Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə60/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   56   57   58   59   60   61   62   63   ...   71

Aydın  Dadaşov 
 
 
188 
arvadını  məşuqu ilə görməsi, məhz bu məqamda rəfiqəsini 
xilas etmk fikrinə düşən oyunbaz Militsianın (Svetlana 
Bajenova)  Hanna Qlavarini gizlədərək  yataq otağından qol-
qola çıxdığı Kamil de-Rusilyona ərə getdiyini bildirməsi 
komizmi artırır. Və finalda Baron Zettanın ictimai 
mənafeyini  şəxsi maraqlarına qurban verməsi tamaşanı 
gülüşlə sona çatdırır. Göründüyü kimi zəngin dramaturji 
struktur Cənnət Səlimovaya peşəkar rejissor üslubunun 
tətbiqinə meydan açır.  
Əlbəttə ki, dirijor Nazim Hacıəlibəyovun, quruluşçu 
rəssam İsmayıl Məmmədovun, hər personajın sosial zümrə-
sinə, mövqeyinə, xasiyyətinə uyğun zahri əlamətləri 
göstərən moskvalı geyim rəssamı Raf Sərdarovun, 
qadınların birgə oxuduqları “Viila” xoru alqışlarla qarşılanan  
xormeyster Vaqif Məstanovun, baletmeysterlər Zakir və 
Yelena Ağayevlərin, xüsusən Larisa Vinoqradova başda 
olmaqla bütün ifaçıların gərgin  əməyini birləşdirən Cənnət 
Səlimovanın peşəkar üslubu tamaşadakı  dramaturji 
məqamların qabardılmasına imkan yaratdı. Tamaşanın 
ərsəyə  gəlməsində Azərbaycandakı Rusiya səfirliyinin 
təşkilatı  dəstəyi, “Lükoyl” şirkətinin baş sponsorluğu da 
müstəsna rol oynadı. 
 
*** 
 Azərbaycan Dövlət Musiqili Komediya Teatrında 
“1001 gecə” nağıllarının motivləri  əsasında Vitali Abra-
moviç Kolmanovskinin nəzmlə yazdığı librettoya Emin 
Sabitoğlunun milli kökə söykənən musiqisi əsasındakı 
operettaya  Cənnət Səlimovanın 1995-ci ildə quruluş ver-


Rejissorluğun üslub problemləri 
 
 
189 
diyi “Bir dəfə Bağdadda” operettası geniş tamaşaçı marağı 
doğurdu. Rus xalq nağılı “Qırmızı papaq”dan sonra 
V.A.Kolmanovski ilə ikinci birgə  işi olan  “Bir dəfə 
Bağdadda” operettasında Emin Sabitoğlunun üvertürası, 
ariyaları, duetləri  bəstəkarın bu sahədəki yaradıcılığının 
daha peşəkar təsdiqinə çevrildi. Ərəb dünyasının  ədalətli 
xəlifəsi Harun əl Rəşidin (Boris Qrafkin) və onun ağıllı 
vəziri Masrurun (Serqey Aqapov) dövrünün nağılvari 
hadisələrinin mərkəzində duran xeyirxah Bağdad oğrusu 
Səlim (Dimitri Konradi) dayanır. Dialoqlarda və musiqidə 
inkişaf edən hadisələrin sonunda leytmotivdə  səslənən 
mahnıda deyildiyi kimi “dişi olmasa da, ağzında qoz sın-
dırmaq istəyən Tacirin (Viktor Volya), sərraf Rəhimin 
(Emil Heydərov) yerlərinə oturdularaq Harunla Afətin  
(Marina Litvinenko), Bəhramla (Firuz Məmmədov) Leyla-
nın (İzabella  Şvets), Səlimlə Züleyxanın (Nadejda Pa-
velitsına) Tacirin başını aldadaraq Bəhramla  Afəti bir-
birlərinə qovuşdurması xeyrin şər üzərində  qələbəsini 
səciyyələndirir. Xacələri oynayan Tatyana Mordasova ilə 
Svetlana Bajenova komik xətti gücləndirə bilirlər. 
R.Mirkinin: “Pərdə açılandan bağlanana kimi quruluşçu 
rejissor Cənnət Səlimovanın püxtələşmiş  dəsti-xətti hiss 
olunur. Pyesin dürüst ədəbi mənbəyindən bacarıqla 
istifadə edən rejissor nəinki Bakıda, hətta artıq çoxdan 
bəri xəyala çevrilən  qastrollarda nümayiş  olunmağa 
layiq, dinamik, əyləncəli tamaşa yaratdı”
161
 mülahizəsi 
keçmiş dövrə nostalji kimi də səslənir.  
                                                 
161
 Р.З.Миркин Однажды в Вагдаде.  г. Вышка. 17-10-1995.  


Aydın  Dadaşov 
 
 
190 
N.A.Rimski-Korsakov adına Leninqrad konservatori-
yasının məzunu dirijor Cavanşir Cəfərovun ustalıqla təq-
dim etdiyi musiqi həlli, quruluşçu rəssam Tahir Tahirovun 
yaratdığı dekorda qədim ərəb dünyasının atributları və de-
talları, Boris Lukinskinin qurduğu dava-dalaş epizodları 
tamaşada yüksək bədii əksini tapmaqla səhnədəki nağılva-
ri hadisələrin açılışına imkan yaratdı. 
                                 
 
*** 
Üzeyir bəy Hacıbəyovun “O, olmasın, bu olsun” 
komediyasından söz düşəndə istər – istəməz Məşədi İbad 
rolunun  əvəzsiz ifaçıları; Hüseynqulu Sarabski (rejissor 
A.M.Şərifzadə.1917),  Əlihüseyn Qafarlı (rejissor Niyaz 
Şərifov. 1943.), Lütfəli Abdullayev (rejissor Ş.Bədəlbəyli 
1956.)  Əliağa Ağayev, (kinorejissor Hüseyn Seyidza-
də.1956.) kimi əvəzsiz ifaçılar yada düşür. 1985-ci ildə 
Üzeyir Hacıbəyovun 100 illik yubileyi ərəfəsində rejissor 
Vaqif Həsənovun verdiyi quruluşda, ədəbi mətnə əlavələr 
hesabına yubilyarın mənəvi portreti, ölkənin tənəzzülə 
doğru getdiyinin də  bədii yozumda nəzərdən qaçmaması 
ilə yanaşı tamaşadakı portretlər qalereyası  və xüsusən bu 
personajın ifasında özünü Əlihüseyn Qafarlının davamçısı 
sayan Hacıbaba Bağırovun ifa etdiyi Məşədi  İbad xatır-
lanır.  
1998-ci ildə  təmirdən sonra “O, olmasın, bu olsun” 
tamaşası ilə açılan  Ş.Qurbanov adına Azərbaycan Dövlət 
Musiqili Komediya Teatrında  Cənnət Səlimovanın ver-
diyi quruluşda da, Məşədi İbad rolunu Hacıbaba Bağırov 


Rejissorluğun üslub problemləri 
 
 
191 
ifa etdi. Cənnət Səlimovanın yozumunda ədəbiyyatşünas 
Yaşar Qarayevin: “...alver və tacir əxlaqı ideya və məslək 
sahəsinə də nüfuz edib, “baqqal – inteligent”in müasir tipi 
artıq hər şeyi alıb-satır: qadından (Gülnazdan) tutmuş, ana 
dilinə qədər. Belə ki, müftə pul müftəxor ziyalıya hər şeyi, 
ideyanı da əvəz edir”
162
 deyə suçlandırdığı personajların 
hamısı müsbət planda verilir. Və onları dolandıran, ye-
dizdirib – içizdirən, daim günahlarını bağışlayan   Məşədi 
İbad isə dünyagörmüş  dərrakəli adam kimi səciyyələnir. 
Onun elə  əvvəldən Gülnazdan daha çox Sənəmə meyil 
etməsi vurğulanır, ancaq nə edəsən ki, artıq qızın atasına 
haqq-hesab ödənilib. Deməli, Məşədi  İbadın günahı öz 
yaşını unutmasındadır ki, bu şərq kişiləri üçün səciyyəvi 
xüsusiyyətdir. O ki, qaldı   Məşədi İbaddan bir abbası ala 
bilməyən Hambala, bu yozumda o, da korluq çəkən sosial 
tipdən daha çox hadisələrın gedişini maraqla izləyən, 
lazım gələndə  fəal iştirakçısına çevrilən hoqqa teatrının 
tipajıdır.  Əlbəttə ki, komediyanın dramaturji modelində 
şər qüvvəni personajların heç birisi deyil, müəllifin gülüş 
hədəfinə çevirdiyi köhnəlmiş adət-ənənəni səciyyələndirir 
və bütövlükdə əsərin təqdimatında Üzeyir bəy Hacıbəyo-
vun ecazkar musiqisi, onun ifa tərzi də müstəsna rol oy-
nayır. 
10 dekabr 1998-ci ilin “Bakinski raboçi” qəzetindəki 
“Məşədi  İbad” yenə  də  səhnədə” məqaləsində: “Teatrın 
baş dirijoru  Nazim Hacıəlibəyovun idarəsilə orkestrin 
necə məmnunluqla ifa etdiyini görmək gərək idi. Əsl xalq 
musiqisindən qaynaqlanan büllur kimi təmiz melodiyanın 
                                                 
162
 Y.V.Qarayev. Teatr həyatda və səhnədə. B., 1996. c. 41. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə