Aydın Dadaşov
152
səslənən mahnılarının mətni struktura əlavə olunan hoq-
qabaz aparıcıların bəhri- təbil mətninə geniş yer verilsə də
finalda Şahbazın Paris həsrəti ilə fransızca oxuduğu mah-
nının fonunda əl edib uzaqlaşan Müsyö Jordan itirilən
maarifçiliyin təcəssümünə çevrilir.
***
Mirzə Fətəli Axundovun Bayramla Pərzadın məhəb-
bətinin qələbəsi fonunda əhalini qayda – qanuna riayət et-
məyə, çapqınçılıqdan, quldurluqdan uzaq olmağa, halal
zəhmətlə yaşamağa çağıran “Hekayəti xırs quldurbasan”
pyesinin quruluşunda komediya janrının elmentlərinin qa-
bardılması səmərəli nəticə verdi. Tamaşada təbii münasi-
bətlər sistemi yaradan mizan, plastika həllinin dəqiqliyi,
musiqi, rəqs, xor imkanlardan geniş, lakin üzvi şəkildə
istifadə edilməsi bayram əhval – ruhiyyəsi yaratdı.
Pyeslərində hər bir əşya dramaturji status qazanan
Mirzə Fətəli Axundovun bu əsərində varlı Məşədi Qur-
banın maymaq, qorxaq oğlu Tarverdinin (Şövqi Hüsey-
nov) kəndin gözəli Pərzadı (Gülər Nəbiyeva) almaq istə-
məsi, qızın özünə yaraşan igid Bayramla (Elvin Mirzəyev)
sevgisi ekspozisiyanı yaradır. Tamahkar Zalxa (Leyli
Vəliyeva) və onun əri Namaz (Nofəl Vəliyev) tərəfindən
Tarverdinin qızışdırılaraq qaçaqmalçılığa göndərilməsi
əsas hadisəni təqdim edir. Tarverdinin dostları ilə qarşısını
kəsib soymaq istədikləri avropalı Frans Fokun sirk
təlimçisi olması komizmi artırır. Tarverdi rolunda qazanla,
aşsüzənlə silahlandırılan Şövqi Hüseynovun dəyişən
maska elementindən bacarıqla istifadə etməsi pyeslərində
əşyaya dramaturji status verən müəllif ruhunun plastik
həllini gücləndirir. Şövqi Hüseynovun tamaşadan tamaşa-
ya daim yeniləşən emosional jestlərində, təəssüf ki, bəzən
Rejissorluğun üslub problemləri
153
hətta biçimsiz improvizələrində səhnəni canlandırır. Şüb-
həsiz ki, qablaşdırılmamış emosionalizm və yaxud quru
rassionalizm son nəticədə sənəti biçimsiz, formasız natu-
ralizmə yönəldir. “Yalnız emosianal jest əsl teatr sənətini
üzə çıxarmağa qadirdir” yazan Aleksandr Yakovleviç
Tairovun “Yaradıcı hissiyyatla zəngin emosiya əsl forma-
nın əldə olunmasının açarıdır”
140
qənaəti də məhz məntiqli
biçimin vacibliyini vurğulayır. Şövqi Hüseynovun yara-
dıcı hissiyyatla zəngin emosianal jestləri də, əndazədən
çıxmadıqda, mövzu-problem əlaqəsi çərçivəsində mövcud
olduqda, janr təməli üzərində boy verdikdə nəticə hasil
olur.
Namaz rolundakı Nofəl Vəliyev oynadığı rolu səliqə
- səhmanla, dozalarla yaratmaqla tərəf müqabillə ünsiyyəti
önə çəkməklə yadda qalır. Zalxanı oynayan Leyli Vəliye-
va tipajının tamahkarlığını, hiyləgərliyini bacarıqla göstərə
bildi. Frans Fok rolundakı Seyidşah Məmmədovun plasti-
kası və ləhcəsi komizmi artırdı. Divanbəyi rolunda haqq-
ədaləti bərpa edən İlqar Cahangirov tamaşanın finalını
idarə edən dirijora çevrilir.
Ayı ilə meymunu oynayanların sifətlərinin görünmə-
məsi aktyor hüququna müdaxilə təsiri bağışlasa da, bütöv-
lükdə uğurlu alınan tamaşanın finalında pyesdə Divanbə-
yinin dilindən səslənən: “Ey, camaat sizdən ötrü indi ibrət
olsun! Dəxi vaxtdır inanasınız ki, siz vəhşi tayfa deyilsi-
niz! Sizə eyibdir yaman işlərə qoşulmaq. Bəsdir oğurluğa,
tülkülüyə həris olmaq! Heç bilirsinizmi ki, Rus dövləti si-
zə nə yaxşılıqlar edir və sizi nə bəlalardan saxlayır? La-
zımdır ki, böyüyünüzü tanıyıb, həmişə əmrinə itaət edə-
140
А.Я.Таиров. Записки режиссора: статьи, беседы, речьи, письма. М.,
1970. с.91.
Aydın Dadaşov
154
siniz”
141
kimi dövrün diktəsindən irəli gələn mətnin ixtisa-
rı ilə kütləvi şənliyə meydan verilməsi məmnunluq doğurur.
***
1991-ci ildə geniş tamaşaçı kütləsində, xüsusən gənc-
lərdə ruh yüksəkliyi yaratmaq naminə komediya janrına
müraciət edən Cənnət Səlimova Jan Batist Molyerin əslin-
də insan azadlığı probleminin rüşeymləri üzərində qurul-
maqla, xəsisliyi də ifşa edən, dövrünün möhürünü yaşadan,
ən önəmli cəhəti səhnədə bir gün ərzində baş verən göz-
önü hadisələri real zamanla üst – üstə düşən “Skapenin
kələkləri” fars janrının del arte tipli pyesinə quruluş verir.
Qədim yunan dramaturqu Karistiysinin “Təltifli ər”,
Romanın məşhur komediya ustası Terentsinin “Formion”
və nəhayət Rostanın “Sirano de Berjerak” pyeslərinin
motivinin təkrarı sayılan pyesin dramaturji strukturunda
Oktavla Giatsinianın, Leandrla qaraçı qızı Zerbinettanın
sevgi xətti və qarşıya çıxan çətinliklərin həllində müstəsna
rolu olan Molyerin çoxsaylı nökər personajlarından biri,
aktyor məharətli, ağıllı, fəndgir Skapenin kələkləri
tamaşaçı rəğbəti qazanmaqla sağlam gülüş yaradırdı. Bu
isə əlbəttə ki, dram, səhnə sənətinin tələblərini dərindən
bilən, yaratdığı teatrın maddi vəziyyətini düzəltmək
naminə girdiyi borca görə həbsxanaya düşən, tamaşa gedə
-gedə ölümünü qarşılayan Molyerin “Arvadlara dərs” adlı
tənqidi əsərindəki: “Əgər nəzəri qanunlar əsasında yazılan
pyesi tamaşaçı qəbul etmirsə, deməli o nəzəriyyənin özü
düzgün tərtib edilməlidir. Çünki tamaşaçı kütləsi səhv edə
bilməz”
142
qənaətinə uyğun gəlməklə əbədi mövzu hesa-
141
M.F.Axundov. Bədii və fəlsəfi əsərləri. B., 1987. s. 73
142
Ж.Б.Мольер. Комедии. М., 1972. с.14.
Dostları ilə paylaş: |