Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə69/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   63   64   65   66   67   68   69   70   71

Aydın  Dadaşov 
 
 
220 
uzlaşdırılması  əsas məsələdir”
183
 deyimi  əsas götürülməklə 
belə  nəticəyə  gəlmək olar ki, musiqi təhsili olmadığından 
tamaşasının gələcək tarixi mərhələlərdə  bərpasına imkan 
yaradan yazılı rejissor partiturasının hazırlanmasında çətinlik 
çəksə  də, səhnənin qanunlarını, arxitektonikasnı  dərindən 
bilən, peşəkar üslub göstəriciləri yüksək olan Cənnət Səli-
mova başda dirijor, baletmeyster, xormeyster olmaqla,  mu-
siqiçilərlə dil taparaq quruluş verdiyi operanın bədii həllini 
verə bilir. Bununla belə unutmaq olmaz ki, dramatik rejis-
sorluğun ustası  Cənnət Səlimovanın peşəkar üslub göstəri-
cisi bilavasitə,  əsasən jestlərdən ibarət aktyor plastikası ilə, 
bağlıdır. Teatrı kasıblaşdırmaq formulasını üzə  çıxaran Eji 
Qratovskinin: “Jestlə aktyor döşəmənin səthini dənizə, ma-
sanı tövbə hücrəsinə, dəmir parçasını canlı tərəfkeşə və s. çe-
virə bilər. Teatrdan canlı yaxud yazılı musiqinin çıxarılması, 
tamaşanın özünü musiqiyə çevirir”
184
 mülahizələri də məhz 
bu sənətkarın ən yaxşı dramatik tamaşalarına aiddir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
183
 Л.Д.Ротбаум. Опера и ее сценическое воплощение. М., 1980. с.79. 
184
 Ежи Гротовский. К бедному театру.  М., 2009. с. 16-17. 


Rejissorluğun üslub problemləri 
 
 
221 
 
 
 
AZßRBAYCAN DÞVLßT  
GßNC TAMAØA×ILAR 
TEATRINDA CßNNßT 
SßLÈMOVANIN TAMAØALARI 
 
zərbaycan Dövlət Gənc Tamaşaçılar Teat-
rında Rüstəm İbrahimbəyovun “Unudulan 
avqust” pyesinə 1974 – cü ildə verdiyi qu-
ruluşda Cənnət Səlimova  əsərin zorakılığa qarşı yönələn 
ideyasını önə  çəkir. Qələbədən sonrakı dövrün 
mənzərəsini yaradan hadisələrdə müxtəlif millətlərdən 
olan ailələrin yaşadığı köhnə Bakı  həyətində  ən çətin 
anlarda belə  mənəviyyatını qorumağı bacaran Elik Qara-
yev (V.D.Butrimenko), cəmisi on beş yaşı olmasına bax-
mayaraq cəbhədə qanlı döyüşlərdən keçmiş, itirdiyi ailə 
üzvlərinin axtarışında olan Kostya Rudakov (K.F.Artyo-
mov), ömrü boyu bir kitab oxumayıb sevgini belə zorla əl-
də etməyi mümkün sayan Arkadi Rezçikov - Paxan 
(AY.Şarovski), onun əlaltısı, fitva verəni Xorek 
(A.M.Xarçenko), mağaza müdirinin müti qula çevrilən, 
dəstəni evlər idarəsinə satsa da, ərzaq gətirməklə günahını 
yuyan oğlu Kaçan (Kotlyarski M.İ.) və ehtiyacı olanlara 
kömək məqsədi ilə yaranıb, sonradan yolunu azan bu dəs-
təyə qoşulan digər yeniyetmələrin avtoritarlığa tabeçilik 



Aydın  Dadaşov 
 
 
222 
üzərində qurulan birliyinin acı  nəticələri göz önündə 
çözülür. Beləliklə  Arkadi Qaydarın “Timur və onun 
komandası” kitabının təsiri ilə yaranıb  əsərdə xuliqanlar 
dəstəsinə başçılıq edən Mişa Kvakinin prototipinə çevrilən 
Paxan bəd  əməlləri ilə  şərin  əsas timsalını yaradır. 
Azğınlaşmış dəstənin günahsız Lenya Lübarskini (Malkin 
V.Q.) çarhovuzda az qala boğulmağa təhrik etmələri, 
Paxanin güc hesabına Nelya Adamovanı (Xaritonova 
T.E.) əldə etmək istəyi zorakılığın miqyasını göstərir. 
Sevgilisi Nelyanın yolunda çilingər  şagirdi Yurka 
(Zverev Q.V.) ilə birləşib fiziki cəhətdən güclü Paxana və 
ətrafındakılara qarşı çıxan Alikin əsərdə çarhovuzda cəza-
landırılmasının dairəyə salınaraq döyülməsi ilə  əvəzlən-
məsi obrazlı səhnə həllini tapır. Finalda oğurluq motosik-
let və qətlə yetirilmiş milisionerin silahını əldə edən Paxa-
nın açdığı atəşdən dostu Eliki xilas edən Kostyanın yara-
lanması, cinayətkarın həbsi “Uşaqlar belə hesab edirlər, 
istəyirlər ki, sən bizim komandir olasan”
185
 deyən Lenya-
ya, Elikin xəstəxanaya, Kostyanın yanına tələsdiyini bil-
dirməsi avtoritarlıqdan üz döndərildiyini səciyyələndir-
məklə hadisələri sona çatdırır.  
 Bütün personajlar dramaturji funksiya daşımasalar 
da, tamaşa salonu ilə fəal ünsiyyət yaradan aktyorların fa-
silədə də, oyunu davam etdirib, sonda işıqlar yananda tə-
zim etməyi belə sanki unutmaları fasiləsizliyi təmin edilən 
                                                 
185
 Р.М.Ибрагимбеков. Ультиматум. Б., 1983. с.276. 


Rejissorluğun üslub problemləri 
 
 
223 
təəssüratı gücləndirir. Fiziki gücün deyil, zorakılığa yox 
deyən Alikin timsalında (tamaşanın digər adı “Mən onda 
yox dedim” idi) mənəvi zənginliyin qələbə çaldığı bu ta-
maşanın rəssamı Q.P.Belovun tərtibatındakı  səhnədə na-
xışlı  qədim darvaza, yuxarı  mərtəbələrə uzanan dolaşıq 
pillələr, aynabəndlər, paltarlar asılan zivə, su kranı və hət-
ta zibil qabları köhnə Bakı  həyətinin real mənzərəsini 
yaratmaqla tamaşanın ümumi ahənginə xidmət göstərir. 
Bu tamaşadan sonra Cənnət Səlimova aktyorlardan 
AY.Şarovskini və A.M.Xarçenkonu çalışdığı Azərbaycan 
Dövlət Rus Dram  Teatrına dəvət edir. 
                               
*** 
Valentin Yejovla Rüstəm İbrahimbəyovun “Səhranın 
bəyaz günəşi”  əsərinə  Cənnət Səlimovanın Azərbaycan 
Dövlət Gənc Tamaşaçılar Teatrında 1978 – ci ildə komso-
molun 60 illiyi münasibəti ilə hazırladığı tamaşada Yuri 
Ryaşintsevin şeirləri ilə Leonid Vaynşteynin musiqisi əsas 
mövqedə dururdu. Belə ki, kinorejissor Vladimir Yakovle-
viç Motılın 1970-ci ildə quruluş verdiyi R.İ.İbrahimbəyo-
vun, V.İ.Yejovla birgə ssenari müəllifi olduğu, sərgüzəşt 
janrındakı, tarixi – inqilabi mövzulu, əvvəl qadağan 
olunsa da, səhvən L.İ.Brejnevin bağındakı kinozalda 
göstərilməklə rəhbərin xoşuna gələn, hətta kosmonavtların 
daim kosmosa götürdükləri “Səhranın bəyaz günəşi” 
bədii-oyun filmini yenidən səhnələşdirmək  əhəmiyyətsiz 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə