Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə38/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   34   35   36   37   38   39   40   41   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
117 
Abşeronda, Kislovodskidə bağ evləri qazanmış idarə  rəisi 
Ağahüseynin (M.Y.Dadaşov) birinci arvadından olan, ixti-
sasca memar qızı, zəngin həyat sürməyə adət etmiş, tünd 
içkilərə meyilli Aynurun (L.S.Duxovnaya), erkən yaşlarında 
atasını itirmiş, çini qablar zavodunda çalışmaqla oğlunu 
halal zəhmətlə böyüdən anası Qönçə xanımın 
(D.İ.Tumarkina) cüzi imkanları hesabına Leninqradda təhsil 
almış, tikinti mühəndisi Həbibdən (V.Q.Paseçnı) üz dön-
dərməsi ilkin ziddiyyəti sosial zəmində təqdim edir.  
Atası  Ağahüseynin, ögey anası  Cəvahir xanımın ira-
dəsilə rayispolkomun sədri Qədimə  ərə getməsi istənilən 
Aynurun varlı  Şahbazovun gündə bir avtomaşın dəyişən, 
otuzdan çox kostyumu olan oğluna  ərə getsə  də, Həbibin 
sevgisini daim ürəyində  gəzdirməsi mənəviyyat problemini 
qabardır. Ağahüseynlə  Cəvahir xanımın qızı Lalənin 
(R.D.Əmirbəyova) Farizlə (A.Q.Markatun) ailə qursa da, 
ərinin qaynatasının aldığı “Mersedes”də yad qızları 
gəzdirməsi özünün şəhərdə və bağda qonşuları olub Aynura 
da gözü düşən Qədimlə sərgüzəşti şərin təcəssümünə çevrilir.  
Həqiqət məqamını  dərk edən Aynurun üz tutduğu 
Qönçə xanımın dilindən səslənən: “Zəhmətkeş insanların 
halal  əməyindən oğurlayıb yığdıqları, cinayətləri ört-basdır 
edərək, rüşvət aldıqları pul ilə büllur saraylar ucaldan o 
məlum atalar sizin təmiz məhəbbətinizi, nəcib arzularınızı 
belə  məhv edirlər”
111
 cümləsi  şəri ittiham edən müəllif 
mətninə çevrilir.  Finalda haram yolla əldə edilən var - dövlət 
dünyasının iflasına baxmayaraq, İraqdan  uzunmüddətli 
ezamiyyətən qayıdan Həbibin Aynur adlı başqa bir qızla ailə 
qurduğunun üzə  çıxması ilə bitir. Raymond Paulsun 
musiqisinin sədaları altında vağzaldan başqa şəhərə yollanan 
                                                 
111
 İ.М.Əfəndiyev. Bizim qəribə taleyimiz. B., 1989. s. 97. 


Aydın  Dadaşov 
 
 
118 
Aynurun həyat dərsindən yetərincə bəhrələnməklə gələcəyini 
qura biləcəyi finalı  səciyyələndirdi. Tamaşada Məlik 
Dadaşovun yaratdığı  Ağahüseyn obrazı  sənət hadisəsinə 
çevrildi. 
  Azərbaycan Dövlət Dram Teatrında rejissor Ağakişi 
Kazımovun quruluş verdiyi “Büllur sarayda”   tamaşasında 
Hamlet Qurbanovun oynadığı  Ağahüseyn bir az sərsəri, 
dəlisov olsa da, Məlik Dadaşov pulun hesabına dünyaya 
meydan sulamaqla yırtıcıya çevrilən, əslində Qədim kimilərin 
əlində oyuncağa çevrilən, qızları belə az qala hərraca qoyulan 
bu rolu özünəməxsus bir möhtəşəmliklə oynayırdı..  
18 oktyabr 1984-cü ilin “Vışka” qəzetindəki “Büllur 
sarayın divarları arxasında” məqaləsində: “Tamaşanın mərkə-
zində duran respublikanın xalq artisti Məlik Dadaşovun ifa 
etdiyi Ağahüseyn obrazı  nəinki teatr üçün yenilikdir, hətta 
tamaşaçı üçün kəşfdir. Azərbaycan teatr aktyorunun rus səh-
nəsində görünməsi iki yaradıcı qüvvəni birləşdirməklə bütün 
quruluşu parlaq ifadəli, reallığı dəqiq üzə çıxan milli koloritlə 
zənginləşdirir”
112
 yazan  professor  Həsən Quliyev aktyor 
ifasını dəqiq dəyərləndirir. 
                                  
*** 
Gi de Mopassanın melodrama janrında yazdığı “Meh-
riban dost” romanının Mark Razovskinin səhnələşdirməsində 
Azərbaycan səhnəsinə  gəlməsi Cənnət Səlimovanın 1985-ci 
ildə tamaşaya qoyması ilə bağlıdır. Tamaşada bəstəkar 
V.Lebedevin və  şair V.Ryuşensevin mahnılarından istifadə 
olunması strukturda kontrapunkt yaratsa da, əsas diqqət 
aktyor plastikasına yönəlir. 
                                                 
112
 Г.A. Kулиев. За стенами хрустального дворца.  г. Вышка. 18-10-1984.  


Rejissorluğun üslub problemləri 
 
 
119 
 Parisi  ayaqları altında görmək istəyən Jorj Düruanın 
(H.A.Yegizarov)  Forester ləqəbli  əsgərlik dostu (A.M.Xar-
çenko) ilə görüşməsi və  Şarlın “Bizi qadınlar adam arasına 
çıxara bilər” prinsipini əldə bayraq etməsi ox kimi tamaşanı 
finala doğru aparır. Hər vasitə ilə varlanmağa, mövqe tutmağa 
və hətta Burbonlar sarayına daxil olmağa çalışan Jorjun ağıllı, 
ecazkar jurnalist Madlena Foresteyin (İ.A.Perlova) bütün 
imkanlarından hərtərəfli yararlanması  mənəvi eybəcərliyin 
təzahürünə çevrilir. 
 Mənfur niyyəti naminə onu saf məhəbbətlə sevən 
Klotilda de Marelə arxa çevirən və Şarlın durumundan sonra 
məqsədinə çatan Dyüra cəmiyyətin eybəcərləşdirdiyi bir 
personaja çevrilir. Təsadüfi deyil ki, yalnız Forestiy ləqəbli 
mərhum dostunun ruhu hesabına Jorjun sönməkdə olan 
vicdanının oyadılması tamaşanın ideyasının açılışına yönəlir. 
Əbədiyyət kontekstində insanın ötəriliyini simvollaşdıran 
İosif Koşeleviçin oynadığı Norberdevaren personajının da 
bu missiyaya qoşulması xeyir – şər qarşıdurmasında balans 
yaradır. Tamaşada  şər xəttini gücləndirən Vircini Valter 
(Q.B.Koltunova) və onun avam qızı Süzanna (L.Çesnakova) 
əcaib hadisələrin məğzində dayanan Jorjun diqqət 
mərkəzində qalmasına  şərait yaradırlar. Varlanıb mövqe 
sahibinə çevrilsə  də, mənəviyyatca məhv olan Jorjun iflası 
haqq - ədalət təntənəsinə çevrilir.  
18 oktyabr 1986-cı ilin “Molodyoj Azerbaydjana” 
qəzetindəki “Aşağıya aparan, üzüyuxarı pillələr” məqa-
ləsində: “Maddi rifah axtarışında özünü itirməmək, mənəvi 
prinsipləri qorumaq, vicdanla alver etmək,  ən ağır həyat 
şəraitində dostluğa, sevgiyə  sədaqəti qorumaq – Səməd 
Vurğun adına Rus Dram Teatrının tamaşası bax bu dəyərlər 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə