Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə3/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   2   3   4   5   6   7   8   9   ...   71

Aydın  Dadaşov 
 
 

1962-ci ildə  Cəfər Cəfərovun rəhbərliyi ilə “Bertold 
Brext dramaturgiyası  və teatr” mövzusunda diplom işini 
uğurla müdafiə edən  Cənnət Səlimova BDU-nu fərqlən-
mə diplomu ilə bitirir. Cəfər Cəfərov sevimli tələbəsinə  
aspiranturada qalmağı təklif edir. Və aspiranturaya sənəd-
lərini hazırlayarkən orta məktəbi bitirmək haqqında şəha-
dətnaməni əlinə ala bilən Cənnət Səlimova uzun illər için-
də  gəzdirdiyi arzusunu həyata keçirə bilir. Bu çox vacib 
məqam idi.  Əks halda o, üç il təyinatla ədəbiyyat müəlli-
mi kimi hardasa çalışmalı olacaqdı. Şəhadətnaməni də gö-
türüb Leninqrada üz tutan Cənnət Səlimova sənədlərini 
Leninqrad Dövlət Teatr,  Musiqi və Kinematoqrafiya insti-
tutunun rejissorluq fakültəsinə verir və BDU-nun filologi-
ya fakültəsində  verilən təhsilin hesabına müsabiqənin gər-
gin keçdiyi, savadlı iddiaçıların sayı-hesabı olmayan çətin 
qəbul imtahanlarından müvəffəqiyyətlə keçərək bu təhsil 
ocağına, Aleksandrinski Teatrda fəaliyyətə başlamaqla 
səhnə  sənətinin  əksər növlərində  və janrlarında çalışan, 
Şeksprin, Ostrovskinin, Brextin pyeslərindən tutmuş Ray-
kinin estrada  tamaşalarına da quruluş verən rejissor – akt-
yor Rafael Rafaeloviç Susloviçin kursuna daxil olur. Le-
ninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya institu-
tunun rejissorluq kafedrasının müdiri Georgiy Tovstono-
qov tədris prosesində bacardıqca yaxından iştirak edir. Öl-
kədə  ən mükəmməl teatr mexanizmini BDT-də quran 
Georgiy Tovstonoqov məhz buradakı yaradıcı qüvvələri 
eyni ideya ətrafında səfərbər etməklə, yaradıcı heyətin bir-
biri ilə  və tamaşaçı ilə ünsiyyətini tənzimləyə bilir  və 
paralel olaraq pedaqoji fəaliyyətlə də məşğul olurdu. 
Cənnət Səlimova rejissorluq sənəti ilə bağlı peşəkar 
biliklərə yiyələnməklə, gecə-gündüz oxumaqla yanaşı, 
BDT-nin məşqlərində  də fasiləsiz çalışırdı. Piter həm də 


Rejissorluğun üslub problemləri 
 
 

Ermitaj, Rus muzeyi, Filarmoniya, Saltıkov  Şedrinin ki-
tabxanası və xüsusən çoxsaylı teatrlar deməkdir. İstər-istə-
məz qismətin verdiyi imkandan istifadə etməklə bunları 
sistemli  şəkildə öyrənməklə keçmişin boşluğunu doldur-
maq lazım idi. Saltıkov Şedrin adına kitabxanadakı, Litey-
niy prospektində bukinits dükanındakı sənətə dair çoxsaylı 
kitabları mütaliə etmək kimi həvəs qarşısıalınmaz idi. 
Bundan əlavə bu şəhərin ədəbiyyat, sənət mühitinə qarış-
maq imkanı qazanan Cənnət xanımın yadaşında sonralar 
Nobel mükafatı qazanmış şair İosif Brodski ilə ünsiyyətin 
təəssüratı ömürlük həkk olunur.  
Təkcə Leninqradla kifayətlənməyən Cənnət Səlimo-
va tələbələrlə birgə o zaman Moskvaya qastrola gələn Lo-
rens Olivyenin tamaşasına baxmağa gedir. Sonralar da tə-
ləbə dostları ilə  dəfələrlə özlərini Moskvaya çatdırıb hə-
min gecə də qatarda vaqon bələdçisi ilə dil tapıb, ayaq üs-
tə, yatmadan geriyə qayıdan Cənnət Səlimova bu şəhərdə-
ki teatrların əksər tamaşalarına baxır. Və Leninqrad Döv-
lət Teatr, Musiqi və Kinematoqrafiya institutunun tanın-
mış dram nəzəriyyəsi mütəxəssisi Boris Osipoviç Kostel-
yanetslə bu tamaşaları dönə-dönə hadisəli və  əməli təhlil 
etməklə xoşbəxt idilər... Yeri gəlmişkən, nervə-sinirə düş-
məyi  stomotoloq üçün qeyri-peşəkarlıq sayan Boris Osi-
poviç bunun əksini, yəni tamaşaçını yerindən oynatmaq 
bacarığını rejissorun əsas uğuru sayardı. Məhz daim süjeti 
yox fabulanı önə  çəkməyi tövsiyə edən Boris Osipoviç 
Kostelyanetsin verdiyi biliklər sayəsində Cənnət Səlimova 
nəinki quruluş verdiyi pyesləri  elmi-nəzəri baxımdan də-
yərləndirə bilir və hətta bu müddəaları baxdığı səhnə əsər-
lərinin əməli təhlil süzgəcindən keçib-keçmədiyini və ya-
xud sadəcə olaraq uydurulduğunu həmən duyur. Bax Cən-


Aydın  Dadaşov 
 
 
10 
nət Səlimovanın  yaradıcılıq laboratoriyasının gücü də 
məhz bundadır. 
Bertold Brextin “Mamaşa Kuraş”, “Qalileo Qalileo”, 
Anton Çexovun “İvanov”  əsərlərini məhz Boris Osipovi-
çin dərslərində, ustadın köməyi ilə təhlil edən Cənnət Səli-
mova sonralar bu əsərləri tamaşaya qoyanda heç bir əziy-
yət çəkmədi. O, tələbələrinə də K.S.Stanislavskinin çoxil-
lik fəaliyyətinin əvəzsiz məhsulu olan əməli təhlil prosesi-
nin  emosiyalarla yox, kəskin, amansız cərrah neştəri ilə 
işlənməsinin vacibliyini daim təkrarlayır. Boris Osipoviç 
Kostelyanetsin: “Əgər neyrocərrahlar əməliyyat apararkən 
və ya atom fizikləri laboratoriyada çalışarkən işlətdikləri 
terminləri anlayırıqsa deməli onlar peşəkar deyil. Drama-
turqlar, teatrşünaslar, rejissor da peşə  cəbbəxanasının nə-
zəri terminlərini dərindən bilməlidir” kəlmələri daim xati-
rimdədir...  Nəzəriyyə xətti, sənət isə dairəvi qapanma yo-
lu ilə mövcuddur. Hər hansı bir muğam, meyxana və ya-
xud Afrikadakı bir qəbilənin tam-tam rəqsi yerli məkanda 
mövcud ola bilər. Yalnız nəzəri  əsaslarla yaranan sənət 
dünyəvidir. 
1967-ci ildə Leninqrad Dövlət Teatr, Musiqi və Ki-
nematoqrafiya institutunun rejissorluq fakültəsini fərqlən-
mə diplomu ilə bitirən Cənnət Səlimova Bakıya qayıdanda 
onu burada gözləmirdilər.  
 
 
 
 
 
 
 
 


Rejissorluğun üslub problemləri 
 
 
11 
 
 
 
 
AZßRBAYCAN DÞVLßT  
RUS DRAM  TEATRINDA CßNNßT 
SßLÈMOVANIN TAMAØALARI 
 
 – ci ildən Tənqid Təbliğ, üç il sonra işçi 
teatrı kimi fəaliyyət göstərən 1934 – cü 
ildən Azərbaycan Dövlət Rus Dram Teat-
rına çevrilən bu sənət ocağı xüsusən rusdilli əhalinin bədii 
- estetik tərbiyəsində müstəsna rol oynamışdır. Rus və 
dünya dramaturgiyasından  əlavə milli müəlliflərdən Sə-
məd Vurğunun “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, Cə-
fər Cabbarlının “Sevil”, “1905-ci ildə”, “Od gəlini”, “Ay-
dın” pyeslərinə müraciət edən bu teatrda V.Saxnovski, 
A.İvanov, D.Qutman, S.Mayorov, V.Fyodrov, A.Ridal, 
Y.Yaroslavski, P.Yudin, B.Velikanov, K.Stepanov – Ko-
losov kimi gəlmələrlə yanaşı    İ.Hidayətzadə, A.İsgəndə-
rov, T.Kazımov, M. Haşımov,  Ə.Behbudov, G.Güləhmə-
dova - Martınova kimi yerli  rejissorlar da fəaliyyət gös-
tərmişlər. M.İ.Jarov, F.Q.Ranevskaya, B.F.İlyin  məşhur 
sovet aktyorları yaradıcılığına məhz  bu teatrın səhnəsin-
dən başlamaları bu sənət ocağının bədii səviyyəsinin təsdi-
qidir. 
Rus Dram Teatrının formalaşmasında İmran Qasımo-
vun “Xəzər üzərində şəfəq” (“Daha çox neftlə kommuniz-
mə yaxınlaşaq” şüarlı bu tamaşa 1951-ci ildə SSRİ Dövlət 
mükafatına layiq görülmüşdü), V.T.Latsisin “Balıqçı  oğ-
lu”, Cəfər Cabbarlının “Aydın”, Nikolay Poqodinin 
1920
 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə