Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə43/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   39   40   41   42   43   44   45   46   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
133 
proyeksiyası hesabına sualtı aləmin səhnədə canlandırıldığı 
“Çar Vodakrut”, Aleksandr Puşkinin “Çar Saltan haqqında 
nağıl”, Sergey Mixalkovun “Üç donuz balası”  şeirləri 
əsasında uşaqlar üçün nağıl tamaşalara quruluş verəndə  də 
Cənnət Səlimovanın dramaturji qanunların tətbiqini önə 
çəkməsi səmərəli nəticə verdi. Bu tamaşalar nəinki uşaqlarla 
böyüklər, hətta ifaçı aktyorlar üçün bayram əhval – ruhiyyəsi 
yaratdı. 
Onun yaratdığı tamaşalar ilkin ədəbi mənbənin mövzu, 
struktur, üslub, janr baxımından təhlili hesabına peşəkar 
səhnə yozumunu qazana bildi. Beləliklə Azərbaycan Dövlət 
Rus Dram Teatrında Cənnət Səlimovanın quruluşçu rejissor 
kimi çalışdığı dövrü repertuar seçimi, peşəkar üslubun 
tətbiqi və  bədii ifadə vasitələrinin zənginliyi baxımından 
səhnə sənətimizin inkişafında mühüm mərhələ hesab etmək 
olar.  
28 noyabr 1968-ci ildə  çıxan “Sovetskaya kultura” 
qəzetindəki “Hərəkətin çətinliyi” məqaləsində müxbir N. 
Moisenkonun suallarını cavablandıran, Moskva Pedaqoji 
İnstitutunun məzunu, Az. KP. MK-nın məsul işçisi Cəfər 
Cəfərovun: “Partiyasız və xalqsız əsərlər bədii, istedadlı ola 
bilməz!”  şüarı cilovların yenidən çəkilməsindən, ilıqlaşma 
dövrünün başa çatmasından xəbər verir. Cəfər Cəfərovun 
dilindən səslənən: “Təbiət etibarilə teatr kollektiv sənətdir. 
Məsələn R.Simonov, Y.Zavadski teatrı deyirlər, ancaq bir 
adamın teatrı ola bilməz. Rejissorun yaratdığı onun 
möhürünü daşısa da, o müstəqil ola bilməz”
126
 cümlələri 
əslində kollektivçiliyi önə  çəkməklə  fərdi üslubun qarşısını 
kəsən ideoloji qadağalara meydan verir.  Deməli, öz sevimli 
müəllimi Cəfər Cəfərovun dilindən səslənməklə sosrealizm 
                                                 
126
 N.А.Моисеенко. Сложности движения. г. Советская культура. 29-11-1968. 


Aydın  Dadaşov 
 
 
134 
ideologiyasını bəyan edən qadağa  ölkədəki digər sənətkarlar 
kimi Cənnət Səlimovanı da buxovda saxlamaqla daxili 
azadlığının təzahürünə imkan vermirdi. 
17 mart 1979-cu ildə çıxan “Baku” qəzetindəki “Rejis-
sorun bədii təxəyyülü” məqaləsində: “Cənnət Səlimovada 
obrazların yaranması, epizodların birdəfəlik həlli, mizansəh-
nədən tutmuş tamaşanın xırda detallarınadək hazır reseptlər 
yoxdur”
127
 yazan teatrşünas Veta Nadirovanın fikirləri yenə 
də mübahisə doğurur.  Əksinə, Cənnət Səlimovanın 
yozumu mücərrəd vergiyə, istedada, qablaşdırılmayan 
hissiyyata deyil, aldığı mükəmməl təhsilə, teatr tarixinin 
sınağından çıxan nəzəri  əsaslara, çoxsaylı tamaşalarla 
illərdən bəri cilalanan təcrübəyə söykənir.      
Əbəs deyil ki, 17 yanvar 1939-cu ildə dramatik teatr 
rejissorları kursundakı mühazirəsindəki: “Bizlərdən kimsə 
rejissor işini  əsas etibarı ilə kiminsə çox ilhamla gəlib 
aktyorların qarşısında öz düşüncələrinin məhsulunu  
səpələməsi, cilovlanmayan fantaziya sahəsi  kimi başa 
düşürlər; o öz sahəsi, xüsusən rejissorluq üzrə hər şeyi bilir, 
erudisiyalıdır, həmişə dolu gəlir. Ancaq belə bilirəm ki, 
bizim işimizdə düşünməkdən, Peqasın (ilham pərisinin 
A.D.) üzərinə oturmazdan əvvəl nəzərə almaq lazımdır ki, 
rejissorlar (par exselence) təşkilatçıdırlar.  Əgər biz 
təşkilatçıyıqsa, əgər biz istehsalat mühəndisiyiksə, onda biz 
təşkilat məsələlərinə dair biliklərə  də yiyələnməliyik və 
təşkilatın zarafat olmadığını bilməliyik. Tamaşaya da təşkilat 
işi kimi baxmaq gərəkdir. Onda yeni insan növü yaranır. 
Bizə məlum olduğu kimi mühəndis diletant ola bilməz, belə 
ola bilməz ki, dəqiq ölçüb – biçməyə imkan yaradan, yaxşı 
işlənmiş layihə, yaxşı işlənmiş çertyojlar, baş plan olmasın” 
                                                 
127
 В.Г.Надирова. Художественное мышление режиссора. г. Baku. 17-03- 1979. 


Rejissorluğun üslub problemləri 
 
 
135 
fikirlər də avtoritarlığa xas şifahi göstərişlərin deyil, peşəkar 
üslubda işlənməklə tamaşanın görünən və görünməyən tərəf-
lərini yazılı şərh edən partituranın vacibliyini təsdiqləyir. 
 1980-cı ildə  çıxan “Teatr” jurnalının 9-cu sayındakı 
“Qocalmaq və yeniləşmək” məqaləsində Azərbaycan Dövlət 
Rus Dram Teatrının da tamaşalarını  təhlilə  cəlb edən 
teatrşünas Leonid Velixovun: “Təcrübəli, özünü təsdiqləmiş 
rejissor Cənnət Səlimovanı aktyora, onun daxili aləminə, 
hissiyyatına və zəkasına diqqət çəkən psixoloji teatr cəzb edir. 
O, rejissor gücünü və ifadə vasitələrini  aktyorlarla çalışmağa 
yönəltməklə öz yozumunu pyesə tətbiq edir”
128
 yazmaqla bu 
sənətkarın istər-istəməz sosrealizmin təzyiqinə  məruz qalan 
fərdi deyil, yiyələndiyi peşəkar üslubundakı  əsas məqamı 
səciyyələndirir. Ancaq nəzərə almaq gərəkdir ki, sənət 
cəbbəxanasını  səciyyələndirən peşəkar üslubundan fərqli 
olaraq demokratiyanın sənət ekvivalenti sayılan modernizm 
cərəyanı  və onun psixoloji – dram janrı yalnız sənətkarın 
daxili azadlığının göstəricisinə çevrilən fərdi üslubun 
hesabına yarana bilərdi. “Şəxsi göstəriciləri dövlət və onun 
ideologiyasına tabe etdirən alman faşizmi və stalinizm 
totalitar rejimdir. Ənənə kultunu önə çəkən  totalitarlıq istər - 
istəməz müəllifin fərdi üslubunun, daxili azadlığının məhsulu 
olan modernizmə qarşı  çıxır”
129
 yazan  nəzəriyyəçi Umberto 
Eko  əslində demokratiya və bazar iqtisadiyyatının sənət 
ekvivalenti sayılan ictimai üslubun geniş yaradıcı imkanlarını 
da vurğulayır. Cənnət Səlimovanın Azərbaycan Dövlət Rus 
Dram Teatrında çalışdığı dövr, ötən  əsrin  60 – cı illərinin 
“ilıqlaşma” dövrünə düşməyib, stalinizmi dolayı yolla yaşa-
dan “donuqluq” dövrünə düşdüyündən marksizm – leninizm 
totalitarizmini yaşadan sosrealizm qüvvədə olduğundan, 
                                                 
128
 Л.Ю.Велихов. Стареть и обновляться. ж. Театр. 1980. №9. с. 38. 
129
 Умберто Эко. Вечный фашизм. М., 2003. с. 71. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə