Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə40/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   36   37   38   39   40   41   42   43   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
123 
dirilmiş təsəvvürün tam, harmoniyalı ifadənin əldə olunması 
yüksək, mükəmməl bədii həllini tapmadı. Ona görə  də ta-
maşa gözəl insan knyaz Mışkinin rastlaşdığı etinasız, həya-
sız, soyuqqanlı, məkrli, amansız  şər dünyasının faciəsini 
göstərə bilmədi”
119
 yazan  teatrşünas Veta Nadirova səhnə 
yozumunun uğursuzluğunu qətiyyətlə bildirir.    
  10 may 1987-ci ildə çıxan “Bakinski raboçi” qəzetin-
dəki ““Əbləh”: drama yoxsa faciə” məqaləsində tamaşaya üç 
dəfə baxdığını bildirib sosial məsuliyyətini bəyan etməklə: 
“Beləliklə knyaz Mışkin hər yeni tanışına özünün əlacsız 
xəstəliyi barədə üzürxahlıqla bildirir, əlaqəyə girdiyi hər kəs 
( bu əlaqə mütləq ziddiyyətlidir) mütləq ona (acıqla, tikanlı, 
ələ salmaqla) fiziki, əqli natamamlığını, küt başlığını bildirir  
. Və tamaşanın finalında sındırılmış knyazın  ətrafında 
fırlanan iştirakçılar xorla deyirlər: “Əbləh!  Əbləh!  Əbləh!”  
yazan professor Arif Hacıyevin “Dostoyevskidə qəhrəmanın 
əbləhliyi bədii  şərtilikdir. O, əclaflar,  şöhrətpərəstlər, 
yaltaqlar kütləsinin gözündə  əbləhdir. Tamaşada isə o, öz 
əməllərində, münasibətlərində itib batmış xırda adama çev-
rilir.”
120
 fikirləri dəqiq müşahidənin nəticəsidir. Məqaləsinin 
sonunda: “Əbləhi” drama kimi qoymaq olarmı? Olar. Bunu 
bizim teatrın təcrübəsi də göstərir. Bu da mövqedir, bu da 
yozumdur ki, aktyorların bədii imkanları  çərçivəsində  də 
ardıcıl yerinə yetirilir. Lakin, bizim nəzərimizdə romanın 
gözəl insanı müsbət göstərmək “tələbi” indiki halda həyata 
keçirilməmiş qalır. Bu gün dünyada, xüsusən indi, bundan 
çətin iş yoxdur” deyən Dostoyevski ilə razılaşaq”
121
 yazan 
                                                 
119
 В.Г.Надирова. Князь Мышкин и другие. г. Баку. 18-02-1987.
  
120
 А.А.Гаджиев. «Идиот»: драма или трагедия. г. Бакинский рабочий. 
10-05-1987. 
121
 Yенə орада. 


Aydın  Dadaşov 
 
 
124 
müəllif tamaşanın qüsurunu göstərməklə yanaşı quruluşçu 
rejissorun üslubuna bəraət də qazandırır. 
                                   
*** 
Edvard Radzinskinin Tatyana Doronina üçün yazdığı, 
“Aktyor benefisi üçün pyes” adlandırdığı “Restoranın yanın-
da durmuşam” əsərinə 1988-ci ildə Cənnət Səlimovanın ver-
diyi quruluş əsərin baş qəhrəmanı sənəti aktyorluq olub, iş-
dən qovulmuş, ömrü sosial – məişət məngənəsində  əzilən 
mənəvi sevgi hərisliyində solmuş    tənha qadın Nina 
(İ.A.Perlova) ilə onun təsadüfən restoranda tanış olduğu 
gəlmə adam, yaramaz aktyor olduğundan yararlı dramaturqa 
çevrilən Saşanın (A.Y.Şarovski) real  həyatdan kənar, 
kodlaşdırılmış  mətni üzərində qurulur. Tövbə prinsipi 
üzərində qurulan tamaşanın strukturunda və bəlkə də televi-
ziya estetikasının formalaşdırdığı postmodernizmin xaotik 
struktursuzluğunda mənəvi təmizlənmə prosesi müstəsna rol 
oynayır. 
İlk epizodda şunuru havada sallanan telefonla 
canfəşanlıqla danışmaqla aktyorluq məharətini göstərən 
Ninanın mənzilinə soxulan  Saşanın təqdim etdikləri iki 
nəfərin teatrının tamaşaçını  qıcıqlandıran, bəzən hətta  ələ 
salan oyun prinsipi hadisələri nizamlayır. Məlum olur ki, 
səhnədə baş verənlər vaxtilə Ninanın oynadığı, Olbinin, 
İoneskonun və elə Radzinskinin özünün əsərləri  əsasında 
hazırlanmış tamaşalardan parçalardır. Beləliklə  də, tamaşa 
məxsus olduğu postmodernizm cərəyanının “parçalanmış 
güzgü” “mövcud əsərlərə istinad” kimi prinsipləri və 
karnaval estetikasının maska nümayişi çərçivəsində mövcud 
olur. Məhz bu məqamda tamaşa  ədəbiyyatdan, mətn 
buxovundan uzaqlaşaraq tam səhnə qanunları ilə yaşayır. 
Qadın – kişi arasındakı psixoloji münasibətlərin, ruhi sevgi 


Rejissorluğun üslub problemləri 
 
 
125 
dünyasının gizli, sirli, müəmmalı aləmi müəllifin, rejissorun 
və  hər iki aktyorun fərdi üslublarının təzahürünə meydan 
verməklə göz önündə, informasiya axınının fasiləsizliyində 
çözülür. Məhəbbətin təlatümündən qorxan sevdiyi kişiyə 
gərəksizliyini dərk etməklə  mənəviyyatını ayaqlar altına 
atmayan Ninanın vəziyyətinin çıxılmazlığı  fəryad notunu 
göyə qaldırır. 
Minlərlə erkəkdən birisinə çevrilməklə  xırdalanan, 
zərif qadını qorumaq, yüksəklərə qaldırmaq üçün qanadları 
olmayan Saşanın simasızlığı personaj qarşıdurmasının 
psixoloji, xronotip ziddiyyətini artırır.  
 
                                    ***                                      
Dövrün nəbzini tutan jurnalist kimi ölkədə baş verən-
ləri öz məqalələrində qismən də olsa əks etdirən, “Literatur-
naya qazeta”nın baş redaktor müavini də olmuş Yuri Şekoçi-
xinin 1985-ci ildə yazdığı “46-cı  tələ, 2-ci rost” pyesinə 
Cənnət Səlimova 1988-ci ildə (bu əsəri rejissor Balera 
Rıbarev həmin il Belarusfilmdə ekranlaşdırmışdı) verdiyi 
quruluş əsrin özü kimi artıq çökməyə doğru gedən Sovetlər 
birliyinin mənəvi mənzərəsini yarada bildi. 
Arlekino ləqəbli oğlanın başçılığı ilə şəhər kənarındakı 
dəmir yol stansiyasında məskunlaşaraq özlərini “Canavar-
lar” adlandıran, adrenalini yüksək olub sərt həyat tərzi ke-
çirən gənclərin, həmin ərəfədə meydana çıxan digər qruplaş-
malarla qarşıdurması sosializmin təməl prinsipi sayılan so-
sial  ədalətdən kənarda qalmaqdan bezənlərin, boğaza yığı-
lanların qiyamı  təsiri bağışlayır. Beləliklə, idarəçilik iqtida-
rında olmayan qanunlara baş  əymək istəməyənlərin yarat-
dıqları fəsadlar pyesdə olduğu kimi tamaşa boyu da səslənir. 
İlk baxışdan cinayət məcəlləsi ilə  kəsişməyən  əməl sahibi 
təsiri bağışlayan Arlekinonun dəstəsinin, skameykada oturub 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə