Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə18/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

Aydın  Dadaşov 
 
 
56 
Pyesin özəlliklərini qoruyan, Lev Qruber, İrina Per-
lova, İosif Koşeloviç, Dina Tumarkina Aleksandr Şarovski 
kimi aktyorların birliyi təmin olunan, Maykl Ceksonun, 
Demis Russisin mahnılarından istifadə edilən tamaşa uzun 
müddət Rus Dram Teatrında özünün səhnə həyatını yaşa-
ya bildi. 
70 – ci illərdə G.A.Tovstonoqovun quruluş verdiyi 
tamaşada dünyadan bezmiş, sinnik Lyova Qruzdyevin 
uğurları ixtisar olunmuş Albertin anasının gəlişi epizodu 
dəyişdirilsə  də, 1981 – ci ildə Konstantin Xudyakovun 
çəkdiyi, Leonid Filatovun Kim rolunda uğurla oynadığı  
kinofilmdə isə bu epizodlar ekran həllini tapır. 
                     
                                 *** 
 Cənnət Səlimovanın “Vanya dayı”dan on il sonra 
yenidən Anton Pavloviç Çexova qayıtmaqla 1978-ci ildə 
ədibin “İvanov” pyesinə quruluş verməsi Azərbaycan 
Dövlət Rus Dram Teatrının repertuarında parlaq səhifə 
açdı. Nəzərə almaq gərəkdir ki, hələ 1888-ci ilin dekabrın-
da “Aleksandrinski” teatrında aktyor V.N.Davıdovun işti-
rakı ilə K.S. Stanislavskinin quruluş verdiyi “İvanov” ta-
maşasına Nemiroviç Dançenkonun: “Və  “İvanov” hətta 
böyük uğur qazandı. Ancaq bu uğur teatrda heç bir iz qoy-
madı. Ona görə ki, hər halda bu “çexovunku” deyildi. 
Onun yaratdığı dünya deyildi. Yeni heç nə yox idi. Publi-
kanın dəfələrlə gördüyü gözəl fərdlərdən ibarət eyni 
adamlar səhnədə idi: Savina, Varlamov, Dalmatov, Stre-
petova və başqaları özlərinin yüksək  əhval ruhiyyəsi ilə. 
Yeni parik, yeni fason, yeni geyim isə insanı dəyişmir”
48
 
münasibəti gələcək quruluşlar üçün də  xəbərdarlığa çev-
                                                 
48
 В.И.Немирович. Данченко. Рождение театра.  М.1989., с.53.  


Rejissorluğun üslub problemləri 
 
 
57 
rilir. Cənnət Səlimovanın quruluşunda da, teatrın tanınan 
aktyorları çıxış etsələr də, əsas yenilik, yenə də, dramaturji 
strukturun dəyişməsi ilə bağlıdır.  
Pyesdə sevdiyi Nikolay Alekseyeviç İvanova görə 
dinini dəyişən valideynlərini itirən, var-dövlətdən üz 
döndərən, cəmisi beş il yaşadığı ərinin dönüklüyünə döz-
məyən vərəmli Anna Petrovnanın - Sarranın tənhalığı söz-
lə deyiləsi deyil. Bu tamaşada otuz beş yaşı olmasına bax-
mayaraq həyat eşqi tükənmiş, hər axşam xəstə arvadını 
evdə qoyub, əyləncə naminə üç ildir doqquz min borcları-
nı qaytara bilmədiyi zemstvo idarəsinin sədri Pavel Kiril-
liç Lebedevgilə (S.İ.Yakuşev) üz tutan, otuz beş yaşında 
ətalət basmış məmur İvanov (V.Q.Paseçnı, V.P.Şerbakov) 
deyil, onun xanımı Anna Petrovna - Sarra Avramson  önə 
çəkilirdi. İrina Perlovanın oynadığı Anna Petrovna - Sarra 
özünün oyun tərzində sanki İvanovun fikirlərinin, hiss və 
həyəcanın güzgüsünə çevrilirdi. 
Əslində pyesdə müəllifin prototipinə çevrilən, onun 
ideyasını yaşadan Sarranın önə  çəkilməsi məntiqi cəhət-
dən özünü doğruldurdu. Quruluşçu rəssam Qleb Sereb-
rovskinin tərtibatında, hadisələrin cərəyan etdiyi eyvanın 
İsaak Levitanın “Qızıl payız” əsərini xatırlatması olduqca 
maraqlı idi. A.P.Çexovun “Albalı bağı” pyesində  tələbə 
Trofimovun dilindən səslənən: “Bütün Rusiya bizim bağı-
mızdır” kəlmələrinin bədii-təsvir ekvivalenti olan  bu de-
kor həlli təbiətin gözəlliyi ilə insanların bədbəxtliyini qar-
şılaşdırmaqla, rejissor yozumunda mühitin bir parçasına 
çevrilən “İvanov”- un tənhalığını daha qabarıq şəkildə üzə 
çıxartdı. Tartüfa bənzətdiyi laqeyd İvanova nifrətini giz-
lətməyən, dərin rəğbət bəslədiyi Sarranın Krıma göndəril-
məsinə çalışan gənc kənd həkimi Yevgeni Konstantinoviç 
Lvov isə (İosif Koşeleviç) humanizmini qabarda bilirdi. 


Aydın  Dadaşov 
 
 
58 
İvanovun dayısı, əgər Sarra Krıma müalicəyə gedərsə 
orada bığıburma bir tatarın peyda olacağını dilə gətirmək-
lə  də, hamını  əclaf, yaramaz sayan, vaxtilə  əlindəki var-
dövlətini itirdiyindən, indi yeganə arzusu qumarda udmaq-
la Parisdə  dəfn olunan arvadının məzarını ziyarət etmək 
arzusu ilə, kin-küdurətini yumşaldan qraf Matvey Semyo-
noviç Şabelskini (Lev Qruber) hadisələrin gedişində ətalə-
tə rəvac verən qüvvələri səciyyələndirir. Həkim Lvov kimi 
təmiz adamların yanında darıxdığını gizlətməyən, birlikdə 
Amerikaya belə qaçmağı təklif etdiyi  İvanovu ətalətdən, 
mənəvi böhrandan xilas etmək yolunda saman çöpünə, 
xilaskara çevrilmək istəyən,  əslində onun arvadı Sarraya
 
münasibətində olduğu kimi sevginin fərqinə varmayıb 
prosesdən həzz alan iyirmi yaşlı Saşanın (Lyüdmila Du-
xovnaya) coşqunluğu, tənhalığın təcəssümü Sarra perso-
najı ilə kontrapunkt yaratmaqla tamaşanı canlandırırdı. 
Həkim Lvovla birgə Lebedevgilə gəlib çıxan Sarranın əri 
ilə Saşanın sevgisinə şahid olması dramaturji düyünü açır. 
Darıxdığından, İvanovun evinə dal qapıdan belə gəlməyə 
cürət edən Saşanı görən Sarranın ərindən: “Onu bil ki, sən 
tezliklə öləcəksən! Mənə  həkim dedi ki, sən tezliklə ölə-
cəksən!”
49
  kəlmələrini eşitməsi  finala gedən yolu yaxın-
laşdırır. Qalina Mikeladzenin “İrina Perlova Modus viven-
di” kitabında bu səhnə barədəki: “Tamaşada  əsəbiləşən 
baş  qəhrəmanın qışqıraraq: “Cuhud qadın! Sən tezliklə 
öləcəksən! deməsi kütləni həyəcanlandıran epizod idi”
50
 
cümləsi quruluşçu rejissor Cənnət Səlimovanın ədəbi mət-
                                                 
49
 А.П.Чехов. Сочинения. т. 11. М., 1985. с.270. 
50
 Г.А.Микеладзе. Ирина Перлова modus vivendi. B., 2003. с. 27 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə