Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə44/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   40   41   42   43   44   45   46   47   ...   71

Aydın  Dadaşov 
 
 
136 
modernizmdən və onun psixoloji – dram janrından söhbət 
gedə bilməzdi. Sovetlər birliyinin dağılması ilə, uzanan keçid 
dövrü, imperiyanın revanşist qüvvələrinin daşnaqların  əli ilə 
ortaya atdıqları torpaq azadlığı problemimiz, tarixən ictimai 
fikrin formalaşmasında müstəsna rolu olan teatr sənətinə də, 
ağır zərbələr vururdu. 
Yeri gəlmişkən 6 noyabr 1860-cı ildə prezident seçilən, 
“yer kürəsinin son ümidi olan demokratiyaya” qarşı 
qiyamların yatırılmasında ali baş komandan kimi qətiyyətli 
addım atan, 19 noyabr 1863-cü ildə Qettisberqdəki  şəhidlər 
xiyabanının açılışında: “Bu həlak olanlar ona görə 
canlarından keçdilər ki, Allahın köməyi ilə azadlığın dirçəlişi-
nə nail olan xalqın hesabına, xalq idarəçiliyinin xalqın 
mənafeyinə xidmət etməsi heç zaman yer üzündən silin-
məz!”
130
 cümləsi ilə  600.000 nəfərin həyatı bahasına tamam-
lanmış  vətəndaş müharibəsinin mahiyyətini açıqlayan, 14 
aprel 1865-ci ildə “Seçki bülleteni güllədən güclüdür!”
131
 
şüarını xalqa xitab edən, teatr lojasında,  eyforiyalı aktyor 
tərəfindən güllələnməsi ilə terrora məruz qalan respublikaçı 
Avraam Linkoln kimi simaların önəm verdiyi demokratik 
proses son nəticədə dünyanın mütərəqqi ölkələrində vətəndaş 
cəmiyyətinin bərqərar olmasına rəvac verdi.  
17 mart 1991-ci ildə avtoritarlığı  səciyyələndirən 
referendum yolu ilə SSRİ-nin saxlanmasına səs verdiril-
məsinə baxmayaraq, Sovetlər birliyinin dağılması, Ukrayna 
və Baltikyanı ölkələrin müstəqilliklərini elan etmələri, həmin 
ilin sonunda müstəqil respublikaların yaranmasını hüquqi 
cəhətdən rəsmiləşdirən Belovejski anlaşması ilə milyonlarla 
insanı represiyalara məruz qoyan imperiyanın öz tarixini başa 
                                                 
130
 Р.Н. Иванов. Авраам Линкольн и гражданская война в США. М., 
2004. с. 364.
 
131
 Yенə орада. с. 397. 


Rejissorluğun üslub problemləri 
 
 
137 
vurduğu keçid mərhələsində “demokratiyanın aşağıdan 
yuxarıya bütün vəzifələr seçkilidir”   prinsipinin teatrlara da 
tətbiqi ilə çoxluğun nümayəndsi kimi “balina” aktyorların 
rejissorlarla haqq-hesab çəkmələri adi hal aldı. Digər yollarla 
teatrlara baş rejissor təyin olunanlar bu yaradıcı peşənin 
imicinin itirilməsinə  səbəb oldular. Nəticədə afişalarda, 
proqramlarda, yazılan məqalələrdə ikinci fiqura çevrilən baş 
rejissorun adının, soyadının direktordan sonra yazılması da 
adi hal aldı. Bütün məhrumiyyətlərə baxmayaraq özünün 
sənətinə  sədaqətini qoruyan Cənnət Səlimovanın yaradıcılıq 
əzmi qarşısıalınmaz bir tələbat idi.   
 
 
 
 


Aydın  Dadaşov 
 
 
138 
 
 
BAKI KAMERA TEATRINDA 
CßNNßT SßLÈMOVANIN 
TAMAØALARI 
 
-ci il artıq ölkə miqyasında belə 
mərkəzləşmənin ləğv olunduğu, bü-
töv respublikaların küncə  çəkildiyi 
bir mərhələ yaradıcılıq modelinə  də  təsirini göstərdi. 
Həmin ərəfədə Cənnət Səlimova  tələbələrini və sonradan 
təhsil alan bir neçə həvəskarı başına yığıb, rəfiqəsi, sevimli 
aktrisası İrina Aleksandrovna Perlova ilə birlikdə Dzjerzinski 
adına klubun uçub tökülən, təmirsiz, siçovulların meydan 
oxuduğu otaqlarda yaratdığı Kamera Teatrında işə başlayır.  
Yeri gəlmişkən çox dramatik taleyi olan İrina 
Aleksandrovna Perlovanın din xadimi olan babasını qızı Esfi-
ra və nəvəsi Male ilə birgə müharibə dövründə faşistlər Odes-
sada, həyətində edam etmişlər... Teatr sənətkarlarının ailə-
sində böyüyüb boya-başa çatan anası aktrisa, atası rejissor 
olan  İrina  hələ altı yaşında olanda atasının quruluş verdiyi 
tamaşalarda səhnəyə  çıxırdı... Minskdə teatr institutunun 
aktyorluq fakültəsində Stanislavski məktəbinin davamçıların-
dan olan Dmitri Alekseyeviç Orlovun sinifini bitirəndən sonra 
talenin qisməti ilə Bakıya gələrək uzun illər Rus Dram 
Teatrında baş rolların ifaçısı kimi səhnəyə  çıxırdı. Kamera 
Teatrında aktyorlara sənət dərsi keçməkdən  əlavə  Cənnət 
xanımın və özünün quruluş verdiyi tamaşalarda əsas diqqəti 
aktyor sənətinə, səhnə hərəkətinə, nitq mədəniyyətinə  yönəl-
dirdi. Kamera Teatrının  aktyorları bu sənətin bir çox sirlərini 
gözəl şeirlər də yazan İrina Perlovadan da öyrənmişlər.  
 1990


Rejissorluğun üslub problemləri 
 
 
139 
Az müddət ərzində canlı ünsiyyət üzərində qurulan Ka-
mera Teatrının özünün tamaşaçı zümrəsini formalaşdırma-
sının əsas səbəbi Cənnət xanım Səlimovanın səhnə sənətinin 
nəzəri, sosioloji problemlərinə  dərindən bələdçiliyi, yaradıcı 
heyəti teatral ideya ətrafında birləşdirmək bacarığı oldu. Əl-
bəttə ki, yaradıcı heyətdəkilərinin sayı-hesabı olmayan, hərə-
sinin öz dəsti – xətti, peşəkar üslubu olan Rus Dram Teatrın-
dan fərqli olaraq Bakı Kamera Teatrında yeni yaradıcılıq 
laboratoriyasını qurmaq mümkün oldu. Və Peterburqdakı Ki-
çik Dramatik Teatrın analogiyasına çevrilən bu sənət ocağın-
da bir ailəvi mühitin yaranmasına zahiri şəraitsizlik belə   sədd 
çəkə bilmədi. Kamera Teatrına gələn müxtəlif ölkələrin səfir-
ləri tamaşaların bədii səviyyəsinə, sənətkarların sənət yanğısı-
na heyran qalsalar da, məkanın dözülməzliyinə heyrətlənmə-
yə bilmirdilər. 
 Azərbaycan və dünya dramaturgiyasının nadir inciləri 
ilə tamaşaçıları tanış etməyi bacaran Kamera Teatrı ictimai 
fikrin, mədəni səviyyənin formalaşmasında müstəsna rol oy-
nadı.    
                                
*** 
Cəlil Məmmədquluzadənin insan azadlığı, cəmiyyət 
kontekstindən kənarda qalmanın faciəsini göstərən “Danabaş 
kəndinin əhvalatları” satirik povesti əsasında qurulan tamaşa 
əsərin zəif mənəvi zənginliklə qaba heyvərəliyin qarşıdur-
masını göstərməklə hazırda dünyada gündəmdə olan gender 
problemini də diqqət mərkəzində saxlayır. Cəmiyyətin 
barometri olan qadın hüquqsuzluğu  şəraitində  mizan 
tərəzinin mütləq pozulacağı əsərin ideya daşıyıcısına çevrilir. 
Vaxtilə varlı olub, kasıblaşdıqda  əzablara sinə  gərən 
Məhəmmədhəsən əminin Allah adamı olduğunun vurğulan-
dığı povestin səhnə  həllinin “Məkkəyə gedən yol” adlan-


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə