Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə71/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   63   64   65   66   67   68   69   70   71

Aydın  Dadaşov 
 
 
228 
verir.  Ədəbiyyat nəzəriyyəçisi Mixail Baxtinin: “Başlan-
ğıcı gülüş üzərində qurulan karnaval xalqın ikinci həyatı-
dır. Bu onun bayram həyatıdır. Xalqın ikinci həyatına çev-
rilən bu bayram müvəqqəti olsa da, ümumi birliyin, azad-
lığın, bərabərliyin, bolluğun utopik hakimiyyətini yara-
dır”
188
 fikirləri bu mərasimdə reallıqla irreallığın, xəyalla 
gerçəkliyin qovşağında üzə çıxan müvəqqəti demokratiya-
nın təzahürünü göstərir. Mücərrəd maska arxasındakı  hər 
kəsin anonimliyi diqtəni, mütiliyi yox etməklə  hər kəsin 
daxili azadlığının qoruyucusuna çevrilməklə  əsl sevginin 
təzahürünə  səbəb olur. “Buradan tez gedək, yoxsa çat-
marıq, biz bəxtimin zülmətində qalarıq. Duyuram axır ki, 
bax bu ziyafət verəcək bəxtimə ən ağır zillət”
189
 kəlmələri 
ilə öngörənliyini nümayiş etdirən Romeo ilə Cülyettanın 
əllərinin bir-birinə toxunması ilə, günahı yuyan bəyaz qə-
rənfil  ətirli öpüşlə müqəddəs sevginin yaranması, “əgər 
oğlan evli isə, gəlinlik libasının məzar olacağına” qızın 
and içməsi, daxili azadlığa rəvac verən karnavalın qələbə-
sini səciyyələndirir. Digər tərəfdən “Şekspir sevgililərinin 
dialoqu, sanki iki sinxron gedən monoloqa bənzəyir. Hərə 
öz sözünü özünə desə  də, eyni şeydən danışılır və sevgi 
qamması, səsdən deyil, ruhi həyəcanın birliyindən yara-
                                                 
188
 М.М.Бахтин. Творчество Франсуа Рабле и народная культура 
средневековья и Ренессанса. М., 1965. с.10. 
189
 Вильям Шекспир. Трагедии. Сонеты. М. 1968. с.44. 


Rejissorluğun üslub problemləri 
 
 
229 
nır”
190
 müşahidəsi həlledici epizodun yozumunda kompas 
rolunu oynaya bilir.   
   Beşinci səhnəni təhlilə cəlb edərək: “Gecə yarı yə-
qin ki, hasardan aşaraq Kapulettilərin həyətinə girərək ey-
vanda sevgilisini görən qəhrəmanın daxili vəziyyətini belə 
dəyərləndirir. “Romeo nəyə doğru hərəkət edir? Onun 
vəziyyəti necədir? Bu məqamda onun hansı məqsədyönlü 
və şüuraltı  niyyəti ola bilər? O nəyə ümid bəsləyə bilər? 
Nəyi istəyə bilər? Yaxınlaşdığı malikanənin pəncərələri-
nin birində Cülyettanın siluetini görmək, onun gəzdiyi ba-
ğın havasını udmaq. Bundan başqa o, nəyə isə ümid edib 
ürəyindən keçirməyə qadir deyil. Gözlədiyinin əksinə ola-
raq o, Cülyettanı eyvanda görür və səsini eşitməklə əlbəttə 
ki, dəyişkənliyə məruz qalaraq indi daha nəyi isə ürəyin-
dən keçirir” yazaraq Romeonun bu bağdan adaxlı kimi 
getməsini bildirən dram nəzəriyyəçisi Boris Osipoviç Kos-
telyanetsin: “Eyvanda görünən Cülyettanın niyyəti nə idi? 
O Romeonu bağda görməyə çox az ümid edə bilərdi. O, 
bu barədə düşünə bilməzdi. Ona sarsıdıcı sevgisi ilə 
təklikdə qalmaq, sevildiyini, özünün Kapuletti, onun Mon-
tekki olduğunu unutmağın mümkünlüyünü  bilmək gərək 
idi” 
191
 qənaəti iki ailə arasındakı qovğanın təklif olunan 
vəziyyət kimi bütün hadisələri izlədiyini təsdiqləyir. Yeri 
gəlmişkən məhz bu epizodun sonunda uzaqlaşan Romeo-
                                                 
190
 Г.Н.Бояджиев. Вечно прекрасный театр эпохи возрождения.  Л., 
1973.  с. 381. 
191
 Б.О.Костелянец.  Драма и действие. М., 2007. с. 205. 


Aydın  Dadaşov 
 
 
230 
nu səsləyən Cülyettanın: “Nə üçün çağırdığımı unutdum” 
kəlmələri sevginin anatomiyasını yaradır. 
Tövbə üçün hücrəsinə  gəldiyi rahib Lorensoya artıq 
Rozalinanın adını belə unutduğunu bildirən Romeonun kef 
çəkdiyi düşmən qızı ilə bir-birlərinin qəlbini yaraladıqları-
nı bildirməklə çarə istədikdə rahibin ədavətin aradan qalx-
ması naminə sevginin gül açmasının vacibliyini bildirməsi 
əsas hadisəni nizamlayır. Məhz bu məqamdan rahib Lo-
renso sanki hadisələri idarə edən dirijora çevrilir.  
Qılıncı notla nəğmə oxuyan kimi sərrast oynadıb, rit-
mi, məsafəni duyan Romeonun barışıq çağırışlarına bax-
mayaraq Tibaltın (Vüsal Mirzəliyev) xaincəsinə onun qol-
tuğu altından gözlənilməz zərbə ilə Merkusionu (Şövqi 
Hüseynov) öldürməsi gözlənilməz hadisələrə  təkan verir. 
Boris Osipoviç Kostelyanetsin: “Romeonun həmişəlik 
barışmaq istədiyi Tibaltın məqsədi tamam başqa idi. Ti-
baltla Merkutsionun davasını qapatmaq istəyən Romeo öz 
məram və məqsədinə uyğun hərəkət etsə də Merkutsionun 
məhvinə  səbəb olur. Şübhəsiz ki, bu fəaliyyətin “icra” 
tərəfindən Romeo öz  “mətiv və məqsədinə” qarşı vəziy-
yətdə qaldı. Romeo ilə bağlı bu məqamda adi həyatdan 
fərqli olaraq dramatik fəaliyyətin nəticəsinin öncədən gö-
rünməyən, xəbardarlıqsız olduğu üzə  çıxır. Adı  həyatdan 
fərqli olaraq dramaturjidə məqsəd dəyişə bilir. Axı bu mə-
qamda Romeo Cülyetta və Tibaltla barışmağın vacibliyi 
barədə tamam unudur. Digər duyğuların hakimiyyəti altın-


Rejissorluğun üslub problemləri 
 
 
231 
da o, əsas məqsədə tam əks olan gözlənilməz  əməl törə-
dir
192
 müşahidəsi rejissor yozumuna aktyor oyununa bir-
başa yardım edir. 
Hersoqun qohumu olan dostunun intiqamını alan  
Romeonun sürgünə göndərilməsi ilə Ledi Kapulettinin 
(Kubra Dadaşova) “qana-qan” tələbi, rahib Lorensonun 
gizli kəbin kəsməsi ilə, Parisin təcili Cülyettaya evlənmək 
niyyətinin üst-üstə düşməsi hadisələri tələsdirir.  Əslində 
ərinin dərdini çəkən Cülyettanın dayısı  oğlunun ölümünə 
yandığını düşünən Ledi Kapulettinin Romeonu o dünyaya, 
Tibaltın yanına göndərəcəyinə söz verməsi onu, passiv 
mövqeyi ilə az qala statistə çevrilən Ledi Montekki ilə 
müqayisədə düşmənçiliyi qızışdıran daha fəal personaja 
çevrilir.  Əlbəttə ki, sanki peyğəmbər kimi tanrı missiya-
sını yerinə yetirən Lorenso hadisələrin mərkəzində daya-
nır.  Aleksandr Yakovleviç Tairovun: “Yox Lorenso antik 
xoru əvəzləmir, qoca tərkidünya, zahid də deyil, o, teatrın 
həmişəcavan ruhu, “Romeo və Cülyetta”nın Arlekini-
dir”
193
 fikri də bu mülahizəni təsdiqləyir. 
Hadisələrin gedişində yaxından iştirak edərək pyesə 
və tamaşaya komik çalar verən, gizli kəbinin yeganə  şa-
hidi olan Dayənin (Naibə Allahverdiyeva) belə Parisi tə-
rifləməsinə qəti etiraz etməklə sədaqət motivini önə çəkən 
Cülyettanın sevgilisinə qovuşmaq naminə rahib Lorenso-
                                                 
192
 Б.О.Костелянец.  Драма и действие. М., 2007.  с. 88 
193
 А.Я.Таиров. Записки режиссора: статьи, беседы, речи, письма. М., 
1970. с. 289. 


Aydın  Dadaşov 
 
 
232 
nun verdiyi yuxu dərmanını içərək səhərə qədər əcdadları-
nın uyuduğu, yeni dəfn olunan Tibaltın cəsədinin iyləndiyi 
sərdabədəki məzarında, torpaq altında qalmağa razı olması 
sevgi mövzusunu zirvəyə qaldırır.  
Nökəri Baltazarın (E.İbrahimov) Cülyettanın cəsədi-
nin Kapulettilərin sərdabəsində uyuması xəbərini gətirmə-
si ilə: “Eheyy... ulduzlar, mən sizi döyüşə çağırıram!”
194
 
deyə müəllif mövqeyini bəyan edən Romeonun yəhudi 
Əczaçıdan (Rasim Cəfərov) aldığı  zəhərlə segilisinə qo-
vuşmağa tələsdiyi məqamda, rahib Lorensonun xəbərdar-
lıq məktubunu ona çatdırmalı olan Covanninin (K.Hadıza-
də) tibbi nəzarətçilərin qapısını bağlayıb möhürlədikləri, 
taun düşən evdə qaldığının üzə  çıxması  təklif olunan və-
ziyyəti dəyişir. Bir dəstə güllə sərdabəyə ziyarətə gələrək 
Romeo ilə qarşıdurmadan sonra yeganə istəyi Cülyettanın 
yanında uyumaq olan Parisin ölümü artıq geriyə yol qoy-
mamaqla hadisələri bitirir. Rahib Lorensonun yuxu dər-
manının təsirindən ayılaraq ölümü, zəhər içmiş sevgilisi-
nin dodaqlarından qəbul edən Cülyettaya ünvanladığı: 
“Məndən daha güclü qüvvələr vardır”
195
 etirafı müəllifin 
dini dünyagörüşünü də səciyyələndirir.       
Tamaşanın məşqlərində  Cənnət Səlimovanın iş pro-
sesini izləyərkən Anton Pavloviç Çexovun “Moskvada” 
məqaləsindəki: “Klassik pyeslərə Malı teatrda yalnız pro-
                                                 
194
 Вильям Шекспир. Трагедии. Сонеты. М., 1968. с. 108. 
195
 Вильям Шекспир. Трагедии. Сонеты. М., 1968. с. 117. 


Rejissorluğun üslub problemləri 
 
 
233 
fessorların quruluş verməsini qəti surətdə  tələb edirəm… 
Hökmən!”
196
 kəlmələri yada düşür.   
Bu  əsəri səhnəyə qoymaqla Cənnət Səlimova bütöv 
bir tarixi dövr ərzində  uşaq - məktəbli auditoriyasını da 
özündə birləşdirməyə vadar olan Gənc Tamaşaçılar Teat-
rın öz tamaşaçısını Şekspir dühasının nadir incisi ilə tanış 
edərək maarifçilik funksiyasını da yerinə yetirdi.      
 
 
 
 
 
 
 
                                                 
196
 А.П.Чехов. Среди милых москвичей. М., 1988.с. 122. 


Aydın  Dadaşov 
 
 
234 
 
 
 
 
NßTÈCß 
 
erçəkliyin özü deyil modeli olan drmaturji 
hadisənin səhnə  fəaliyyətinə çevrilməsi 
yalnız nəzəri müddəalarla həyata keçiril-
dikdə elmi cəhətdən  əsaslandırılaraq dünyəvi səciyyə 
daşıyır. Məlumdur ki, gözlə görünməyənin böyüdülməsi 
və ya iri miqyaslının kiçildilməsi yolu ilə bədii təhlilə cəlb 
edilməsi rejissorluğun da əsasında dayanır. Alman 
filosofu, klassik filologiyanın professoru Fridrix Nits-
şenin: “İncəsənət bizə  həqiqətdən ölməmək üçün veril-
mişdir”
197
 fikri  də,  əslində ölümlə, məhrumiyyətlə müba-
rizənin dinamikasını  səciyyələndirən tərəqqinin natura-
lizmdən qaçmaqla nəzəri  əsaslara söykənən  əsl sənətə 
möhtaclığını vurğulayır. Elmi-nəzəri bazaya söykənməyən 
sənət isə xətti inkişaflı dünyəvilikdən uzaqlaşaraq, dairəvi 
qapanma sistemində mövcud olan məhəllilikdən uzaqlaşa 
bilmir.  
Fransız strukturalisti Rolan Bartın: “Teatr nədir? Bu 
özlüyündə kibernetika maşınıdır.  İşlək vəziyyətdə olma-
yanda bu maşın, pərdə arxasında gizlənir, pərdə açıldıqda 
isə o sizin ünvanınıza çoxsaylı  məlumatlar göndərir. Bu 
                                                 
197
 Фридрих Ницше. Сумерки богов. М., 1990. с. 287. 



Rejissorluğun üslub problemləri 
 
 
235 
məlumatların xüsusiyyəti ondadır ki, onlar sinxron və 
müxtəlif ritmlərlə birlikdə ötürülür; tamaşanın hər anında 
siz eyni vaxtda altı-yeddi mənbədən informasiya alırsınız 
(dekorlar, geyimlər, işıqlandırma, aktyorların yerləşdiril-
məsi, onların jestləri, mimikaları, danışığı). Beləliklə teatr 
fenomenini  əhatələndirən, məxsusi qalın işarəli  əsl infor-
masiya polifoniyası qarşınızdadır”
198
mülahizələri də teat-
rın aparıcı fiquru sayılan rejissorun elmi-nəzəri baza, hu-
manist dəyərlər, insan amili üzərində bərqərar olan üslub 
göstəricisinin yüksək olmasını tələb edir. 
Səhnə yozumunun rüşeymində daim insan amili du-
ran Cənnət Səlimovanın peşəkar, fərdi, ictimai üslub gös-
təricilərinin araşdırılması əslində bir sənətkarın timsalında, 
dünyəviliyə can atan mədəniyyət strategiyasının tərkib 
hissəsi kimi teatr rejissorluğunun keçdiyi yolu sərf – nəzər 
etməyə və gələcək inkişaf istiqamətini proqnozlaşdırmağa 
imkan yaradır. Ciddi filologiya və rejissorluq təhsili gör-
müş, çoxsaylı teatr tamaşalarının ictimai fikrə təsir əmsalı 
yüksək olan Cənnət Səlimovanın yaradıcılıq laboratoriya-
sına da, üslub prizmasından yanaşdıqda aşağıdakı  nəticə-
lər hasil olur. 
 Rejissor  Cənnət Səlimovanın nəzəri təməl, zəngin 
təcrübə üzərində qurulan peşəkar üslubu ən mürəkkəb 
strukturlu tamaşanın belə uğurlu səhnə həllini tapmasının 
qarantıdır.  Tamaşaya qoyulacaq əsəri dərindən təhlil et-
                                                 
198
 Ролан Барт. Избранные работы. Семиотика, поетика.  М., 1989. с. 276. 


Aydın  Dadaşov 
 
 
236 
məklə mövzu – problem əlaqələrini üzə çıxaran strukturun 
tərkib hissələrini; epizodlararası keçidlərin ana xəttə xid-
mətini, süjet – fabula əlaqəsini, personaj, tipaj, obraz, 
xarakter fərqini, onların niyyətini, hər bir aktyorun ali 
məqsədini, nəhayət ideyanı önə çəkən fərdi, peşəkar, icti-
mai üslubu tətbiq edən, ən başlıcası isə janr təyinatını qo-
ruyan pedaqoq – rejissor Cənnət Səlimovanın uğur əldə et-
məsi təbiidir. Tamaşa üzərində iş prosesində səhnədə məş-
qə önəm verən Cənnət Səlimovanın alqoritmi dolğunlaş-
dırması, coşqun eksponsiv ifa tərzini qabartması, rol böl-
güsündə aktyorun zahiri əlamətlərinə deyil, intellekt dərə-
cəsinə, təfəkkür səviyyəsinə  və psixoloji durumuna görə 
seçim etməsi, ünsiyyət üzərində qurulan mizanlar hesabı-
na hərəkət xəttini nizamlaması (bu məqamda peşəkar sə-
viyyəsi aşağı olan bəzi ifaçıların dördüncü divara oyna-
maqla mizan anlayışına qarşı getmələrinə baxmayaraq), 
sərt realizmi önə çəkməsi, aktyor etüdlərinin zərgər dəqiq-
liyi ilə yerinə yetirilməsini tələb etməsi son nəticədə bədii 
informasiya fasiləsizliyini təmin etməklə mükəmməl səh-
nə  əsərinin meydana gəlməsinə  zəmin yaradır. Cənnət 
Səlimovanın tamaşaçıya, səhnənin dördüncü divarına ün-
vanlanmaqla mizana çevrilən aktyor yerləşdirilməsi təkcə 
məkan deyil, zaman həllini də önə çəkir. Əlbəttə ki, peşə-
kar səviyyəli aktyor daim fəaliyyətini ünvanladığı tamaşa-
çıya doğru can atsa da, özfəaliyyətdən qurtula bilməyənlə-
rin səhnənin dərinliyində qalmağa, hər hansı bir əşyanın 


Rejissorluğun üslub problemləri 
 
 
237 
arxasında gizlənməyə üstünlük vermələri də, nəzərdən 
qaçmır.  
 Yozum  verəcəyi  əsərin təhlilini önə  çəkən Cənnət 
Səlimovanın önəm verdiyi üfüqi – horizontal məkanların-
dan bacarıqla istifadə etdiyi səhnəni lüzumsuz dekorlarla 
doldurmadan yalnız əsas hadisənin açılışına yönələn əşya-
lara istinad etməklə, aktyor oyununda mətni deyil tərəf-
keşlə münasibətdə  həqiqətin aşkarlanma prosesini qabar-
dır. Səhnə zamanının dəyərini bilən rejissor hadisəli pau-
zalara meydan versə də boşluqlardan, vakuumdan qaçma-
sı, əksər hallarda özünü doğruldur. Və  əlbəttə ki, peşəkar 
səviyyəsi yüksək olmayan aktyor bu təzyiq altında audio-
vizuallığını itirərək sözçülüyə yuvarlandığından persona-
jlararası əlaqə pozulur, ali məqsədə gedən yol dalana dirə-
nir. 
Məlumdur ki, yalnız sənətkarın özünü narahat edən 
ictimai prolemin mövzuya çevrilməsi fərdi üslubu üzə 
çıxarmaq iqtidarındadır. Hamının eyni dəyərə malik olub, 
yaşam hüququ qazandığı, insanların mütləq bərabərliyinə 
söykənən demokratik vətəndaş cəmiyyəti şəraitində müm-
kündür. Bununla belə sosrealizm buxovlarına bacardığı 
qədər müqavimət göstərə bilən Cənnət Səlimova Rus 
Dram Teatrında çalışdığı sovet dövründə belə özünün fər-
di üslubunun nümayişinə cəhd göstərə bildi.  
Yaradıcılığının bütöv bir mərhələlərinin, sosial ədalət 
prinsipinin bərqərar olmasına çalışıb, təcrübədə çoxsaylı 


Aydın  Dadaşov 
 
 
238 
insan həyatını  məhv etməklə  məqsəddən uzaqlaşan mar-
ksizm-leninizmin sənət ekvivalenti sayılan sosrealizm 
dövrünə düşən Cənnət Səlimovanın ictimai üslubu qismən 
də olsa quruluşun diqtəsindən yayına bildi. Əlbəttə ki, sə-
nətkarın üslubunu istər – istəməz, ağırlaşdıran,  daşlaşdı-
ran sosrealizmin təbliğat funksiyasından yayınmaq çətin 
olsa da, həmin mərhələdə quruluşun yeniləşdirilməsini 
yaradıcılıqlarında qabartmaqla repressiyalara məruz qalan, 
sovetlər birliyinin son mərhələsində ölkədən qovulan sə-
nətkarlar az deyildi. Sənət iddialı, digərləri isə quruluşun 
kökündən dəyişməsini deyil, estetik bərpasını  təklif et-
məklə hakimiyyətdən bəhrələnə bilirdilər. Sovetlər birliyi 
dağıldıqdan sonra respublikamız da, istiqlaliyyətini bərpa 
etdikdən sonra yaranan liberal mühit digər sənət sahələri 
kimi teatrın da qarşısında meydan açdı.                                      
Fridrix  Şillerin: “Epopeya, roman, sadə hekayə öz 
forması ilə hadisələri uzaqlaşdırır. Çünki oxucu ilə iştirak-
çılar arasında təhkiyyəçi dayanır. Bütün təhkiyyə forma-
ları indiki zamanı keçmiş zamana keçirir. Dram əsərləri 
isə keçmişi bu günə gətirir”
199
 qənaəti də, nəsrin səhnələş-
dirilməsinin çətinliyini sübut edir. Əlbəttə ki, dramaturji 
qanunları  dərindən bilən səriştəli mütəxəssisin nəsri 
gözönü hadisələrdən ibarət pyesə çevirməsi mümkün olsa 
da,  əksər halda bu cəhdlər uğursuzluqla nəticələnir. 
Təsadüfi deyil ki, rejissor Cənət Səlimovanın da, 
                                                 
199
 Фридрих Шиллер. Сбор. соч. т.6. М., 1957. с.58. 


Rejissorluğun üslub problemləri 
 
 
239 
yardıcılıq zəncirinin zəif bəndləri də, bir çox hallarda 
nəsrin səhnələşdirilməsi ilə  ərsəyə  gələn tamaşalarla 
bağlıdır. Digər tərəfdən quruluş verdiyi ən mükəmməl 
klassik pyesə belə yaradıcı müdaxilə hesabına yozumunu 
gerçəkləşdirən Cənnət Səlimova səhnə  əsərinin tam 
hüquqlu müəllifinə  də çevrilə bilir. Pedaqoq – rejissor 
M.O.Knebelin: “Hərçənd ki, pyesdə obyektiv varlıq olan 
hadisəni müəyyən edərkən bu prosesə mütləq subyekiv 
başlanğıc  əlavə edirik. İş burasındadır ki, hər bir rejissor 
hadisənin mənasını müəyyən edərkən, sənətkar  kimi    bu 
prosesə özünə əziz və maraqlı olanı əlavə edir»
200
 fikrinə 
əsasən belə  nəticəyə  gəlmək olar ki, ən qatı senzura 
rejimində belə sənətkarın fərdi üslubu rüşeym halında olsa 
belə quruluş verdiyi hər bir tamaşada cüzi də olsa boy 
verir.  Məhz bu kontekstdə  Cənnət Səlimovanın quruluş 
verdiyi bütün tamaşalarda onu narahat edən problemlər az 
və ya çox dərəcədə ifadəsini tapmaqla, tamaşaçı ürəyindən 
tikan çıxartmaqla sosial sifarişi yerinə yetirir. Əlbəttə ki, 
təbliğat funksiyalı sosrealizmdə bu proses müəyyən risklə 
bağlı olsa da, vətəndaş  cəmiyyətinə üz tutan müstəqillik 
dövründə modernizm cərəyanının tədricən formalaşması 
hesabına getdikcə asanlaşır.  
 
 
 
                                                 
200
 М.О.Кнебель. Поезия педагогики. М., 1976. с. 310. 


Aydın  Dadaşov 
 
 
240 
 
 
 
 
 
 
 
 
 
 
           
              Dadaşov  Aydın Ərşad oğlu  
          
REJİSSORLUĞUN ÜSLUB PROBLEMLƏRİ 
(Cənnət Səlimovanın yaradıcılığı əsasında) 
                                 


Rejissorluğun üslub problemləri 
 
 
241 
 
 
 
 
Mцndяricat 
          
Эириш...................................................................................... 3 
Azяrbaycan Dюvlяt Rus Dram  Teatrыnda  
Cяnnяt Sяlиmovanыn tamaшalarы.............................................11 
Bakы Kamera Teatrыnda Cяnnяt Sяlиmovanыn tamaшalarы....... 137 
Azяrbaycan Dюvlяt Musиqиlи Komedиya  Teatrыnda  
Cяnnяt Sяlиmovanыn tamaшalarы.............................................178 
Azяrbaycan Dюvlяt Opera vя Balet Teatrыnda  
Cяnnяt Sяlиmovanыn tamaшalarы.................................................. 204 
Azяrbaycan Dюvlяt Gяnc Tamaшaчыlar Teatrыnda 
Cяnnяt Sяlиmovanыn tamaшalarы.............................................220 
Nяtиcя....................................................................................233 
 


Aydın  Dadaşov 
 
 
242 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Åëì âÿ òÿùñèë»
  
няшриййатынын äèðåêòîðó:  ïðîôåññîð 
Íàäèð ÌßÌÌßÄËÈ 
 
Äèçàéí:  
 
  
 Òóðàë ßùìÿäîâ 
Техники редактор: 
 
 Рювшаня Низамигызы 
Korrektorlar:              Könül Xudayarova 
                                      Gülnar Əsgərova 
 
 
 


Rejissorluğun üslub problemləri 
 
 
243 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Éûüûëìàüà âåðèëìèø 28.10.2010 
×àïà èìçàëàíìûø 17.11.2010 
Øÿðòè ÷àï âÿðÿãè 15. Ñèôàðèø ¹ 703 
Êàüûç ôîðìàòû 60õ84 1/16. Òèðàæ 500 
 
Êèòàá «Åë
м вя тящсил» няшриййат-полиграфийа 
мцяссисясиндя сящифяляниб чап олунмушдур. 
E-mail: elm_ve_tehsil@box.az 
Тел: 497-16-32; 050-311-41-89 
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэясè 8/4. 
 
 
 


Aydın  Dadaşov 
 
 
244 
 
 
 
 
 
 
 
                                    
  

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə