Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə12/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   8   9   10   11   12   13   14   15   ...   71

Aydın  Dadaşov 
 
 
38 
qəddarlığını deyil, sanki öz borcundan irəli gələn arzu-
olunmaz, ağır yükü istər-istəməz daşımağa məcbur olmaq-
la tamaşanı komediya elementləri ilə  zənginləşdirdi. Qar 
şahzadə rolundakı V.K.Şirye isə rişxənd, zarafat element-
lərindən yerli-yerində istifadə etməklə  personajını yaxşı 
mənada müasirləşdirdi.  
Məqaləsində: “Təkcə bir qüsur müəllif üçün bağışla-
nılmazdır – soyuq ölgünlüyü təcəssüm etdirən Qar Şahza-
dəsi və Məsləhətçinin ruhi vəziyyətlərinin dəyişməzliyinin 
qabardılmasıdır ki, tamaşa xoşbəxt sonluqla bitdikdən 
sonra belə onlara bəraət qazanmaq hüququ vermir” yazan 
V.İsazadənin qeydi əslində strukturdakı xeyir - şər qarşı-
durmasını neytrallaşdıra bilərdi. V.İsazadənin: “Gerda ro-
lundakı  İ.Perlova səmimi, yaraşıqlı olsa da, hərdənbir öz 
qəhrəmanın hisslərini, qardaşı ilə ayrılığı hədsiz dərəcədə 
ciddi və yazıq göstərir”
31
 qeydinə  onu əlavə etmək olar 
ki, o dövrdə əsasən qızcığazları oynayan bu aktrisa, tama-
şada “qaynar qəlbi ilə” bütün varlıqları isitməklə yanaşı, 
mənsub olduğu realizm məktəbindən uzaqlaşa bilməzdi. 
8 fevral 1973-cü ildə  çıxan “Bakinski raboçi” qəze-
tindəki “Dəsti-xəttin təyini” məqaləsində: “Qar Şahzadəsi-
nin  əlaltısının - Məsləhətçinin sanki ürəyi dayanmış, do-
nuqluğuna görə robotu xatırladır. Elə bil onun bütün ardı-
cıllığı proqramlaşaraq nömrələnibdir. Necə deyərlər, qəlb-
sizi nağdlaşır. Bu nağılvari obraz  L.L.Qruberin özünə-
məxsus cəhətlərini ümumiləşdirdiyindən maraqlı görünür” 
yazan Raisa Rayeva aktyoru yaxından tanıdığını birüzə 
verərək rejissorun seçimini alqışlamaqla: “Təəssüf ki, heç 
                                                 
31
  В.Исазаде. Правота доброго сказочника.  г. Баку 09-01-1973. 


Rejissorluğun üslub problemləri 
 
 
39 
də alınmayan Nağılçı obrazı sanki xidməti məna daşıyır”
32
 
qeydi ilə inandığı fikri kəskin deyə bilir. 
Uzun illər repertuarda qalan bu tamaşanın quruluşçu 
rəssamı Feliks Filiştinskinin yaratdığı dekorda damları qır-
mızı kirəmitli skandinav evlərindən tutmuş, xırda baxça-
lardakı gül kollarına, dibçəklərdəki çiçəklərə, yeşiklərdə 
cücərən göyərtilərə, evlərdəki divar sobasına, mebelə, 
məişət detallarına  qədər nə vardısa səhnədə cərəyan edən 
Andersen ruhlu nağılvari hadisələrin açılışına şərait yara-
dırdı. 
                                   *** 
“Memuar” kimi teatr tarixinin nadir əbədi nümunəsi-
ni yaratmış, uydurmaya yer vermədən həyat gerçəklikləri-
ni bədii seçmə yolu ilə səhnəyə gətirən maarifçi – drama-
turq Karlo Qaldoninin XVIII əsrin ortalarında yazdığı, 
əsasən kişilərin qırılmasına səbəb olub, qadınları tənhalığa 
düçar edən müharibənin fəsadlarını əks etdirən “Yalançı” 
- “Mehmanxana sahibəsi” komediyası müasir dövrdə  də 
olduqca aktualdır. Əslində Aristofan, Menandr kimi qədim 
Yunan, ərəb əsilli Terentsiy və xüsusən Plavt kimi Roma 
komediya ustalarından təsirlənən Qaldoninin mövcud iki 
yüz pyesi arasında ən çox yayılanı, təmsillərə xas moralist 
sonluğuna baxmayaraq məhz “Mehmanxana sahibəsi”dir.  
Cənnət Səlimovanın 1973-cü ildə əməli quruluş ver-
diyi tamaşada aparıcı kimi çıxış edən  İosif Koşeleviçin 
struktura  əlavə olunması istisna olmaqla, səhnədə impro-
vizəyə qarşı çıxan Karlo Qaldoninin tövsiyyəsi bütövlükdə 
yerinə yetirilir. Tamaşada ad-sanı ilə öyünən qoca Markiz 
Forlipopoli (O.P.Qamazov ), pullarını gen-boluna xərclə-
yən özündən müştəbeh gənc Qraf Albafyoritanı 
                                                 
32
  Р.Л.Раева. Определение подчерка. г. Бакинский рабочий. 08-03-1073. 


Aydın  Dadaşov 
 
 
40 
(V.İ.Myasnikov) ustalıqla  ələ salan, altı ay əvvəl atası 
dünyasını  dəyişdikdən sonra təkbaşına idarə etdiyi 
mehmanxanasını potensial müştərilər arasında da, 
şöhrətləndirmək məqsədi güdən Mirandolina 
(İ.A.Perlova), qadınlara oyuncaq kimi baxan dikbaş 
kişilərin, sadə, həyatsevər bir qız tərəfindən yerində 
oturdulmasını parlaq ifadə vasitələri ilə yaratdı. Acgöz 
qarınqulu Kavaler Rippofrattanın (V.Q.Paseçnı) gəlişi ilə 
özünə daha ciddi, layiqli rəqib üzərində  qələbə çalan 
Mirondolinanın daxili imkanları genişlənməklə tamaşanın 
strukturu dərinləşdi. Yüngül və qayğısız həyat fonunda 
ciddi mətləbləri önə  çəkə bildi.  Finalda  Mirandalinanın 
var – dövlətə deyil, sevdiyi oğlana –sədaqətli nökəri Fab-
risioya (B.D.Lukinski)  üstünlük verməsi xeyirin təntənə-
sinə çevrildi.  
Qalina Mikeladzenin “İrina Perlova Modus vivendi” 
kitabında bu rol barədə yazdığı: “Perlovanın 
Mirandolinası qadınlığın özüdür. Kişilərin diqqətinə  və 
hətta təziminə öyrəşsə 
də, qəflətən onun 
mehmanxanasındakı kavaler Rippofrattanın qadınlara 
nifrəti barədə öyrənir. Beləliklə, özünün də ləyaqəti təhqir 
olunan Mirandalina ona dərs verər”
33
 yazmaqla 
dəyərləndirdiyi rolun ali məqsədini də göstərir. Tamaşada 
təzə bəyə çevrilən Fabrisionu oynayan B.D.Lukinski kimi 
Kavaler Ripofrattanın nökəri rolundakı A.Q.Markatun da 
parlaq bir tipaj yaratdı. 
Rejissor yozumunda peşəkar aktyor oyunundan, qu-
ruluşçu rəssam Q.P.Belovun tərtibatındakı Florensiya me-
marlıq üslubunu əks etdirən müvafiq dekorlardan, rənga-
rəng geyimlərdən, əlbəsələrdən, italiyalı müğənnilərin ifa-
                                                 
33
 Г.А.Микеладзе. Ирина Перлова modus vivendi B., 2003. с. 19. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə