Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə45/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   41   42   43   44   45   46   47   48   ...   71

Aydın  Dadaşov 
 
 
140 
dırılması müqəddəs məkana ziyarətə əngəlləri önə çəkməklə 
əsas problemi unutduraraq “Mən deyirəm ki, bütün Qafqaz 
vilayətində bizim Danabaş kəndi kimi məzəli kənd yoxdur” 
cümləsi ilə  bədirlənən realist komediyanı mistik simvol-
çuluğa yönəldir. Əsas ziddiyyət törədən qadın hüquqsuzluğu 
istər – istəməz arxa plana atılmaqla rüşvətxorluq, məmur 
özbaşnalığı kimi bir neçə problem sanki dini motivin həllinə 
yönəlir. Xeyir – şər qarşıdurmasının çoxsaylı personajlar 
arasında janr kontekstində  dəqiq bölünməməsi dramaturji 
strukturda çaşqınlıq yaradır. Belə ki, İzzət,  Şərəf, Gülsüm, 
Zeynəb, Fizzə, Ziba kimi günahsız qurbana çevrilən 
qadınlardan, qızlardan tutmuş, Məhəmmədhəsən  əmiyə, 
azyaşlı oğlu Əhmədə, Vəliquluya qədər, zorakılığın timsalı 
Xudayar bəyə rəvac verən Qazıdan, Kərbəlayi Cəfərə, Molla 
Məmmədquluya, Kərbəlayi  İsmayıla, Qasıməliyə qədər hər 
kəs digərinin dramaturji yükünə  şərik olaraq janr qarışığı 
yaratmaqla ümumi balansı pozur.  
Bütövlükdə aktyor oyununa diqqət çəkərkən tamaşanı 
zinətləndirən  Şövqi Hüseynovun janra sədaqət və peşkar 
üslub göstəriciləri hesabına  əhlikef Qazını  mərkəzi fiqura 
çevirmək bacarığını Eji Qratovskinin: “Kasıb teatrda 
aktyorun sifət  əzələləri hesabına yaratdığı maskanı bütün 
tamaşa boyu daşımalıdır. Eyni zamanda vəziyyətlə əlaqədar 
olaraq bədən hərəkət etdikcə maska ümidsizliyi, əzabı, 
laqeydliyi ifadə edir. Aktyor özünü çoxaltdıqca, eyni vaxda 
onda bir neçə varlıq canlandıqca o rolu plafonik oynayır”
132
 
formulasına uyğunluğunu görməmək mümkün deyil. 
Personajının təqdimatında demokratiyanın sənət ekvivalenti 
olan postmodernizmin parçalanmış güzgü estetikasını 
yaşatmaqla, mövcud dəyərləri  ələ salmaqla, qənd, kitab, 
                                                 
132
 Ежи Гратовский. К ведному театру.  М., 2009. с.80. 


Rejissorluğun üslub problemləri 
 
 
141 
qələm kimi əşyalardan bacarıqla istifadə etməklə  hər bir 
kəlməsinə yeni çalar verərək, xüsusən mətni deyil, niyyəti 
önə  çəkə bilən  Şövqi Hüseynovun rişxəndləri, plastikası, 
him – cimi savadlı oyunun təntənəsinə çevrilsə də, şərin şər 
tərəfindən cəzlandırılması bu personajı ideya daşıyıcısına çe-
virə bildiyindən  əsərin mənsub olduğu satirik komediyanın 
möhürünü yaşadan parlaq epizodlar bir aktyorun teatra 
çevrilməklə janrdan uzaqlaşan ümumi kontekstin zəifliyini 
qabardır. Və  əlbəttə ki, səhnədə aktyorların  əksəriyyətinin 
gülüşə deyil, göz yaşlarına meydan verməsi janr təyinatını 
pozmaqla gerçəkliyin obrazlı modelini dağıtmaya bilmirlər.  
Əsərin  əsas personajı sadə azərbaycanlının tipik 
nümayəndəsi Məhəmmədhəsən  əmi rolundakı, Kərəm 
Hadızadə daxili monoloquna bir an belə ara vermədən 
personajının daxili  təmizliklə süslənən avamlığını verə bilir. 
Onun dublyoru düşünən aktyor kimi özünü təsdiqləmiş 
Nofəl Vəliyevin oğlu və arvadı ilə lavaşla qatıqdan ibarət 
şam süfrəsində, yadda qalan acı gülüşləri istisna olmaqla 
digər epizodlarda göz yaşları tökməsi isə Stanislavskinin: 
“Aktyor səhnədə ağlayanda, tamaşaçı istər – istəməz gülür. 
Əsl sənət odur ki, tamaşaçını gülə - gülə  ağladasan” 
deyiminə tərs mütənasibdir. İzzət rolundakı Gülər Nəbiyeva 
isə  ağlaşma qurmadan personaj müxtəlifliyi yaradaraq 
informasiya gerçəkliyini təmin etməklə bərabər ərinə sərtlik, 
oğlu  Əhmədə mehribançılıq göstərsə  də, təəssüf ki, əsərin 
komediya janrından kənarda qalır. Rəqsi ilə yadda qalıb, 
kasıbçılıqdan varlılığa qədərki çevrilmələri uğurlu olub, 
durna çırağını söndürməklə bir ailəni kor qoyduğunu obrazlı 
göstərən Xudayar bəy rolundakı İlqar Cahangirov personajı-
nın  əksər məmurlara xas zalımlığını, mənəviyyatsızlığını 
məharətlə göstərir. Bu rolun tipajlılığını təəssüf ki, teatrdan 
uzaqlaşan Xaqani Əliyev də bacarıqla aça bilirdi. Kərbəlayi 


Aydın  Dadaşov 
 
 
142 
Cəfər rolundakı Seyidşah Məmmədov personajının acgöz-
lüyünü, pulgirliyini əməli fəaliyyətdə göstərir. Vəliqulu ro-
lundakı Kazım Həsənquluyevin uğurlu ifası tamaşaçı yadda-
şına həkk olunur. Müəllif mətninin daşıyıcısına çevrilən, 
daxili monoloqu bir an belə pozulmayıb, plastik cəhdləri 
nəzərdən qaçmayan aparıcılardan,  İmaməddin Həsənovla 
Toğrul Rzayev
  
diqqəti cəlb etsələr də, mətnləri hədsiz çox 
olan bu personajlar istər – istəməz  əsərin radiotamaşaya 
çevrilməsinə  səbəb olsa da,  vaxtilə “Tədris” Teatrının 
səhnəsində pedaqoji funksiyasını  uğurla yerinə yetirən 
“Məkkəyə gedən yol” tamaşası mükəmməl rejissor yozumu, 
aktyor oyunu ilə təsdiqləndi.  
                                  
*** 
Rüstəm İbrahimbəyovun “Şirə bənzər” pyesinə Cən-
nət Səlimovanın 1992-cıi ildə verdiyi quruluş psixoloji 
dram janrının Kamera Teatrının səhnəsinə  gəlişindən xə-
bər verdi. Başı daim elmi işinə qarışmış Muradın (Seyid-
şah Məmmədov) ailəsi, yeddi yaşlı oğlu olmasına baxma-
yaraq, birgə çalışdığı dostu Saşa Abramyangildəki məclis-
də təsadüfən tanış olduğu akrobat Lenaya (İlahə Rəşidova) 
vurulması psixoloji dram janrında həllini tapır. 
Əsas dramaturji hadisədə qılıncoynatma üzrə məşqçi 
əri Ramizdən (Şövqi Hüseynov) yenicə boşanmış Lenanın 
ağır çemodanını iki otaqlı  mənzilə  gətirən Muradın qapı-
nın zənginin çalındığı  məqamda gizlənməsi dramatizmi 
artırır. Ramizin evlənmək istədiyi daha gənc Lilya  ilə çı-
xıb getdikdən sonra, gizləndiyi otaqdan çıxan Muradla da-
vam edən söhbətdə artıq üçüncü ərindən boşandığı üzə çı-
xan Lenanın  şəxsi həyatının çözülməsi psixoloji portreti 
canlandırır. Belə ki, Krasnodardan Bakıya gəlib Volo-
darski tikiş fabrikində çalışmaq istəyən Lenanın yolda 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə