Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə46/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   42   43   44   45   46   47   48   49   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
143 
qatardan düşüb Dnepropetrovskidə arzuladığı teatr məktə-
binə daxil ola bilməməsi, harada gəldi gecələməsi və 
nəhayət tutularaq evlərinə qaytarılması, Moskvada daxil 
olduğu estrada emalatxanasında birgə oxuduğu, “Qu quşu 
və ovçu” akrobatik etüdündə birgə oynadığı Vaxtanqın 
onu ataraq başqasına vurulması  ən xırda məqamları belə 
diqqət mərkəzinə  gətirir. Vaxtanqın toy günündə intihar 
etmək istəyən Lenanın güclə xilası, keçmiş ərin yeni xanımı 
ilə “Qu quşu və ovçu” akrobatik etüdündə birgə çalışaraq 
dünyaya iki uşaq gətirmələri fonunda ərə getdiyi təyyarəçi 
Sergeyin uçuşda məhv olması, ömrünü qastrollarda keçirən
sirk tamaşalarında aldığı  zədələrdən cərrahiyyə  əməliyyat-
larına məruz qalan bu qadının acı taleyi ona rəğbət 
qazandırır. Lenanın mətnində çözülən həyatının dramatik 
məqamları qabardıldığı anda gəlib çıxan Yekəpərin (Kərəm 
Hadızadə) sevgilisi Lilyanı, onu yoldan çıxaran Ramizi 
cəzalandıracağı ilə hədələməsi, onu sakitləşdirib yola salan, 
həyatında ilk dəfə doğma qadınla rastlaşdığını bildirən 
Murada Lenanın: “Mən doğrudan da, səni yaxşı anlayıram... 
elə  zəriflik duyuram ki, sanki mənim uşağımsan”
133
 
kəlmələri  fabulanı  qızışdırır. Lena ailəni atmağın vacib 
olmadığını bildirsə  də, gözüyaşlı Muradın yeni həyata 
başlayacağı barədə evdəkilərə  məlumat verib, sabah saat 
onbirdə daim onunla qalmaq istədiyi qadının yanına qayı-
dacağına söz verməsi ilə birinci hissə tamamlanır. 
Evinə gəlib sevmədiyi arvadı Solmaza (Leyli Şərifova) 
vəziyyəti anladaraq yalnız ətrafı qane edən “vitrin ailə”dən, 
cana gəldiyi elmi fəaliyyətindən yaxa qurtarmaq istədiyini 
bildirən Muradın son nəticədə evdən baş götürüb gedə bil-
məməsi psixologizm hesabına bədii həllini tapır. Yanındakı, 
                                                 
133
 Р.М.Ибрагимбеков. Ультиматум. Б., 1983. с. 92.  


Aydın  Dadaşov 
 
 
144 
elmlə, sənətlə maraqlanan qəribə  oğlu ilə xarab olmuş su 
kranını təmir edən Ustanın (İlqar Cahangirov) da, övladının 
naminə evdən getmədiyini bildirməsi problemin həllinə 
yönələn yeni hadisə ilə mövzunu zənginləşdirir.  
Üç ay sonra, bir qış günü tilsimindən çıxa bilmədiyi 
Lenanın yanına gələn Muradın onun barışdığı  əri Ramizlə 
ziddiyyəti hadisələri dramaturji maneə hesabına yeni ist-
qamətə yönəldir. Lenanın günahkar olduğunu bildirən Ra-
mizin oğluna hədiyyə kimi hazırladığı kitabda müharibə za-
manı Polşada almanların işğal etdikləri bir şəhərin zoopar-
kında qəfəsləri açılan vəhşilərin arasında tək bir şirin heç 
yana tərpənməyərək qapısı yenidən bağlananadək iki gün 
gözləməsi faktı önə  çəkilməklə dramaturji düyün dolayı 
yolla açılır. Lena çay hazırlamaq üçün mətbəxə keçəndə: 
“Sən mənim evimə  gələrək, arvadımla münasibətlərini çö-
züb  əzab çəkməmək də istəyirsən? Yox əzizim, bu ancaq 
Parisdə belə olur...” deyib idman xəncəri - rapira ilə yarı zar-
fat, yarı ciddi hücuma keçən Ramizin psixoloji təzyiqinə 
dözməyib dünyasını  dəyişməsi “həqiqətin həyat bahasına 
dərki” kimi Hamlet ideyasını təkrarlayır. 
Kiyevdə keçirilən teatr festivalında “Ən yaxşı xarici 
tamaşa” mükafatını qazanan bu səhnə yozumunun uğuru 
fonunda bu pyes əsasında Eldar Quliyevin 1976-cı ildə 
lentə aldığı “Ürək, ürək...” adlı ekran variantının, Lindsey 
Andersonun, Devid Şervinin ssenarisi əsasında üç il əvvəl 
çəkdiyi “Ey xoşbəxtciyəz” filmində rok müğənni Alan 
Praysın orkestrlə  məşqinin hadisələri tənzimləməsini 
təkrarlaması ilə təqlidçiliyə yuvarlanması yada düşür.   
Yeri gəlmişkən “Pəncərə” jurnalının 2007-ci il 2-ci 
sayındakı “Mən incəsənətlə bağlı olmayan heç bir biznesə 
qarışmıram” məqaləsində: “Bilirsiniz mən hələ sovet 
senzurası vaxtında qəti qənaətə  gəldim: həyatda yalnız 


Rejissorluğun üslub problemləri 
 
 
145 
müxtəlif sahələrə baş vurmaqla nəsə qazanmaq və 
yaşamaq olar. Fəaliyyətə ssenarist kimi başlasam da, 
ssenarilərim bir növ nəsrə  bənzəyirdi. Bu nəsrdə az 
miqdarda təsvirlər və çoxlu hərəkət var idi. Təsvirlər isə 
“qara qutu” metodu ilə kompensasiya olunurdu. “Qara qu-
tu” o zamanlar kibernetikada çox populyar bir ideya idi. 
Bu ideya ondan ibarət idi ki, qeyri – müəyyən bir “qutu” 
mövcuddur. Bu  “qutu”ya daxil olan və oradan çıxanları 
müşahidə və müqayisə edərək, nəticədə içərisindəkilər ba-
rədə müəyyən qənaətə  gəlmək olar. Yəni bizə qara qutu-
nun içərisindəkiləri göstərməyərək, özümüzün bu haqda 
müəyyən fikrə  gəlməyimizə imkan yaradılır”
134
 fikirləri 
ilə Rüstəm İbrahimbəyov peşəkar üslub sirlərini açır.        
                                   
*** 
Mirzə Fətəli Axundovun 1850–55–ci illərdə yazdığı, 
təəssüf ki, özünün səhnədə görmədiyi altı komediyasından 
birinin “Sərgüzəşti - vəziri - xani Lənkəran” pyesinin səh-
nə yozumunda dinamikanın əldə edilməsini əsas məqsədə 
çevirən Cənnət Səlimovanın “Sağ olsun Lənkəran xanı” 
kəlmələrini proloqda və tamaşa boyu personajların dilin-
dən səsləndirməsi tamaşanın, avtoritarlığın sosial bəlaya 
çevirdiyi yaltaqlığa qarşı qoyulduğunu bədirləyir. Pyesdə 
əsas məqsədi qayıq gəzintisinə çıxmaq olub, əhalinin bar-
maqarası baxdığı problemlərini baş – ayaq həll edən  Xan-
la (Kərəm Hadızadə) zorakılıqla hakimiyyətinə sahib 
olduğu qardaşının yeganə məqsədi sevgilisinə, Vəzir Mir-
zə Həbibin (Şövqi Hüseynov) baldızı Nisə xanıma (İradə 
Rəşidova) çatmaq olan, güləş yarışında digərlərini yıxan, 
                                                 
134
 R.М.İbrahimbəyov. Mən incəsənətlə bağlı olmayan heç bir biznesə 
qarışmıram. Pəncərə j. 2007-№2. c. 18. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə