Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə33/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   29   30   31   32   33   34   35   36   ...   71

Aydın  Dadaşov 
 
 
102 
Cəmisi iki personajla kifayətlənən pyesin Cənnət 
Səlimova yozumunda, Kişi və Qadın rollarını növbə ilə 
tanınmış aktyorlar, Dina Tumarkina – Aleksandr Şarovski və 
sənətdə hələ ki, özlərini tam təsdiqləməmiş Tatyana Zinina 
– Markatun cütlükləri ifa edirdilər. Maraqlıdır ki, dramaturji 
materialın təqdimatına  şəxsi ağrı-acılarını, fərdi üslub 
göstəricilərini də qatmağa cəhd edən Tatyana Zinina – 
Markatun cütlüyü, peşəkar üslub səviyyəsi yüksək olan Dina 
Tumarkina – Aleksandr Şarovskidən nəinki geridə qalmır-
dılar və hətta emosional baxımdan onları üstələyə bilirdilər 
ki, bu da rejissorun aktyorları problemə yoluxdurmaq bacarı-
ğından irəli gəlir. 
Dəvət olunmuş, Dnepropetrovski Rus Dram Teatrının 
baş  rəssamı Harri Ellinskinin qurduğu, sovet dövrünün 
mədəni istirahət obyekti sayılan yaşıl parkdakı skameyka, 
onun yanındakı dolu zibil qabı, Alla Puqaçovanın 
mahnısının səsləndiyi dirəkdəki repraduktor standart əşyaları 
səciyyələndirsə  də, səhnənin tədricən qaranlıqlaşması, 
uzanan söhbətin ruhunu göstərə bildi. 
24 oktyabr 1998-ci ildə  çıxan “Nezavisimaya qaze-
ta”dakı  “Kinsiz Tatyana Doronina” məqaləsində vaxtilə Bə-
daye Teatrında Oleq Yefremovun quruluş verdiyi tamaşada 
baş rolda oynamış aktrisanın aydın süjet qura bilsə də yara-
dıcılıq imkanlarını Aleksandr Gelman Edvard Radzinskidən, 
Viktor Rozovdan, Mixail Roşşindən aşağı saydığı Aleksandr 
Gelmanın bu əsəri barədə: “Əgər siz sadəcə “Skameyka” 
pyesini oxusanız, sonra isə mənim necə oynadığımı xatırla-
sanız onda tamam başqa mövzunu oynadığıma inanarsınız. 
Mən bu axşamı maraqlı keçirmək istəyən  şəhvətli, nə ver-
sələr yeyən heyvani qadını oynamamışam. Mən sevəcəyi 
yeganə, gümanı  gələn kişi ilə rastlaşmaq üçün dəridən-


Rejissorluğun üslub problemləri 
 
 
103 
qabıqdan çıxan qadını oynamışam”
98
   münasibəti, obyektiv 
səslənir. Belə ki, rus dramaturgiyasının əsas mövzusu olub, 
hələ Anton Pavloviç Çexovun “Vanya dayı” pyesində 
ustalıqla qabardılan tənhalıq probleminin yeni təzahürü
cəmisi iki nəfərin daim dəyişən ünsiyyəti üzərində qurulan 
dialoqunda çözülməklə  cəmisi iki daşla qala tikmək cəhdi 
yaratmaqla vizual fabulanın deyil, süjetin hesabına həyata 
keçirilir. Əlbəttə ki, “Vanya dayı”da dünyadan bezmiş, yer-
də tapa bilmədiyi xoşbəxt həyat həqiqətini göylərdə axtara-
raq,  ruhi yaşantını orada davam etməyə çağırmaqla ədalətli 
tanrının özü ilə bağlı əbədiyyətə keçid edən Sonyadan fərqli 
olaraq Aleksandr Gelmanın “Skameyka”dakı Qadınının 
daxili müvazinətini itirməsi ideyanın maddiləşmə forma-
sınının da gerçəkləşməsinə mane olur.  
Bununla belə nəzərə almaq gərəkdir ki, Aleksandr Gel-
manın “Skameyka” pyesində qoyulan mənəvi problem onun 
digər  əsərlərində olduğu kimi, ictimai üslubun diqtəsi ilə 
istehsalat planının yerinə yetirilməsi, mükafatın bölüş-
dürülməsi fonunda deyil, özünün birbaşa təqdimatı ilə çözü-
lür. Ölkənin iqtisadi problemləri fonunda siyasi məsələlərə 
də, pyeslərində üstüörtülü toxuna bilən Aleksandr Gelmanın 
təkcə “aydın süjet” deyil, dəqiq fabula mexanizmini  qurmaq 
bacarığını pyeslərinin müxtəlif illərdə xarici teatrlarda da 
tamaşaya qoyulması ilə sübuta yetirmişdi. Digər tərəfdən 
vaxtilə  Bədaye Teatrının parçalanmasında bilavasitə  iştirak 
edən dramaturqla aktrisanın dolaşıq münasibətləri də, sərt 
ittihama əsas verir.  
                                                 
98
 Т.В.Доронина. Безобидная Татьяна Доронина. Независимая газета. 
24-10-1998.  


Aydın  Dadaşov 
 
 
104 
                                
*** 
Dünyanın əksər teatrlarının müraciət etdiyi, çoxsaylı 
film tamaşaların mövcud olduğu Jan Batist Poklerin – 
Molyerin XVII əsrin ikinci yarısında yazdığı, müqəddimə-
sində  fars tipli bu komediyadak əclaflıqları törədənin ton-
qala layiq olduğunu bildirdiyi “Tartüf” pyesinə  Cənnət 
Səlimovanın 1985-ci ildə  verdiyi quruluş maraq doğurdu. 
Pyesdə olduğu kimi tamaşada da, Parisdə, Orqonun evində 
baş verən hadisələr xeyirlə - şər, saxtalıqla - təbiilik, 
əyriliklə - düzlük arasındakı  əbədi mübarizənin komik 
şərhini verir. V.Saxnovski-Pankeevin müşahidəsindəki 
yazdığı: “Tartüf” qızğın ailə qalmaqalı ilə açılır – ev sahibi 
istisna olmaqla gəlinini, nəvələrini, xidmətçini, qayınını bir 
sözlə hamını hiddətlə ifşa edən xanım Pernel öz oğlunun 
evini tərk edir. Hər kəsin  əmin-amanlıq qayğılarında batıb 
qaldığı bu “dözülməz” evdə  əsl müqəddəsliyi, möminliyi, 
ruhi təmizliyi dəyərləndirməyi bacarmırlar! Burada Tartüfün 
özünə də böhtan atırlar!”
99
 müşahidəsi təklif olunan inqilabi 
vəziyyəti dəqiq göstərməklə yanaşı  şərə qarşı müqavimətə 
qalxan hər bir personajın həyat eşqinin dinamikasını və bu-
nunla da tamaşanın  ritmini yaradır. Strukturun tərkib hissəsi 
olan ideyanın qələbəsini alqoritmdə təmin edən Cənnət Səli-
movanın yozumunda da,  özünü savadlı, ciddi, vicdanlı 
adam kimi göstərən  əslində isə axtarışda olan cinayətkar 
olduğu əsərin sonunda bəlli olan Tartüf (İ.İ.Koşeleviç) şərin 
təcəssümünə çevrilir. Orqonun var-dövlətinə, evinə və hətta 
qiyamçıların puluna tamah salan Tartüfun ifşasının son 
nəticədə hadisələrə müdaxilə edən kral tərəfindən həyata 
                                                 
99
 В.И.Сахновский-Пантеев. Драма. М., 1969. с.92. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə