Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə62/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   58   59   60   61   62   63   64   65   ...   71

Aydın  Dadaşov 
 
 
196 
tişkarlarından uzaqlaşmaq istəyən Maritsanın verdiyi elanda 
adını  çəkdiyi uydurma qəhrəman Kiloman Zupanın (Emil 
Heydərov) gəlib çıxaraq Tasilonun bacısı Lizaya (Yuliya 
Sidorova) vurulması musiqi rəngarəngliyi yaradır. Tasilonun 
varlı xalasının Maritsanın malikanəsini bacısı oğluna alması 
isə sevginin qərəzsizliyinə  təminat yaradır. Macar rapso-
diyası da adlanan bu operettada Stefan (Fərid Əliyev), Qara-
çı  qız (Nadejda Povelitsina), Bojena (Svetlana Bulax), Pe-
nijek (Sabir Sultanov), Esterqazi (Boris Qrafkin) birliyi 
musiqi dramatrgiyasının inkişafında səmərəli nəticə verdi. 
Əlbəttə ki, dirijor Nazim Hacıəlibəyovun,  xormeyster 
Vaqif Məstanovun, baletmeysterlər Zakir və Yelena 
Ağayevlər, tamaşanın  ərsəyə  gəlməsində müstəsna rol 
oynadılar. 
                                        *** 
Qara Qarayevin 85 illik yubileyi ərəfəsində (2003) 
dahi bəstəkarın, Edmon Rostanın “Sirano de Berjerak” 
pyesinin motivləri üzrə Pyotr Mixayloviç Qradovun yaz-
dığı libretto əsasında 1967-ci ildə yazdığı “Çılğın Qasko-
niyalı” müziklı səhnə əsəri kimi ciddi musiqi ilə nəsrin və-
hdəti (Siviliya bərbərində olduğu kimi) üzərində qurul-
maqla  əslində  nəğmələrin önə keçdiyi operettadan daha 
çox, XlX əsrin sonlarında ABŞ–da meydana gəlmiş, dra-
matik operanı estrada, məişət musiqisini özündə birləş-
dirən müziklə və bəlkə də almanların denkşpel (düşündü-
rən oyun) janrına yaxın idi.  
“Oqonyok” jurnalının 1961-ci ilin 43-cü sayındakı: 
“Gözəlliyin vaxtıdır” məqaləsində: “Gənclərə müasir, 
yaxşı,  aydın və emosional əhəmiyyətli musiqi vermək bi-


Rejissorluğun üslub problemləri 
 
 
197 
zim borcumuzdur. Biz əgər bu işlə məşğul olmasaq, baş-
qaları onu yerinə yetirəcəkdir. Hərdən elə başqaları da ye-
rinə yetirir. Bizim gözəl gəncliyi yad, bağışlanılmaz dərə-
cədə boş, mənəviyyatsız musiqiyə vermək olarmı?”
166
 
yazmaqla yeni nəslin estetik dünyagörüşünün qaldırılması 
ilə yanaşı, musiqili teatrların tamaşaçı zümrəsinin 
yeniləşdirilməsi problemini də qaldıran böyük bəstəkar və 
ictimai xadim Qara Qarayev özünəməxsus peşəkar səviyyə-
də yazılmış “Çılğın Qaskoniyalı” müziklı ilə narahatçılığını 
təkcə sözdə deyil əməldə də təsdiqlədi. Əlbəttə ki, ölkədəki 
ilıqlaşma dövrü də, vaxtı ilə konservatoriyada simfocaz 
yaratmaqla, pianoçu Vaqif Mustafazadəni də bu istiqamətə 
yönəldən bəstəkar Qara Qarayevə  bu imkanı yaradırdı. Ha-
kimiyyət dəyişkənliyi ilə ölkədə baş alıb gedən “buzlaşma” 
mərhələsində “Lenkom” teatrında “Yunon və Avos” tamaşa-
sının “düşmən cəbhəyə məxsus müzikl janrına görə” məsələ-
si Moskva şəhər partiya komitəsində müzakirə olunan Mark 
Zaxarov: “TU-144 təyyarəsinin də zahirən “Konkor”a bən-
zədiyini xatırlatmaqla cəzadan yayına bilmişdi. Hər halda 
yazılışından uzun illər sonra vaxtilə Moskvadakı Operetta 
teatrında uğurla oynanılmış “Çılğın Qaskoniyalı” müziklın 
Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində tama-
şaya qoyulması mütərəqqi hadisə idi. 
Döyüş meydanında aclıqdan, yorğunluqdan xorla şika-
yətlənən əsgərlərə mənəviyyatın əsas olduğunu bildirən, tək-
başına yüz düşmənin qarşısında duruş  gətirə bilən coşqun 
təbli şair Sirano de Berjerakın (Elxan Əhədzadə) dostu Kris-
tianın (Emil Heydərov) adından sevgi məktubları yazdığı 
                                                 
166
 К.А.Караев. Пора перекрасного. ж. Огонек 1961-№43. с 25.  


Aydın  Dadaşov 
 
 
198 
Roksananın ərzaq, şərab gətirməsi və topların arasında iri tə-
bilin üzərinə sıxıb ruh yüksəkliyi ilə oxuması hər kəsi vuruş-
mağa sövq edir. Kristianın cənazəsinin gətirilməsi ilə  Rok-
sananın  səsləndirdiyi rekviemə “O mənə ağı deyir...” kəlmə-
ləri ilə məna çaları verən Sirano de Berjerakın sevdiyi qadı-
nın ilməli dəsmalını tüfənginin xəncərinə keçirib əsgərləri 
intiqama təhrik etməsi dramatizmi musiqi-mətn qovşağında 
gücləndirir. Rahibə rəfiqələri ilə dini motivli xorun ifasından 
sonra bir vaxtlar dostunun adından yazdığı məktubu alıb ka-
ğıza baxmadan dərdli-dərdli “oxuyan” Sirano de Berjerakın 
“ifşası” dramaturji düyünün duetdə açılışını, sevgisinin real-
laşacağını təssəvvür etməyən qəhrəmanın öz xəncəri ilə inti-
har etməsi isə, mənəviyyatca zənginləşən əsgərləri düşmənlə 
döyüşə atılmağa təhrik etməklə finalı  vətənpərvərlik ide-
yasında təmin edir.    
 Sevginin cismani deyil, ruhi proses olduğunu sübuta 
yetirən tamaşada Sirano de Berjerak rolundakı cilalanmış 
bariton səsli Elxan Əhədzadə musiqi partiyaları ilə yanaşı, 
keçmiş idmançı kimi, şəri yerindəcə  cəzalandıran cəsur 
qəhrəmanının biofizik tələblərini də yüksək səviyyədə 
yerinə yetirsə də, vokal partiyaların təqdimatında çətinlik 
çəkdiyi hiss olundu. Bunun isə  əsas səbəbi bəstəkarın 
partiturasındakı muzikla uyğun estrada alətlərinin və əlbəttə 
ki, mikrafonun aradan qaldırılması ilə bağlı oldu. Halbuki 
əsərin diqtə etdiyi şərait yaradılsa idi, operettaya estradadan 
gəlmiş Elxan Əhədzadə  təzyiq altında qalmayıb, səhnədə 
özünü daha sərbəst apara bilərdi. Bununla belə, Elxan Əhəd-
zadənin Sirano de Berjerakı başqasının – Kristianın adından 
məhəbbətini izhar edəndə  və  əlbəttə ki, ölüm səhnəsində 


Rejissorluğun üslub problemləri 
 
 
199 
güclü vokal imkanları ilə yanaşı, quruluşçu rejissorun əldə 
etmək istədiyi psixoloji məqamların təqdimatında da, yüksək 
sənətkarlıq göstərdi.  
Digər tərəfdən Sirano de Berjerakı dünyalarca sevdiyi 
qadın, təbəddülatlar keçirsə də sonda həqiqəti anlayaraq bu 
sevgini dəyərləndirən Roksana  rolundakı Larisa Vinaqra-
dova da, bəlkə də özünü göstərən yaş və yaxud yaxınlaşan 
xəstəlik səbəbindən, artıq gənc qəhrəmanının çılğınlığını, çe-
vikliyini nümayiş etdirməkdə acizlik çəkirdi. Onu bu rolda 
əvəz edən  İnarə Babayeva isə vokal imkanları ilə yanaşı 
gənclik məlahətinin, zərifliyin qələbəsini də, nümayiş etdirdi. 
Tamaşada xanımcanlı kişi Monfleri və onun tam əksi 
olan cəsur Le Bre rollarını aktyor Emil Heydərov məharətlə 
ifa etdi. Tenor Boris  Qrafkinin Linyeri, bariton Firuz Məm-
mədovun Kristianı, lirik tenor Fərid Əliyevin Raqnosu, sop-
rano Marina Litvinenkonun Duenyası tamaşaçını qane etdi. 
Tüstü-dumana bürünmüş toplar, döyüş təbilləri hesabı-
na döyüş meydanının real mənzərəsini yaratmaqla əsgərlərin 
hərəkətlərini təklif olunan vəziyyətə yönəldən, qotik üslublu 
malikanə ilə dövrün nəbzini tutan, gecikmiş sevginin 
izharında göydən xiş - xiş  xəzan yarpaqları yağdırmaqla 
səhnə məkanındakı əsas personajların daxili durumlarını da 
izah edən quruluşçu rəssam İsmayıl Məmmədovun, vokalçı-
ların ifasının, xor, balet partiyalarının müşayiətini yaradan 
orkestrin musiqisini bacarıqla təşkil edən dirijor Nazim 
Hacıəlibəyovun, sənətinin vurğunu sayılan xormeyster Vaqif 
Məstanovun ustalıqla nizamladığı, sürəkli alqışlar qazanan 
xoru belə rəqs etməyə vadar edən baletmeysterlər Zakir və 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə