Microsoft Word cap 6 02 2012. doc


Rejissorluğun üslub problemləri



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə36/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   32   33   34   35   36   37   38   39   ...   71

Rejissorluğun üslub problemləri 
 
 
111 
dramı adlandırmaqla  əsərin “Etiraf” kimi digər adında da 
janr göstəricisi axtaran müəllifin təəssüfü əsərdə olduğu kimi 
tamaşada da üslub göstəricisinin itirildiyindən xəbər verir. 
Bu isə ilk növbədə partiya və dövlət qərarlarının ardınca ge-
dən normativ ədəbiyyat və  sənətin hər hansı bir mövzu – 
problem əlaqəsindən, struktur və onun tərkib hissələrindən, 
üslub göstəricilərindən və əlbəttə ki, janr təyinatından uzaq 
olduğunu təsdiqləyir.  
25 fevral 1982 – ci ilin “Kommunist” qəzetindəki 
“Dinsizin tövbəsi” məqaləsində Cənnət Səlimovanın peşəkar 
üslubunu dəyərləndirən teatrşünas  İsrafil  İsrafilovun: “Bu 
rejissor yaradıcılığında psixologizmə, obrazların çoxşaxəli 
yozumuna meyl güclüdür. Onun yaradıcılığında  əsas cəhət 
tamaşanın ali məqsədini daha güclü və daha səlist səslənmə-
sinin qeydinə qalmasıdır”
106
 fikirləri tədqiqat obyektinə mü-
nasibətin dəqiqliyinin göstəricisidir. 
Ceyran Səfərovanın (İrina Perlova) edam səhnəsi ilə 
başlayan və bitən tamaşada döyüş dostlarının xilas məqa-
mını gözləyən qəhrəmanın vaxt udmaq naminə etirafının 
illüstrativ canlanması şüurlu vətənpərvərliyi səciyyələndirsə 
də mozaik dramaturji model hadisələrin qavrayışına mane 
olur.  İsrafil  İsrafilovun: “Demək olar ki, heç bir səhnə 
əsərində oyun janrı barədə əvvəlcədən verilən müəllif təkidi 
və yaxud göstərişi yoxdur. Bu müəyyən mənada pyes üzə-
rində yaradıcılıq işi apararkən teatra hüdudsuz müstəqillik 
vermək deməkdir. Lakin teatrın müəllif tərəfindən göstərilən 
belə bir “Etimad”dan necə istifadə etməsi az əhəmiyyətli de-
yil. Teatrın ifrat sərbəstliyə meyl etməsi tamaşanın taleyi 
üçün acınacaqlı nəticə də verə bilər. Xoşbəxtlikdən tamaşa-
dan aldığınız təəssürat belə bir həqiqəti dərk etməyə imkan 
                                                 
106
 İ.Р. İsrafilov. Dinsizin tövbəsi . Komminist q.  25-02-1982. 


Aydın  Dadaşov 
 
 
112 
verir ki, quruluşçu rejissor tamaşanın janrını  dürüst tapmış 
və sona qədər onun xüsusiyyətini qoruyub saxlamağa çalış-
mışdır. Rejissor öz işini qəhrəmanlıq dramı janrında təqdim 
edir”
107
 fikirləri digər mülahizələrə imkan verir. Belə ki, 
müəllifi deyil, materialı  səciyyələndirməklə gerçəkliyin 
obrazlı modelini yaradan janrın yoxluğu  əsərin tələb 
olunan “tikinti materialından məhrum olmaq deməkdir”. 
Digər tərəfdən rejissorun tamaşaya “dürüst janr” tapması 
isə mümkünsüzdür.  
Tamaşanın finalındakı mövzu – xatirədə teatr 
institutunun aktyorluq fakültəsinin tələbəsi kimi Fridrix 
Şillerin “Orlean qızı”  əsərinin qəhrəmanı Janna Darka 
kimi vətəni ilə vidalaşan Ceyranın məhv edilməsi ilə 
ideyası  uğrunda ölümə gedən qəhrəmanın faciə sonluğu 
yaratması arxetip janrların qarışığını yaradır. Bütövlükdə 
isə XX əsrin ən böyük problemi olan faşizmə qarşı müx-
təlif xalqların ayağa qalxması plakat janrını  səciyyələn-
dirir. Halbuki İmran Qasımovun Həsən Seyidbəyli ilə bir-
gə yazdığı Tofiq Tağızadənin quruluş verdiyi “Uzaq sa-
hillərdə” filminin ssenarisində italyan qızı Anjelikaya 
vurulub onu Bakıya, qumlu sahilli Abşerona aparmaq xə-
yalı ilə yaşayan Mehdinin faşist gülləsindən məhvi bir 
gəncin puç olmuş arzularının vizual həllini verməklə mü-
haribəyə qarşı yönələn məhəbbət salnaməsinə çevrilə bilirdi. 
                               
*** 
Azərbaycan Dövlət Rus Dram Teatrının Tənqid Təb-
liğ dövründə, 1926-cı ildə Mixail Afanasiyeviç Bulqako-
vun “Zoyanın mənzili”, qırx ildən sonra “İvan Va-
                                                 
107
 İ.Р.İsrafilov. Dinsizin tövbəsi. Komminist q.  25-02-1982. 
 


Rejissorluğun üslub problemləri 
 
 
113 
siliyeviç” komediyalarına müraciət edilməsi və  nəhayət 
1982-ci ildə  Cənnət Səlimovanın “Turbinlərin günləri” 
pyesinə quruluş verməsi M.A.Bulqakovun bu səhnəyə 
yenidən qayıtmasına  şərait yaratdı. Bulqakovun ana 
nənəsinin Turbin soyadını yaşatdığı, 1918-19-cu illərdə 
hakimiyyətin fasiləsiz dəyişdiyi, Qırmızı ordunun hücumu 
altında bolşeviklərin gəlişi göstərilən bu pyesdə,  topçu 
polkovnik 30 yaşlı  Aleksey Vasilyeviç Turbin ideyaca 
müəllifin özünə yaxındır. Ölümü ilə belə katarsis yaradan 
Turbin ötən dövrün mənəvi dəyərlərinin məcmusuna çev-
rilir. 1926-cı ildə Moskva Bədaye Teatrında Stanislavs-
kinin bədii rəhbərliyi, İ. Sudakovun quruluşunda tamaşaya 
qoyulan “Turbinlərin günləri” pyesinin səhnə  həyatı 
olduqca maraqlı olmaqla müəllifə  şöhrət gətirdi. Xüsusən 
məmur, tacir dini zümrəsindən olanların öz sınmış talelərini 
səhnədə görənlərdə kəskin reaksiya yaradırdı. Müzakirələrdə 
pyesin siyasi zəifliyini desə  də, artıq bir zümrə kimi məhv 
edilmiş Turbinlərin inqilab üçün təhlükəli olmadığını 
bildirən Myakovskinin müqavimətinə baxmayaraq qadağan 
olunsa da sonradan tamaşa dörd dəfə  səhnəyə qoyulmaqla 
müharibəyə qədər min dəfədən artıq oynanılmışdır. Qeyd et-
mək gərəkdir ki, Vladimir Basovun özünün ssenariləşdirərək 
1976-cı ildə quruluş verdiyi “Turbinlərin günləri” filmində 
də Oleq Basilaşvili
,
 Valentina Titovanın, Vasiliy 
Lanovoyun, Andrey Myaqkovun baş rolda oynadığı filmdə 
də pyesin mühiti yetərincə qorunur. 
Cənnət Səlimovanın 1983 – cü ildə Dövlət Rus Dram 
Teatrında verdiyi quruluşda da, amansız inqilabın təzyiqi 
altında dağılan, nəsillikcə özlərini Rusiya ərazilərinin ge-
nişlənməsinə xidmət edən Turbinlər ailəsinin mənzilində hər 
kəsə doğma olan qədimi sobanın, iri kresloların, divar saatı-
nın və digər  əşyaların küncdə qalması, yaxın qohumların, 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə