Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə34/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   30   31   32   33   34   35   36   37   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
105 
keçirilməsi monarxiya dövrünün haqq-ədalət prinsipi ilə üst-
üstə düşür.  
XVII  əsrdə  cəmiyyət konteksti mövcud olmadığından 
haqq - ədalətin bərpası yalnız kral tərəfindən həyata keçirilə 
bilərdi. Yeri gəlmişkən XVII əsrin ortalarından müxalifət 
əhval-ruhiyyəsinin yüksəlməsi ilə  “Tartüf” komediyasının 
tamaşaya qoyulması kral tərəfindən düz beş il ərzində 
qadağan olunmuşdu. Baxmayaraq ki: “XIV Lüdovikin şair 
və  ədəbiyyat nəzəriyyəçisi Bualodan onun çarlığına hansı 
yazıçının şöhrət gətirdiyini soruşduqda “Zati-aliləri, Molyer” 
cavabını almışdı”
100
. Vissarion Qriqorieviç Belinskinin: 
“İkiüzlü cəmiyyət qarşısında zəhərli riyakarlıq  əjdahasına 
öldürücü zərbə vuran kəs ulu adamdır!  “Tartüf” yaradıcısı 
unudula bilməz!”
101
 xitabı da, dünya dramaturgiyasında 
məxsusi yeri olan bu müəllifin yaradıcılıq kredosunu 
yetərincə dəyərləndirir.  
  XVIII  əsrin sonunda özünün “Cinayətkar ana və ya 
ikinci Tartüf” əsərində bu mövzuya yenidən müraciət edən 
Bomarşe artıq kralı deyil, əsas personajların arasındakı 
münasibətləri önə  çəkirdi. Digər tərəfdən Molyerin də 
pyesinin  strukturunda Tartüfün ifşası prosesində Orqonun 
gözəl, ağıllı, nazlı xanımı Elmiranın da müstəsna rolu vardır.   
Cənnət Səlimovanın yozumundakı tamaşada, quruluşçu 
rəssam Harri Ellinskinin tərtibatında  ərimiş  qızıl təəssüratı 
yaradan sapsarı  səhnənin  zəngin dekorları, sanki bəyaz fil 
sümüyündən düzəlmiş mebellər, dövrə dair barokko üsulun-
dakı geyimlər, pudralı pariklər əlbəttə ki, dəqiq seçilmiş və 
aktyor ansamblının təqdim etdiyi bədii informasiyanın ger-
çəkliyinə təminat yaradırdı.  
                                                 
100
 Ж.Б.Мольер. Комедии. М., 1972. с.5. 
101
 В.Г.Белинский. О драме и театре. т. 2. М., 1983. с.167. 


Aydın  Dadaşov 
 
 
106 
Dini motivin belə arxasında gizlənməkdən usanmayan 
Tartüf fırıldaqçının tilsiminə düşən Orqonun (V.İ.Qrişin), 
evdə hakimiyyəti  ələ alaraq müstəbidə çevrilən bu dələdu-
zun  riyakarlığını duyan  ağıllı oğlu Damisi (Y.N.Baliyev) 
evdən qovması mühitdəki dəyişkənliyin ilkin mənzərəsini 
yaradır. Orqonun Tartüfə zorla ərə vermək istədiyi qızı 
Marinanın (L.D.Xalafova) özünü ölülüyə vurması və onun 
anası  nəhayət Elmiranın ərini masanın altında gizlədərək 
qurduğu tamaşa ilə    şəri cəzalandırması  əsas hadisənin 
zirvəsini yaradır. Özünü zadəgan kimi göstərsə də, əslində 
feodal  əxlaqının daşıyıcısı olan şərəfsiz, vicdansız, 
riyakar, fasiləsiz olaraq cilddən-cildə girərək personajlarla 
bigə tamaşaçını da aldatmağa nail olan Tartüf rolundakı 
İosif Koşeleviç personajının mənəviyyatsızlığını göstər-
məyə nail olurdu. Tamaşada boy-buxun, səs kimi klassik 
göstəriciləri hesabına V.İ.Qrişinin inamla təqdim etdiyi 
Orqonun anası, baş verənlərə münasibətdə  oğlu ilə bir 
mövqedə duran xanım Pernel rolundakı Vera Karlovna 
Şirye özünün sona qədər davam edən dönməz inamı ilə 
yadda qalmışdı.  Orqonun arvadı Elmira rolunun ifaçısı 
İrina Perlova özünün qadınlıq elementlərini önə  çəkən 
oyun tərzi hesabına, ehtirasların  əsiri olub gülünc 
vəziyyətə salınmaqla axır ki, tələyə düşən Tartüf rolundakı 
İosif Koşeleviç də anında reaksiya vermək qabiliyyəti ilə 
əvəzsiz tərəf müqabili idi. Elmiranın qardaşı, düşmən 
barədə tutarlı mülahizələri, dadlı-duzlu xəbərdarlıqları ilə 
şərə qarşı  çıxanların sırasını artıran Kleant rolundakı 
A.Q.Markatunun gülməli etüdləri, Marinanın məğrur, səda-
qətli sevgilisi Valeri ifa edən Ə.Ə.Rəhimovun gəncliyə xas  
lirizmi, Tartüfün hər kəsə ağıl verməsindən, qarınqululuğun-
dan, xoruldamağından,  əyyaşlığından zinhara gələn, sev-


Rejissorluğun üslub problemləri 
 
 
107 
gililəri qovuşdurmaqda qətiyyətli olan Dorinanı bacarıqla 
oynayan T.Q.Qross tamaşanı zinətləndirdi.  
Yozumunda marianet teatrı estetikasını da önə çəkmək-
lə, xüsusən Molyerin izlədiyi  ehtirasların qarşıdurmasını 
pyesin məhz hadisələri irəliyə apara bilən, poetik məzmunlu 
şeirlərdən ibarət qısa replikaları ilə süsləyə bilməklə  və 
nəhayət Tartüflərin sürəkli alqışlarla başa çıxarıldığı ölkədə 
baş verənlərə daxili üsyanını gizlətməyən  Cənnət Səlimova 
özünün fərdi üslubunu  bu tamaşada da göstərə bilməsi 
respublikada sənət üçün vacib olan liberal mühitin varlığı ilə 
də bağlı idi. 
Q.A.Tovstonoqovun: “Əgər bu gün ölü görünən pyesi - 
məsələn “Tartüf”ü, komediyanın dramatik notunu səslən-
dirən müvafiq baxış bucağından müasirliyə yönəltsək, onda 
canlanan Molyer bizə gərəkli olar”
102
 çağırışına qoşulmaqla, 
Moskvadakı Taqanka Teatrında çağırış ruhlu yozumdakı 
quruluşuna görə rejissor Yuri Petroviç Lyubimov isə yuxa-
rıların qəzəbinə gəlmişdi. Həmin ərəfədə ictimai mülkiyyətə 
xor baxan  varlı zümrə ilə mübarizə aparmalı olan hakimiy-
yət nümayəndələrinin, partiya liderlərinin maddi dünyaya 
aludəçiliyi ölkədə pat vəziyyəti yaratmışdı. Ətrafda baş ve-
rən sosial ədalətsizliklərə dözən sadə insanlar isə məhdudiy-
yət çərçivəsində öz talelərini yaşamaqda idilər. Cənnət Səli-
movanın yozumundakı tamaşa da pyesdə olduğu kimi məh-
dudiyyət çərçivəsində yaşamağın məqsədə uyğunluğundan, 
əlbəttə ki, aldanmaq ağrısından və  nəhayət mənəviyyat qa-
nununu pozan hər kəsin qaçılmaz cəzaya məhkumluğundan 
bəhs edirdi. Azərbaycan Dövlət Rus Dram Teatrını respubli-
kadan kənardakı qastrollarda da uğurla təmsil edən “Tartüf” 
tamaşası uzun illər repertuarda qala bildi. 
                                                 
102
 Г.А.Товстоногов. Зеркало сцены. М., 1980. т.1. c. 112. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə