Aydın Dadaşov
108
***
İsaak Babelin Odessa həyatından bəhs edən “Qürub”
pyesinə Cənnət Səlimovanın 1988 – ci ildəki yozumu
altmış ildən sonra bu müəllifi Rus Dram Teatrının
səhnəsinə yenidən qaytardı. Uzun illər ömrünü var –
dövlət yığmağa həsr etmiş iş adamı yəhudi Mendel Krikin
xoşbəxtliyin pulda deyil, insani münasibətlərdə olduğunu
dərk etməsi pyesin ana xəttini yaradır. Sınmış taleyində
gec də olsa peyda olan bazar alverçisi Yevdakiya
Xolodenkonun qızı gözəl Marusiya qoca Mendel Krikin baş
götürüb gedəcəyi Bessarabiyada bağ salmaq arzusunu oya-
dır. Marusiyanın sevgisinin xilas etmədiyi qoca Mendel
Krikin həyatına rəngarəngliyin qatılması onun üçün kifayət
edir. Paralel olaraq atasını döyüb, var – dövlətini, biznesini
əlindən almış quldur oğlu Benin qəddarlığı mühitin
amansızlığının mənzərəsini yaradır.
Dramaturji strukturda kasıb sinaqoq xidmətçisi, filosof
təfəkkürlü Arye Leyba rolundakı Lev Qruber və müdrik
Ravin Ben Zxari rolundakı Konstantin Adamov maddi
dünyanı üstələyən mənəvi zənginliyin tərənnümünə çevrilir.
Mendel Krik rolundakı Məlik Dadaşovun peşəkar üslubunun
səviyyəsi, yaradıcılıq cəbbəxanasının zənginliyi, yad səhnəni
fəth etmək, oyun tərzlərinə kimi öyrəşmədiyi tərəf-müqabil-
lərini kölgədə qoymaq bacarığı ilə üzə çıxdı. Təkcə dramatik
aktyor imkanlarını deyil, tamaşada gen – bol işlədilən yəhu-
di, qaraçı mahnı və rəqslərin ifasında göstərilən məharət də
tamaşaçı yaddaşına həkk olundu.
Tamaşanın rəssamı B.Krasnovun qurduğu dekorun
obrazlı həlli pyesin strukturuna cavab verdi. Mendel Krikin
evi, Marusiyanın otağı və traktir dekorlarının tünd rəngləri
fonunda görünən mavi səma qəhrəmanın reallaşmayan
arzularının işartısına çevrildi.
Rejissorluğun üslub problemləri
109
11 may 1988 – ci ilin “Baku” qəzetindəki “Qətiyyətli
uğur” məqaləsində “Məlik Dadaşovun ansambla üzvi
şəkildə daxil olmasını, sanki ömrünü bu səhnədə keçirməsini
rejissorun nişangahı düz vurması kimi nadir hal” hesab edən
Mark Peyzelin bu sənətkarın rol üzərində işi haqqında
yazdığı: “Aktyor Mendel bir vəziyyətdən digərinə
keçidlərini üzvi şəkildə yaratdı. Güclü adamın yarımcəsədə,
keçmişinin kölgəsinə çevrilməsini göstərə bildi. Təkcə ağ-
rının, əzabların, təəccübün gizləndiyi gözlərinə baxmaqla
onun ruhunda insan ləyaqətinin itirilməsinə qarşı etirazın
fırtınasını görmək olar”
103
fikirləri dolğun müşahidənin nəti-
cəsidir.
29 may 1988-ci ildə çıxan “Bakinski raboçiy” qəze-
tində L.Derevenskayanın “Xeyirlə - şəri ayırd etmək” məqa-
ləsində Məlik Dadaşovun oyunu barədə: “Heyrətli dərəcədə
plastik oynayan aktyorun hər hərəkətində fiziki qüvvə duyul-
duğundan, onun güclü bədəninin zülmət qaranlıqdan arzu-
larında yaşatdığ işıqlı azadlığa qovuşmaq istəyi görünür”
cümlələri də emosional təsirin təzahürüdür.
27 iyul 1988-ci ilin “Vostoçno- Sibirskaya pravda”
qəzetində Azərbaycan Dövlət Rus Dram Teatrının qastrolu
barədə S.Kazimirovskinin “Babelin pyesi səhnədə” məqalə-
sində Məlik Dadaşovun oyunu barədə yazdığı: “Rejissor
tez-tez onu tamaşaçı zalı ilə təkbətək qoyur. Həm sözdə,
həm mahnıda, həm rəqsdə, həm də jestdə aktyor tamaşaçını
öz qəhrəmanının cazibəsində saxlaya bilir”
104
cümləsi əsl
sənətin sərhəd tanımadığının təsdiqidir.
103
М.И.Пейзель. Принципиальная удача. г. Баку. 10-05-1988.
104
С.Казимировский. На сцене – пьеса Бабеля. г. Восточно Сибирская
правда. 27-07-1988.
Aydın Dadaşov
110
Yeri gəlmişkən 1990 – cı ildə rejissor Aleksadr Zeldo-
viçin “Qürub” pyesi əsasında çəkdiyi filmdə baş rolun ifaçısı
Ramaz Çxikvadzenin oyununun da müqayisədə Məlik Da-
daşovun yaratdığı obraza uduzduğunu iddia edənlər də tapıl-
dı.
***
İmran Qasımovun sonuncu pyesi olub özünün səh-
nədə görmədiyi, Moskva metrosunun tikintisində çalışmış,
ali teatr təhsili almış, 1935-ci ildə könüllü olaraq İspaniya-
ya gedərək rejimə qarşı döyüşlərdə iştirak etmiş, fransız-
ların faşizmə qarşı müqavimət hərəkatına qoşulmaqla
qəhrəmanlıq göstərmiş sənədli personaja həsr olunmuş,
alman faşizminə qarşı müharibədə iştirak edən növbəti
qadın qəhrəmanı Ceyran Səfərova personajının baş
qəhrəmana çevrildiyi, çoxsaylı personajları dramaturji
funksiya daşımadığı “Dinsizin tövbəsi” pyesi “Dairəni
genişləndirin” dən fərqli olaraq əminamanlıq dövrünü deyil,
döyüş meydanını əhatələndirir. Cənnət Səlimovanın 1981 –
ci ildə quruluş verdiyi tamaşa teatr tənqidində də geniş
rezonans doğurdu.
28 oktyabr 1981–ci ilin “Baku” qəzetində əsərin qəhrə-
manı Ceyran Səfərovanın: “Dünyanı təmizləyib, gözəlləşdi-
rin” son cümləsini məqalənin adına çevirən Veta Nadirova-
nın: “Səməd Vurğun adına Rus Dram Teatrında qoyduğu
bütün tamaşalardan fərqli olaraq Cənnət Səlimovanın rejis-
sor üslubu bu yozumda itirilir. İndiki halda onun bütün ta-
maşalarına xas məxsusi emosionallıq, dinamika dərin psixo-
logizm, hər fikrin dəqiqliyindən gələn ruh yüksəkliyinin zə-
rif təzahürü itirilir”
105
qənaətinə pyesin janrını qəhrəmanlıq
105
В.Г.Надирова. Сделайте землю чище, прекраснее. г. Баку. 28-10-1981.
Dostları ilə paylaş: |