Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə65/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   61   62   63   64   65   66   67   68   ...   71

Aydın  Dadaşov 
 
 
208 
da müəllif polifonik vasitələrdən geniş istifadə edib. Əsərin 
gözəl orkestrləşdirilməsi operanın müvəffəqiyyətli cəhətlə-
rindən biridir. Opera teatrının yaradıcı kollektivi “Söyüdlər 
ağlamaz” operasının səhnə  təcəssümü üzərində ciddiyyətlə 
çalışmış, iştirakçılardan bir çoxu bu tamaşada öz yaradıcılıq 
qabiliyyətini və istedadını bir daha nümayiş etdirməyə nail 
olmuşdur”
171
 cümlələrindəki dəyərləndirmələr təkcə  əsərə, 
ifaçılara deyil, operanın müəllifi bəstəkar-dirijor  Əfrasiyab 
Bədəlbəyliyə, tamaşanın bədii tərtibatını Moskvadan dəvət 
olunmuş, Malı Teatrın baş  rəssamı Nikolay İvanoviç Vol-
kova və əlbəttə ki, quruluşçu rejissorlardan biri olan Cənnət 
Səlimovaya da aiddir.      
                                      
*** 
 Cəfər Cabbarlının 1928-ci ildə tamaşaya qoyulmaq-
la, zahirən sosializmi tərənnüm edən, əslində qadın azad-
lığı mövzusundakı “Sevil” pyesi, Tələt Əyyubovun libret-
tosu  əsasında bəstəkar Fikrət  Əmirovun partituraya milli 
alətləri əlavə etməklə xalq musiqisi ruhunda 1953-cü ildə 
yazdığı, elə  həmin il Azərbaycan Dövlət Opera və Balet 
Teatrında rejissor Mehdi Məmmədovun verdiyi quruluşda 
Rəşid Behbudovun baş rolda oynadığı, 1964-cü ildə 
Moskvada P.İ.Çaykovski adına salonda Niyazinin dirijor-
luğu ilə  paytaxt sənətkarlarının ifasında səslənən, 1970-ci 
idə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan ey-
niadlı opera milli mədəniyyət tariximizin bu sahəsində 
Üzeyir Hacıbəyovun “Koroğlu” operasından sonra ikinci 
sənət hadisəsi sayılır. 
6 noyabr 1954-cü ilin “Bakinski raboçi” qəzetindəki 
“İlhamlanan yaradıcılıq” məqaləsində: “Azərbaycan xalq 
                                                 
171
 C.Ш.Cahangirov. Söyüdlər ağlamaz. 28-06-1975. 


Rejissorluğun üslub problemləri 
 
 
209 
musiqisinin sintezindən opera yaratmaq mənim arzum 
idi”
172
 yazan bəstəkar Fikrət Əmirov özünün “Musiqi alə-
mində” kitabında: “Mən “Sevil”i əzbərləyə-əzbərləyə ona 
musiqi yazmışam və hər gün də, Cəfər Cabbarlının qarşı-
sında hesabat vermişəm. Yəni hər musiqi parçasından son-
ra öz-özümə demişəm: “Görəsən, bu Cəfər Cabbarlının 
xoşuna gəldimi?” yazmaqla yaradıcılıq laboratoriyasını da 
göstərən böyük bəstəkarın bu cümlələrində onun sənət 
məsuliyyəti də üzə çıxır. 
 Cənnət Səlimovanın 1979-cu ildə Nailə  Nəzirova ilə 
birgə verdiyi quruluş, ecazkar musiqi, ifa tərzi ilə yanaşı 
əsərin mövzu-problem əlaqələrinin, dramaturji strukturunun 
qorunması baxımından seçildi. Balaşı Lütfiyar İmanovun, 
Sevili Fidan, Dilbəri Xuraman Qasımova bacılarının, Gülüşü 
isə Rumiyyə  Kərimovanın  ifa etdiyi bu tamaşa da uğurlu 
alınmaya bilməzdi. Rejissor Cənnət Səlimova öz müəllimi - 
teatrşünas Cəfər Cəfərovun təhlilindəki: “Balaş öz doğma 
mühitindən qopmuş, xalqdan uzaqlaşmış ziyalı tipidir. O, dəb 
düşgünüdür. Onun varlığında iki adam yaşayır: biri despot, biri 
kölə. O, “qeyri - mədəni”, “qeyri - kübar” görünən Sevil və 
digər ailə üzvlərinə qarşı despotdur, Parisdə manikürçuluq 
kursu qurtaran aşnası, “ənlik kirşanlı” Dilbərin qarşısında isə 
kölədir” fikirlərini operanın baş  qəhrəmanının daxilindəki 
ziddiyyətin, “Sevilin yaşadığı qaranlıq mühitdə Gülüş yeganə 
işıq idi.  Sevilin qəlbində  şəxsi heysiyyət hissi oyadan, onda 
özü uğrunda, öz hüququ, azadlığı  və  səadəti uğrunda 
mübarizəyə arzu oyadan məhz Gülüşdür. O, Balaşın 
maskasını  yırtır, “kübarlıq” komediyasını pozub, onun 
sonunu yaxınlaşdırır”
173
 qənaətini  əsərin ideya daşıyıcısının 
təqdimatında önə çəkməyə çalışdı. 
                                                 
172
 Ф.Дж.Амиров. Вдохновленное творчество. г. Бакинский рабочий. 
06-11-1954. 
173
 C.H.Cəfərov. Dramaturgiya və teatr. B., 1967. s. 271. 


Aydın  Dadaşov 
 
 
210 
Mayası “Şüştər”, “Bayatı Şiraz”, “Humayun” muğam-
ları üzərində qurulmaqla, orkestrə saz, tar, tütək əlavə olun-
maqla milli ruhu önə çəkən operaya Pyesdə olmayan nüma-
yiş  səhnəsinin “Varşavyanka” melodiyasının işlənməsi ilə 
əlavə edilməsi tarixi-inqilabi ruhu qabartmaqla əsərin ictimai 
pafosunu, romantik ruhunu artırır. Operanın musiqi drama-
turgiyasının strukturundakı zahiri göstəricilərdə; biçimdə, 
bölgülərdə, kompozisiya elementlərində rus bəstəkarlıq 
məktəbinin,  təsiri hiss olunsa da, əsərin məzmunu, mahiyyə-
ti  milli koloritlə zəngin Üzeyir Hacıbəyov məktəbini davam 
etdirir. Sevilin daxili dünyasını, hiss-həyəcanlarını, dağılan 
ailə  ağrısını, oğlu Gündüzlə bağlı  həsrətini ağıdan laylaya 
çevrilməklə obrazlaşdırmaqla leytmotivə çevrilən əsas musi-
qinin əsər boyu həzinlikdən dramatizmə və ya əksinə keçid-
ləri  şəxsi, ictimai motivi paralel təqdim etməklə mövzunu 
səciyyələndirir. Əsasən əks mövzuda mövcud olmaqla final-
da  şərin iflasını  səciyyələndirməklə sonradan hitə çevrilən 
Balaşın ariyası kontrapunktu gücləndirir.  
Musiqişünas Solmaz Qasımovanın: “Dilbəri təsvir 
edən musiqi mövzuları operanın bütün iştirakçılarının xarak-
teristikasından kəskin  şəkildə  fərqlənir. Dilbər partiyasında 
XlX əsrin sentimental romansı ruhunda stilizasiya, tanqo rit-
mi, “təmiz” major-minor nəzərə çarpır. Dilbər obrazı opera-
da mahnı və romans janrı ilə səciyyələndirilir. Onun Saraste-
nin məşhur “Qara çətir” romansı əsasında yazılmış mahnısı 
bu qəbildəndir. Dilbərin mahnısındakı təmtəraqla səslənən 
tanqo mahnıya yüngüllük, qeyri-ciddilik verir və onun si-
masının boş, gərəksiz olduğunu nəzərə çarpdırır”
174
 də-
yərləndirməsi pyesin də strukturunda ziddiyyətin mayasını 
yaradan personajla bağlı musiqi dramaturgiyasını da açır.   
                                                 
174
 S.С.Qasımova. Azərbaycan musiqi ədəbiyyatı. B., 2009.s.178-179. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə