Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə47/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   43   44   45   46   47   48   49   50   ...   71

Aydın  Dadaşov 
 
 
146 
güclü Teymur ağanın ziddiyyəti fabula mexanizmini yara-
dır. Köhnə  vəzirin oğlunu özünə mirzə götürən Teymur 
ağanın Mirzə Həbiblə ziddiyyəti süjet xəttində də olsa üzə 
çıxır. 
 Ədəbi informasiyanın fasiləsizliyini təmin edən 
tamaşada rejissor dəsti – xətti həmən hiss olunur və bütöv-
lükdə ayrı–ayrı personajların etüdlərə uymaları özünü 
doğruldur. Personajların cilalanmasında xüsusən, tərəf-
müqabilləri ilə ünsiyyət quran, etüdlərdən yararlanan
detallardan bacarıqla istifadə edən, məsələn papağın 
timsalında namusun əldən getdiyini göstərə bilən  Şövqi 
Hüseynov tamaşanın mərkəzi fiquru missiyasını qoruyur. 
Xan rolundakı  İlqar Cahangirovun mənasız təkəbbürü, 
yekəxanalığı ilə paralel yelbeyinliyi özünü doğrultsa da, 
onun dublyoru Kərəm Hadızadənin personajını arabir 
karikaturaya çevirməsi nəzərdən qaçmır.  Tamaşada xid-
mət göstərmək üçün əldən gedən Hacı Salah, əzilib-büzü-
lən Xacə  Məsud, nadan, fırıldaqçı  Həkim kimi bir neçə 
personajı ifa edən Seyidşah Məmmədov, yeri gəlmişkən 
nadan, fırıldaqçı Həkimə osmanlı fəsi geyindirilməklə gu-
ya Türkiyədə təhsil aldığına işarə vurulması lüzumsuz gö-
rünür. Şölə xanım rolundakı (Leyli Şərifova) Ziba xanım 
(İradə  Rəşidova), Nisə xanım (Gülər Nəbiyeva) kimi 
müəllifin ustalıqla yaratdığı qadın personajları tamaşanın 
strukturunu bacarıqla təqdim etsələr də, bütöv bir epizod-
da onların birləşərək Vəziri cəzalandırmaları hadisələri 
çoxarvadlılığa qarşı yönəltməklə  əsərin  əsas problemini 
haçalandırır. 
 Tamaşada rejissorun Aparıcı (Nofəl Vəliyev) rolunu 
struktura  əlavə etməsi tamaşa içində tamaşa yaratmaqla 
hadisələrin inkişafını  ləngidir. Tamaşanı idarə edərkən 
Həkimin verdiyi rüşvətin Xana çatdırılması prosesində 


Rejissorluğun üslub problemləri 
 
 
147 
iştirakla ideya daşıyıcısı funksiyasını da itirən Aparıcının 
tamaşaçı ilə deyil, yalnız aktyorlarla ünsiyyətə girməsinin 
istər – istəməz bu personajı ən yaxşı halda daim iradlarını 
bildirən, bəzən ifanın yenidən təkrarlamasını, vurğuların 
qabardılmasını  tələb edən rejissora çevirir ki, nəticədə 
dramatizmlə bərabər vizuallıq da itirilir. 
4 oktyabr 1987-ci ilin “Kommunist” qəzetindəki 
“Təzə repertuar, təkrar nöqsanlar” məqaləsində: Hüseyna-
ğa Atakışıyev “Lənkaran xanın vəziri” komediyasında 
meydan teatrı prinsipində hazırlayıb.  Əslində, pyesin 
mövzu və süjet qurumu belə bir forma üçün əsas verir. Re-
jissor “göstərmə” oyun prinsipini əsaslandırmaq, söyləmə-
rəvayətə rəvac vermək üçün tamaşaya aparıcı obrazı əlavə 
edib. Onun funksiyası nə vaxtsa baş vermiş hadisəni nəql 
etməkdən və olmuş hadisənin “oyununu” çıxarmaqda 
aktyorlara (meydan teatrının təbirincə desəm, məsxərəbaz-
lara) kömək durmaqdan ibarətdir. Məhz bu nöqtədə  və 
umumiyyətlə, aparıcı ilə bağlı bütün səhnələrdə rejissor ta-
maşa üçün vacib olan estetik prinsipi-məkan-zaman bağlı-
lığını pozub.
135
 yazan teatrşünas İlham Rəhimli də, bu əla-
vənin lüzumsuzluğunu göstərir. 
Teymur ağa rolunda ən azı zahiri dinamikası ilə yad-
da qalan Hamlet İsayevi əvəzləyən Aydın Dəmirov, ümu-
miyyətlə tamaşada sona qədər çözülməyən bu personajın 
ifasında tamaşaçı ilə ünsiyyətə girməməsi nəzərdən qaç-
mır. Bu məqamda “Səhnənin güzgüsü” kitabının “Aktyor-
la iş” bölməsində: “Müasir oyun üsulu tamaşa prosesində 
tamaşaçının mütləq iştirakını  nəzərdə tutur” yazan 
 
G.A.Tovstonoqovun: “Bir saniyə belə tamaşaçıya imkan 
vermək olmaz ki, aktyorun bax indicə  nə edəcəyini ön-
                                                 
135
 İ.Ə.Rəhimli.  Seçilmiş məqalələr. B., 2008. s. 46. 


Aydın  Dadaşov 
 
 
148 
cədən tapa bilsin ”
136
 kimi kütləni idarə etməyə imkan ve-
rən peşəkar üslubun formalaşmasına yardım edən 
tövsiyyələri yada düşür. 
 Dəniz gəzintisində batan Xanın yerinə hakimiyyətə 
gələn Teymur  ağanın iş prinsipinin deyil, toy mərasiminin 
önə  çəkilməsi ilə  təməl prinsipinin pozulması  nəzərdən 
qaçmır. Bununla da avtoritarlığa qarşı barışmazlığını pye-
sin son cümləsindəki: “Teymur xan sağ olsun!” kəlmələri 
ilə bəyan edən ədibin: “Getdim ki, görüm bu necə xandır, 
gördüm ki, haman hamandır” prinsipinin pozulmasına 
səbəb olur. Unutmaq olmaz ki, Azərbacanda maarifçi 
demokratiya ideyalarının ilk təşəbbüskarı M.F.Axundov 
azadalığı, realist nəsrimizin ilk nümunəsi olan “Aldanmış 
Kəvakib” (yaxud Hekayəti Yusif şah) povestində  Şah 
Abbası  mənfi qəhrəman kimi göstərərək xalq içərisindən 
çıxan ağıllı, tədbirli Yusif Sərracı onun yerinə hakimiy-
yətə  gətirməklə  ədalətli  şah meyarına üstünlük verirdisə, 
ədibin səkkiz il sonra yazdığı “Kəmalüddövlə məktubları” 
fəlsəfi  əsərində artıq “mükəmməl xalq” məfhumunu önə 
çəkərək insan hüquqlarına söykənən cəmiyyətin yaradıl-
masını vacib sayması  şübhəsiz ki, okeanın o tayında baş 
verən demokratik dalğanın təsirindən idi.  
                                      
*** 
1 yanvar 1877-ci ildə Mirzə Fətəli Axundovun Həsən 
bəy Zərdabiyə  məktubundakı: “Vəqta ki, şəhərlərdə, 
kəndlərdə  və obalarda xanzadəmiz, bəyzadəmiz, 
sövdəgərzadəmiz,  əkinçilərimiz, sərkarlarımız, çobanları-
mız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza qəzet 
alıb neyləsinlər? Cırsınlar və tollasınlar? (...) Sənin 
                                                 
136
 Г.A.Товстоногов. Зеркало сцены. М., 1980. т. 1. с.231. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə