Aydın Dadaşov
120
ətrafında təkrar-təkrar düşündürür”
113
yazsa da, əslində kiçik
səhnədə oynanılmaqla qismən də olsa tamaşaçı marağı
qazanan, ən azı əsərin tirajını artırmaqla maarifçi funksiyanı
da yerinə yetirsə də milli mentalitetə yad olan, qadın
hesabına yaşamaq – alfonsluq mövzusundakı səhnə əsərini
tənqidimiz qəbul edə bilmədi.
***
Lev Viqdorovun Leninqraddakı “Lenin komsomolu”
teatrına işə dəvət edilməsi ilə “Cinayət və cəza” tamaşası
ömrünü başa vurduğundan, bu istiqamətdə yaranan boşluğu
doldurmaq üçün Cənnət Səlimova hələ BDU-nun teatr-
studiyası ilə Leninqradda olarkən Böyük Dramatik Teatrda
G.A.Tovstonoqovun,
İ.M.Smoktnovskinin “Əbləh”dən
sonra şaxtalı bir gecədə yaranmaqla ömürlük yaddaşına həkk
olunan bu səhnə əsərinə müraciət etməyi qərarlaşdırır. Uzun
dövrdən sonra Cənnət Səlimova, 1986-cı ildə yenidən
F.M.Dostoyevskiyə müraciət etmək qərarına gəlir. Quruluş
verdiyi əksər tamaşalarının əslində yazılı eksplikasiyalarını
səciyyələndirən “Səhnənin güzgüsü” kitabının “Teatr, kino
və nəsr, bölməsində "F.M.Dostoyevski olduqca teatral
yazıçılardan biridir. Onun romanları heyrətamiz dərəcədə
dramaturjidir. Bununla belə müəllif özünün romanlarının
səhnələşdirilməsinin əleyhinə idi”
114
yazan G.A.Tovstono-
qovun səhnələşdirməsi əsasında bu tamaşaya quruluş ver-
məkdən özünü saxlaya bilmir. Yeri gəlmişkən hələ 1968-ci
ildə G.A.Tovstonoqov özü Qabriel Sundukyan adına
Yerevan Dövlət Dram Teatrında rejissor Q.Kazançıyanın
113
В.А.Калугина. Вверх по лестнице ведущей вниз. Молодежь
Азербайджана. 19-10-1986.
114
Г.А.Товстоногов. Зеркало сцены. М., 1980. т.1. c.96.
Rejissorluğun üslub problemləri
121
hazırladığı “Əbləh” tamaşasında bədii rəhbər kimi iştirak
etmişdi
Kitabının “Klassika barədə” bölməsində: “Ötən əsrin
60-cı illərindəki pulun hakimiyyəti problemi bizi
maraqlandırmırdı, bizi digəri maraqlandırırdı: Dostoyevski
Mışkin obrazı vasitəsilə insan mənəviyyatının ən gizli
guşələrini araşdırır. Kristal təmiz, hədsiz xoşxasiyyət insan
olan knyaz Mışkinlə ünsiyyətdən adamlar da təmizlənib
mehribanlaşırlar. Mışkinin xoşxasiyyətliliyi onu əhatə
edənlərin dəyişməz hissiyatına qalib gəlməklə bizim
müasirlərimizin qəlbində də “İnsan insanın dostu, yoldaşı və
qardaşıdır” həqiqətini aşılayır. XlX əsr Rusiyasında heyrəta-
miz dərəcədə təmiz və vicdanlı insanın “əbləh” kimi qalma-
sıni bilmək xeyirli və ibrətamizdir”
115
yazan G.A.Tovstono-
qov əsas məqsədin “ideal cəmiyyət üçün layiqli vətəndaş
yetişdirmək” olduğunu vurğulayır. Bəlkə də bu məqsədi
əyalət teatrında da həyata keçirmək istəyən Cənnət Səlimova
tamaşaya quruluşçu rəssam kimi hal-hazırda Moskvada,
Tatyana Daroninanın Bədaye Teatrında baş rəssam kimi
çalışan Qleb Serebrovski də maraqlı tərtibat verir. Dairəvi
səhnədə hadisələrin cərəyan etdiyi vaqonun kupesindən
tutmuş personajların mənzilinə, baxçaya qədər hər məkan
aktyor oyununa meydan versə də, ancaq heyif ki, reallıq
hissinin itirilməsi nəticəsində solğun bir nüsxə alınmaqla
təqlidin, yamsılamanın sənət sayıla bilməyəcəyi təsdiqlənir..
Bu tamaşadan sonra Cənnət Səlimova nə özünün Georgi
Tovstonoqov, nə də ki, İosif Koşeleviçin İnnokenti
Smoktnovski olmadığını dərk edir.
Bu məqamda: “Əgər tamaşa bir neçə “balina” aktyo-
run üzərində qurularsa – necə də təsirli effekt yaranar” deyən
115
Г.А.Товстоногов. Зеркало сцены. М., 1980. т.1. c.119.
Aydın Dadaşov
122
Anatoli Vasilyeviç Efrosun “Tovstonoqovun “Əbləh”də
Smoktnovski həmişəlik yadda qaldı”
116
, Lev Abramoviç Do-
dinin “Knyaz Mışkində xəstə və hətta gülməli görünməklə
Smoktnovski daha çox açıla bilirdi”, üstəlik “Nastasya
Filippovna kimi Doronina və Olxina da super qəhrəman
deyildilər”
117
fikirləri xatırlanır.
“Səhnənin güzgüsü” kitabının “Aktyorla iş” bölmə-
sində: “Biz Böyük dramatik teatrda “Əbləh” tamaşasının
sonuncu, Roqojinin Nastasiya Flippovnanı öldürməsindən
sonra gələn, Mışkinin mürəkkəb faciəvi “sərsərilik” səh-
nəsini məşq edirdik. Aktyoru onun ifadəsinə necə gətirib
çıxarmalı? Belə bir faciəvi şəraitin təsiri ilə ruhi tarazlığını
itirən insanın, Mışkinin xəstəliyinin xüsusiyyətləri barədə
çoxlu, uzun-uzadı danışmaq olardı. Biz başqa yolla getdik:
mən aktyorlara bu səhnəni son hissiyyat gərginliyi dərə-
cəsinə çatdırmağı təklif etdim: indi isə elə oynayın ki, güya
bu ən orta səviyyəli, adi təsadüfdür. Birdən bura kiminsə
gələcəyi barədə məsləhətləşin və.s. Və bu baş verən ümumi
söhbətin kontekstində dəhşətli təəssürat yaratdı. Odur ki,
aktyoru mülahizələrlə yükləmək gərək deyil”
118
mülahizələri
ilə bədii kəşf ustası olduğunu təsdiqləyən G.A.Tovstonoqo-
vun qəhrəmanı tamaşaçını ovsunlaya bilirdi. İosif Koşeleviç
sərxoş əsgərin gümüş adı ilə təklif etdiyi qalay xaçla səhnə-
sində canını qoysa da, tamaşaçı kütləsi ilə davamlı qarşıdur-
madan daim qalib çıxmaq xoşbəxtliyi yalnız İnnokenti
Smoktnovskiyə məxsus idi. Finalda ruhu zədələnmiş, ətrafa
reaksiyasını itirmiş, əyri yerişli boynubükük xəstə personajın
xeyirxahlığı dəyərləndirməyən dünyadan üz çevirməsinin
yaratdığı katarsisi əldə etmək mümkünsüz idi.
18 fevral 1987-ci ilin “Baku” qəzetindəki “Knyaz
Mışkin və başqaları” məqaləsində: “Tamaşada əsərin ideya-
sı, fikri, yüksək məqsədi, şər dünyasının fərdi və ümumiləş-
116
А.В.Эфрос. Профессия режиссор. М., 2000. с. 89.
117
Л.А.Додин. Путешествие без конца. С-П., 2009. с.24.
118
Г.А.Товстоногов. Зеркало сцены. М., 1980. т.1. с.231.
Dostları ilə paylaş: |