Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə51/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   47   48   49   50   51   52   53   54   ...   71

Aydın  Dadaşov 
 
 
158 
gəlişi Amaliyanı sevindirsə də, sənətdən ayrılmaq təhlükəsi 
ilə üzləşən  ərini məyus edir. Elə bu məqamda Köməkçisi 
(Mətləb Səfərov) ilə gəlib çıxaraq musiqi alətləri mağazası-
nın gəliri ilə maraqlanan maliyyə xəfiyyəsi Alfredonun (No-
fəl Vəliyev) qorxudan gizlənən Don Rafaellonu yüz min dol-
lar beh verməklə xarici ölkələrə qastrollara aparmağa qərar 
verməsi gerçəkləşən xəyalların təntənəsinə çevrilir. Hamının 
şənləndiyi vaxtda geriyə qayıdan Köməkçinin ruhi xəstə 
olan Alfredonun özünü musiqiçi saydığını, verilən dollarla-
rın sadəcə kağız parçaları olduğunu bildirməsi gözönü hadi-
sələri əvvəlki məcraya qaytarır. Öz dərdlərini oynamaqla fər-
di üslublarını üzə çıxaran aktyorların həvəslə, birnəfəsə oy-
nadıqları bu tamaşa bədii informasiyanın fasiləsizliyi ilə də 
yadda qalır. 
                                 
*** 
Cəfər Cabbarlının Cümhuriyyət dövrünün məişət 
dramlarının möhürünü qismən daşıyan “Aydın” (2007) 
pyesində inqilablara rəvac verən sosial məzmunlu bütöv 
hissələri və onlarla əlaqədar personajları ixtisara salmaqla 
mətnə  əlavələrlə  (əsərin bədii emal prosesinin redaktoru 
İlqar Fəhminin iştirakı ilə) cəsarətli addım atan Cənnət 
Səlimova tamaşanın müasir modelini qura bildi. Əsərdə 
“Varlı, həşəmətli” və  hətta Çingiz xan Napaleon kimi 
məşhur olmaq iddialı “Səbətlər bucağında yaşayıb, hər 
çiçəkdən bir şəhd almaqdan böyük səadət yoxdur” de-
məklə ismət-namus al-verçisi, Dövlət bəyə bəraət vermək-
lə mövzuya deyil əks mövzuya işləməklə ideyanı mücər-
rədləşdirən, “Bütün bəşəriyyətə, adətlərə, qanunlara, kai-
nata, aya, günəşə, ulduzlara hətta tanrının özünə qarşı” çı-
xan sərsəri Aydının tamaşada şeirlərin hesabına incə ruhlu 
şairə, romantik deyil, realist teatrı  dəyərləndirən Oktay 


Rejissorluğun üslub problemləri 
 
 
159 
Eloğlu timsallı aktyora çevrilməsi haqqını ödədiyi Mirzə 
Cavadın  şeirlərində adına kitab açmaqla Balaxanın müa-
sirləşdirilməsi və xüsusən əsərin pulun puçluğuna sevginin 
əbədiliyinə yönələn ideyasının obrazlı qabardılması ilkin 
ədəbi mənbəyi yaradıcı müdaxilənin müsbət nəticəsidir. 
Qəflətən varlanmaqla feodal əxlaqından uzaqlaşmağa 
imkan tapmayıb özlərini fahişələrə, qumara, içkiyə  həsr 
edən Dövlət, Balaxanı, Novruz kimi dırnaqarası bəyləri öz 
dilləri ilə ifşa edən mətnin əlavəsi məqbul göründü. Pyesə 
müdaxilə etdiyinə görə mətbuatda tənqid edilən, hətta Cə-
fər Cabbarlının ailəsi üstünə qaldırılan Cənnət Səlimova 
əslində haqlı olduğunu təsdiqlədi.  Nə etdisə    tamaşanın, 
beləliklə də Cəfər Cabbarlının xeyrinə etdi.  
Tamaşada şair ruhlu məhəbbət qurbanı Aydın rolun-
dakı Şövqi Hüseynovun tükənməz bioenerjisi hesabına ro-
mantik qəhrəmanının əzablarını sərt boyalarla göstərə bil-
məsi də rejissorun tapdığı, aktyorun inkişaf etdirdiyi, 
tamaşaçıya yönələn dəqiq mizanlar, plastik ifadələr, detal-
lar müstəsna  əhəmiyyət daşıdı. Gültəkin rolundakı, hələ 
tələbəliyində zahiri gözəlliyi ilə seçilən, tibb bacısı kimi 
Qarabağ müharibəsində  iştirak etməklə  vətənpərvərliyini 
göstərən, döyüşlərdə tapdığı həyat yoldaşı şəhid olduqdan 
sonra yeganə qızı ilə əzablara dözən Simuzər Atakişiyeva 
personajının Aydınla, Dövlət bəylə aralarında yaranan 
dəyişkən psixoloji durumunu səhnədə  uğurla yaşamaqla 
fərdi üslubunu ortaya qoydu. Zənginliyi ilə qürrələnib
mənəvi borc hissini unutmaqla iflasa uğrayan Dövlət bəy 
rolundakı Seyidşah Məmmədov dünyaya meydan oxuyan 
personajının sınmasını göstərə bildi. Və beləliklə Aydın, 
Gültəkin, Dövlət bəyin  melodrama üçbucağı yeni dəyər 
qazandı. Bununla belə melodrama üçbucağında günahsız 
qurbana çevrilən  Gültəkinin mərc nəticəsində bəlalara dü-


Aydın  Dadaşov 
 
 
160 
çar olmasının unudulması strukturu pozmaya bilmədi. Bəy-
lərin kazinodakı mərclərinin məktəbliyə çevrilməklə zidiy-
yəti kəskinləşdirən Susannaya tətbiqi isə lüzumsuz görünür. 
Əlbəttə Susannanın məktəbli kimi təqdimatı, namus 
alverçilərinin günahı gözönü hadisədə göstərilsə  də, bu 
“günahsız qurbanın” səhnəyə qayıdarkən zahirən tamamilə 
dəyişməsi tamaşaçıda çaşqınlıq yaradır. Halbuki Balaxanın 
Susannanın məktəbli çantasını və ya geyimini başı üzərində 
hərləyərək kənara atması təəssüratı gücləndirə bilərdi. 
Tamaşada yalnız maddiyyatdan ibarət Böyükxanımın 
səthiliyi Gülər Nəbiyevanın ifasında məharətlə çözülür. 
Gültəkinə vurulması və istehsal səhnələri ixtisara düşsə də, 
haqq-ədalətin bərpasına cəhd göstərən Surxay rolundakı 
Aydın Dəmirov  əsas gücünü ilk epizoda qoymaqla 
sonradan soyusa da, dördüncü divarla əlaqəni bəzən unutsa 
da, personajının missiyasını sona çatdıra bilir. Günahsız 
qurbanla varlı kişilərdən daha çox pul qoparmaq niyyətləri 
arasında qalmaqla ikiləşən Susannanı oynayan İradə 
Rəşidova üstünlüyü ikinciyə verməklə personajını istər-
istəməz neytrallaşdırır. Dövlət bəyin əlaltısı  Ləzgi Qurban 
rolundakı Yusif Dadaşov oynadığı personajın tipajlılığını 
əldə edə bilir. Ev sahibini oynayan Emin Sevdimalıyev per-
sonajının təqdimatında dinamik inkişaf yaratmağa nail olur.  
 Rejissor yozumunda kazinoda belə  əyyaşlığa meyl 
göstərməyən, hətta Gültəkinə olan sevgisini də tutarlı  də-
yərlərlə sübuta yetirməklə müsbət çalarlar qazanaraq tama-
şaçıda rəğbət oyadan Dövlət bəy mənaca  yeniləşdirilsə də, 
dramatik baxımdan mahiyyətcə itirilir. Bütövlükdə isə 
tamaşaçıların ixtiyarına verilən yeni bir yozum Cəfər Cab-
barlı dramaturgiyasını gündəmdə saxlayır.                                               
                                  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə