Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə22/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   18   19   20   21   22   23   24   25   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
69 
rindən açılmasına kömək edir”
60
 fikirləri quruluşçu rejis-
sorun düzgün yaradıcılıq mövqeyi seçdiyini təsdiqləyir.  
Cənnət Səlimovanı da, “psixoloji aləm”, “ruhi vəziy-
yətlər” cəlb etdiyindən o, əsərin strukturunu dəyişib, ixti-
sarlar, əlavələr edərək pyesi sosrealizmdən uzaqlaşdırma-
ğa cəhd etməklə dünyanın mənasını pulda görən varlı 
Dövlət bəylə kasıblaşmış Gültəkin arasındakı münasibəti 
önə keçirir və Aydınla sevgilisinin mənəvi qələbəsini can-
landırır. Aydının (İ.İ.Koşeleviç) Kor tarzənin (B.D.Lukin-
ski) musiqisi (əslində tamaşanın finalında da əsası əlindən 
düşməklə  əhalini səciyyələndirən bu personaj bəstəkar 
Xəyyam Mirzəzadənin yazdığı musiqinin təqdimatında da 
müstəsna rol oynayır) altında maddi dünyaya qarşı mono-
loqu Cəfər Cabbarlı yaradıcılığının ilkin, əyalət təfəkkürü-
nə söykənən sentimentalizm, sonrakı-hissiyyat gerçəkliyi-
ni qabardan romantizm mərhələlərini önə çəksə də, tədri-
cən tamaşanın yozumu müəllifin yaradıcılığının sonrakı, 
sonuncu dövrünə xas sosrealizmdən belə uzaqlaşır. Sosial 
problemlərin həlqəsi daralmaqla vəziyyətinin çıxılmazlığı 
qabardılan Gültəkinin psixoloji portreti dramaturji zirvəni 
nizamlaya bilir. 
 Uzun  müddət bir yerdə yaşasalar da, kapital mühi-
tində olduğu kimi, tamaşanın da mərkəzi fiquruna çevrilən 
Dövlət bəyin adını dilinə belə gətirməyən yalnız Aydının 
sevgisini yaşayan Gültəkinin faciəsi önə  çəkilir. Zəngin 
meşşan həyatını kütləvi rəqslər, kardabalet hesabına verə 
bilən quruluşçu rejissor səhnəyə fayton belə gətirir. Və üst 
qatdakı bu zənginliyin fonunda Aydınla Gültəkinin 
(L.D.Xələfova) kirayə haqqını belə ödəyə bilmədikləri, 
zirzəmidəki kasıb məhzilləri məkan qarşıdurması yaradır 
                                                 
60
 A.Г.Babayev.  «Aydın». Kommunist q.  22-06-1957. 


Aydın  Dadaşov 
 
 
70 
ki, bu da, uzun illər bu teatrda çalışan quruluşçu rəssam 
Yuri Petroviç Toropovun səhnə tərtibatında, geyim eskiz-
lərində uğurlu həllini tapır. 
5 mart 1980-ci ilin “Bakı” qəzetindəki “Aydın" mə-
qaləsində: “Rejissor C.Səlimova bir-birini sürətlə  əvəz 
edən kontrastlı səhnələr vasitəsilə iki sinif, iki dünya ara-
sındakı ziddiyyəti obrazlaşdırmaqla bərabər  XlX əsrin so-
nu, XX əsrin  əvvəllərində Azərbaycan üçün xarakterik 
olan atmosfer yaradır və bu ziddiyyətin qurbanlarından bi-
rini Aydını bizə sanki nümunə kimi təqdim edir” yazan 
teatrşünas Aydın Talıbov mənəviyyatla maddiyyat qarşı-
durmasının açılışını: “Rejissor tamaşanı bu mövzu ətrafın-
da qurur və öz mülahizələrini, düşüncələrini hadisələri 
təhlil edə-edə müxtəlif ifadə vasitələrinin köməyi ilə tama-
şaçılara çatdırır”
61
 məhz peşəkar üslubun üzə çıxdığı mə-
qamlara diqqət yetirir. 
 Aydın rolunda çıxış edən  İosif Koşeleviçin ifasının 
sakit tərzdə başlayıb tədricən inkişaf etməklə personajın 
üsyankarlığını tamaşaçıya çatdırması özünü doğruldur.  
Gültəkin rolundakı Larisa Xələfovanın  ürkəklikdən  itaət-
karlığa (əsasən  əyaləta məxsus güc qarşısında  əzilmək) 
qədər keçdiyi yolun daxili monoloqla müşayiəti sevgi mo-
tivinin önə keçməsinə imkan verir. Sevgi ilə var - dövlət 
arasında qalan Gültəkinin draması melodrama üçbucağını 
dolğunlaşdırır. Və pula var-dövlətə araxalanan Dövlət bə-
yin iflası fonunda özləri məhv olsa da sevgiləri yaşayan 
Aydınla Gültəkinin mənəvi qələbəsi tamaşaçıya da sirayət 
edir. Aktyor oyunu barədə Aydın Talıbovun yazdığı: “İs-
tər Koşeleviçin, istərsə  də  Xələfovanın ifasında  əsl milli 
ruh, çılğın ehtiras hiss olunmur” və “Böyükxanım obrazını 
                                                 
61
 A.А.Talıbov. «Aydın». Bakı q. 05-03-1980. 


Rejissorluğun üslub problemləri 
 
 
71 
yaradan İ.Yampolskaya səhnəyə çıxan kimi  tamaşada bir 
canlılıq əmələ gəlir. Çünki artist obrazın azərbaycanlı qa-
dınlarının müəyyən təbəqəsi üçün  xarakterik olan xüsu-
siyyətlərini, milli, spesifik cəhətlərini üzə  çıxara bilmiş-
di”
62
 iradlarının ikincisi ilə razılaşmaq mümkün olsa da, 
birincisi mübahisəlidir. Çünki C.Cabbarlının pyesində də, 
Aydın xəstə, ruh düşgünü, Gültəkin isə bütün bunlara dö-
zən qadın kimi təsvir olunur. Digər tərəfdən tamaşanın yo-
zumunda sonda iflasa uğrayacaq təkcə maddi güc deyil fi-
ziki erkəklik də Dövlət bəylə bağlıdır. Bütövlükdə isə hər 
hansı bir əsər və o cümlədən tamaşa milliliyi zahiri əla-
mətlərdə deyil təfəkkür tərzində göstərə bildikdə bədii də-
yər qazanır.     
Uzun illər Rus  Dram Teatrında  ədəbi hissə müdiri 
kimi çalışmış Valentin Boqslavskinin “Daha güclü və mə-
nəviyyatca zəngin” kitabında yazdığı: “Məgər bu tamaşa-
da qəhrəmanına ürəkdən gələn sevgi ilə    Aydın obrazını 
məzmunca daha tutumlu, zəngin çalarlı oynayan gənc akt-
yor İ.İ.Koşeleviç maraqlı deyildimi?...  Koşeleviçin tama-
şaçı zalında qaynar təəssürat yaradan, zorakılığın və öz-
başnalığın qurbanı olan Aydınına  mərhəmət yaranır. La-
kin qəhrəmanın hissləri gücsüz müqavimətdən yetişən 
həlledici mübarizəyə çevrilsəydi bu münasibət dərdə  şərik 
olmaqdan daha artıq, yazığı  gəlməkdən də daha yüksəyə 
qalxa bilərdi”
63
 cümlələri  səhnədə ilkin ədəbi mənbəyə 
uyğun olsa da rejissor yozumuna tərs mütanasib inqilabi 
ruhlu qəhrəman görmək istəyindən irəli gəlirdi.  
26 yanvar 1980-ci ilin “Bakinski raboçiy” qəzetin-
dəki: “Aydının yeni oxunuşu” məqaləsində, vaxtilə Abbas 
                                                 
62
 A.А.Talıbov. «Aydın». Bakı q. 05-03-1980. 
63
 В.М. Богуславский. За сильных и богатых духом…  Б., 1981.  s.122 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə