Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə15/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   11   12   13   14   15   16   17   18   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
47 
movanın 1975-ci ildə verdiyi quruluşda tamaşa müharibə-
yə qarşı yönələn əsərin mahiyyətini hadisələr burulğanına 
düşən personajların, xüsusən ananın dramasında üzə çıxa-
rır. Müharibəyə qarşı yönələn panfilet kimi daim gündəm-
də qalan, ikinci dünya müharibəsindən  əvvəl yazılması 
müəllifin dünyəvi vətəndaş qayəsinin təsdiqinə çevrilən 
əsərin səhnə yozumu Cənnət Səlimovanın peşəkar üslubu-
na geniş meydan verir. Və onun yaradıcılıq laboratoriyası 
özünün epik teatrında  şəxsi motivi ikinci dərəcəli sayan, 
üslubundakı sərt reallığı hissiyyata deyil, təfəkkürə ünvan-
layan Bertold Brextlə səsləşir. Tamaşanın əvvəlində növbə 
ilə sanki od –alov içindən səhnəyə çıxan personajların dilə 
gətirdikləri “müharibə” kəlməsinə heyrətamiz münasibət-
lərinin tədricən neytrallaşması  şərlə barışmağın parlaq 
mənzərəsini yaradır. Və bundan sonra sağ-solundakı sağ-
lam oğlanları ilə furqonu çəkən Kuraj ananın müharibədən 
bəhrələnmək niyyəti əsas hadisənin ilkin məqamını əks – 
mövzuda qabartmaqla kontrapunkt yaradır. 
Varlanmaq istəyi ilə furqonunu satlıq mallarla doldu-
rub hərbi hissənin ardınca yollandığı  cəbhələrdə ölkələr 
keçən, quldur əxlaqlı müharibədə igidlik göstərmək istə-
yən böyük oğlu Eylifi, kiçiyi, təmiz vicdanlı  Şveyserkası 
uşaqları çox sevən lal qızı Katrini itirməsinə baxmayaraq 
yenidən bu yolu davam etdirmək əzmində olan Anna Fir-
linq – Mamaşa Kuraj, məhz Cənnət Səlimovanın yozu-
munda neytral mövqedə duran xırda maraqlı insanların fa-
ciəsini göstərir. Bu yozumda əsas yük, personajların psi-
xoloji davamlılığının üzərinə düşdü.     
İnsanların müharibəyə öyrəşdirilməsi kimi əcaib 
problemə toxunan  tamaşada  Kuraj ana rolundakı Vera 
Karlovna Şirye müharibənin eybəcərləşdirdiyi ana obrazı-
nı parlaq boyalarla əks etdirməklə Bertold Brextin ölü-


Aydın  Dadaşov 
 
 
48 
mündən sonra rejissorlar Peter Paliteşlə Mamfred Vekver-
tin çəkdikləri filmdə müəllifin sevimli xanımı    Helena 
Vaygel ifa etdiyi rolu xatırlatdı. 
 Lal  qız Katrin rolundakı  İrina Perlova isə danışma-
maq məhdudiyyətinin yaratdığı plastikanı daxili təlatüm-
lərin təzahürünə çevirə bilirdi. 1976-cı ildə çıxan “Teatr” 
jurnalının 4-cü sayındakı “Kuraj ana və  uşaqları” məqa-
ləsində Nikolay Davidoviç Ottenin: “Əsgərlər mühasirə 
olunan  şəhərə  qəflətən xəlvəti yaxınlaşıb qocalı, qadınlı, 
uşaqlı – bütün əhalini doğramaq istədikləri məqamda, da-
ma çıxdığı  nərdivanı yanına çəkməklə izləyənlər üçün 
əlçatmaz olub təbilini döyəcləyir. O, heç bir təhriklərə, 
vədlərə məhəl qoymadan, güllələnib yıxılana qədər əhalini 
oyatmaqda davam edir. Sakitlik anı... Ölərkən qəhrəmanlı-
ğının bar verməsindən belə  xəbər tutmasa da, həyəcan 
siqnalından, açılan güllələrdən oyanan şəhərin dinc sakin-
ləri xilas olur”
40
 müşahidəsi quruluşçu rejissorun kütləvi 
səhnələrdə belə hadisəli pauzalardan yararlanmaq bacarı-
ğını səciyyələndirir.   
 Aşpaz rolundakı Konstantin Adamov, keşişi oyna-
yan L.L.Qruber və komik ştrixlərlə personajını  bəzəyən 
D.İ.Tumarkina tamaşaçı yaddaşına həkk olundu. Qoyanın 
“Övladlarını yeyən Saturn” tablosunun fonunda cərəyan 
edən hadisələrin sonunda arabasını ardınca çəkən Kuraj 
ana rolundakı Vera Karlovna Şiryenin buzların  əridiyini 
bildirməklə sağ qalanları yürüşə səsləməsi tamaşaçını riq-
qətə gətirirdi.  
Tamaşanın quruluşçu rəssamı Q.P.Belovun tərtiba-
tındakı  nəhəng kərtənkələ başlı müharibə allahı Moloxun 
öz qurbanlarını yeməsi ilə epizodlararası fasilədə səhnəni 
                                                 
40
 Н.D.Оттен.  Мамаша Кураж и ее дети. ж. Театр. 1976. №4. с. 38. 


Rejissorluğun üslub problemləri 
 
 
49 
qapayan pərdənin üzərində təsvir olunan sülh göyərçinləri 
obrazlılığı artırmaqla bərabər ideyanın açılışına da xidmət 
göstərir. 
6 iyul 1977-ci ilin “Nedelya” qəzetində teatrşünas, 
kinoşünas Nikolay Davidoviç Ottenin “Uğurdan uğura sə-
yahət” məqaləsindəki: “Möhtəşəm təslimçilik  şəraitində 
güzəştə getmək barədə tamaşada quruluşçu rejissorun 
Brextin mətni hesabına yaranan proloq və epiloqdan kəs-
kin obrazlı istifadə etməsi təqdirəlayiqdir”
41
 fikri  rejissor 
yozumunda dramaturji status qazandırılan bədii çərçivəyə 
nəzər yetirilməsi baxımından maraqlıdır.  
Rus Dram Teatrı haqqında “Güclülər və ruhən zən-
ginlər uğrunda” adlı ikinci kitabında “Kuraj ana və uşaqla-
rı” tamaşasına mənfi münasibətini gizlətməyən Valentin 
Boquslavskinin: “Tamaşa alındı, ictimai, tamaşaçı marağı 
oyatdı, SSRİ Mədəniyyət nazirliyinin diplomları, fəxri fər-
manları ilə qeyd olundu. Bununla belə onda ciddi səhvlər 
var idi –zonqlar işlənməmiş, hansısa artıqlıq, dağınıqlıq 
vardı. Görünür ki, hər halda  tamaşa bütövlüyə, yığcamlı-
ğa, daxili hərəkətin enerjisinə, tempo-ritmə ehtiyac duyur-
du”
42
 iradları fakta əsaslanmadığından mücərrəd səslənir. 
Halbuki Moskvada keçirilən “Alman müəlliflərinin teatr 
festivalı”nda “Qafqaz təbaşir çevrəsi”nə quruluş verən 
gürcü rejissoru Robert Sturua ilə birgə “Kuraj ana və 
uşaqları” tamaşasına görə  Cənnət Səlimovanın xüsusi 
mükafat qazanması  sənətkarın peşəkar üslubunun 
qələbəsidir. Yeri gəlmişkən o festivala “Kuraj ana və 
uşaqları” pyesinin bir neçə yozumu təqdim olunsa da, 
mötəbər münsiflər heyətinin yekdil rəyinə görə  Cənnət 
                                                 
41
 Н.D.Оттен. Путешествие от удачи к удаче г. Неделя. 6 июля 1977. 
42
 В.М. Богуславский. За сильных и богатых духом… Б., 1981. s. 59.  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə