Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə11/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   7   8   9   10   11   12   13   14   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
35 
sarsılan Raskolnikov isə səhv yol seçdiyinə görə əzab çə-
kir”
28
 qeydi  dəqiq müşahidənin nəticəsidir. Unutmaq ol-
maz ki, tamaşada üzə çıxan bu səhv əslində quruluşçu re-
jissorun üslubunun sosrealizmin total təsirindən çıxa bil-
məməsinin göstəricisi idi.     
Tamaşada məmur Semyon Marmeladov rolundakı 
Konstantin Adamov həyatın dibinə gedərək məhv olması-
nın tarixçəsini bədii qiraət hesabına olsa da bacarıqla gös-
tərə bilir. Onun mənfur gerçəkliyə dözməyib xoşbəxt  gə-
ləcək arzusu ilə  məhv olan arvadı Katerina İvanovna ro-
lundakı  qəddi - qamətli, gözəl Y. Ustinoviç personajının 
qətiyyətini və  məğrurluğunu uğurla təqdim edir. L.S.Du-
xovnayanın oynadığı Dunya zahiri əlamətləri ilə yadda qa-
lır. Dunyaya vurulsa da mənəviyyatsızlıqdan xilas ola bil-
məyən Svidriqaylov rolundakı Lujin personajını parlaq 
ştrixlərlə yarada bilir. Və nəticədə əsərin xeyirin şər  üzə-
rində  qələbəsi kimi əsas qayəsi səhnə  həllini tapır. Cina-
yətkar Raskolnikova rəğbətini də gizlətməyən Lev Qrube-
rin məharətlə oynadığı müstəntiq Porfiri Petroviç kimiləri-
nin yaratdığı  cəhənnəm mühiti aktyor oyunundan başqa 
səhnə  tərtibatı  və xüsusən P.İ.Çaykovskinin “Manfred” 
əsərinin səslənməsi ilə  də reallaşır. Quruluşçu rejissorun 
əsas diqqəti fabulaya yönəltmək naminə kütləvi səhnələr-
dən imtina etməsi özünü doğruldur. “Cinayət və cəza” ta-
maşasının Leninqradda BDT – də maraqla qarşılanması 
mətbuatda da əksini tapdı.  
 Əslində  bədii dəyəri yüksək olsa belə, bu tamaşanı 
Leninqrada aparmaq böyük risk idi. Bu öz samovarınla 
Tulaya getməyə bənzəyirdi... Məhz həmin tamaşadan son-
ra Roskolnikovu oynayan Lev Viqdorovu oradakı “Lenin 
                                                 
28
 М.И. Пейзель. Преступление и наказание г. Баку. 12-04-1972. 


Aydın  Dadaşov 
 
 
36 
komsomolu” teatrına işə dəvət etdilər. Bu tamaşanın məh-
vi olsa da, bütövlükdə teatrımızın qələbəsi idi. Savadı yük-
sək olmasa da, Cənnət xanım “Cinayət və  cəza”nı ona 
güclə oxutdursa da, hədsiz dərəcədə  yaraşıqlı tamaşaçını 
həmən ələ ala bilən Lev Viqdordan sonra o tamaşa maraq-
sız göründü. 
Yeri gəlmişkən: “Mən müharibədən sonrakı Almani-
yanın tamaşaları barədə artıq danışmışam. Bir dəfə Ham-
burqdakı bir çardaqda baxdığım “Cinayət və cəza” tama-
şası mənim həyatımın ən güclü teatr təəssüratına çevrildi. 
Zərurətin gücü ilə teatrın üslub problemi öz-özünə aradan 
qalxdı; onların işinin mahiyyəti də bundan ibarət oldu, bə-
dii fikir auditoriyanı nəzərdən keçirib danışmağa başlayan 
təhkiyyəçinin üzərində  cəmləndi. Hamburqdakı bütün 
teatrlar dağılsa da, buradakı çardaqda, kresloda otursa da, 
az qala bizim dizlərimizə toxunan aktyor qəflətən sakit və 
aramla: “bu min səkkiz yüz...baş verdi”, “gənc tələbə Ra-
dion Raskolnikov...” canlı teatr bizi ovsunladı”
29
 yazan in-
gilis rejissoru Piter Bruk da, müəllif təhkiyyəsinin təqdimatı-
nda canlı ünsiyyət yarada bilən sənətkarı dəyərləndirir.  
                                  
*** 
Yevgeni Şvartsın dramaturji baxımdan yenidən işlə-
məklə  səhnələşdirmədən qabağa getdiyi, Hans Kristian 
Andersenin “Qar şahzadəsi” nağılına Cənnət Səlimovanın 
1972-ci ildə verdiyi quruluş özünün təhlil prinsipi, obrazlı 
həlli ilə yadda qalmaqla nəinki uşaqların hətta böyüklərin 
belə marağına səbəb oldu. İlkin ədəbi mənbədə olduğu ki-
mi “ürəyinə və gözlərinə şeytan güzgüsünün qırıntısı düş-
məklə dünyəvi dəyərləri tərsinə görüb duyan” Kayın 
                                                 
29
 Питер Брук. Пустое пространство. М., 1976. с. 136. 


Rejissorluğun üslub problemləri 
 
 
37 
(B.D.Lukinski) qohum olmasalar da, ona qardaş kimi 
baxan yaxın qonşuları Gerda (İ.A.Perlova) tərəfindən xilas 
edilməsi fabula mexanizmini yaradır.  
 Tamaşanın  əvvəlində  səhnəyə  çıxaraq sona qədər 
aparıcı missiyasını yerinə yetirən Nağılçı  (Ə.Ə.Rəhimov)  
“Qəlbimiz qaynardırsa, düşmən zəifdir” ideyasını “İçiniz-
dəki hərarəti “Qaranquşun” xilasına yönəldin” nəğməsilə 
yaranan ali məqsəd hesabına həyata keçirir.  Və Qar şah-
zadənin (V.K.Şirye) eqoizminə, Məsləhətçinin donuqluğu-
na (L.L.Qruber), balaca quldurların amansızlığına qarşı, 
qarğaları, maralları  səfərbər etməklə Gerdanın, ürəyi buz 
bağlamış qaranquş timsallı Kayın xilası kimi əsas drama-
turji hadisə gözönü fəaliyyətdə çözülür. Tamaşanın sonun-
da Nağılçının  “Qəlbimiz qaynardırsa, düşmən zəifdir” 
ideyalı nəğməsinin bütün personajlar tərəfindən oxunması 
xeyrin şər üzərində qələbəsini bədii çərçivədə bir daha bə-
yan edir. 
9 yanvar 1973-cü ildə çıxan “Baku” qəzetindəki “Xe-
yirxah nağılçının düzlüyü” məqaləsində:  ““Qar şahzadə-
si”nin quruluşçusu Cənnət Səlimova bütün mövcudiyyətdə 
ümumi əhvali-ruhiyyə yaradan, xüsusən “mənfi” personaj-
ların (Kral, onun Məsləhətçiləri, Quldurlar və s.) iştirak 
etdiyi səhnələrdə komediyanın “sinirini” dəqiq hiss etmiş-
dir. Nəticədə pyesdə qoyulan xeyir, sədaqət, dostluq haq-
qındakı vacib, ciddi fikirlər tamaşaçıya təzyiq göstərilmə-
dən  şən və  kəskin süjetli hadisədə çatdırılır”
30
 yazan 
V.İsazadə bu səhnə nağılına rejissor yozumunu da layiqin-
cə dəyələndirir  
Şər qüvvələrin başında duran əzazil Kral rolundakı 
M.E.Lezgişvili personajının naturalizmi səciyyələndirəcək 
                                                 
30
 В.Исазаде. Правота доброго сказочника.  г. Баку 09-01-1973. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə