Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə41/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   37   38   39   40   41   42   43   44   ...   71

Aydın  Dadaşov 
 
 
126 
kitab oxumaqla intiligentliyi üzə  çıxan, panklara məxsus 
uzunsaç oğlanın başını  qırxması ilə başlanan hadisəlilik, 
günahsız özününkünün döyülməsi ilə  qızışaraq xüsusi 
avtomaşınlarında gəzənlərin cəzalandırılması ilə sonuclanır.     
“Hakimiyyət güclülərindir” prinsipi ilə yaşayan “Cana-
varlar”ın onların qaydalarını qəbul edən, Nikita Şimanovun 
“Şaraqa” adlı daha qüvvətlilər dəstəsi tərəfindən cəzalan-
dırılmaları, Arlekinonun sevgilisinin Lukino Viskontinin 
“Rokko və onun qardaşları” filmində olduğu kimi gözü 
qarşısında zorlanması, Cənnət Səlimovanın peşəkar üslubun-
da fransız dramaturqu, ssenariçisi, aktyoru və  ən  əsası 
nəzəriyyəçisi Antonen Artonun həqiqi mənəvi dəyərləri, hiss 
olunmadan başlanaraq sürəkli davam etsə  də, tarixin 
sınağından keçməyən təsadüfi formaların dağıldığı dövrlərdə 
də axtaran “amansızlıq teatrı” metodunun tətbiqini 
doğruldur. Belə ki, Antonen Artonun ölü teatr mexanizminin 
canlı  məişət müstəvisində deyil, özünə və  ətrafdakılara gü-
zəştə getmədən, amansızlığın informasiya fasiləsizliyini 
çölünə deyil, içinə yıxılan kəslərin daimi nəfəsi, daxili mü-
vazinəti hesabına yaranan  “amansızlıq teatrı” metodu atletik 
rituallar hesabına yerinə yetirilir. Antonen Artonun: 
“Tamaşa əvvəldən sona qədər elə şifrələnməlidir ki, bir dənə 
də olsun nahaq, itirilmiş hərəkətə yol verilməməsi hesabına 
bütün fəaliyyət bir ritmə tabe olunsun”
122
 tövsiyyəsi demək 
olar ki, yerinə yetirilir. Bununla belə, publisistik dəyəri 
yüksək olsa da, mövzu-problem əlaqələri, strukturun tərkib 
hissələri, üslub və janr prinsipləri yüksək olmayan pyes 
əsasında qurulan tamaşa əsl sənət səviyyəsinə qalxa bilmir.  
                                                 
122
 Антуан Арто. Театр и его двойник. М., 2009. с. 18. 


Rejissorluğun üslub problemləri 
 
 
127 
  *** 
Yusif Səmədoğlunun “Qətl günü” romanının 1989-cu 
ildə  Cənnət Səlimova tərəfindən “mövzu ətrafında fantazi-
ya” kimi işlənməsi səhnələşdirmənin müəllifi və quruluşçu 
rejissor kimi ona tam sərbəstlik verdi. Quruluşçu rəssam 
V.Koltsun səhnə məkanını keçmişlə bu gün arasında bölüş-
dürməsi mövzu-xatirə ilə reallıq arasında dolaşıqlıq 
yaranmasının qarşısına sədd çəkirdi. Romanda olduğu kimi 
tamaşada da, ötən əsrin otuzuncu illərində sənətkarla istibda-
dın qarşılaşdırıldığı strukturda mövzunun açılışı  Xəstənin 
(H.A.Yegizarov) uzun dövrdən sonrakı xatirələri, Sədi 
Əfəndinin qızı Səlimənin ona verdiyi dəftərdəki hadisələrin 
canlanması ilə haqq-ədalətin qələbəsi reallaşdı. Romanın və 
tamaşanın mərkəzində dayanmaqla Hüseyn Cavidin 
prototipinə çevrilən Sədi Əfəndi rolundakı Məlik Dadaşov 
rejissor yozumunun dəqiqliyi sayəsində personajının dərin 
psixoloji dünyasını aça bildi.    
  23 aprel 1989-cu ildə  çıxan “Vışka” qəzetindəki 
“Qətl günü və ya qiyamət günü” məqaləsində: “Tamaşada 
insaniliyin səslənməsini  Sədi  Əfəndi kimi ciddi və 
məsuliyyətli rol yaradan Məlik Dadaşov öz üzərinə götü-
rür. Təkcə  səhnə materialının dolğunluğu deyil, əsasən 
obrazın mənəvi məzmunu baxımından son dərəcə ziyalı, 
mehriban, həssas insan olmaqla cəsarətindən, qətiyyətin-
dən çəkinməyən  Sədi Əfəndi Məlik Dadaşovun təqdima-
tında  ən yüksək kürsüyə qalxır”
123
 yazan  teatrşünas Veta 
Nadirova aktyorun ifasını yüksək  dəyərləndirir. 
Salahov və Kərimli rollarında çıxış edən V.P.Kovtun 
qoyulan problemin açılışına yönələn hadisələrdə müstəsna 
rol oynayır. Tamaşada Xəstənin yuxusuna gələn mifik 
                                                 
123
 В.Г.Надирова. День казни или судный день. г. Вышка. 23-04-89. 


Aydın  Dadaşov 
 
 
128 
Ölüm (N.Baliyev), adam kimi danışa bilən siçovul Kirlikir 
(B.D.Lukinski) kimi alleqorik personaj strukturun real-
lığını fantasmoqorik istiqamətə yönəltsə  də, irreal  mühit 
yarana bilsə  də, finalda Sədi  Əfəndinin qızı  Səlimənin 
(İ.A.Perlova) Sibirdən telefonla zəng edərək atasının 
romanının  əlyazmasının tapıldığını bildirməsi xeyrin şər 
üzərində qələbəsini reallıqla səciyyələndirir. 
Tamaşada Boris Lukinskinin plastik həllini verməklə 
reallaşdırdığı, qara plaşları, şlyapaları, bərəlmiş gözləri ilə 
repressiya mexanizmini reallaşdırmaqla xof yaradan, insan 
talelərinin sındırıldığı iclaslarda susmaqla şərə rəvac verən 
manikenlərə çevrilməklə biganəliyi təcəssüm etdirən, 
islah-əmək düşərgələrində ömürləri çürüdülən kütləni 
simvollaşdıran dəstənin plastikası zaman-məkan həllində 
müstəsna rol oynamaqla qara plaşlı,  şlyapalı  rejissor 
yozumuna birbaşa xidmət etdi. 
Paralel olaraq “Qətl günü” romanı  əsasında “Gənc-
lər” teatrında Hüseynağa Atakişiyevin quruluş verdiyi ta-
maşa və “Azərbaycanfilm” kinostudiyasında Gülbəniz 
Əzimzadənin müəllifin ssenarisi əsasında çəkdiyi film də 
ölkədə sosializmin artıq yaxınlaşan süqutuna teatr və kino-
nun da reaksiyası idi. 
                                             
*** 
Bakını mitinq dalğasının bürüdüyü 1989-cu ildə  Cə-
nnət Səlimovanın Azərbaycan Dövlət Dram Teatrının 
səhnəsində fransız ssenariçisi, rejissoru, aktyoru  Rober 
Tomanın 1958-ci ildən üzü bəri çoxsaylı teatr, radio, 
televiziya tamaşaları, kinofilm nümunələri mövcud olan 
“Tənha kişi üçün tələ” detektiv komediyası əsasında verdiyi 
quruluş əslində kassa marağına xidmət etdi.   


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə