285
X o s m ə m m ə d. Hələ bu baş-qulaqnan artistliyə gəlmişsiniz, danışanda da
heç kəsi bəyənmirsiniz... Sup, yəni bozbaş, rematizm də yəni yel düşmək, adamın
ombasına yel düşmür?
Ş ö v q i. Yaxşı, bir bilmək olar ki, bu bozbaşnan ombaya yel düşməyin
Gülsabah xanıma nə dəxli vardır?
A r i f H i k m ə t. Yoldaşlar, siz başa düşmürsünüz, ona görə də ələ salırsınız.
Bura təzə aktrisa gəlib, rejissorumuz da təzədir, yəqin işlərdə bir spesifikasiya
olacaq, ona görə də biz öz ekspozisiyamızı təyin etməliyik ki, gələcəkdə
superdinasiya aparılanda hər kəsin sentr tyajesti bilinsin. Ona görə də mən yoldaş
Gülsabah xanımın bizim teatrımıza gəlməsinə səmimi qəlbdən təşəkkür edirəm...
Ş ö v q i. Bax, bax bu axırıncı cümləni başa düşdüm.
Ə m r u l l a. Yoldaşlar, yerinizdən danışmayın! Yaxşı deyil axı. İndi ikicə
kəlmə də bizim gənc rejissorumuz Bayrama söz verək, çünki hamı onun barəsində
danışır. Hanı o?.. Ondan sonra da son sözü Gülsabah xanıma verək.
M i r z ə C a m a l. Tapsan onu, verərsən.
S a p a n. Başına elə bir oyun gətirməmişsiniz ki, bir də tapılsın.
Z a m a n. O, söz adamı deyil, iş adamıdır. O yazıq teatrda bir yenilik
düzəltmək istəyirdi, hamınız yerbəyerdən düşdünüz üstünə.
Ə l i m u x t a r. Əlbəttə... sən gələrsən otuzillik pyesi alt-üst elərsən, padşahı
vurub çobana döndərərsən ki, nə var mən proletar ideolojisi düzəldirəm, onda,
əlbəttə, hamısı danışar da... Bu məxluq onların üstündə zəhmət çəkib, kişi neçə
ildir rol oynayır, tip yaradıb, indi də başına bir dirabı papaq keçirib ki, nə var, mən
sosyalni obraz yaradıram. Əlbəttə, o da oynamaz da...
Z a m a n. Oynamaz, mən oynaram.
M i r z ə C a m a l. Mən axı razı olmaram ki, sən mənim tipimi vurub
korlayasan.
Ə l i m u x t a r. Yazıq onun üstündə 20 il can çürüdüb.
Z a m a n. Nə etmək, yoldaşlar, mübarizədir: köhnə ev uçulurkən kərpic
bənnanın qabırğasına dəyir. Biz bundan qorxmuruq.
Ə m r u l l a. Yoldaş Mirzə Camal... bəsdir deyirəm... Söz Gülsabah xanıma
verilir.
Ə l i m u x t a r. Yoldaş müdir, qabaqca qoy o sizin rejissorunuzun advakatı
desin görək o, mübarizəni kiminlə aparmaq istəyir?
286
M i r z ə C a m a l. Yox axı... ayıbdır onunçun. Bir qarış boyu var, gəlib ki,
döyərik, burada böyük var, kiçik var, adamı elə sıxarlar ki, əzilib suyu çıxar...
G ü l s a b a h. Yoldaşlar, mən buradan oxumağa gedərkən səhnəmizin
vəziyyətini bildiyim üçün, qayıdırkən mübarizə olacağını gözləyirdim. Ancaq çox
sevinirəm ki, o mübarizə çoxdan başlanmış və bir yerə çatmışdır ki, adamı sıxırlar,
əzilir, suyu çıxır. Bunsuz olmaz, yoldaşlar. Bu, mübarizədir; bu həyatın
dialektikasıdır. Fikirlər, metodlar üz-üzə gəlirkən, adamı sıxarlar, əzilər, suyu
çıxar. Ancaq görək kim kimi?
Z a m a n. Biz hələ pambıq deyilik ki, isladıb sıxasan suyu çıxsın.
M i r z ə C a m a l. Aha...
X o s m ə m m ə d. Bunun atını haraya bağlayaq?
X u r ş i d. Heç evə girməmiş başlayıb ki, tüfəngimi haradan asım?
G ü l s a b a h. Mən heç işə başlamamış hər gün gəlib oturub, sizing işlərinizlə
tanış olmaq istəyirdim. Oldum da. İndi meydan açıqdır. Silahlar çiyinlərdən əllərə
və qəti döyüşə!
Ə l i m u x t a r. Kim kimə qarşı?
G ü l s a b a h. Hamı hamıya qarşı.
Ə l i m u x t a r. Nə üçün?
G ü l s a b a h. Yeni teatr yaratmaq üçün, yeni metod, yeni nəzəriyyə, yeni temp
və yeni sürət üçün. Bütün bacaranlar, dəyərlilər, yaradıcılar irəliyə, əl-ayağa
dolaşanlar isə geriyə, tarixin amansız təkəri altına!
Ə l i m u x t a r. Pəh-pəh-pəh.... əz Badkubə tacir amədə.
M i r z ə C a m a l. Bizim teatrımızın bir yolu var, yoldaş Gülsabah, o yolnan da
gedir. Sən də gəlmişsən, Azərbaycan qızısan, xoş gəlmişsən, səfa gətirmişsən,
gözümüz üstə yerin var, dahı bu hədələmək lazım deyil ki...
A r i f H i k m ə t. Yoldaşlar, mən də hələ bayaq bunun üçün deyirdim də... Qoy
hər kəs indidən öz ekspozisiyasını təyin etsin ki, sonradan spesifikasiya aparanda
supermatizm əmələ gəlməsin...
S a p a n. Ay Arif Hikmət, mən ölüm, sən o bozbaş qazanını bir az saxla.
G ü l s a b a h. Bu saat “Rote-Fane” qəzetinin idarəsi bütün sovet teatrlarına bir
yarış bayrağı göndərmişdir. Yarış şərti: repertuarı və oyunları keyfiyyətcə
yaxşılaşdırmaqdır. Kim bu yarışda birincilik qazansa, bayraq ona veriləcəkdir.
Ə m r u l l a. Qulaq asın, yoldaşlar, bu vacibli məsələdir.
287
A r i f H i k m ə t. MXAT
1
kimi əjdaha orada dayana-dayana bizim
Xosməmməd bayraq ala bilər...
X o s m ə m m ə d. E... e... Xosməmməd sən özünsən...
A r i f H i k m ə t. Balam, acığın neçin gəlir, öz adındır də...
S a p a n. Adı deyil, adə, ləqəbidir.
Ş ö v q i. Ləqəbi deyil, adə, təxəllüsüdür.
Ə m r u l l a. Yoldaşlar...
G ü l s a b a h. Ola bilər, yoldaşlar. Bunun üçün bizə nə lazımdır? İşlərimizi
yenidən qurmaq, teatrın sifətini dəyişdirmək.
Ə l i m u r a d. Yoldaşlar, mən kak bir predsedatel mestkom, deyirəm ki,
əlbəttə, yarış məsələsi lazımdır. Ancaq yeri gəlmişkən bu müdiriyyətdən bir şey
soruşmaq istəyirəm...
S a p a n. Ay Əlimurad, dayan bir də, kişi söz danışır axı.
Ə l i m u r a d. Yoldaşlar... sonra mən bu qədər adamı haradan yığacağam.
Danışacaqsınız, sonra da dağılışıb gedəcəksiniz... amma mənim məsələm lap
vacibli məsələdir.
Ə m r u l l a. Nə istəyirsiniz, yoldaş Əlimurad?
Ə l i m u r a d. Yoldaşlar, mən necə ki, mestkom, onu soruşmaq istəyirəm ki,
bu müdiriyyət bu məvacibləri haçan verəcəkdir? Və nə üçün bu vaxtadək
verməmişdir?
Z a m a n. Ay Əlimurad, sən yarış məsələsini qoydun, məvacibə getdin. Heç
yeridir?
Ə l i m u r a d. Hələ əsl yeridir. Bu hamısından vacibli məsələdir. Deyəndə də
qoymursunuz, sonra da deyirsiniz mestkom işləmir. Hələ bu ağız-burunnan da
yarışa çıxmaq istəyirik.
S a p a n. Ay Əlimurad, məvacib yaxşı şeydir, ancaq bura dəxli yoxdur axı...
Ə l i m u r a d. Çox dəxli vardır, yoldaşlar. Burada belə deyirsiniz, sonra da
gəlib yapışırsınız mənim hülqumumdan... Sən mənim məvacibimi ver, sonra
istəyirsən yarışaq, istəyirsən barışaq. Hər kim olur olsun, biz bir saatda onun
atasını yandıraq, qoyaq ora.
A r i f H i k m ə t. A kişilər, MXAT kimi əjdahalar dayana-dayana siz ondan
bayraq ala bilərsiniz?
Ə m r u l l a. Yoldaşlar, qulaq asın! Bu vacibli məsələdir. Belə olmasın ki,
böyük fillərlə döyüşək, axırda da biabır olaq.
1
MXAT – Moskva Bədaye Akademik Teatrı
Dostları ilə paylaş: |