Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə29/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   25   26   27   28   29   30   31   32   ...   71

Aydın  Dadaşov 
 
 
90 
““Şeyx Sənan” tamaşasındakı  Sənan obrazı Murad 
Yegizarovun indiyə  qədər yaratdığı rolların zirvəsidir. O, 
xarici görkəmindən gözəl və yaraşıqlıdır. Təsadüfi deyildir 
ki, Zəhra da, Xumar da, ilk baxışdan ona vurulur. Aktyor 
obrazın daxili və xarici aləmini çılpaqlığı ilə tamaşaçıya çat-
dıra bilir. Obrazın çoxşaxəliliyi onun təmizliyində, vurğunlu-
ğunda, emosional gücündə özünü biruzə verir”
83
 təriflərinin 
əslində quruluşçu rejissora da aid olması şəksizdir.  
Tamaşada nəğmələrinin ifaları ilə dramatizmi istər-
istəməz itirən Xumar rolundakı  həm Larisa Xələfova, həm 
Nataşa Bagirova yaranan mətn məhdudluğuna, daha doğrusu 
deformasiyasına baxmayaraq personajlarının sevgi yolunda 
canından keçmək bacarığını göstərə bilirdilər. Hadisələrin 
inkişafında müstəsna rol oynayan Dərviş rolundakı 
K.Q.Adamov möhtəşəmliyi faciəviliyi göstərsə  də onun 
dublyoru A.Q.Markatun bir az əsəbiliyi ilə yadda qalırdı.  
 “Sənanın tərəddüdlü, ziddiyyətli fikirləri doğrudan da 
Dərvişlə ilk görüşdən sonra alt-üst olmuşdur. O Sənanın 
mücərrəd mülahizələrini dəyişdirmişdir. Ona görə də rejissor 
dünyanın ağır yollarından keçmiş, din və xurafatların 
yaratdığı dəhşətləri gözü ilə görmüş Dərvişə tamaşada geniş 
yer verməli idi. Təəssüf ki, rolun hər iki ifaçısı A.Markatun 
və  K.Adamov obrazın dərin, mürəkkəb aləminə daxil ola 
bilmirlər. ”
84
 cümlələri ilə həmkarının yozumunda haqlı irad 
tutan Ağakişi Kazımov ifaçıların səhvlərini göstərmək 
istəmir. Yeri gəlmişkən Cənnət Səlimova mütəxəssislərin 
qeydləri ilə  bərabər həmkarının bu iradını da uzun illərdən 
sonra Kamera Teatrında yenidən qayıtdığı  “Şeyx Sənan” 
tamaşasında aradan qaldıracaqdır.  
                                                 
83
 A.Q.Babayev. Xoşbəxt sənətkar. Bakı q. 06-01-1986. 
84
 A.Ш.Kazımov  Şeyx Sənan. Bakı q. 12-01-1984. 


Rejissorluğun üslub problemləri 
 
 
91 
Azərbaycan Dövlət Rus Dram Teatrının “Şeyx Sənan” 
tamaşası isə uzun müddət repertuarda qalmaqla yanaşı 
keçmiş sovetlər birliyinin onlarca şəhərlərində, o cümlədən 
Leninqraddakı Aleksandrinski teatrında sürəkli alqışlar 
qazanması uğuru səciyyələndirir. 
                                
*** 
Aleksandr Qalinin ölkənin 60-dan çox teatrlarında 
tamaşaya qoyulmuş yaşlılara mərhəmət  problemini diqqət 
mərkəzində saxlayan “Retro” pyesi əsasında Cənnət 
Səlimovanın 1983 – cü ildə verdiyi quruluş əsərin qocalara 
mərhəmət çağırışının bədii həllini verir.  
Rəssam Vladimir Qlebobiç Serebrovskinin tamaşanın 
obrazına işləyən dekorunda qaranlığı yarıb keçən işıq zolağı 
altında qədim mebellər arasında peyda olan qoca Nikolay 
Mixayloviç Çmutin rolundakı Sergey Yakuşevin öz həyatın-
dan, sevgisindən, Moskvaya, qızının yanına  necə gəlib düş-
məsindən söz açması əslən Kurskdan olan bu qocaya rəğbət 
hissi yaradır.  Moskvada uşaq idman məktəbinin direktoru 
olan qırx yaşlı etinasız qızı Lüdmilanın (D.İ.Tumarkina)  ya-
nında yaşamağa məcbur olmaqla xidmətçiyə çevrilən tənha 
Çmutin Nikolay Mixayloviçin dözülməz vəziyyəti azadlığı 
uğrunda mübarizəsi pyesin ana xəttini təşkil edir. Antikvar 
sənət  əsərləri ilə  bəzənmiş  mənzildəki maddi zənginliyin 
mənəvi yoxsulluğu  əvəz edə bilməməsi diqqət mərkəzinə 
gətirilir. Əlbəttə ki, Lüdmilanın mənəvi qüsurlarında ailədə 
aldığı  təlim-tərbiyədəki boşluqların üzə  çıxması  nəsillər 
arasındakı  əlaqənin vacibliyini diqtə edir. Lüdmilanın  əri 
tarixçi olsa da, antikvar mağazada işləməklə işgüzar adama 
çevrilən Leonidin də vaxtilə ailə nəvazişindən kənarda qal-
ması  mənəvi bəlaların  əsas səbəbi kimi göstərilir. Kürəkən 
Leonidin qaynatası üçün tənha qarılar arasından gəlin seçmə 


Aydın  Dadaşov 
 
 
92 
mərasimi tamaşanın  əsas gözönü epizodunu diqqət 
mərkəzinə  gətirir. Keçmiş balerina Roza Aleksandrovna 
Pesoçinskaya yazıq bacısı kimi yatıb ayılmamaqdan 
qorxması ölüm xofunun vizual həllini R.S.Ginzburq 
bacarıqla yaradır. Nina İvanovna Verenkova rolundakı 
Q.B.Koltunova zahirən kobud görünsə  də daxilən rus 
qarılarına məxsus mülayimliyi bacarıqla göstərə bilir. Həssas 
qəlbli ziyalı qarı Diana Vladimirovna Barabanova rolunda 
V.Şirye olduqca təbii görünür. Beləliklə, qayğısız  keçmişlə 
bu günün amansızlığının müqayisəli təqdimatı dramaturji 
məqamları önə çəkir.  
2 mart 1983 – cü ilin “Bakinski  raboçi” qəzetindəki 
“İnsana inamla” məqaləsində: “Əslində bizim və bu tək 
qadınlar üçün ən vacibi hadisələri ilə  hər kəsə toxunan 
Zamanın parıltılı  təsiri bu qarıları  əymədi, yıxmadı, həyat 
haqqındakı  təsəvvürlərini dəyişmədi. Tamaşanın ümumi 
səslənməsində, hər bir personajın taleyinə dair fikrin dərk 
olunmasında  əsas cəhət də çox vacib olan Zamanın  əksi-
dir”
85
  yazan L.Babinskayanın tamaşanın strukturuna dair 
yazdıqları uzun illərdən sonra tədqiqatçı Lalə Səlimovaya da 
təsirini göstərmişdir. Onun: “Cənnət Səlimovanın quruluşun-
da “Zaman” ayrıca fəaliyyət göstərən qüvvəyə çevrilir. İnki-
şaf edən zaman bizim hər  birimizin həyatında dərin iz qo-
yur. Bununla belə zamana baxmayaraq hissiyyatımızı, 
istiqanlılığımızı  və  mənəvi dəyərlərimizi itirməməliyik. 
Tamaşanın sonunda gənclərdən fərqli olaraq qocaların tənha 
qalmaması bunu təsdiqləyir”
86
 sətirlərində təkrarçılıq həmən 
gözə dəyir. 
                                                 
85
 Л.Г.Бабинская. С верой в человека. г. Бакинский рабочий. 02-03-1983. 
86
 L.Ш.Səlimova. A. Qalinin dramaturgiyası  S. Vurğun adına Rus Dram 
Teatrının səhnəsində. Mədəniyyət dünyası j. №18. 2009 s. 94.  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə