Rejissorluğun üslub problemləri
149
muradın o vaxt kamilən yetər ki, bizim hətta çobanlarımız
da, Prus çobanları kibi oxumaq, yazmaq bilərlər”
137
müd-
dəaları elm, maarif həsrəti ilə qovrulan müəllifin daxili üs-
yanını səciyyələndirir. Mirzə Fətəli Axundovun məhz bu
mövzuda qələmə aldığı “Hekayəti - müsyö Jordan həkimi
– nəbatat və dərviş Məstəli şah” komediyasının Cənnət
Səlimova yozumunda Kamera Teatrının repertuarına gəti-
rilməsi ötən tarixi dövr ərzində həllini tapmaqla komizmin
gücləndiyi problemə müasir baxışa imkan yaratdı.
Avam əhalinin cahilliyindən varlanmaq məqsədi
üçün istifadə edən cadugərlərin tipik nümayəndəsi olan
Dərviş Məstəli şahla (Şövqi Hüseynov) mütərəqqi dəyər-
ləri önə çəkən, maarifçiliyin simvolunu səciyyələndirən
Müsyo Jordan (Seyidşah Məmmədov) arasında seçim
edən varlı ailənin ətalətin girdabında qalması komizmi
gücləndirir. Ətrafındakılarla bacara bilsə də, təkcə arvadı
Şəhrəbanu xanıma (İradə Rəşidova) uduzan Hatəmxan ağa
(İlqar cahangirov) komizmi davam etdirir.
Pyesdə avam əhalinin tipik nümayəndəsinin ifasında
bacarıqla tipikləşdirilən Xanpərinin (Gülər Nəbiyeva),
Şəhrəbanu xanımla (İlahə Rəşidova) Şərəfnisəni (Leyli
Şərifova) adət halını almış tənəzzül yoluna yönəltməsi
daşlaşmış mühitin mənzərsini yaradır. Gənc İlahə Rəşido-
vanın yaşlı Şəhrəbanu xanıma çevrilməsi, Gülər Nəbiye-
vanın Xanpərini bacarıqla tipikləşdirməsi, Leyli Şərifova-
nın isə Şərəfnisənin düşdüyü dəyişkən məqamları mara-
fonçu kimi ustalıqla finişə çatdırması səhnədə qadın
portretləri qalereyasını zənginləşdirir.
Ədəbiyyatımızda felyeton janrını strukturunda üzə
çıxaran bu pyesdə Xanpərinin dilindən səslənən: “Xanım,
137
M.F.Axundov. Əsərləri 3-cü cild. B., 1988. s.255
Aydın Dadaşov
150
Ağcabədili Kərim Koxanın arvadı Səlmnazı o boşatdırıb
oynaşına verdirmədimi?, muğanlı Səfərili kişinin qızını
sevgilisinə qovuşdurmadımı? Dədəsini ki, qızı verməyə
razı olmurdu, cadu ilə öldürmədimi?, Cavadlı Kərbəlayi
Qəmbər qızı Şahsənəmin ərini, bir illik yoldan başqa
arvad almasın deyə qaytarıb gətirmədimi?”
138
sualları
Dərviş Məstəli şahı sənədli personajlar hesabına müasir
dildə desək reklam edir.
Dərviş Məstəli şahın dilindən səslənən “on bir il
bundan irəli Araz qırağına gəlmişdim; İstəyirdim ki,
Naxçıvan və Şərur mahallarının qabağından keçib İrəvana
gedəydim. Hər iki mahalın xalqı mənə mane oldular ki,
səni qoymarıq bu torpağa keçəsən. Ondan ötəri ki, əlində
təzkirən yoxdur. Nə qədər yalvardım, yapışdım sözümə
qulaq asmadılar. Aşağı getdim, yuxarı getdim olmadı;
Axırda acığım tutdu əcinələrə, ifritlərə hökm etdim ki,
tamam Naxçıvan, Şərur mahallarının damlarını qaldırıb
yer ilə yeksan etdilər ki, zərbindən ağrı dağının bir tərəfi
qopub, tökülüb Aknur kəndini batırdı. Oranın biçarə
erməniləri də yaman qonşuların səbəbindən fənayə
getdilər”
139
cümlələri 1840 – cı ildə baş vermiş təbiət
hadisəsini də dramaturji struktura qoşmaqla reallıq
əmsalını artırır.
Müsyö Jordanın təhriki ilə elm, savad arxasınca Pari-
sə getmək istəyən Şahbaz bəy (Nofəl Vəliyev) tərəqqiyə
can atan gəncliyin parlaq nümayəndəsinə çevrilsə də,
Hatəmxan ağanın passivliyi hesabına fəallaşan məhdud
dünyagörüşlü Şəhrəbanu xanımın tapdırdığı Dərviş Məs-
təli şahın timsalında qara qüvvələrin əli ilə onun yolunu
138
M.F.Axundov. Bədii və fəlsəfi əsərləri. B., 1987. s. 35.
139
Yен орада. s. 39.
Rejissorluğun üslub problemləri
151
bağlaması pyesin və tamaşanın fabula mexanizmini yara-
dır. Nəticədə ömrü boyu Qarabağdan çıxmayıb sadəcə ailə
başçısı Hatəmxan ağanın taleyini yaşamağa məhkum olan
Şahbaz bəyin ömürlük Təklə Muğanlıdakı təsərrüfatının
dairəsində qalacağı, qarşısı kəsilən tərəqqinin, dinamika-
nın göstəricisini yaradır. Süjetə uymayıb fabulanı önə çə-
kən quruluşçu rejissor Cənnət Səlimovanın yozumunda
məhz bu xəttin əsas götürülməsi tamaşanın uğurunu təmin
edir.
Yeri gəlmişkən bu pyesin Azərbaycan Dövlət Akade-
mik Milli Dram Teatrında rejissor İlham Əsgərovun quru-
luşunda, Ədhəm Qulubəyovun ssenarisi üzrə Kamil Rüs-
təmbəyovla, Şamil Mahmudbəyovun çəkdikləri Qarabağa
gəlişindən hər kəsin, hətta balaca Gülçöhrənin də ələ sal-
dığı, Müsyö Jordanın ilkin ədəbi mənbədən uzaqlaşdığı,
illüstrativ, pyesdə olmayıb filmə gələn Rəşid bəyin Şah-
bazın dramaturji yükünə şərik olmaqla yaratdığı süjetlə fa-
bulanı neytrallaşdırdığı mövcud filmi strukturunun təkrar-
lanması, musiqisinin təqdimatı, əlavə çalğıçıların belə cəlb
olunması konsert janrı yaratmaqla əsas dramaturji hadisə-
nin tapılmaması səbəbindən fabulanın deyil, süjetin önə
keçməsi Hatəmxan ağa ilə Şərəfnisənin imkan taparaq xəl-
vət çəkilmələrinə finalda Məstəli şahın istifadə etdiyi ma-
nikenlərin canlı gözəllərlə əvəzlənməsi Şahbaz bəyin
Parisə maariflənmə dalınca deyil, “eyş işrətə getmək
istəyinə işarə vurmaqla əsərin ali məqsədindən belə yayın-
dırır. Halbuki təhlili daim önə çəkən Cənnət Səlimova
hələ 1967-ci ildə Sumqayıt Dövlət Dram Teatrının açılış
mərasimi üçün qurulmuş bu tamaşada əyləncə naminə
bəstəkar Emin Sabitoğlunun musiqisinə şair Zeynal Cab-
barzadənin arvadlardan gileylənən Hatəmxan ağanın, kişi-
ləri ram etdiyinə qürrələnən Şərəfnisə xanımın dilindən
Dostları ilə paylaş: |