də, təqdimatı yüksək 
notdan başlayan Aleksandr Şarovski oynadığı rola sosializ-
mə xas mübariz inqilabçı ruhu verə bilir. Devyatov rolunda-
kı Sergey Yakuşev isə ilk epizodda suyu da üfürə - üfürə 
içən ehtiyatlı məmur personajının ictimai mövqeyi qoruyan 
vətəndaşa çevrilməsi prosesini ustalıqla göstərə bilir. Tama-
                                                 
65
 М.И.Пейзель.  К сердцу каждого. г. Баку. 03-01-1981. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə