Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə37/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   33   34   35   36   37   38   39   40   ...   71

Aydın  Dadaşov 
 
 
114 
dostların birləşərək dağılan mühitə qarşı durmağa çalışmala-
rı, zarafatlar, şən nəğmələr, sevgi, qısqanclıq mübahisələri və 
qayğıları fonunda cərəyan etsə də, top mərmiləri altında hü-
cuma keçən bolşeviklərin yaratdığı  sərt reallıq bu ailənin 
illərlə yaranan mənəvi dünyasını kökündən qoparır. 
Şəxsi həyatını düşünüb canını götürüb qaçan Talberq-
dən fərqli olaraq sona qədər içdiyi zabit andına sədaqətini, 
məğrurluğunu, alicənablığını qoruyan Aleksey Turbin 
hadisələrin mərkəzində dayanır. Ağır yaralı qardaşı 18 yaşlı 
Nikolayın tədricən özünün daxili azadlığını  və optimiz-
mini itirməsi qardaşlarının dərdinə dözməyən bacının gün-
dən - günə saralıb solan Yelenanın özünü itirərək müdafiə-
siz görünməsi iflasa doğru gedən yolu səciyyələndirir. 
Yelenanın pərəstişkarı uydurduqlarına özü də inanan 
Şervinskinin keçirdiyi zərif hisslərin belə yersiz görün-
məsi, kobud amansızlaşan Mışlayevskinin ölkənin gələ-
cəyinə inanması  şüurlarda gedən ikiləşməni səciyyələn-
dirir. Beləliklə, mənəvi ləyaqət qələbə çalır. Finalda Tur-
binlərin evləri olsa da əsgərlərin  əhatələndirdiyi məkan 
qar altında itsə də top səsləri belə birlikdə olanların mənəvi 
optimizmini məhv edə bilmir. 
18 iyun 1982-ci ildə çıxan “Baku” qəzetindəki “Və biz 
almazlı  səmanı görərik” məqaləsində tamaşanın Çexovsa-
yağı incə biçiminə, sakitliyinə, sayıqlığına diqqət çəkməklə: 
“Turbinlərin kiçik dünyasında iki dövr, iki dünyagörüşü, iki 
ideya; inqilab və əksinqilab, vətənə sədaqət və xəyanət, tari-
xi dəyişkənliyin dəyərləndirilməsinə sağlam və ya dərindən 
səhv baxış mövcud olsa da, bu evdə ziyalılıq və yüksək 
mənəvi mədəniyyət mühiti vardır” yazan teatrşünas Veta 
Nadirova “Bulqakovun pyesində Talberq obrazı demək olar 
ki, eskiz olsa da, aktyor L.L.Qruberin tapdığı dəqiq psixoloji 
cizgilər hesabına acizliyi, simasızlığı, miskinliyi tamaşada 


Rejissorluğun üslub problemləri 
 
 
115 
önə çəkilən bu səhnə personajı tam nifrət qazanır”
108
 dəyər-
ləndirməsi əsərin təhlilini ustalıqla həyata keçirməklə səhnə-
dəki azadlığı təmin edən rejissor yozumunun da uğurudur. 
İnsani münasibətlərdən daha çox tarixi prosesləri izlə-
yən Cənnət Səlimova yarımqaranlıq  səhnə  tərtibatında, 
həyəcanlı danışıq üsulundan, təkcə xaricə deyil, daxili ünsiy-
yətin tələbindən doğan sərt mizanlardan istifadə etməsi 
zaman - məkan həllini verə bilir. Qırmızı ordunun hücumu 
altında dəyişən dünyanın mənzərəsini yaradır. A. Turbin 
(V.Q.Paseçnı), Talberq (L.L.Qruber), Mışlayevski 
(A.M.Xarçenko), Studzinski (V.P.Kovtun) kimi zabit ləya-
qətini qoruyan ağ qvardiyaçıların silsilə portreti göz önündə 
canlandıqca itirilən alicənablıq dəyərlərinin ağrısı üzə çıxır. 
Və qanlı inqilabların yol verilməzliyi təsdiqlənir.  Bununla 
belə tamaşanın ana xəttini Nikolay Turbinin (İ.İ.Koşeleviç), 
Lariosika (B.D.Lukinski) və ailə üzvlərinin draması önə çə-
kilir. Yelena Turbina (İ.A.Perlova), Şervinski  ( H.A.Yeqiza-
rov) münasibətləri əbədiliyin simvoluna çevrilir.  
Rus Dram Teatrı Belarusiyada qastrolda olarkən 15 
iyul 1983-cü ilin “Sovetskaya Belarusiya” qəzetindəki “İlk 
tanışlıqdan sonra” məqaləsində D.Minayevanın yazdığı: 
“Gözlənilmədən Yelena Turbina və  Şervinski tamaşada 
ikinci dərəcəli simaya çevrildilər. Onlar  sanki qaynar 
mübarizədən kənardakı neytral xətdə qaldılar. Özlərinin 
şəxsi həyəcanları, aralarında yaranan roman bu evin 
divarlarının çölündə baş verənlərdən daha çox yer tutdu. 
Bununla da yeni oxunuşa cəhd etməklə teatr pyesin 
konsepsiyasında vacib olan obrazları dramatizmdən məhrum 
etməklə ciddi səhvə yol verdi”
109
 yazmaqla  ilkin  ədəbi 
mənbədən uzaqlaşmaya qarşı barışmaz mövqeyini bildirir.  
                                                 
108
 В.Г.Надирова. И мы увидим небо в алмазах. г. Baku. 18-06-2010. 
109
 Д.Ф.Минаева. После первого знакомства. Советская Белоруссия. 15-07-
1983. 


Aydın  Dadaşov 
 
 
116 
Bununla davamlı olaraq Bulqakovun “Ağ qvardiya” 
romanından sətirlərin səhnəarxası səslə oxunması anonimlik 
yaratmaqla gözönü hadisələrin qavrayışına mane olmaya bil-
mir. Tamaşanın finalında ümumi bəlaya qarşı birləşən mə-
nəviyyatlı insanların vətənin müdafiəsinə deyil, (halbuki 
modernizm cərəyanında “ən güllü - çiçəkli vətən torpağı 
belə bir insanın ölümünə dəyməz”. A.D.) avtoritarlığa yö-
nələn: “İlahi, çarı hifz et!” xorunun sədaları altında məhvə 
getmələri isə katarsis yarada bilir.  
Cənnət Səlimovadan bir il sonra bu əsərə quruluş ve-
rən V.F.Komissarjevski adına Leninqrad dramatik teatrı-
nın baş rejissoru,  Ruben Aqamirzyanın: “Turbinlərin gün-
ləri” arzusu məni narahat etməkdə davam edirdi. Emosi-
yalı  təkan gərək idi. O, da necə deyərlər, gözlənilməz 
tərəfdən gəldi. Düşünürəm ki, bu da olmasa başqa birisi 
olardı. Mən artıq “qaynamaq nöqtəsinə” gəlmişdim. Kə-
miyyət keyfiyyətə keçməli idi”
110
 düşüncələri əslində mə-
nəviyyat kasadlığından zinhara gələnlərin daxili monolo-
qunu səciyyələndirirdi. Vaxtilə bir zümrə kimi məhv edi-
lənlərin cücərtiləri mənəviyyatın ölkənin yad ərazilər he-
sabına genişləndirməkdən vacibliyini dərk edirdilər ki, bu 
da sovetlər birliyinin çöküşünə aparan zəminin hazırlan-
ması idi. Və bu yolda müəllimlərimizdən birini bir addım 
da olsa qabaqlayan Cənnət Səlimova vətəndaş mövqeyini 
də ortaya qoyur. 
                                    
*** 
Xalq yazıçısı İlyas Əfədiyevin “Büllur sarayda” pye-
sinə Cənnət Səlimovanın 1984 – cü ildə verdiyi quruluşda 
da,  ömrünü pula həsr etmiş var-dövlət; səkkiz otaqlı mənzil, 
                                                 
110
 Р.С.Агамирзян. Время, театр, режиссор. М., 1987. с.295. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə