Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə19/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   15   16   17   18   19   20   21   22   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
59 
nə müdaxiləsi ilə milli ziddiyyət də qabardılır. Və toyunda 
özünü tapança ilə vuran İvanov məhəbbəti oyuna çevir-
məklə  ətalətə yuvarlanmanın çıxılmaz qismətini göstərə 
bilir.   
18 aprel 1978-ci ilin “Bakinski raboçi” qəzetindəki 
“Axtarışların mahiyyəti” məqaləsində, Cənnət Səlimova-
nın tamaşalarını daim izləyən peşəkar jurnalist Mark Pey-
zelin: “Arvadına izahat verərkən onun tezliklə öləcəyini 
bildirdiyi səhnədə  İvanov-  Şerbakov aktyorluğun  əsl 
zirvəsinə çatır. Bu səhnənin özü, onun son nöqtəsi böyük 
dramaturji güclə ifa olunmaqla, hissləri sonradan da ehti-
zaza gətirir. Sarra rolunu oynayan İ.A.Perlova ilə V.P.Şer-
bakov daha sərbəst və səmimi idi, nəinki Saşa ilə səhnələ-
rdə”
51
 fikirləri teatrşünaslıq baxımından yetərincə əsaslan-
dırılmadığından subyektiv görünsə də uğurlu aktyor tande-
mini səciyyələndirir. 
 İvanovun uzaq qohumu və  işlər müdiri, daim rəzil 
layihələr təklif edən dələduz Mixail Mixayloviç Borkin 
(A.Y.Şarovski), Saşanın anası Zinaida Savvişna (Q.B.Kol-
tunova) və dul mülkədar qadın Marfa Yeqorovna Ba-
bakina (T.E.Qalakçiyeva) pyesdə olduğu kimi tamaşanıın 
strukturunda da mühüm rol oynadılar. 
24 may 1978 –ci ildə çıxan “Bakı” qəzetindəki “İva-
nov” məqaləsində pyesin məzmununu sadalayan teatrşü-
nas Z.Əmiraslanovanın: “Qeyd etmək lazımdır ki, İosif 
Koşeleviç rolu bir qədər mübaliğələşdirir, bəzən özünü 
təkrarlayır” və “İ.Perlovanın yaratdığı Sara obrazı bir qə-
dər melodramatikdir. O, hissləri təhqir olunmuş bu tək qa-
dının mənəvi iztirablarını  və duyğularını kifayət qədər 
                                                 
51
 М.И.Пейзель. Суть исканий. г. Бакинский рабочий.  18-04-1978. 


Aydın  Dadaşov 
 
 
60 
inandırıcı  şəkildə verə bilmir” fikirləri isə yetərincə əsas-
landırıla bilmir.  
17 mart 1979-cu ilin “Baku” qəzetindəki “Rejissorun 
bədii təxəyyülü” məqaləsində    əsas diqqəti tamaşanın 
müəllifindən əlavə baş qəhrəmana da yönəldən teatrşünas 
Veta Nadirovanın: “İvanov obrazının qeyri-adiliyinə nəzər 
salmaqla bu Çexov qəhrəmanının fəaliyyətsiz, şübhələrin-
dən əzab çəkən, tərəddüdlü, həyatın çətinliklərindən sıxı-
lıb ah-vay edən qoca adam kimi ənənəvi təqdimatdan 
uzaqlığı, ətraf mühitlə fəal ziddiyyətə girən zarafatcıl, hər-
dən gülməli, hətta acıqlı təqdimatı nəzərə çarpır. Tamaşa-
da  İvanovun cavanlığına diqqət yetirilir (V.Şerbakovun 
gözəl ifası ilə) və məhz belə bir adamın ölümü də, alçaq, 
əcaib mühitə qəti etiraza çevrilməklə həyati faciəvilik ya-
radır”
52
 fikirləri mübahisə doğurmaya bilmir. Belə ki, 
N.A.Dobrolyubov 1860-cı ildə “Sovremennik” jurnalında 
çap etdirdiyi, İ.A.Qonçarovun bir il əvvəl qələmə aldığı 
“Oblomov” romanına dair yazdığı “Oblomovçuluq nə de-
məkdir?” məqaləsində: “Oblomov bizim ədəbiyyatımızda 
heç də yeni deyildir. Sadəcə olaraq o heç zaman Qonçarovun 
romanındakı kimi bizim qarşımızda belə sadə və təbii təqdim 
olunmamışdı.Çox da uzağa getməyək, onu deyə bilərəm ki, 
Oblomov tipinə xas əlamətləri biz hələ Onegində və bir sıra 
ədiblərmizin əsərlərində görə bilərik”
53
 yazmaqla A.P.Çexov 
personajlarının da bağlı olduqları passiv mühitdə hadisəliliyin 
ləng getməsi səbəbindən adamların da yeknəsəkliyini vurğu-
layır. Mark Zaxarovun yozumunda,  Leonovun ifasındakı İva-
nov məhz “oblomovçuluq“ təzahürü kimi bədii dəyər qazan-
dı. Digər tərəfdən Veta Nadirovanın İvanovu faciə qəhrəma-
                                                 
52
 В.Г. Надирова. Художественное мышление режиссора. г. Baku. 17-03- 1979. 
53
 Н.А.Добролюбов Избранные сочинения. М., 1947. с. 79. 


Rejissorluğun üslub problemləri 
 
 
61 
nı kimi görmək istəyi də məqbul sayıla bilməz. Çünki İvano-
vun əsas göstəricisi ideya yolunda ölümə getmək olan faciə 
qəhrəmanına çevrilməsi mümkünsüzdür. Odur ki, Cənnət 
Səlimovanın  otuz beş yaşında ətalət basmış məmur İvanovu 
deyil, onun xanımı Anna Petrovnanı - Sarra Avramsonu önə 
çəkməsi yozumun yeniliyinə dəlalət edir. 
Hərçənd ki, 1980-cı ildə  çıxan “Teatr” jurnalının 9-
cu sayındakı “Qocalmaq və yeniləşmək” məqaləsində: 
“Son zamanlar çoxlarının girişdiyi bu pyesin açılışının 
asan olmadığı sirr deyil. Səlimova da onu aça bilmədi. 
İvanovla Sarranın mühiti açılmadı. Artıq adət halını almış 
səthi sxemlə gedən rejissor Lebedevlərin malikanəsindəki, 
lap elə əyalət zadəganlar əvəzinə səhnədə şənlənən alver-
çiləri və onların arvadlarını göstərir. Şabelski, Borkina və 
Babakina səhnəsinin kobud oynanılması da, nəzərdən qaç-
mışdır. Bütün bunlar yersizliyi ilə Çexova aid  olmadığın-
dan  açılışına heç vəchlə işləmədiyi fikri daha çox dalana 
dirəndirirdi:  əgər  İvanov belə bir bayağı mühitin əsirinə 
çevrilirdisə  (İvanovla Saşanın da münasibəti dəbdə olan 
basmaqəlib nümunə ilə belə bir kobud, bədən həllini tap-
dığını  əlavə edirəm) onda çətin ki, o nə vaxtsa Sarranın 
sevdiyi qeyri-adi ruhi gözəlliyə,  malik olmazdı. Çexovda 
onun özü və mühiti başqadır. Tamaşanın yekdil rejissor 
ştampı  hər kəsi eyni sifətdə  təqdim edir. Burada rejissor 
özünə xas dərin psixoloji təhlilə  xəyanətlə üzdəngetmə, 
sadə  təmayülə yer verir”
54
 yazan  teatrşünas Leonid Veli-
xov, Cənnət Səlimovanın peşəkar üslub göstəricisinin iti-
rildiyinə təəssüflənməklə tamaşanın “İvanov” deyil “Anna 
Petrovna” adlandırılmasını təklif edir. 
                                                 
54
 
Л.Ю.Велехов. Стареть и обновляться. ж. Театр. 1980. №9. с. 39. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə