Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə42/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   38   39   40   41   42   43   44   45   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
129 
Toydan sonra bal ayını dağlarda keçirən Daniel 
Korbanın (Fuad Poladov) xanımı (R.D.Əmirbəyova) itirməsi 
barədə Polis komissarına (V.P.Kovtun) xəbər verməsi, bir 
neçə gündən sonra tapılan qadının – Yalançı  Floransın üzə 
çıxması  əsas hadisəyə keçid edir. Kyure Maksimenin 
(L.L.Qruber) tamamilə yad olan Yalançı    Floransı 
gətirməsini özünün pullarının əlindən alınması üçün qurulan 
tələ hesab edən Daniel Korbanın sərxoşluğa qurşanmış 
rəssam Merluşu guya (V.Q.Paseçnı) güllə ilə yaralanması və 
nəhayət psixoloji gərginliyə dözməyən Daniel Korbanın 
arvadını öldürüb çaya atdığını boynuna alması hadisələri 
bitirir. Bundan sonra Yalançı Floransın, guya  yaralanan rəs-
sam Merluşun peyda olmasının,  əslində Polis komissarının 
cinayəti açmaq naminə qurduğu oyun olduğunun bəlli 
olması tamaşa içərisindəki tamaşanı  əsaslandırır. Beləliklə 
qlobal olmayan problemin həllində yaranan sistemli struktur 
dolaşıqlığı tamaşaçını mövzuya kütlə janrı sayılan kriminal 
detektiv tapmacaları ilə bağlayır.   
 Tamaşada  əsas personaj sayılan Daniel Korban 
rolunun aktyor Fuad Poladova tapşırılması daimi tamaşaçılar 
üçün gözlənilməz oldu. İş burasındadır ki, həmin  ərəfədə 
Azərbaycan Dövlət Dram Teatrında rəhbər seçkisindəki, 
“balina aktyor”ların qarşıdurmasında, üç namizəddən 
Həsənağa Turabovun qələbəsindən sonra onun rəqiblərindən 
biri - Rus Dram Teatrının səhnəsini də fəth etmiş Məlik Da-
daşov artıq burada bədii rəhbər və direktor kimi möhkəmlə-
nərək digərini - Fuad Poladovu da işə dəvət etmişdi. Tama-
şada Fuad Poladovun oynadığı Daniel Korbanı, müsəlman-
türk immiqrant Qurban kimi təqdim edən Cənnət Səlimova 
bu personajın ifasındakı ləhcəyə bəraət qazandırmaqla səhnə 
fəaliyyətində sərbəstliyə şərait yaratdı. 


Aydın  Dadaşov 
 
 
130 
Bu tamaşadan bir il sonra kinorejissor Aleksey Kornee-
vin ironiyalı detektiv janrında quruluş verdiyi, Nikolay Kara-
çintsevin, Yuri Yakovlevin, İrina Şmelyovanın baş rolda oy-
nadıqları “Tənha kişi üçün tələ” filmi də elə bir uğur qazana 
bilmədi.         
                                   
*** 
Azərbaycan Dövlət Rus Dram Teatrında Cənnət 
Səlimovanın son tamaşası, kiçik səhnəsində Aleksandr Şaro-
vski ilə birgə  quruluş verdiyi Aleksandr Moiseyeviç Volodi-
nin 1969-cu ildə yazdığı, mənəviyyat problemini əks etdirən 
“İsusun anası” pyesi oldu. İsusun anası Mariya rolundakı 
D.İ.Tumarkina dünyaya xilaskar bəxş edən yarımmifik 
personajı inandırıcı boyalarla təqdim edir. Ətrafdakıların 
oğlunu itirən peyğəmbər anasından da, öngörənlik, 
sağaltmaq, diriltmək tələbinə  məhəl qoymayan Mariya 
yalana, saxtakarlığa üsyan etməklə əslində oğlunun yoxluğu 
ilə barışmamaqla analığın möhtəşəmliyini göstərə bilir. 
Əsərdə müəllif mövqeyini bəyan etməklə yanaşı hadisələrin 
fəal iştirakçısına çevrilən Əsəbi (B.D.Lukinski) personajının 
olum ya ölüm arasnda mövcudluğu tamaşanın  fəlsəfi dəyə-
rini artırmaqla strukturu da zənginləşdirir. Müqəddəsə çevri-
lən qardaşları  İsusun kölgəsində yaşayan Oğlanlarını 
(A.Y.Şarovski, L.L.Qruber), hətta Qızını (R.D.Əmirbəyova) 
evdən uzaqlaşdıran Mariyanın oğlunun ruhuna müraciətdən 
sonra övladlarını gözləməsi bir daha  analığın təzahürünə 
çevrilir.     
3 iyun 1989-cu ildə  çıxan “Bakinski raboçi” qəzetin-
dəki “Mənəviyyat himni” məqaləsində ifaçıları  dəyərlən-
dirən Gülruh Əlibəyovanın: “Dolğun faciəvi közərtili 
“İsusun anası” tamaşasını sakit, ortabab, eyni oynamaq 
mümkünsüzdür. Demək olar ki, bütün aktyorlar öz rollarını 


Rejissorluğun üslub problemləri 
 
 
131 
tam verimli oynayırlar, onların yüksək mənəvi, humanist 
ideyalardan bəhrələndikləri duyulur. Tamaşanın bədii 
orqanizmindən kimisə bir aktyoru seçmək mümkünsüz-
dür”
124
 mülahizəsi subyektiv səslənir.  Əslində isə sonuncu 
cümlədən bu teatrda fəaliyyətini başa vurmaqda olduğundan,  
güzəştə gedərək səriştəsiz rejissorla birgə çalışmağa razıla-
şan Cənnət Səlimovanın peşəkar üslub göstəricilərini nüma-
yiş etdirmək istəyinin yoxluğu təsdiqlənir. 
“İsusun anası” pyesi əsasında müəllifin özünün yazdığı 
ssenari üzrə rejissor Konstantin Xudyakovun quruluş verd-
iyi, 1990-cı ildə başa çatan film çökməkdə olan Sovetlər 
birliyinin daim qarşıdurma yaratdığı  İsraillə ilk və son birgə 
işi oldu.    
                               
*** 
1967-ci ildən 1990-cı ilə qədər Azərbaycan Dövlət Rus 
Dram Teatrında  əlliyə yaxın müxtəlif  əsərə quruluş 
verməklə bu sənət ocağının tarixində özünün tutarlı imzasını 
qoyan Cənnət Səlimova peşəkar məktəb keçməklə 
yiyələnmiş olduğu yaradıcılıq cəbbəxanasının sirlərini 
rejissor yozumuna uğurla tətbiq edə bildi. Əlbəttə ki, klassik 
və müasir rus dramaturgiyasının səhnə yozumunda peşəkar 
üslubunu tam bərqərar edən rejissor marksizim leninizmin 
sənət ekvalenti olan sosializmin üzdəniraq dramaturji 
məhsullarının səhnə həllində uğursuzluqdan yayına bilmirdi. 
Bununla belə, bu teatrda bədii texniki heyətin peşəkar 
səviyyəsi mükəmməl tamaşa “istehsalına” imkan yaradırdı. 
Bu məqamda Anatoli Vasilyeviç Efrosun: “ Əgər tamaşa bir 
neçə “balina” aktyorun üzərində qurulsa – ah necə effekt 
                                                 
124
 Г. S.Алибекова. Гимн духовности. г. Бакинский  рабочий. 03-06-1989. 


Aydın  Dadaşov 
 
 
132 
yaranar”
125
 fikri yada düşür.  Azərbaycan Dövlət Rus Dram 
Teatrında da belə  “balina” aktyorlar az deyildi və peşəkar 
səviyyənin artırılmasına daim diqqət yetirən Cənnət 
Səlimova onların sayının artırılmasına çalışırdı..  
 1982-ci  ildən 1990-cı ilə  qədər teatrın baş rejissoru 
olarkən  əsas məqsədi peşəkar səviyyənin artırılmasına yö-
nələn Cənnət Səlimovanın peşəkar üslubu, dövrün tənqidinin 
sələflərinin Rusiyanın məşhur teatrlarının repertuarlarını 
yamsılaması ittihamının üzərinə xətt çəkə bildi. A.V.Suxovo 
– Kobılinin “Tarielkinin ölümü”, A.P.Çexovun “Vanya 
dayı”, “İvanov”, F.M.Dostoyevskinin “Cinayət və  cəza”, 
“Əbləh”,  Bertold Brextin “Mamaşa Kuraş”, M. A. 
Bulqakovun “Turbinlərin günləri”, A.M. Volodinin “Təyi-
nat” əsərləri ilə yanaşı, Hüseyn Cavidin, Cəfər Cabbarlının 
İmran Qasımovun,  İlyas  Əfəndiyevin pyeslərinə müraciət 
edilməklə tamaşaçı zümrəsinin tərkibi dəyişildi. Xüsusən 
gənclərin teatra axını ilə yanaşı Azərbaycan dramaturgiya-
sını sovetlər ölkəsi miqyasında tanıtmağa başladı. Əlbəttə ki, 
ondan əvvəl Rus Dram Teatrında Məhərrəm Haşımov Cəfər 
Cabbarlının “Aydın”, İsmayıl Hidayətzadə Səməd Vurğunun 
“Vaqif”, Tofiq Kazımov isə  Ənvər Məmmədxanlının 
“Şərqin səhəri” tamaşalarına quruluş verməklə milli drama-
turgiya nümunələrinə adda – budda şəkildə olsa da yer 
verilirdi. Lakin Cənnət Səlimova isə bu məsələni sistemləş-
dirə bildi. 
Rus Dram Teatrında Lev Ustinovun  qarınqulu şirin bic 
tülkünü qorxaq dovşanın  əhatəsindəki cəsur qurbağa balası 
haqqında “Ulu qurbağa balası”, Yevgeni Şvartsın, quruluşçu 
rəssamı Q.P.Belovun tərtibatında balıqçı torlarında istifadə 
edilən  şəffaf  şarlarla yanaşı akvariumlara yönələn işıq 
                                                 
125
 А.В.Эфрос. Профессия режиссор.  М. 2000. с. 89. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə