Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə25/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   21   22   23   24   25   26   27   28   ...   71

Aydın  Dadaşov 
 
 
78 
Tamaşanın  əvvəlində  səhnəyə  çıxan Auksionçunun hərraca 
qoyulan malları müştərilərə  təklif etməsi,  əsas  əşyaya 
çevrilən “Alfred Müssenin” şeirlər kitabının üzərində 
dayanması sevgi xəttinə keçid edir. Fridrix Şopenin yaratdığı 
“Noktyrn” sədaları altında Marqeritlə Armanın sevgi motivi 
səhnədə canlanır. Oğlunun yüngül əxlaqlı qadını saxla-
masına dözməyən Jermonun münasibətləri araşdırmaq üçün 
yanına gəldiyi Marqerit Qotyenin  göstərdiyi haqq-hesab 
kağızları gözlənilməzlik yarada bilir. Belə ki, həyatında ilk 
dəfə sevən Marqerit Qotyenin əvvəlki məşuqlarından 
qazandığı daş-qaşları, qiymətli rəsm  əsərlərini satmaqla 
Armanla birgə yaşadıqları üzə  çıxır. Belə olan vəziyyətdə 
qızının  ərə getməli olduğu oğlanın yüngül əxlaqlı qadınla 
yaşayan Armanın bacısı ilə evlənməyəcəyini, vəkil oğlunun 
müştərilərinin də məhz bu səbəbdən uzaqlaşacağını dilə gəti-
rən Jermonun “qələbəsi” ictimai ədalətsizliyi səciyyələndirir.     
Əlbəttə ki, V.E.Meyerholdun tamaşasında vərəmdən 
sağaldığını bayram edən gözəl qadının sağlam oğlanların at 
kimi qoşulduqları karetada, təntənəli musiqi sədaları altında 
səhnəyə  gəlib, sonda hər kəs tərəfindən unudularaq bu 
xəstəlikdən məhv olan Marqerit Qotyenin qəmli həyat 
sərgüzəşti Rus Dram Teatrının kiçik səhnəsində, ilk 
epizodda Auksionçunun (A.Kornilov) bu gözəlin hərraca 
qoyulan bütün əşyalarının  satıldığını, finalda isə auksionun 
bitdiyini bildirməsi bədii çərçivənin tamamlanması ilə  
özünün  yığcam həllini tapır. 
18 iyun 1983-cü ilin “Molodyoj Estonii” qəzetindəki 
“Komediyadan melodramadək” məqaləsində Baltikyanı 
ölkələrə  səfərində göstərilən “Mehriban dost” tamaşası 
barədə ciddi müəlliflər E.Aqranovskaya ilə Y.Skulskayanın: 
“Bakı teatrının göstərdiyi Marqerit Qotyenin vaqeəsi təəssüf 
ki, sevgi tarixçəsindən daha çox iflasın, alverin tarixçəsinə 


Rejissorluğun üslub problemləri 
 
 
79 
çevrildi, hansı ki, dəqiq desək, elan olunmaqla elə ilk səh-
nədə  də metaforik həllini tapdı. Ona görə  də, dinamikadan 
məhrum olan hadisələr spiralvari inkişaf etməyib eyni çevrə-
ni təkrarladı”
69
 fikirləri isə peşəkar tənqidin teatr prosesinə 
yaradıcı müdaxiləsinin təsdiqinə çevrilir. 
Sara Bernar, Eleonora Duze, Bera Fyodrovna Komis-
sarjevskaya kimi səhnə ustalarına  şöhrət gətirən Marqerit 
Qotye rolunda İ.A.Perlova olduqca təbii idi. Vilnüsdə qastrol 
zamanı bağda gəzərkən dünyasını  dəyişən A.İ.Stepanovun 
oynadığı rolda isə K.Q.Adamov səhnəyə çıxmalı oldu. 
Şopenin musiqisindən, quruluşçu rəssam A.Şah-
gəldiyevin aktyor oyunu üçün fon yaradan dekorundan, 
istifadə olunmaqla yaradılan mühit səhnədə baş verən ha-
disələrin açılışına xidmət edə bildi. 
 
                                     *** 
A.N.Ostrovskinin 150 illik yubileyi ərəfəsində (1981) 
görkəmli rus dramaturqunun mövzu yaxınlığı olan bir neçə 
pyesi  personajlarına, motivinə, zaman-məkan yaxınlığına 
süjet-fabula mexanizminə görə birləşə bilən “Nahara qədər 
bayram yuxusu” (Moskva həyatından şəkillər)  (1857), “Öz 
itlərimiz boğuşurlar, yada qoşulma”  (1861), “Niyyətin hara 
mənzilin ora” pyeslərinin “Balzaminovun evlənməsi” (1861) 
pyesi  ətrafında birləşdirilməsi Cənnət Səlimovanın verdiyi 
quruluşda da əksini tapdı.  
Yarıqaranlıq səhnədə peyda olan qoca marmançının 
üzərində xırda kuklalar fırlanan mexaniki musiqi alətini səs-
ləndirməsi ilə üzə  çıxan aktyorların diktə olunan estetikanı 
davam etdirmələri qarmarka təssəvvürü yaradır. Rəssam 
                                                 
69
 Э.Аграновская, Е.Скульская. От комедии до мелодрамы. Молодежь 
Эстонии. 18-06-1983. 


Aydın  Dadaşov 
 
 
80 
Vladimir Qleboviç Serebrovskinin xalq-meydan teatrı, daha 
dəqiq desək yarmarka estetikası yaradan dairəvi tərtibatında 
rus məişət detallarını, qırmızı göy rəngli, çiçək rəsmli divarlı 
dekorlar, dövrün hər bir zümrəsinə xas  milli geyimlər bala-
qan səciyyəli tamaşanın obrazlı həllinə işləyə bilir. 
27 yanvar 1857-ci ildə “Nahardan qabaq bayram yu-
xusu” pyesini oxuyan L.M. Tolstoyun   B.P. Botkinə yaz-
dığı məktubdakı: “Motiv köhnə, nəticə isə xırdadır. Haqq 
yolunu gəlmə tacir göstərsə  də istedadla yazılıb, gözəl 
işlənmişdir”
70
 fikri  əslində tamaşanın yozumundakı ideya 
istiqamətinə  də  təsir gəstərir. Belə ki, varlanmaq istəyən 
məmur gülüş  hədəfinə çevrilməklə sözünün ağası olan 
tacir zümrəsinə rəğbət yeni iqtisadi dönəmi məmnuniyyətlə 
qəbul edən müəllifin ruhuna uyğundur. 
Əsərdə olduğu kimi tamaşada da, nahardan qabaq 
bayram yuxusunda gördüyü, varlı yerdən evlэnmək istəyini 
həyata keçirmək istəyən Mixaylo Dmitriç Balzaminovun 
arzularının, bu məqsədlə seçilən qızın, 17 yaşlı Kapoçkanın 
tacir dayısı Nil Borisıç Heuyedenovun müdaxiləsi ilə  iflasa 
uğraması əsas hadisəni nizamlayır. “Görünür onların vicdanı 
çox xırdadır. Birisi xidmətə soxularaq bir az çalışmamış 
quyruğunu qaldırıb görür ki, dərrakəsi çatmır, pis oxuduğun-
dan saya da bilmir, tənbəlliyi özündən əvvəl doğulduğundan 
özgənin  əməyi ilə dolanmaq istəyir; ona görə  də küçələri, 
gəzinti yerlərini veyillənir ki, görsün bir pullu sarsaq rastına 
çıxırmı, Bəyəm bu vicdandırmı?”
71
 deyə mənəviyyatsız mə-
mur mahiyyətinin iç üzünü açaraq nahardan qabaq bayram 
yuxusunu puç edən Nil Borisiç Heuyedenov dünyasını  də-
                                                 
70
 Л.Н.Толстой. Сoбрание сочинений. том 17. M., 1984. с. 461  
71
 А.Н.Островски. Пьесы. М., 1985. с.185. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə