Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə67/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   63   64   65   66   67   68   69   70   71

Aydın  Dadaşov 
 
 
214 
palarının,  əlbəttə ki, partituraya uyğun peşəkar vokalçıların  
və xüsusən dünya opera praktikasına uyğun olaraq gəlmə sə-
nətkarların birliyini təmin edən Cənnət Səlimova yozumu-
nun uğuru “Traviata” operasının uzun dövr ərzində reper-
tuarda qalmasına şərait yaratdı.  
                                  
*** 
İtaliya bəstəkarı Cakomo Puççinin, Cüzeppe Verdinin 
“Falstaf” operasının təsiri ilə 1895-ci ildə yazdığı,  XVlll əs-
rin otuzuncu illərində Parisdə baş verən hadisələri əks etdirsə 
də, əslində gəncliyində kasıbçılıqla üzləşmiş müəllifin həya-
tını da göstərməklə avtobioqrafik sayılan, “Bohema” operası 
incə lirizmi, real vəziyyətlərdə musiqi dramaturgiyasının 
hesabına açılan psixoloji məqamları mütəxəssislərin diq-
qətini daim cəlb edir. Azərbaycan Dövlət Opera və Balet 
Teatrında Cənnət Səlimovanın 2006-cı ildə quruluş verdiyi, 
harmoniyalı melodiya, orkestr rəngarəngliyi ilə yanaşı, möh-
təşəm vokallı obrazlar qalareyası ilə  zəngin  “Bohema” 
operasının Rauf Abdullayevin dirijorluq etdiyi premyerası 
və ilk tamaşaları musiqi mədəniyyəti tariximizdə müstəsna 
yerləri olan Fidan – Mimi  və Xuraman -  Müzetta (soprano) 
Qasımova bacılarının benefisi kimi təqdim olundu. Növbəti 
tamaşalarda Mimini, Xuraman Qasımovanın tələbəsi olmuş, 
dünya şöhrətli sənətkar Monserrat Kabalye 2004-cü ildə Ba-
kıda ustad dərsləri keçərkən bəyənib-seçdiyi, hal-hazırda 
Böyük Teatrda əsas xartiyalar oxuyan Dinara Əliyevadan 
sonra İlahə Əfəndiyeva, onun sevgilisi Rudolfu Həsən Ena-
mi,  Müzettanı İnara Babayeva, Marseli Əvəz Abdullayevin 
ifa etmələri personajların bədii texniki imkanlarından daha 
çox, gənclik təravəti ilə bağlı zahiri uyğunluqlarını, 
informasiya gerçəkliyi zəminində dramaturji məqamlarda 
üzə  çıxardı. Bəstəkarın öz həyatından da götürdüyü real 


Rejissorluğun üslub problemləri 
 
 
215 
şəxsin prototipi olan ev sahibi Benuanı ifa edən Firuz 
Məmmədov (bas) isə müəllif fantaziyası hesabına yaranan 
personajların səslər çələngini zənginləşdirməklə musiqi 
dramaturgiyasını mövzuda qabartdı.  
Musiqişünas L.Solovtsovanın yazdığı:  “Bohema”da 
müstəqil orkestr epizodları yoxdur. Bununla belə operettanın 
musiqisi dramaturgiyanı mövzuda üzə  çıxarır”
178
 fikri  də, 
əsas hadisənin təqdimatında vokalın həlledici mövqeyini 
açıqlayır. Məhz quruluşçu rejissorun dəqiq yozumu 
sayəsində  qəzet üçün məqalə yazmalı olduğunu xatırlayıb 
əylənən dostlarından ayrılan  şair Rudolfun sönmüş  şamını 
yandırmaq üçün qapını döyən, geriyə qayıdıb yarımqaranlıq 
otaqda itmiş açarı axtararkən zəiflikdən özündən gedən 
Mimi ilə ünsiyyəti dəqiq mizanlarda açılır. Beləliklə, 
vərəmin  əldən saldığı, dərdini ipək parça üzərində ilmələrə 
salan Mimiyə vurulan, şaxtada öz əlyazmalarını yandırıb 
qızınan Rudolf, Myüzettanı sevən Marsel, ev sahibi Benua 
personajları vokal imkanları ilə bərabər, aktyor sənətinin üzə 
çıxarılması hesabına yarana bildiyindən gənclər də, inamlı 
addımlarla səhnəyə gəldilər.. 
Sərsəri həyat keçirən ziyalılardan ibarət bohemanın 
kasıb mühiti şair Rudolf Həsən Enami (tenor), rəssam 
Marsel - Əvəz Abdullayev (bariton),  musiqiçi Şonar - Turan 
Aqasiyev (bariton), filosof Kolen (bas), timsalında üzə çıxır. 
Finalda həkim gətirmək üçün Myüzetta sırğalarını, filosof  
Kolen plaşını satsa da, Miminin ölümü opera tarixində  ən 
gözəl rekviem kimi musiqi dramaturgiyası ilə yanaşı vizual 
həllini də tapdı. 
Yeri gəlmişkən A.V.Lunaçarski adına teatr institutunun 
Musiqili Teatr Rejissorluğu fakültəsində, ustad sənətkar 
                                                 
178
 Л.С.Соловцова. Богема Дж. Пуччини. М., 1958. с.29. 


Aydın  Dadaşov 
 
 
216 
Boris Aleksandroviç Pokrovskinin tələbəsi olmuş Georgi 
Pavloviç Ansimovun yaradıcılığının ilkin mərhələsində 
Böyük teatrda tamaşaya qoyduğu “Bohema” operası 
üzərində  məşhur çex dirijoru Zdenek Xalabala ilə birgə  işi 
barədə yazdıqları peşəkarlıq dərəcəsinin təsdiqi baxımından 
maraqlıdır. ““Bohema” onun ürəyincə olmadı. O, tamaşada 
rejissor həlli ilə musiqi təcəssümünün birliyinin əldə olun-
madığını söylədi. O, dedi: - Düşünürəm ki, gənc, həyatsevər 
Mimi ölüm haqqında düşünmür,  əgər öz xəstəliyinin 
ağırlığını bilsə belə yaşamaq, sevilmək istəyir. Bəs onda 
nəyə görə ilk çıxışından ağlayır? Nəyə görə  həmişə özünə 
yazığı gəlir? Əgər birisi xəstəliyini bilib, buna görə həmişə 
ağlayırsa deməli o, psixoloji cəhətdən sarsılmışdır. Bəyəm 
“Bohema” bu barədədir? Onun qəhrəmanları - gənc, hə-
yatsevər, atəşli adamlardır. Final məhz bununla qorxunc, 
faciəvidir. Mən onunla razılaşdım”
179
” cümlələri opera 
tamaşası üzərində çalışan dirijorla rejissorun psixoloji 
məqamlara varmaqla ortaq məxrəcə  gəlmələrinin ümumi 
işin xeyrinə yönəldiyini səciyyələndirir.  
                                    
*** 
Neapollu bəstəkar Rudjuero Leonkavallonun 21 may 
1892-ci ildə Milanda premyerası olan “Payatsı” (Məzhə-
kəçilər) operasına Cənnət Səlimovanın Azərbaycan Dövlət 
Opera və Balet Teatrında, 2000-ci ildə verdiyi quruluşda 
səyyar məzhəkə teatrının sahibi Kanionu Azər Zeynalov 
(tenor), onun arvadı Neddanı Eleonora Mustafayeva (sop-
rano), bu qadının vurulduğu gənc kəndli Silvionu Əvəz 
Abdullayev (bariton),  məzhəkəçi aktyorlardan; Tonionu 
Şahlar Quliyev (bariton), Bennonu Əliəhməd  İbrahimov 
                                                 
179
 Г.П.Анисимов. Режиссор в музыкальном театре. М., 1980. с.61 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə