Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə64/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   60   61   62   63   64   65   66   67   ...   71

Aydın  Dadaşov 
 
 
204 
Azərbaycan Musiqili Komediya Teatrının rus 
bölməsində intişar tapmış operettaların tədricən az qala 
sıradan çıxmasının  əsas səbəbi, heç şübhəsiz ki, Sovetlər 
birliyinin çöküşü ilə bağlı oldu. Belə ki, uzanan keçid 
dövründə iqtisadi böhran vəziyyətində olan teatrlardan 
sənətkarların baş götürüb xarici ölkələrə getmələri adi hala 
çevrilmişdi. Paralel olaraq formalaşmış tamaşaçı zümrəsinin 
itirilməsi prosesi də getdiyində solistlərlə, orkestr 
musiqiçiləri ilə yanaşı  tədricən sırası seyrələn xor, balet 
truppasının tərkibinin fasiləsiz olaraq dəyişməsi, peşəkar 
üslub göstəricilərinin itirilməsinə  səbəb olurdu. Peşəkar 
musiqili tamaşa və xüsusən operetta rejissorunun olmadığı 
belə bir vəziyyətdə  ərsəyə  gələn tamaşalarda partituranı 
dərindən bilən dirijorun aktyor seçiminə, mizan həllinə 
qarışması, bəzən hətta diqtəsi şəraitində Cənnət Səlimovanın 
quruluş verdiyi tamaşalar bu sənət sahəsinin qorunub 
gələcək nəsillərə ötürülməsində mühüm rol oynadı. 
 


Rejissorluğun üslub problemləri 
 
 
205 
 
 
 
AZßRBAYCAN DÞVLßT OPERA  
Vß BALET TEATRINDA CßNNßT 
SßLÈMOVANIN TAMAØALARI 
 
əlumdur ki, XVl əsrin son illərində intibah 
dövrünün humanist ideyalarının təsiri Flo-
rensiyada yaranmaqla, növbəti yüzillikdə 
bəşəriyyətə şedevrlər bəxş edən opera sənəti musiqidə, Ko-
lumbun “yeni dünya” kəşfi ilə eyniləşdirilir. Latınca hərfi 
mənası  “əsər” olan opera sənətinin  əsasında libretto dursa 
da, strukturunu ariya, ballada, mahnı, duet və sair kimi vo-
kaldan, mühiti şərh edən xordan, ayrı-ayrı musiqi nömrə-
lərini birləşdirən reçetativdən məxsusi dramaturgiya yaradır. 
Nadir hallarda yeniləşən klassik operanın səhnə  həllində 
Franko Dzeferelli, Eduardo de Flippo, Lukino Viskonti, 
Boris Aleksandroviç Pokrovski, Robert Uilson,  Corc Ta-
bori, Luka Ronkoni, Qizo Jordaniya kimi rejissorların adları 
çəkilir. Əbəs deyil ki: “Bu italyan operaları tamaşalarından 
aldığım təsirlər mənim təkcə eşitmə və görmə hafizəmdə de-
yil, cismimdə də qalmışdır, yəni mən onları yalnız hisslərim-
lə deyil, bütün bədənimlə də duyuram”
168
yazan böyük rejis-
sor Konstantin Sergeyeviç Stanislavski bu sənət növünü 
yüksək dəyərləndirirdi. “Musiqinin psixoloji məqamlarını 
əks etdirən dramatik, təhkiyyə üzərində qurulan epik”
169
 tip-
lərini fərqləndirən Bertold Brextin bu yanaşması opera rejis-
                                                 
168
 К.С.Станиславский. Моя жизнь в искусстве. М., 1962. s. 24. 
169
 Бертольд Брехт. О театре. М., 2002. с.114. 



Aydın  Dadaşov 
 
 
206 
sorluğunun eksplikasiyasının təhlili prinsipində  əhəmiyyətli 
rol oynadı.  
Azərbaycanda opera sənətinin əsası 1908-ci ildə Üzeyir 
Hacıbəyovun  ərsəyə  gətirdiyi “Leyli və  Məcnun”  əsəri ilə 
qoyulsa da, bəstəkar bir il sonra  “Şeyx Sənan”, “Rüstəm və 
Söhrab”, 1910-cu ildə “Harun və Leyla”, 1912-ci ildə “Şah 
Abbas və Xurşud Banu”, “Əsli və Kərəm”, 1916-cı ildə Zül-
füqar Hacıbəyov “Aşıq Qərib”, 1919-cu ildə Müslüm Maqo-
mayev “Şah  İsmayıl”, 1924 –cü ildən fəaliyyətə başlayan 
Azərbaycan Opera və Balet Teatrında milli klassik musiqi-
mizin incilərindən sayılan bu əsərlərlə yanaşı Müslüm Ma-
qomayevin 1935-ci ildə yazdığı “Nərgiz” operası da nüma-
yiş olunmağa başladı. Klassik Avropa biçimində yaranmaqla 
Üzeyir bəy Hacıbəyov zəkasının dərinliyini bir daha təsdiq-
ləyən, peşəkar vokal məktəbimizin banisi Bülbülün baş rolu 
ifa etdiyi “Koroğlu” operasının 28 aprel 1937-ci ildə teatrın 
baş rejissoru, səhnə təcrübəsinə malik İsmayıl Hidayətzadə-
nin quruluşunda bu səhnədə qoyulması görünməmiş hadisə-
yə çevrildi. Şəmsi Bədəlbəyli, Adil İsgəndərov, Sultan Da-
daşov kimi sənətkarların Opera və Balet Teatrınin səhnəsin-
də qoyduğu tamaşalar özünün bədii həllinin səviyyəsi ilə se-
çildi. 
                             
*** 
Azərbaycan Dövlət Opera və Balet Teatrında, ilk milli 
baletimiz sayılan “Qız qalası” nın (1940) müəllifi bəstəkar 
Əfrasiyab Bədəlbəylinin öz librettosu, Rəfiq Zəkanın, 
Hüseyn Cavidin, Ələkbər Ziyatayın  şeirləri  əsasında 
yaratdığı vətənpərvərlik mövzusundakı “Söyüdlər ağlamaz” 
operasına Cənnət Səlimova ilk dəfə 1969-cu ildə rejissor 
kimi müəlliflə birgə quruluş verməklə opera sənəti sahəsində 
çalışmağa başlayır. Tədqiqatçı İbrahim Quliyevin: “Məsələ 


Rejissorluğun üslub problemləri 
 
 
207 
onda idi ki, o dövrdə opera teatrında yeni, orijinal
əvvəllər heç bir yerdə tamaşaya qoyulmayan əsər üzərində 
iş  təcrübəsi olan quruluşçu rejissor yox idi və buna görə 
də, teatrın direktoru bu vəzifəni  Əfrasiyab Bədəlbəylinin 
özünə həvalə etmişdi”
170
  cümləsi təəssüf ki, acı reallığı əks 
etdirir. Və əlbəttə ki, Cənnət Səlimovanı rejissor kimi dəvət 
edən musiqi bilicisi Əfrasiyab Bədəlbəyli özünün sənətkar 
məsuliyyətini də nümayiş etdirdi. 
“Söyüdlər ağlamaz” operasında 1941-ci ilin yazını əks 
etdirən ilk epizodda hərbi komissar Murad Əlizadənin (Ağa-
baba Bünyadzadə) ixtiraçı mühəndis oğlu Vüqarın (Lütfiyar 
İmanov) bəstəkar nişanlısı Jalənin (Dilarə Babayeva) xalq 
qəhrəmanı Cavanşirə  həsr etdiyi operadan bir parçanı ifa 
etməsi, vətənpərvərlik mövzusunu ilk epizodda təqdim edir. 
Müharibənin başlaması ilə ögey qardaşı Əziz (Kazım Məm-
mədov), anası  Xəyalın (P.Topçiyeva) təhriki ilə  bəhanə ilə 
yaxasını kənara çəkib, cəbhədən yayınsa da Vüqarın atası ilə 
birgə döyüşə yollanması mövzunu davam etdirir. 
 Həyat yoldaşı  vətəni qorumağa yollandıqdan sonra 
dünyaya övlad gətirən Jalənin Vüqarın ağır döyüşlərdə həlak 
olduğunu öyrənməsi ilə onunla evlənmək istəyən  əclaf 
Əzizin rədd edilməsi dramaturji modeli bayağılaşdırsa da, 
qələbənin 25 illiyinə həsr olunmuş bu tamaşanın bədii həlli 
yetərincə yüksək olan  musiqisindən əlavə cəbhə mühitinin 
təqdimatında kinoxronikadan istifadə özünü doğrultdu. 
28 iyun 1975-ci ilin “Kommunist” qəzetində  bəstəkar 
Cahangir Cahangirovun yazdığı: ““Söyüdlər ağlamaz” ope-
rasının musiqi dili milli musiqimizin səviyyəli intonasiyaları, 
muğamat kökləri üzərində qurulduğundan təbii və doğma 
ruhda səslənir. Musiqinin dili aydın və səlisdir. Eyni zaman-
                                                 
170
 İ.H.Quliyev. Maestro. B., 2008. c.102. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə