Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə31/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
1   ...   27   28   29   30   31   32   33   34   ...   71

Aydın  Dadaşov 
 
 
96 
xronikası kimi lakonik janrına baxmayaraq quruluşçu rejis-
sor C.Səlimova geniş ictimai rezonans yaratmağa nail olur, 
aktyorlar isə pyesin “quru” janrını ehtiraslı  və dinamik 
oyunları ilə canlandırırlar”
90
 fikri  əslində  səhnə  əsərinin 
estetik bəzəmə ilə bağlı  məziyyətlərini vurğulayır. Halbuki 
Cənnət Səlimovanın peşəkar üslubu klassik qanunlarla işlən-
miş pyesin təməl prinsipləri üzərində qurulmaqla semantika-
nı önə çəkir.   
8 iyun 1983-cü ilin “Sovetskaya Estoniya” qəzetindəki 
“Axtarışın istiqaməti” məqaləsində, Baltikyanı respublika-
larda da göstərilən bu səhnə əsəri barədə: “Tamaşa nahamar 
qurulmuşdur (qızların sanki ovsunlayaraq, oxumaq deyil, 
qışqırmaqla səsləndirdikləri: “Sabahkı günün xoşbəxtlik qu-
şu, məni seç, məni seç” nəğməsinə, boy-buxunlarına yaraş-
mayan uşaq karuselini başgicəlləndirici dərəcədə  fırlatma-
larına baxmayaraq hədəfdən yan keçən səhnələr var). Aktyor 
oyunu baxımından da, nahamar qurulmuşdur”
91
 yazan 
E.Mayste  əslində  qəzet məqaləsindən  əbədi deyil, dövrü 
problemin, sosrealizmin diqtəsi ilə üstüörtülü şərhini verən 
pyesin səhnə həllinə güzəştə getmir.    
Yeri gəlmişkən tamaşada qaldırılan problemin o za-
manlar bizim mühitdən uzaq olması bu səhnə əsərinin uzun 
müddət repertuarda qalmasına mane oldu. Halbuki  bir il əv-
vəl həmin  əsərə Moskva Bədaye Teatrında Oleq Yefremo-
vun dəvəti ilə Cənnət xanımın qrup yoldaşı Kama Mironoviç 
Ginkas quruluş verməklə “Qağayı” adlı  “İlin  ən yaxşı 
rejissoru" mükafatını almışdı. 
                                                 
90
 В.Г.Надирова. Родные дети чужих родителей г. Вышка. 13-05-1983.   
91
 Э.Ф.Майсте. Направление поиска. г. Советская Естония. 08-06-1983. 


Rejissorluğun üslub problemləri 
 
 
97 
                                    *** 
İxtisasca mühəndis olan  Rövşən Ağayevin yazdığı 
Cənnət Səlimovanın 1983-cü ildə quruluş verdiyi “Dayaq 
nöqtəsi” pyesində sosializmin normativ ədəbiyyat və sənətlə 
bağlı prinsiplərini yerinə yetirir. Pyesin strukturundakı 
zavodun direktoru Əli Nağıyeviç (L,L. Qruber) partiya 
komitəsi katibi baş mühəndis Süleyman Xəliloviç Cavadov  
(H.A.Yegizarov), qabaqcıl fəhlə Mamed (A.Y.Şarovski), 
istehsalat lideri Nigar Allahverdiyeva (İ.N.Yampolskaya), 
sex rəisi Zaman Əliyeviç (A.D.Firsov), şəhər partiya komitə-
sinin birinci katibi Kərim Kərimoviç (V.P.Kovtun), şöbə 
müdiri Arif Qurbanov (S.İ. Yakuşev), katibə Solmaz 
(T.Q.Qross) və zavodun  çoxsaylı işçiləri dramaturji ziddiy-
yətin üzə  çıxmasına mane olmaqla yanaşı, Aleksandr Gel-
manın pyeslərində olduğu kimi insan talelərini deyil, dövlət 
planının yerinə yetirilməsi ilə bağlı məsələlərin önə çəkilmə-
si nəticə verə bilmir. 
 Əksər personajlar bir-birlərini təkrarlasa da, 
 
İ.N.Yampolskayanın ifa etdiyi, istehsal planlarını yerinə 
yetirdiyinə görə  təltiflər, orden – medal, şöhrət qazanmış 
qabaqcıl fəhlə Nigar Allahverdiyevanın sosializm 
cəmiyyətinini aparıcı qüvvəsi sayılan zümrəsindən uzaq 
düşməsi diqqəti cəlb edir. Həkim olmağa hazırlaşan oğlunun 
yaşamağı bacarmaq naminə rüşvət alacağının  Nigar 
Allahverdiyevanın monoloqunda üzə  çıxması  cəmiyyətdəki 
əsas problemin istehsal  planlarının yerinə yetirilməsi ilə 
deyil, mənəvi aşınma ilə bağlılığını əsas dramaturji hadisədə 
olmasa da, süjet daxilində, dolayı yolla olsa da üzə çıxarır.   
19 oktyabr 1984-cü ilin “Ədəbiyyat və incəsənət” 
qəzetindəki “Xalqımızın yüksək mədəniyyəti naminə” 
məqaləsində Sov.KP MK-nın iyun 1983-cü il plenumunda 
K.U.Çernenkonun məruzəsinin iş planına çevrildiyini 


Aydın  Dadaşov 
 
 
98 
vurğulayan Azərbaycan SSR mədəniyyət naziri Zakir 
Bağırovun: “Səməd Vurğun adına Rus Dram Teatrında gənc 
dramaturq Rövşən Ağayevin tamaşaya qoyulmuş “Dayaq 
nöqtəsi” pyesi Bakının ən iri müəssisələrindən olan elektrik 
maşınqayırma zavodu kollektivinin qayğılarını, texniki 
tərəqqi uğrunda mübarizəsini, nöqsanların bu prosesdə 
yetkinləşməsini əks etdirir” 
92
 kimi dolaşıq cümləsi normativ 
ədəbiyyat və  sənətin xidməti səciyyə daşıdığını  təsdiqləyir. 
Belə bir şəraitdə  ərsəyə  gələn tamaşaya bəstəkar C.Əmiro-
vun V.Portnovun sözlərinə yazdığı mahnılar, quruluşçu rəs-
sam C.Hacıyevin səhnədə naturalizm ruhunda qurduğu za-
vod mühitini qismən də olsa yumşalda bilir.  
                                  
*** 
Maksim Qorkinin “Barbarlar” pyesinin səhnə yozu-
munda ucqar Verxapoli şəhərində  dəmiryol tikməyə  gələn 
mütəxəssislər Çerkulla (A.Y.Şarovski), Sıqanov burjua 
zümrəsinin daşıyıcılarına çevrilirlər. Xüsusən dünyadan 
bezmiş, eqoist, insanlara nifrət edən Sıqanovun burdakı 
cavanların həyatına mənfi təsir göstərməsi diqqət mərkəzinə 
gətirilir. Zahirən tamam başqa təsir bağışlayan arvadı Anna,  
ideal axtaran Lidya Pavlovna (L.S..Duxovnaya), əsl sevgi 
həsrətli Nadejda Manaxovanın (Qalina Pryajnikova) diqqət 
mərkəzində olan Çerkullanın da əslində  Sıqanovun tayı 
olduğu hadisələrdə üzə çıxır. Məhz onun arvadı Lidya Pav-
lovnanın evdən uzaqlaşması Nadejda Manaxovanın özünü 
öldürməyə qərar verməsi müəllifin burjuaziya sinifinə nifrə-
tinin təzahürünə çevrilir. Hadisələrin mərkəzində dayanan 
ölümü ilə katarsis yaradan Nadejda Manaxova tamaşanın 
                                                 
92
 Z.N.Bağırov. Xalqımızın yüksək mədəniyyəti naminə. Ədəbiyyat və 
incəsənət. q. 19-10-1984.  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə