Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə70/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   63   64   65   66   67   68   69   70   71

Aydın  Dadaşov 
 
 
224 
olardı. Məhz R.İ.  İbrahimbəyova məxsus  əsas xəttin mu-
siqi ilə süslənməsi hesabına  şimalda qoyub gəldiyi arva-
dına sədaqətini qoruyan Suxovun, qara kürü yeməkdən 
zinhara gələn gömrük məmuru Vereşşaginin, vətəni ilə 
birgə  hərəmxanasını da itirən Abdullanın musiqili ko-
mediya janrında mövcudluğu fabulanı deyil ariyaların, xo-
run yaratmalı olduğu dramaturgiyanı önə keçirir. Bu musi-
qili tamaşada Suxov (A.Xarçenko), Petruxa (R.Əliyev), 
Səid (R.Mahmudzadə), Vereşagin (R.Semerenko), Abdul-
la (K.Artemov) kimi personajlar özlərini daha çox vokal 
partiyalarında, hərəmxananı  təmsil edən Gülçatay (N.Hə-
sənova), Zarina (N.Məmmədova), Cəmilə (T.Xaritonova), 
Gözəl (İ.Ryabova), Səidə (L.Povetkina), Hafizə (Sitniko-
va), Zöhrə (N.Saulova), Leyla (E.Fidler), Zülfiyyə 
(T.Xaymoviç), basmaçılar və onlara qarşı vuruşan bolşe-
viklər xor və baleti təmsil edirdilər. Bu tamaşa haqqında 
arxiv materialları, hər hansı bir məqalə olmasa da, bu əsər 
əsasında dörd il sonra Ş.Qurbanov adına Azərbaycan Döv-
lət Musiqili Komediya Teatrında  Cənnət Səlimovanın 
səhnələşdirmə müəllifi olduğu “Səhranın bəyaz günəşi” 
müziklına Vaqif Həsənovun verdiyi quruluş barədə ma-
raqlı bir resenziya mövcuddur. 
21 aprel 1982-ci ilin “Bakı” qəzetindəki “Tamaşa sa-
lonu “isitmir”” məqaləsində: “Quruluşçu rejissor öz tama-
şasında “teatr içində teatr olduğunu” elə ilk səhnələrdən 
gizlətmir. İştirakçılar tamaşaçının gözü qabağında geyinə-


Rejissorluğun üslub problemləri 
 
 
225 
rək onları əvvəlcədən oyunun şərtlərindən hali edirlər. Bu-
na baxmayaraq çox vaxt sərhəd bilməyən rejissor fantazi-
yası hətta “iki teatr” üçün belə həddən artıq görünür. Bəzi 
rejissor axtarışlarının hansı  məqsədə xidmət etməsini ay-
dınlaşdırmaq isə bir o qədər də asan deyildir. Bir sıra 
uğurlarına baxmayaraq Ş.Qurbanov adına Azərbaycan 
Dövlət Musiqili Komediya Teatrının səhnəsində  qərar 
tutmuş “Səhranın bəyaz günəşi” tamaşası salonu “isidə” 
bilmir”
186
 yazan teatrşünas Yusif Bağırovun gəldiyi nəticə 
bu  əsərin  səhnələşdirilməsinin kino variantına birmənalı 
olaraq uduzduğundan xəbər verir.    
 
                                 *** 
 Aleksandr Çxeidzenin məktəblilərin həyatından bəhs 
edən “Sərbəst mövzuda inşa” pyesinə Cənnət Səlimovanın 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrındakı yozu-
mu əsərdə qoyulan problemin qabardılması ilə yadda qal-
dı. Yazıçı Elizvar Aleksandroviç Gelovani (A.Xarçinka) 
yeganə  qızı, orta məktəbi qızıl medalla bitirəcək  Ma-
rikanın  (R.D.Əmirbəyova), buraxılış imtahanında sərbəst 
mövzuda yazdığı inşada mühitin problemlərini göstər-
məsinin yaratdığı qalmaqal hadisəliliyi təmin edir. Ətraf-
dakı eybəcərlikləri göstərməklə  təmiz yaşamaq istəyini 
bildirən Marika sanki mühitinə qarşı üsyan edir. Üzdə 
olub məşhur yetirmələri ilə qürur duyan sovet məktəbində 
                                                 
186
 Y.C.Bağırov.  Tamaşa salonu «isitmir». Bakı q. 21-04-1982. 


Aydın  Dadaşov 
 
 
226 
təlim-tərbiyənin yenidən qurulması tələbi ilə çıxış edən ta-
maşa əlbəttə, cəmiyyətdə inqilabi dəyişkənliyə deyil, mə-
nəvi mühitin bərpasına çağırır. Tamaşanın sonunda müna-
sibətlərini yenidən nəzərdən keçirən Marika sevib rəğbət 
bəslədiklərini itirsə də, özünə yeni yaxınlar tapa bilir.  
 Əsərdə olduğu kimi tamaşada da məktəbin direktoru 
Elina  İvanovna Balavadze (T.Razumovskaya), Marikanın 
anası Salome Georgiyevna (Z.Xarçenko), sinif yoldaşları: 
Tomas (A.Kişinov), Kosta (R.Mahmudzadə), Ketino 
(N.Həsənova), müəllimə Natalya Nikolayevna Mindiaşvili 
(R. Medvedyev), valideyn Angelina Valerianovna (O.Do-
linskaya), müxbir Nikifor (K.Artyomov)  strukturun xeyir-
şər qarşıdurmasını təmin etdilər. 
13-29 sentyabr 1978-ci ildə paytaxtda, Malı Teatın 
filialında keçirilən qastrolda bəyənilir və  Cənnət Səlimo-
vanın tələbəsi, Marika rolunda səhnədə ilk debütünü edən  
Rita  Əmirbəyovanın fotoşəkli “Teatr” jurnalının üz qabı-
ğında çap olunur. 
                                
*** 
2009-cu ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar 
Teatrı təmirdən çıxdıqdan sonra nazirin əmri ilə baş rejis-
sor təyin olunduqda vaxtilə Kamera Teatrında reallaşan 
Mirzə Fətəli Axundovun “Sərgüzəşti - vəziri - xani Lənkə-
ran”, “Hekayəti - müsyö Jordan həkimi – nəbatat və dərviş 
Məstəli  şah”, “Hekayəti xırs quldurbasan” komediyaları, 


Rejissorluğun üslub problemləri 
 
 
227 
Hüseyn Cavidin “Şeyx Sənan” faciəsinin yeni səhnə həya-
tını bu teatrda davam etdirən Cənnət Səlimovanın yarım 
əsrlik yaradıcılıq dövründə ilk dəfə olaraq Şekspirə -  “Ro-
meo və Cülyetta” faciəsinə müraciət etməsi kollektivdə 
maraqla qarşılandı.   
 Hegelin əsər haqqında: “Sevgililərin məqsədlərindən 
və talelərindən kənarda qalan iki ailə arasındakı qovğa 
fəaliyyətin rüşeymi kimi qalsa da, məxsusi  əsas məqam 
deyil”
187
   yazdığı pyesin əsas hadisəsinin təklif olunan 
vəziyyətdən yüksəkdə qaldığını səciyyələndirir. Veronada 
üz – üzə duran Montekkilərlə Kapulettilər kimi iki düşmən 
ailədən başqa, başda hersoq Eskalla, rahib Lorenso olmaq-
la  şəhər  əhlinin mənafeyini hüquq müstəvisində güdən 
qüvvələr haqq- ədalətin bərqərar olmasına xidmət edir. 
 Pyesdə olduğu kimi tamaşada da Montekkilərin oğlu 
Romeonun (Elnur Kərimov) cazibəsinə düşdüyü Rozalina-
nı unutmaq istədiyi, hersoq Eskallın (Tariel Qasımov) qo-
humu Parisin (Elşən Rüstəmov) Kapulettilərin on dörd 
yaşlı qızı Cülyettaya (Günel Məmmədova) evlənmək üçün 
qızın atasına elçi düşdüyü məqamda, iki ailə arasında 
yarana biləcək barışığa nifrət edən Tibaltın ziddiyyətə 
təhriki hadisələrə təkan verən yaya çevrilir. Dördüncü səh-
nədə Romeonun Merkusio ilə Benvolio da daxil olmaqla 
beş-altı üzü maskalı,  əli məşəlli dostu ilə  Kapulettilərin 
evində keçirilən karnavala gəlişi kütləvi dəyərlərə meydan 
                                                 
187
 Гегель Эстетика. М., 2004. т.3. с. 547. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə