Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə35/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   31   32   33   34   35   36   37   38   ...   71

Aydın  Dadaşov 
 
 
108 
                                   *** 
İsaak Babelin Odessa həyatından bəhs edən  “Qürub” 
pyesinə  Cənnət  Səlimovanın 1988 – ci ildəki yozumu  
altmış ildən sonra bu müəllifi Rus Dram Teatrının 
səhnəsinə yenidən qaytardı. Uzun illər ömrünü var – 
dövlət yığmağa həsr etmiş iş adamı yəhudi Mendel Krikin 
xoşbəxtliyin pulda deyil, insani münasibətlərdə olduğunu 
dərk etməsi pyesin ana xəttini yaradır. Sınmış taleyində 
gec də olsa peyda olan bazar alverçisi Yevdakiya 
Xolodenkonun qızı gözəl Marusiya qoca Mendel Krikin baş 
götürüb gedəcəyi Bessarabiyada  bağ salmaq arzusunu oya-
dır. Marusiyanın sevgisinin xilas etmədiyi qoca Mendel 
Krikin həyatına rəngarəngliyin qatılması onun  üçün kifayət 
edir. Paralel olaraq atasını döyüb, var – dövlətini, biznesini 
əlindən almış quldur oğlu Benin qəddarlığı mühitin 
amansızlığının mənzərəsini yaradır.  
Dramaturji strukturda kasıb sinaqoq xidmətçisi, filosof 
təfəkkürlü Arye Leyba rolundakı Lev Qruber və müdrik 
Ravin Ben Zxari rolundakı Konstantin Adamov maddi 
dünyanı üstələyən mənəvi zənginliyin tərənnümünə çevrilir. 
Mendel Krik rolundakı Məlik Dadaşovun peşəkar üslubunun 
səviyyəsi, yaradıcılıq cəbbəxanasının zənginliyi, yad səhnəni 
fəth etmək, oyun tərzlərinə kimi öyrəşmədiyi tərəf-müqabil-
lərini kölgədə qoymaq bacarığı ilə üzə çıxdı. Təkcə dramatik 
aktyor imkanlarını deyil, tamaşada gen – bol işlədilən yəhu-
di, qaraçı mahnı və rəqslərin ifasında göstərilən məharət də 
tamaşaçı yaddaşına həkk olundu.  
Tamaşanın rəssamı B.Krasnovun qurduğu dekorun 
obrazlı həlli pyesin strukturuna  cavab verdi. Mendel Krikin 
evi, Marusiyanın otağı  və traktir dekorlarının tünd rəngləri 
fonunda görünən  mavi səma qəhrəmanın reallaşmayan 
arzularının işartısına çevrildi.  


Rejissorluğun üslub problemləri 
 
 
109 
11 may 1988 – ci ilin “Baku” qəzetindəki “Qətiyyətli 
uğur” məqaləsində “Məlik Dadaşovun ansambla üzvi 
şəkildə daxil olmasını, sanki ömrünü bu səhnədə keçirməsini 
rejissorun nişangahı düz vurması kimi nadir hal” hesab edən 
Mark Peyzelin bu sənətkarın rol üzərində  işi haqqında 
yazdığı: “Aktyor Mendel bir vəziyyətdən digərinə 
keçidlərini üzvi şəkildə yaratdı. Güclü adamın yarımcəsədə, 
keçmişinin kölgəsinə çevrilməsini göstərə bildi. Təkcə  ağ-
rının,  əzabların, təəccübün gizləndiyi gözlərinə baxmaqla 
onun ruhunda insan ləyaqətinin itirilməsinə qarşı etirazın 
fırtınasını görmək olar”
103
 fikirləri dolğun müşahidənin nəti-
cəsidir.        
29 may 1988-ci ildə  çıxan “Bakinski raboçiy” qəze-
tində L.Derevenskayanın “Xeyirlə - şəri ayırd etmək” məqa-
ləsində Məlik  Dadaşovun oyunu barədə: “Heyrətli dərəcədə 
plastik oynayan aktyorun hər hərəkətində fiziki qüvvə duyul-
duğundan, onun güclü bədəninin zülmət qaranlıqdan arzu-
larında yaşatdığ  işıqlı azadlığa qovuşmaq istəyi görünür”  
cümlələri də emosional təsirin təzahürüdür. 
27 iyul 1988-ci ilin “Vostoçno- Sibirskaya pravda” 
qəzetində Azərbaycan Dövlət Rus Dram Teatrının qastrolu 
barədə S.Kazimirovskinin “Babelin pyesi səhnədə” məqalə-
sində  Məlik  Dadaşovun oyunu barədə yazdığı: “Rejissor 
tez-tez onu tamaşaçı zalı ilə  təkbətək qoyur. Həm sözdə, 
həm mahnıda, həm rəqsdə, həm də jestdə aktyor tamaşaçını 
öz qəhrəmanının cazibəsində saxlaya bilir”
104
   cümləsi  əsl 
sənətin sərhəd tanımadığının təsdiqidir.  
                                                 
103
  М.И.Пейзель. Принципиальная удача. г. Баку. 10-05-1988. 
104
 С.Казимировский. На сцене – пьеса Бабеля. г. Восточно Сибирская 
правда. 27-07-1988.  


Aydın  Dadaşov 
 
 
110 
Yeri gəlmişkən 1990 – cı ildə rejissor Aleksadr Zeldo-
viçin “Qürub” pyesi əsasında çəkdiyi filmdə baş rolun ifaçısı 
Ramaz Çxikvadzenin oyununun da müqayisədə  Məlik Da-
daşovun yaratdığı obraza uduzduğunu iddia edənlər də tapıl-
dı. 
 
                                   *** 
İmran Qasımovun sonuncu pyesi olub özünün səh-
nədə görmədiyi, Moskva metrosunun tikintisində çalışmış, 
ali teatr təhsili almış, 1935-ci ildə könüllü olaraq İspaniya-
ya gedərək rejimə qarşı döyüşlərdə  iştirak etmiş, fransız-
ların faşizmə qarşı müqavimət hərəkatına qoşulmaqla 
qəhrəmanlıq göstərmiş  sənədli personaja həsr olunmuş, 
alman faşizminə qarşı müharibədə  iştirak edən növbəti 
qadın qəhrəmanı Ceyran Səfərova personajının baş 
qəhrəmana çevrildiyi, çoxsaylı personajları dramaturji 
funksiya daşımadığı “Dinsizin tövbəsi” pyesi “Dairəni 
genişləndirin” dən fərqli olaraq əminamanlıq dövrünü deyil
döyüş meydanını əhatələndirir. Cənnət Səlimovanın 1981 – 
ci ildə quruluş verdiyi tamaşa teatr tənqidində  də geniş 
rezonans doğurdu.  
28 oktyabr 1981–ci ilin “Baku” qəzetində əsərin qəhrə-
manı Ceyran Səfərovanın: “Dünyanı təmizləyib, gözəlləşdi-
rin” son cümləsini məqalənin adına çevirən Veta Nadirova-
nın: “Səməd Vurğun adına Rus Dram Teatrında qoyduğu 
bütün tamaşalardan fərqli olaraq Cənnət Səlimovanın rejis-
sor üslubu bu yozumda itirilir. İndiki halda onun bütün ta-
maşalarına xas məxsusi emosionallıq, dinamika dərin psixo-
logizm, hər fikrin dəqiqliyindən gələn ruh yüksəkliyinin zə-
rif təzahürü itirilir”
105
 qənaətinə pyesin janrını  qəhrəmanlıq 
                                                 
105
 В.Г.Надирова. Сделайте землю чище, прекраснее. г. Баку. 28-10-1981. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə