Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə61/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   57   58   59   60   61   62   63   64   ...   71

Aydın  Dadaşov 
 
 
192 
vurğuları  və ritmləri xalq artisti, rejissor Cənnət 
Səlimovanın fantaziyası  və ustalığı ilə  ərsəyə  gələn ha-
disələrə heyranedici ruh yüksəkliyi, həyəcanlı mühit yarat-
dı. Və bu hadisələrin inkişafı elə təbii idi ki, quruluşçunun 
ayrılıqda hər bir aktyora və hamıya çəkdiyi incədən-incə, 
ağır zəhmət belə sanki hiss olunmurdu” yazan jurnalist 
Svetlana Mirzəyevanın: “Həmin axşam səhnə arxasında da 
hədsiz temperatur var idi. Bu sadəcə premyera deyildi,  ən 
tələbkar tamaşaçılardan biri – Azərbaycan Prezidenti zalda 
idi”
163
 cümlələri bu sənət bayramının mənzərəsini yaradır. 
Tamaşanın premyerasıdan sonra ölkə başçısı Heydər 
Əliyevin: “Bu gün yenidən öz fəaliyyətinizi gözəl bir 
tamaşa ilə - Üzeyir Hacıbəyovun “Məşədi İbad” tamaşası 
ilə başladınız” Biz buna musiqili komediya deyirik, amma 
o vaxt Üzeyir Hacıbəyov yazanda bunun adını operetta 
qoymuşdu. Bu çox gözəl tamaşadır. Cənnət xanım Səli-
mova tamaşaya gözəl quruluş veribdir. İndi o, universal 
rejissor kimi müxtəlif tamaşalara quruluş verir. “Məşədi 
İbad” tamaşasını çox gözəl göstərdiniz. Düzdür, biz bunun 
hamısını görmüşük. Məsələn, mən bu tamaşanı Azərbay-
can teatrında 40-50 il bundan öncə də görmüşəm.  Sonra 
bunu bizim böyük rejissorumuz Hüseyn Seyidzadə filmə 
çəkdi. O, çox gözəl filmdir. Ola bilər, film çəkilən vaxt 
onu yaxşı qiymətləndirə bilmədilər - mənim xatirimdədir, 
bu, 60-cı  illərdə idi. Ancaq indi, zaman keçdikcə  bəzən 
bizim televiziya vaxtaşırı o filmi göstərir. O film göstəri-
ləndə mən böyük həvəslə baxıram. Çox gözəl bir filmdir. 
                                                 
163
 С.Ф.Мирзоева. И снова на сцене – «Мешади Ибад». г. Бакинский 
рабочий. 10-12-1998. 


Rejissorluğun üslub problemləri 
 
 
193 
Siz bu əsərə yenidən səhnə həyatı verdiniz və bu gün çox 
gözəl də tamaşa göstərdiniz. Ona görə də mən sizin hamı-
nızı təbrik edirəm. Quruluşçu rejissor Cənnət xanımı təb-
rik edirəm ki, belə gözəl quruluş yaradıbdır. Rəssam İsma-
yıl Məmmədovu təbrik edirəm, çünki tamaşada çox gözəl 
dekorasiyalar, tərtibatlar vardır. Musiqi çox gözəl mü-
şayiət olunduğuna görə dirijoru təbrik edirəm. Və səhnədə 
oynayanların hamısını  təbrik edirəm”
164
 fikirləri ümum-
milli liderin mədəniyyətə, teatr sənətinə, Üzeyir bəylə ya-
naşı, Cənnət Səlimova yaradıcılığına da verdiyi yüksək 
qiymətdir.     
                                    
*** 
Macar bəstəkarı, operetta kralı İmre Kalmanın 1940-
1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya 
Teatrının səhnəsində oynanılmış digər adı “Çağdaş karale-
vası” olan “Silva” operettasını bu səhnədə tamaşaya qoy-
maqla Cənnət Səlimova artıq öyrəşdiyi yaradıcı kollektivə 
yaxından bağlanır.  
“Musiqili teatrda rejissor” kitabında “Operettadan 
“gonbulların incəsənəti” kimi söz düşəndə bu “burjua” 
sənətinin tipik nümunəsi kimi Kalmanın operettaları yada 
salınır. Onun “Silva”sı ümumi isimə çevrilir. Pullular sinfi 
yaltaqlarının cəhdləri sayəsində    İmre Kalmanı “öz” 
müəlliflərinə çevirdilər. Rusiyanın nermanları isə bəstəkar 
haqqındakı bu təsəvvürü gücləndirdilər. Ancaq müəllifin 
özü ... Bütün həyatı boyu o, tamaşaçını güldürmək, ağlat-
                                                 
164
 H.Ə.Əliyev. O olmasın, bu olsun tamaşasından sonrakı nitqi. Ədəbiyyat 
q. 11-12-1998.  


Aydın  Dadaşov 
 
 
194 
maqla yanaşı  səhnədə baş verənlərə tamaşaçını tam 
inandıran  əsər yaratmağı arzulayırdı. Qaynar ehtirasla 
teatra bağlanan Kalmanın arzusu səhnədə canlı insanları 
görmək idi. Onun yolunu kəsən isə musiqisini yazmağa 
məcbur olduğu bayağı librettolar və ən qorxulusu isə im-
kanlı burjuaziyanı qane edən yeknəsək səhnə yozumları 
idi”
165
 yazan  Q.P.Ansimovun  göstərdiyi iradlardan uzaq-
laşmaqla bəstəkarın istəklərinin həyata keçirilməsi Cənnət 
Səlimovanın yozumunda əsas məqsəd idi.  
Yüngül musiqidən valslardan, macar və qaraçı folk-
lorundan geniş istifadə olunduğu bu operettada  kabare 
aktrisası Silva Vareska rolunda real insan tipini canlan-
dıran Larisa Vinoqradova meydan sulayırdı. Leopold - 
Boris Qrafkin, Knyaz Edvin - Firuz Məmmədov, Boni - 
Emin Heydərov, Stasi - Marina Litvinenko, Ferrini – Sabir 
Sultanov kimi aktyorlarla fasiləsiz məşqlər də öz səmərəli 
nəticəsini vermişdi. 
 Gənc zadəgan Edvinin sevdiyi Silvayla deyil, Stasi 
ilə nişanlanmasından yaranan ilkin ziddiyyət qabarıq həl-
lini tapırdı. Qraf Boni ilə gedən Silvanın Edvinlə Stasinin 
nişan mərasimində peyda olmaları bu ziddiyyəti həmən qı-
zışdırırdı. Silvanı hamıya arvadı kimi təqdim edən qraf 
Boni Stasiyaya vurulmaqla vəziyyəti həll etməsi, artıq Sta-
sinin də Boniyə vurulması, Silvanın isə Edvinlə əvvəldən 
bağlanmış  kəbinə məhəl qoymadan çıxıb getməsi hadisə-
ləri fabula istiqamətində irəliyə aparırdı. Boninin müdaxi-
ləsi ilə Silvanın səhnəyə qayıtması, Edvinin nənəsinin, 
hətta anasının belə vaxtilə kabare müğənnisi və rəqqasəsi 
                                                 
165
 Г.П.Анисимов. Режиссор в музыкальном театре. М., 1980. с.196. 


Rejissorluğun üslub problemləri 
 
 
195 
kimi çalışdığının üzə  çıxması tamaşanı  şirin sonluqla 
bitirməsi isə  əlbəttə ki, librettonun məzmunundan irəli 
gəlirdi.   
Tamaşanın bədii həllində baletmeyster Yuliana 
Əlikişizadənin qurduğu klassik balet və kankan rəqsləri 
müstəsna rol oynadı, musiqi həllində dirijor Cavanşir 
Cəfərovun, xormeyster Vaqif Məstanovun, bədii tərtibatda 
quruluşçu rəssam İsmayıl Məmmədovun iştirakı ilə ərsəyə 
gələn bu tamaşa ilə  Cənnət Səlimova  İmre Kalman 
operettalarına ürəkdən bağlanır. 
                                                         
                                     *** 
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Uzaq 
Şərq Musiqili komediya teatrlarında çalışmış rejissor, rəssam 
L.Faylenbogenin 1957 və 1965-ci illərdə quruluş verdiyi
İ.N.Podqornayanın (Qrafinya Maritsa), E.P.Qoqoberidzenin 
(Knyagina Bojena fon Kudenşteyn), A.Q.Alleqrovun (knyaz 
Morits-Draqomir Esterqazi Şelenberq), V.S.Qoniyevin (Ba-
ron Koloman Zupan), F.P.Kolinin (Tassilo Madaç) uğurla 
ifa etdikləri,  İmre Kalmanın “Maritsa” tamaşasına 2002-ci 
ildə yeni yozumunu verən Cənnət Səlimova bu operettanın 
Maritsa-soprano, baron Zupan-tenor, qraf Tasilo-tenor, Liza 
- sopranodan ibarət səs çələngini musiqinin dramaturji 
strukturuna oturda bilir. Belə ki, gənc, gözəl, zəngin dul 
qadın Maritsanın (Larisa Vinoqradova) onun var-dövlətini 
əldə etmək istəyən çoxsaylı pərəstişkarlarından uzaqlaşaraq, 
öz malikanəsində  şən qaraçıların musiqi və  rəqsləri ilə 
əhatələnməsi, onun işlər müdiri Tasilonun timsalında (Elxan 
Əhədzadə) əsl sevginin üzə çıxmasına şərait yaradır. Pərəs-


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə