Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə39/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   35   36   37   38   39   40   41   42   ...   71

Aydın  Dadaşov 
 
 
120 
ətrafında təkrar-təkrar düşündürür”
113
 yazsa da, əslində kiçik 
səhnədə oynanılmaqla qismən də olsa tamaşaçı marağı 
qazanan, ən azı əsərin tirajını artırmaqla maarifçi funksiyanı 
da yerinə yetirsə  də milli mentalitetə yad olan, qadın 
hesabına yaşamaq – alfonsluq mövzusundakı səhnə əsərini 
tənqidimiz qəbul edə bilmədi.  
                                   
*** 
Lev Viqdorovun Leninqraddakı “Lenin komsomolu” 
teatrına işə  dəvət edilməsi ilə “Cinayət və  cəza” tamaşası 
ömrünü başa vurduğundan, bu istiqamətdə yaranan boşluğu 
doldurmaq üçün Cənnət Səlimova hələ BDU-nun teatr-
studiyası ilə Leninqradda olarkən Böyük Dramatik Teatrda 
G.A.Tovstonoqovun, 
İ.M.Smoktnovskinin “Əbləh”dən 
sonra şaxtalı bir gecədə yaranmaqla ömürlük yaddaşına həkk 
olunan bu səhnə əsərinə müraciət etməyi qərarlaşdırır. Uzun 
dövrdən sonra Cənnət Səlimova, 1986-cı ildə yenidən 
F.M.Dostoyevskiyə müraciət etmək qərarına gəlir. Quruluş 
verdiyi  əksər tamaşalarının  əslində yazılı eksplikasiyalarını 
səciyyələndirən “Səhnənin güzgüsü” kitabının “Teatr, kino 
və  nəsr, bölməsində "F.M.Dostoyevski olduqca teatral 
yazıçılardan biridir. Onun romanları heyrətamiz dərəcədə 
dramaturjidir. Bununla belə müəllif özünün romanlarının 
səhnələşdirilməsinin  əleyhinə idi”
114
 yazan  G.A.Tovstono-
qovun səhnələşdirməsi  əsasında  bu tamaşaya quruluş ver-
məkdən özünü saxlaya bilmir. Yeri gəlmişkən hələ 1968-ci 
ildə G.A.Tovstonoqov özü Qabriel Sundukyan adına 
Yerevan Dövlət Dram Teatrında rejissor Q.Kazançıyanın 
                                                 
113
 
В.А.Калугина.  Вверх по лестнице ведущей вниз. Молодежь 
Азербайджана. 19-10-1986. 
114
 Г.А.Товстоногов. Зеркало сцены. М., 1980. т.1. c.96. 


Rejissorluğun üslub problemləri 
 
 
121 
hazırladığı  “Əbləh” tamaşasında bədii rəhbər kimi iştirak 
etmişdi   
Kitabının “Klassika barədə” bölməsində: “Ötən  əsrin 
60-cı illərindəki pulun hakimiyyəti problemi bizi 
maraqlandırmırdı, bizi digəri maraqlandırırdı: Dostoyevski 
Mışkin obrazı vasitəsilə insan mənəviyyatının  ən gizli 
guşələrini araşdırır. Kristal təmiz, hədsiz xoşxasiyyət insan 
olan knyaz Mışkinlə ünsiyyətdən adamlar da təmizlənib 
mehribanlaşırlar. Mışkinin xoşxasiyyətliliyi onu əhatə 
edənlərin dəyişməz hissiyatına qalib gəlməklə bizim 
müasirlərimizin qəlbində də “İnsan insanın dostu, yoldaşı və 
qardaşıdır” həqiqətini aşılayır. XlX əsr Rusiyasında heyrəta-
miz dərəcədə təmiz və vicdanlı insanın “əbləh” kimi qalma-
sıni bilmək xeyirli və ibrətamizdir”
115
 yazan G.A.Tovstono-
qov  əsas məqsədin “ideal cəmiyyət üçün layiqli vətəndaş 
yetişdirmək” olduğunu vurğulayır. Bəlkə  də bu məqsədi 
əyalət teatrında da həyata keçirmək istəyən Cənnət Səlimova 
tamaşaya quruluşçu rəssam kimi hal-hazırda Moskvada, 
Tatyana Daroninanın Bədaye  Teatrında baş  rəssam kimi 
çalışan  Qleb Serebrovski də maraqlı tərtibat verir. Dairəvi 
səhnədə hadisələrin cərəyan etdiyi vaqonun kupesindən 
tutmuş personajların mənzilinə, baxçaya qədər hər məkan 
aktyor oyununa meydan versə  də, ancaq heyif ki, reallıq 
hissinin itirilməsi nəticəsində solğun bir nüsxə alınmaqla 
təqlidin, yamsılamanın sənət sayıla bilməyəcəyi təsdiqlənir..  
Bu tamaşadan sonra Cənnət Səlimova  nə özünün Georgi 
Tovstonoqov, nə  də ki, İosif Koşeleviçin  İnnokenti 
Smoktnovski olmadığını dərk edir. 
 Bu məqamda: “Əgər tamaşa bir neçə “balina” aktyo-
run üzərində qurularsa – necə də təsirli effekt yaranar” deyən 
                                                 
115
 Г.А.Товстоногов. Зеркало сцены. М., 1980. т.1. c.119. 


Aydın  Dadaşov 
 
 
122 
Anatoli Vasilyeviç Efrosun “Tovstonoqovun “Əbləh”də 
Smoktnovski həmişəlik yadda qaldı”
116
, Lev Abramoviç Do-
dinin “Knyaz Mışkində  xəstə  və  hətta gülməli görünməklə 
Smoktnovski daha çox açıla bilirdi”, üstəlik “Nastasya 
Filippovna kimi Doronina və Olxina da super qəhrəman 
deyildilər”
117
 fikirləri xatırlanır.  
“Səhnənin güzgüsü” kitabının “Aktyorla iş” bölmə-
sində: “Biz Böyük dramatik teatrda “Əbləh” tamaşasının 
sonuncu, Roqojinin Nastasiya Flippovnanı öldürməsindən 
sonra gələn, Mışkinin mürəkkəb faciəvi “sərsərilik” səh-
nəsini məşq edirdik. Aktyoru onun ifadəsinə necə  gətirib 
çıxarmalı? Belə bir faciəvi  şəraitin təsiri ilə ruhi tarazlığını 
itirən insanın, Mışkinin xəstəliyinin xüsusiyyətləri barədə 
çoxlu, uzun-uzadı danışmaq olardı. Biz başqa yolla getdik: 
mən aktyorlara bu səhnəni son hissiyyat gərginliyi dərə-
cəsinə çatdırmağı təklif etdim: indi isə elə oynayın ki, güya 
bu  ən orta səviyyəli, adi təsadüfdür. Birdən bura kiminsə 
gələcəyi barədə məsləhətləşin və.s. Və bu baş verən ümumi 
söhbətin kontekstində  dəhşətli təəssürat yaratdı. Odur ki, 
aktyoru mülahizələrlə yükləmək gərək deyil”
118
 mülahizələri 
ilə bədii kəşf ustası olduğunu təsdiqləyən G.A.Tovstonoqo-
vun qəhrəmanı tamaşaçını ovsunlaya bilirdi. İosif Koşeleviç 
sərxoş əsgərin gümüş adı ilə təklif etdiyi qalay xaçla səhnə-
sində canını qoysa da, tamaşaçı kütləsi ilə davamlı qarşıdur-
madan daim qalib çıxmaq xoşbəxtliyi yalnız  İnnokenti 
Smoktnovskiyə məxsus idi. Finalda ruhu zədələnmiş, ətrafa 
reaksiyasını itirmiş, əyri yerişli boynubükük xəstə personajın 
xeyirxahlığı  dəyərləndirməyən dünyadan üz çevirməsinin 
yaratdığı katarsisi əldə etmək mümkünsüz idi. 
18 fevral 1987-ci ilin “Baku” qəzetindəki “Knyaz 
Mışkin və başqaları” məqaləsində: “Tamaşada  əsərin ideya-
sı, fikri, yüksək məqsədi, şər dünyasının fərdi və ümumiləş-
                                                 
116
 А.В.Эфрос. Профессия режиссор.  М.,  2000. с. 89. 
117
 Л.А.Додин. Путешествие без конца. С-П., 2009. с.24. 
118
 Г.А.Товстоногов. Зеркало сцены. М., 1980. т.1. с.231. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə