Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə7/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   2   3   4   5   6   7   8   9   10   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
23 
Astrovun malikanədən getmələri isə düyünün açılışını za-
hiri  əlamətdə göstərir”
17
 yazan  ədəbiyyat nəzəriyyəçisi 
Gennadi Nikolayeviç Pospelovun təhlilindən də göründü-
yü kimi bu pyesi tamaşaya qoymaq asan məsələ deyildir. 
Tamaşasını rejissor təhlilinə cəlb edən Anatoli Vasil-
yeviç Efrosun: “O ki, qaldı “Vanya dayı”ya orada zərrə 
qədər də, xiffət, əzab, sızıltı, lirik gecə danışıqlarının yox-
luğuna, öz həyatını dəyişmək naminə şiddətli mübarizənin 
varlığına,  ölümlə  nəticələnən məğlubiyyətə  əminəm. Və 
orada hamı getdikdən sonra yaranan pauza yeganədir”
18
 
fikirləri isə  sənətkarın dramaturji materialın rüşeymini, 
səhnə  həllinin dinamikasını  əsaslandıran məqamları gör-
mək, tutmaq və əlbəttə ki, vizual həll etmək bacarığını sə-
ciyyələndirir..  
İlk baxışdan nəinki səhnədə hətta səhnə arxasında be-
lə heç bir gözönü hadisənin baş vermədiyi “Vanya dayı” 
pyesində olduğu kimi Cənnət Səlimovanın yozumundakı 
tamaşada da, durğunluqda yaşayan bir kəndə - çökmüş bir 
malikanəyə gələn padaqra xəstəliyindən əziyyət çəkən qo-
ca sənətşünas, professor Serebryakovun (A.İ.Stepanov) 
oturuşmuş mühiti çaş - baş  salması yadda qalır. Ot üzərin-
də gəzintilər, araq içə - içə, gitara çala-çala həyatın məna-
sızlığı barədə söhbətlər kəndin psixoloji mənzərəsini dəyi-
şir. Pofessor Serebryakovun kənddə yaşayan, zahirən ol-
masa da, mənəviyyatca gözəl qızı Sofya Aleksandrovna-
nın - Sonyanın (T.E.Zinina) ağac  əkib meşə salmağı 
sevməsi təbiətə  qənim kəsilmiş  ətrafdakı avamlıqdan, sa-
vadsızlıqdan,  əldən - ayaqdan uzaq məsafələrdə yaşayıb 
daim korluq çəkən xəstələrindən zinhara gəlmiş  həkim  
                                                 
17
 Г.Н.Поспелов. Теория литературы. М., 1978. с. 117. 
18
 А.В.Эфрос. Профессия режиссор.  М., 2000. с. 262. 


Aydın  Dadaşov 
 
 
24 
Mixail Astrova (L.L.Qruber) altı ildən bəri uzaqdan uzağa 
vurulması mühitin passivliyinin göstəricisinə çevrilir. 
Serebryakovun birinci arvadının anası, Sonyanın nənəsi 
Mariya Vasiliyevna Voynitskayanın (V.K.Şirye) hamını 
fəaliyyətə çağırması müəllifin niyyətini göstərən müşkülə, 
problemə çevrilir. 
Həkim Mixail Astrovun qadın kimi Sofya Alek-
sandrovnaya - Sonyaya deyil, onun analığına, vaxtilə 
müəllimi olmuş ərinə sədaqətini qoruyan, bütün günü ye-
yib – içib fəaliyyətsiz qalan konservatoriya məzunu Yele-
na Andreyevnaya (D.İ.Tumarkina) üstünlük verməsi mü-
hitin psixoloji passivliyini də göstərir. Mixail Astrovun 
ətrafda baş verənləri, adamları  dəqiq dəyərləndirməklə, 
“İnsanda nə varsa hamısı; sifəti, libası, qəlbi və fikri təmiz 
olmalıdır” deməklə sanki müəllif mətnini söyləyən Vanya 
dayının müharibə dostu olması  və onların hər ikisinin Ye-
lena Andreyevnaya vurulmaları personajlararası müna-
sibətlərin dərinliyindən xəbər verir. Davamlı olaraq içən 
Mixail Astrovla ünsiyyətdən sonra gecəyarı, uzun müddət 
danışdırmadığı analığı Yelena Andreyevnanı qucaqlayan 
Sonyanın “xoşbəxtəm” deyib musiqi dinləmək istəməsi 
onun daxilini çuğlayan sevincdən xəbər verir. Sonyanın 
sevgi problemini yoluna qoymaq istəyən Yelena Andre-
yevnanın başını sinəsinə qoyduğu Mixail Astrovun ona  
meşədə görüş təyin etdiyi məqamda Voynitskinin – Vanya 
dayının gəlib çıxması psixoloji dram münasibətlərini həll 
edir.  
Professor maskası altında gizlənən eqoist Serebrya-
kovun birinci arvadının cehizini, əslində Sonyaya çatmalı 
olan  mülkü satıb Finlandiyaya köçmək istəyini dilə gətir-
məsilə iyirmi il cüzi ödənişlə bu malikanəni sədaqətlə ida-
rə edərək pulları yeznəsinə göndərən, normal həyat sür-


Rejissorluğun üslub problemləri 
 
 
25 
səydi bəlkə də ondan Şopenhauer, Dostoyevski çıxacağını 
bildirən Voynitskinin – Vanya dayının  şərə qarşı  çıxaraq 
iki dəfə açdığı gülləsinin yan keçməsi dramaturji düyünü 
açır. Ətalətin mənbəyi, professor Serebryakovun arvadı ilə 
Xarkova getmək cəhdi, həkim Astrovun özünün xırda ma-
likanəsinə  çəkilərək xəstələrini müalicə etməklə yanaşı, 
bağçılıq və meşəçilik hobbisini də davam etdirmək niyyə-
ti, Yelena Andreyevnanın ağlaya - ağlaya musiqili, çaldığı 
günlərə qayıtmaq istəyi və  nəhayət Sonyanın xoşbəxtlik 
haqqındakı  xəyallarından  əl götürməsi pyesi açıq finalla 
başa çatdırdı.  
Məhz bu açıq finalda dünyadan bezmiş, Sonyanın 
yerdə tapa bilmədiyi xoşbəxt həyatı ağlamaqla yox, inam-
la son, müəllif mətnini yaşadan monoloqundakı: “Biz, 
Vanya dayı, hələ yaşayacağıq. Uzun-uzun günləri, uzun-
uzun gecələri başa vuracağıq; taleyin bütün sınaqlarına 
səbrlə dözəcək, davam gətirəcəyik. İndi də, qocalanda da, 
dinclik, rahatlıq bilmədən başqaları üçün işləyəcəyik, 
vaxtımız gəlib çatanda itaətlə, boyun əyərək  öləcək və 
orada, o dünyada deyəcəyik ki, biz iztirab çəkmişik,  göz 
yaşı tökmüşük günümüz acı keçib, onda Allahın bizə  rəh-
mi gələcək, onda biz səninlə, dayıcan, mənim əziz dayım, 
işıqlı, gözəl, qeşəng bir həyat görəcəyik sevinəcək və indi-
ki müsibətlərimizi  riqqətlə, təbəssümlə yola salıb dincələ-
cəyik... Mən inanıram, dayıcan, hərarətlə, ürəkdən inanı-
ram... Biz dincələcəyik! Biz dincələcəyik! Biz mələklərin 
səsini eşidəcəyik, bütün göy üzünün almazlarla bəzəndiyi-
ni, dünyadakı bütün fənalıqların, bütün iztirablarımızın 
kainatı qapayan bir mərhəmətə, şəfqətə qərq olacağını gö-
rəcəyik və həyatımız  nəvazişli, zərif və şirin olacaq. Mən 
inanıram, mən inanıram... Yazıq, yazıq Vanya dayı, sən 
ağlayırsan. Sən ömüründə heç bir sevinc görməmisən, an-


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə